Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-260/2026 19.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. AZ-II ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2009cu il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır.
2. AZ-V ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2023cü il tarixdə anadan olmuş, atası İddiaçı, anası X3r.
3. Abşeron Rayon Məhkəməsinin ##.##.2019-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Ucar Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, ##.##.2009-cu il təvəllüdlü X1, ##.##.2012-ci il təvəllüdlü X5 və ##.##.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 160 manat, cəmi 480 manat sabit pul məbləğində alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir.
4. Ucar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, ##.##.2009-cu ildə doğulmuş X1 iddiaçı İddiaçı yanında qalması, iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimenti ##.##.2023-cü ildən ödəməkdən azad edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə iddiaçı İddiaçı və cavabdeh Cavabdeh müştərək qaydada 100 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
5. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü X5 və ##.##.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı tutulan 160 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.88 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunmasının hazırki ərizə verilən tarixdən, yəni ##.##.2025-ci il tarixdən tətbiq edilməsi qərara alınmışdır.
6. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə dair e*(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək tərəflərin birgə nikahından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh ərizəçi İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində sabit pul məbləğində aliment tutulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
7. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsində müəllim vəzifəsində işləyir, rəsmi əməkhaqqı məbləği 1015.63 manat təşkil edir.
8. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı rəsmi gəlir mənbəyinə dair məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər il ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin və sonrakı artırımlara da münasib olaraq 0.88 misli həddində və hər ay həmin məbləğin sabit pul məbləğində alimentin təyin edilməsi, ##.##.2022-ci il tarixdən başlayaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında Ucar Rayon İcra Hakimiyyəti başçısının Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 08 nömrə ilə qeyd edilmiş ##.##.2008-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan uşaqları - Elcan, Sübhan və Ayan adlı uşaqların cavabdehin yanında qalması müəyyən edilmişdir. Lakin ##.##.2022-ci il tarixdən böyük oğlu – ##.##.2009-cu il təvəllüdlü X1 olaraq iddiaçının yanına gəlmiş və onunla birlikdə yaşamağa başlamışdır. Elcan bu günə qədər iddiaçının himayəsində yaşayır. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək Ucar Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, ##.##.2009-cu il təvəllüdlü X1, ##.##.2012-ci il təvəllüdlü X5 və ##.##.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi olaraq 480 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Ucar Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ##.##.2009-cu ildə doğulmuş X1 iddiaçı İddiaçı yanında qalması, iddiaçı İddiaçı Abşeron Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimenti ##.##.2023-cü ildən ödəməkdən azad edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-225/2025 ##.##.2025-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə ##.##.2012-ci il təvəllüdlü X5 və ##.##.2014-cü il əvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı tutulan 160 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində indeksasiya olunmuş, alimentin indeksasiya olunması hazırki ərizə verilən tarixdən, yəni ##.##.2025-ci il tarixdən tətbiq edilmişdir. İddiaçı 2 uşağa görə cavabdehə aliment ödəsə də, cavabdeh iddiaçının himayəsində yaşayan ##.##.2009-cu il təvəllüdlü X1 üçün ##.##.2022-ci il tarixdən ona aliment ödəmir. İddiaçı özü işləmir, maddi vəziyyəti ağırdır. İddiaçı ikinci dəfə ailə qurmuş və onun yeni ailə həyatından bir uşağı da -##.##.2023-cü ildə doğulmuş X2 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən 1 uşaq üçün aliment 352 manat, 2 uşaga görə 704 manat təyin edilmişdir. Lakin iddiaçı hər ay 704 manat məbləğində aliment ödəmək iqtidarında deyil. Bu məbləğ çox yuxarıdır və bunun üçün iddiaçının maddi imkanı yoxdur. İddiaçının öz ailəsi və bir uşağı da vardır. Odur ki, həmin məbləğ azaldılmalıdır. Hazırda respublika üzrə minimum aliment 246 manatdır. Məhkəmələr tərəfindən hazırda bir uşaq üçün 400x0.61=248 manat məbləğində aliment təyin olunur. Ona isə bir uşağa görə 400x0.88=352 manat, iki uşağa görə isə 704 manat təyin edilmişdir. Bu tam haqsızlıqdır. Hesab edir ki, iddiaçının himayəsində olan uşağa - Elcana görə də cavabdehdən 352 manat aliment təyin olunaraq iddiaçıya verilməlidir ki, iddiaçı da uşağı Elcanı saxlaya bilsin. Bərabərlik hüququndan istifadə edilməklə Elcan adlı uşağa görə də 352 manat aliment təyin edilməlidir.
11. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.615 misli həddində sabit pul məbləğində alimentin tutulması, alimentin hesablanması zamanı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** saylı qərardadının nəzərə alınması, qətnamənin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməli olan 49.52 (qırx doqquz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından – uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, cavabdehin rəsmi iş yerinin (gəlir mənbəyinin) olması, iddiaçının isə rəsmi iş yerinin olmaması, habelə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə indeksasiya olunmuş aliment məbləğinin artması (2 uşağa münasibətdə hər biri üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.88 misli həddində, yəni hər uşaq üçün 352 manat olmaqla, ümumilikdə 704 manat) nəticəsində iddiaçının öhdəliyinin maddi cəhətdən ağırlaşması, həmçinin tərəflər arasındakı nikah pozulduqdan sonra iddiaçının qurduğu ailə həyatından yeni bir övladının (##.##.2023-cü il təvəllüdlü X2) dünyaya gəlməsi, bununla da himayəsində 2 övladının (##.##.2009-cu il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2) olması, bu baxımdan da iddiaçının cavabdehə münasibətdə daha aztəminatlı ailə kimi hesab olunması, bundan əlavə cavabdehin də himayəsində 2 övladının olmasını, həmin uşaqların məşğələlərə getməsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair ## #### 2016-cı il tarixli Qərarı, bundan əlavə iddia tələbini istisna edən bir halın olmaması nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən iddiaçının xeyrinə ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalı, həmçinin Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** saylı müvəqqəti təminat tədbiri barədə qərardadı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 56, 75.1, 75.4, 78.1, 78.2, 78.3, 100.2-ci, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5,6,8, 19-cu, Mülki prosessual Məcəllənin 88, 107, 119, 191.3, 278.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci tarixli qətnaməsinin qismən ləğv edilərək iddia tələbimin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim uşaqlar arasında ayrı-seçkilik edərək onların bərabərlik hüququnu kobud şəkildə pozmuşdur. Abşeron Rayon Məhkəməsi cavabdehin ödədiyi alimenti artıraraq bir uşaq üçün 352 manat məbləğində aliment müəyyən etmişdir. Lakin iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etdikdə, onun himayəsində olan uşaq üçün cəmi 246 manat aliment təyin edilmişdir. Bu hal açıq şəkildə ədalətsizlikdir.Hər iki uşaq eyni hüquqlara malikdir və onların xərcləri də eynidir. Buna baxmayaraq, hakim uşaqlar arasında fərqli yanaşma tətbiq etmişdir. Belə çıxır ki, cavabdehin himayəsində olan uşaq daha yaxşı təmin olunmalı, iddiaçının himayəsində olan uşaq isə daha az təminat almalıdır. Halbuki qanunvericiliyə əsasən bütün uşaqlar bərabər təminat hüququna malikdir.Hesab edir ki, məhkəmə onun tələblərini əsassız olaraq yalnız qismən təmin etmişdir. Onun ikinci ailəsindən də iki azyaşlı uşağı vardır və maddi vəziyyəti ağırdır, üstəlik rəsmi iş yeri də yoxdur. Buna baxmayaraq, hakim bu halları nəzərə almamışdır. Halbuki cavabdeh rəsmi işləyir və aylıq gəliri 1000 manat təşkil edir.Qətnamədə hakim əsaslandıra bilməmişdir ki, niyə iddiaçının himayəsində olan uşağa minimum əmək haqqının 0.615 misli həddində aliment təyin olunmuşdur. Bundan əlavə, uşaq artıq 3 ildir iddiaçının himayəsindədir və həmin müddətdən etibarən aliment cavabdehdən tutulub iddiaçıya ödənilməli idi. Lakin məhkəmə bu məsələyə də qiymət verməmişdir.##.##.2025-ci il tarixli qərardadla (iş № e-16(012)-405/2025) hakim müvəqqəti təminat tədbiri kimi alimenti minimum əmək haqqının 0.88 misli həddində müəyyən etmiş və qərardadda uşaqların bərabər hüquqlara malik olduğunu xüsusi vurğulamışdır. Həmin sənəddə həmçinin göstərilmişdir ki, cavabdehin himayəsində olan iki uşağa münasibətdə də eyni prinsip tətbiq olunur. Lakin cəmi üç ay sonra qəbul edilən qətnamədə bu prinsipdən imtina edilmiş və fərqli yanaşma tətbiq olunmuşdur. Bu isə məhkəmə qərarları arasında ziddiyyətin olduğunu göstərir.Hesab edir ki, məhkəmə alimentin müəyyən edilməsi zamanı səhvə yol vermiş, təqdim olunmuş faktiki halları düzgün qiymətləndirməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə etiraz
16. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, iddia ərizəsində olduğu kimi apellyasiya şikayətində alimentin təyin edilməsi üçün heç bir hal göstərilməyib. Belə ki, qanunvericiliyə əsasən tərəflərin hər biri ilə uşaq qalıbsa aliment aztəminatlı ailənin xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı məhkəməyə aztəminatlı ailə olmasını sübut edən mötəbər fakt təqdim etməmişdir. Apellyasiya şikayətində heç bir yerdə işləmədiyini qeyd edir. Bəli iddiaçının rəsmi iş yeri olmasa da, amma qeyri-rəsmi olaraq işləyir. O, isə rəsmi işləyir, iddiaçının qeyd etdiyi rəsmi olaraq maaş alır. Abşeron Rayon Məhkəməsi onun rəsmi qazancı əsasında qərar qəbul etmişdir. Belə ki, rəsmi qaydada işləyir 1000 (bir min) manat maaş alır. Hal-hazırda himayəsində olan iki uşağı məşğələlərə gedirlər. İddia tam təmin edilsə onun aliment ödəməyə imkanı yoxdur. Birinci instansiya məhkəməsi də düzgün qərar qəbul etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
20. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** saylı Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər yarımbəndlər əlavə edilmişdir:
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
23. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin tutulmalı olduğu tarixi qətnamənin mətnində istinad etsə də, nəticə hissəsində alimentin hansı tarixdən tutulmalı olmasını qeyd etməmişdir. Buna görə kollegiya qeyd edir ki, yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddiaçı hazırki iddia tələbini birinci instansiya məhkəməsinə ##.##.2025-ci il tarixdə təqdim etdiyindən iddia tələbi üzrə alimentin tutulması ##.##.2022-ci il tarixdən deyil, ##.##.2025-ci il tarixdən hesablanmalıdır.
24. Bundan əlavə kollegiya qeyd edir ki, birinci instasiya məhkəməsi alimentin miqdarına münasibətdə tərəflərin birgə nikahdan olan övladlarına görə tutulan alimentin miqdarına mütənasib olmamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının rəsmi iş yerinin olmamasını, eləcə də uşağın əvvəlki təminat səviyyəsinin qorunması zərurətini tam və düzgün qiymətləndirməmiş, nəticədə uşaqlar üçün müəyyən edilmiş aliment məbləğləri arasında əsaslı fərq yaranmışdır. Halbuki uşaqlara görə aliment tutulan zaman onlar arasında ayrı-seçklik olmamalı hər biri üçün bərabər miqdarda aliment tutulmalıdır. İş materialları ilə müəyyən olunur ki, digər uşaqlara münasibətdə minimum əmək haqqının 0.88 misli həddində aliment müəyyən edildiyi halda, valideynlərin ümumi öhdəlikləri çərçivəsində iddiaçının himayəsində olan uşağa görə 0.615 misli həddində aliment təyin edilməsi uşaqlar arasında təminat səviyyəsinə görə əsassız fərqləndirməyə səbəb olur. Buna görə də, alimentin miqdarının indeksasiya olunanaq cavabdehdən iddiaçının xeyrinə ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində sabit pul məbləğində aliment tutulmasını kollegiya daha ədalətli və balanslı hesab edir. Bununla əlaqədar aliment məbləğinə münasibətdə məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehdən tutulmalı olan dövlət rüsumu 62,24 manat müəyyən edilməlidir.
25. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin tutulması zamanı düzgün olaraq Abşeron Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, e-**(***)-***/**** nömrəli qərarına istnad etmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi digər nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi digər hissədə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. ##.##.2025-ci il tarixdən hesablanmaqla ##.##.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.88 misli həddində sabit pul məbləğində alimentin tutulsun. Ödənilməli olan 62,24 (altmış iki manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.