Məhkəmə qərarları › İş №2(3-8)-261/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-261/2026

29.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-261/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X15 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yayılmış məlumatların təkzib edilməsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- **/**** nömrəli hökmündən görünür ki, xüsusi ittihamçı İddiaçı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işi başlanmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılması barədə hökm qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən Cavabdeh əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilmiş, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməməsi hökm edilmişdir.

2. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmünün apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılması, Cavabdeh və onun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavənin təmin edilməməsi qərara alınmışdır.

3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından görünür ki, barəsində şikayət verilmiş şəxs Qəmbərov (Qənbərov) Muğbil Malik oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməyən Qəmbərov (Qənbərov) Muğbil Malik oğlu barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarının Qəmbərov (Qənbərov) Muğbil Malik oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun xeyrinə şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən hərəkətlərdən ibarət olan hüquqazidd, işlətdiyi böhtan xarakterli ifadələri, hərəkətləri nəticəsində vurmuş olduğu mənəvi zərərin (mənəvi iztirabların) əvəzi olan 9000 manat və məhkəmə xərci olan 110 manat pulun tutulması, həmçinin sosial şəbəkələrdə barəsində dediyi böhtanlarla bağlı eyni qaydada təkzib verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ## ######## 2020-ci il tarixdə “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Kanal13” TV kanalına verdiyi müsahibəsində onun şərəf və ləyaqətini ləkələyən, qəsdən yalan olduğunu bilə-bilə cinayət qanunvericiliyi ilə nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlər törətməsi barədə məlumatları yaymışdır. Belə ki, cavabdeh həmin müsahibədə bildirmişdir: “Ağsuda bir neçə dələduz polis tərəfindən bu kənd camaatına - Kəndoba, Cəlayir, Abasxanlı camaatına divan tuturlar. Belə desək, soyqırım edirlər konkret. Qanunsuz qaydalar tətbiq edərək pandemiya dövründə camaatı aparıb cərimələyirlər, heç bir çek vermədən qanuni şəkildə maskanın cəriməsi 100 manat olduğu halda, kimdən nə qədər, bacardıqları qədər alırlar. 300 manat, 400 manat, 500 manat alırlar və incidirlər. Saatlarla polis şöbəsində ac-susuz saxlayırlar. Mənə kənd camaatının danışdığı, bəzilərindən olan deyilənlər və məlumata görə Çingiz və qardaşları Cəlayir kəndindən qanunsuz aparıblar bunları polis bölməsinə və döyülüblər polis bölməsinə gedəndə. 400 manat əlbəəl alıblar, 460 manat və 3 nəfəri hərəsinə 100 manatdan cərimə yazıblar. Bu işləri görən polislər konkret olaraq Ağsu rayonunda bir neçə adda. X2, İddiaçı, Anar Həmidov, Zöhrab Əliyev və bir ikisi də var ki, onların adlarını qeyd eliyə bilmədim. Bunlar insanlara şər atırlar, böhtan atırlar. Qanunsuz olaraq aparırlar susuz, ac bölmədə saxlayırlar. Mən elə başa düşdüm ki, bunların özbaşınalıqları və bu kəndlərə bu cür hərəkət törətmələri bundan irəli gəlir ki, bunlar bu kənddə olan camaata qazanc mənbəyi kimi baxırlar, yem yeri kimi baxırlar və bəzilərini polis bölməsində döyürlər, incidirlər, saatlarla, günlərlə ac saxlayırlar. Bu nə beynəlxalq hüquqa uyğun gəlir, nə Azərbaycan Konstitusiyasına uyğundur. Bu, konkret olaraq soyqırımdır. Bu, insanlara qarşı törədilən bir cinayətdir. Hətta bu dünyada ən qatı cinayətkara qarşı bu tətbiq edilmir. Ac, susuz, saatlarla, sutkalarla, günlərlə saxlayıb insanları incidirlər. Eyni zamanda bu nə bizim milli-mənəvi dəyərlərimizə uyğun gəlir, nə dinimizə uyğun gəlir. Eyni zamanda bu nə kişiliyə uyğun gəlir. Bunlar bu hərəkətləri edirlər. Fakt olaraq İddiaçı tərəfindən X4 döyülərək xəsarət alıb, polis bölməsində və Bakıda xəstəxanaların birinə yerləşdirilmişdir. Onun atası Daxili İşlər Nazirliyinə müraciət edib. Faktlar var ortalıqda. O insan xəsarət alıb. Bölmədə, şöbədə İddiaçı tərəfindən bir neçə polis ilə. Bu Zöhrab, Əliyev Zöhrab, xüsusən, bizim qonşu kənd, Kəndoba ilə münasibətlərimiz yaxşı olduğu halda gedir ora qeyrietik hərəkətlər edir, nə polisə yaraşan, nə kişiliyə yaraşan, nə insanlığa yaraşan hərəkətlər edir və o insan. Kəndoba kəndinin camaatı bizimlə həm qohumluğu var, eyni zamanda yaxşı münasibətləri var. Biz onlarla xoş münasibətdəyik. Onlar da dəfələr narazılıq eləyiblər ki, bu nədir bu polis gəlir. Bizim kəndimizdə də, onların kəndində də polis işləyən var, o, bu cür qanunsuzluqlar etmir. Şəxsən bizim kəndimizə gələndə. Mən adların çəkmirəm. Bizim kəndimizdə başqa bir polis də var. O da Ağsu idarəsində işləyir. O da belə hərəkətlər etmir. Ümumiyyətlə, bu kəndin camaatı - Kəndoba, Cəlayır, Abasxanlıdır, bütövlükdə, polisdən narazılıqları yoxdur, bu 4-5 polisdən narazıdırlar. Bizim ağlı başında, səliqəli işləyən polislərimiz var. Kəndobadan var adın çəkmədim. Bizim öz kəndimizdə var uzun müddət Ağsu rayonunda yaşayıb, səliqəli bir insandır. Polis kimi özünə hörmət qoyur. Bəzən də bunlar deyir ki, biz yaxşı edirik, belə edirik. Əlimizin içindən gəlir. Deyərdim ki, insanlar bunlardan, bəzi insanlar bunlardan qorxurlar, çəkinirlər. Bunların bu hərəkətlərinə görə. Elə insanlar. Tutalım, o Vilayət ki var, müsahibə, ondan intervyu götürəndə o qaçıb. Amma etiraf edir ki, mənə zülm ediblər. Mənə tezdən axşama qədər ac-susuz saxlayıblar. Yalnız mən qorxuram. Biz ona sual verəndə sənə kim edib. Bəs bu barədə araşdırmalar gedəcək, biz danışacağıq. O, dedi siz nəbadə danışasınız. Elə təsəvvür etdi ki, Anar Həmidov Azərbaycanın bir rayonunda polis şöbəsində serjant işləyir. Şəxsən o, Azərbaycanın yiyəsidir. Bunlar kənddə özbaşınalıq, hərcmərclik, kimə çatdı döyürlər, kimə çatdı cumurlar. Belə çıxır ki, bunların hərəkətləri əgər qanun çərçivəsində görülməsə, bəyəm bu Azərbaycan bizim ölkə cəngəllik qanunları ilə idarə olunur? Onda belə çıxır ki, Cəlayır kəndində, Kəndoba kəndində, Abbasxanlı kəndində, qolu güclülər bir 30-40 nəfər yığılsın, getsin, polis idarəsində müharibə elan etsin. Hərə bir lapatqa, balta, yaba, götürsün müharibə etsin. Biz harda yaşayırıq? Suriyada yaşayırıq? Hansısa Afrikanın bir ucqar kəndində yaşayırıq. Bu, dövlətdir. Burada qanun-qayda var. Bu əmələ gəlmir axı bu işlər. Xüsusən X2, baş tədqiqatçı, apardığı bu son cinayət işi ilə bağlı böyük nöqsanlara yol verib. Cinayətkarın cinayətin gizlədərək xüsusən gedib cinayətkar ilə, X16 Ağsuda 200 qram araq içib və İddiaçı iştirakı ilə gəlib cinayətkarın cinayətini gizlədib. O hadisədə ki, hədd aşma olub, xuliqanlıq olub, insanlara qarşı cinayət olunub. Belə nəticəyə gəlirsən ki, bu, öz savadı ilə gedib hüquqşünas olmayıb, polis olmayıb. Belə nəticəyə gəlmək olur ki, bu, dananı, qoyunu satıb gəlib polis olub”. Daha sonra, o, müsahibəsində bildirmişdir: “Polis idarəsi dəqiq bilmirəm, məndə olan məlumata görə amma icra başçısı bu prosesi, olan hadisələri nəzarətə götürüb, eyni zamanda bu barədə X9 dediklərinə görə icra başçısı bunu konkret öz nəzarətinə götürüb. Bilir bunların özbaşınalıqlarını. Bu barədə onda olan məlumata görə iş görür. Heç bir problem yoxdur deyir, icra başçısı bu barədə işlər görür. Eyni zamanda məhkəmədən narazılıq yoxdur. Soruşdum. Onlar da bunu nəzarətə götürüblər, bilirlər bu cinayətkarları ki, özbaşınalıqları və prokurorluqdan da müəyyən qədər deyəsən bilirlər... Polis idarəsində, deyəsən, olan məlumat yoxdur bizdə, demək olar ki, onlar indi nə işlər görür, nə proseslər görür. Daxili İşlər Nazirliyindən kimsə ya Kəndoba kəndinə, ya Ağsu rayonuna, ya Cəlayır kəndinə gəlsin, nümayəndə yerində insanları dinləsin və insanların problemi nədir və nəyə görə bu insanlar soyqırımla üzləşiblər. Kimdi axı bu Anar Hümbətov? Kimdir X1, İddiaçı, Vüsal Hüseynov?”. Bundan başqa Cavabdeh “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Bumerang” TV kanalında “Sənin səsin” rubrikasında ##.##.2020-ci il tarixdə verdiyi müsahibəsində bildirmişdir: “Deməli, bizim kəndin və qonşu kəndin, Kəndoba kəndinin, Ağsu rayonunun bəzi polis işçilərindən narazılıqları var və o polislərin, xüsusən, Kəndoba, Cəlayır kəndinin sakinlərinə qeyri-qanuni hərəkətləri var. Bu pandemiya dövründə bəzi beynəlxalq hüquqa, beynəlxalq qaydalara, xüsusən, Azərbaycan Konstitusiyasının qanununa zidd olaraq incidiblər. Xüsusən, burada mən adlar qeyd etmişəm ki, kimlər bunlardan əziyyət çəkiblər. Deməli, bizim Cəlayır kəndindən X9, Abbasov Əјdəг Rasim oğlu, Çingiz adında Cəlayır kənd sakini öz narazılığını bildirib. Bu pandemiya dövründə bunları qanunsuz incidən polislər kimlərdir. Deməli, burada Anar adlı polisdir, bunları şərləyərək Əјdər dediyimiz şəxsi Abbasov Əjdəri şərləyərək, qanunsuz tutaraq polis bölməsinə aparıb, xüsusən, o, Çingiz, 3 qardaş olar ki, Cəlayır kəndindəndir. Deməli, onlar bostan əkiblər qıraq kənddə, bizim ana vətəni sayılır onların. Bu dövrdə gediş-gəliş olmalıdır, qanunla kənd təsərrüfatına qadağa olmadığı halda bunları yolda şərləyərək, qayda-qanunu, karantin qaydalarını pozmaqla bağlı bunları bölməyə aparıb 400 manat əlbəəl pul alıblar bunlardan. Bunları cərimələyib, bundan da əlavə 300 manat, bunların hərəsinə 100 manat, 100 manat pul yazıblar cərimə. Xüsusən də onun qardaşı təzyiqlə üzləşib, deyib əgər siz bu pulu ödəməsəniz, sizə 20 sutka iş veriləcək. Yəni sizi 20 sutka həbs edəcəyik. Bu, Anardır. Ondan sonra gəldik bu İddiaçı. İddiaçı, deməli, öz qohumunun-əqrəbasının qardaşı bələdiyyədir. Cəlayır kəndində qoçuluq, özbaşınalıq, konkret olaraq kənd camaatına zülm ediblər, kənd camaatını incidiblər. X6 vardır. Başsız ailədir. Qardaşını öyrədərək gedib onun çəpərini sökməyi, halbuki qadın onu öz zəhməti ilə, öz əxlaqı ilə, öz mənəviyyatı ilə, öz əlinin zəhməti ilə özünə ev tikib, həyət düzəldib. O, bizim fəxrimizdir. İftixarımızdır. Bu halda onlara təzyiq ediblər və ona deyib ki, sən çəpəri sökməlisən. Sökmədiyin halda biz polislə gəlib sizi cərimə edəcəyik, 8000 manat deyib sizə kəsəcəyik. Ondan sonra dayısı Salaməddin kənddə dəfələrlə qoçuluq edib və güvəndiyi yer də bacısı oğlu Ağsu rayonunun müstəntiqidir ona güvənib və xüsusən də bizim kənddən bir neçə polis işçisi var ki, bunlar bizi qarşı, o birisi kəndlərlə üzbəüz qoyur. X1 gedirlər qonşu kənddə bizim onlarla şirin, qəşəng münasibətimiz var, qohumluğumuz var, gedirlər orada polisə yaraşmayan, insanlığa yaraşmayan hərəkətlər edirlər. Onlar da bizə narazılığını bildirir ki , sizin kənddən bunlar gəlib niyə belə hərəkətlər edir. Əliyev Zöhrab dəfələrlə şəhid ailəsini incidib, şəhid qardaşını incidib Cəlayırda. Оndan izafə bunlar qonşu kənddə törətdiyinə görə bizim o kəndlə münasibətlərimiz çox pis vəziyyətə gəlib çıxıb. Mən xahiş edirəm artıq dərəcədə, yəni bizim, ümumiyyətlə, Ağsu polisinin hamısı ilə işimiz yoxdur. Burada adı çəkilənlərlə bağlı 4-5 polisdir ki, bunlar barəsində tədbir görülsün. Mən kənd camaatı ilə həmsöhbət olanda belə başa düşdüm ki, bizim dövlət ilə, dövlətçiliklə, Daxili İşlər Nazirliyi ilə heç bir problemimiz yoxdur. Xüsusən, icra başçısı ilə problemimiz yoxdur, məhkəmə ilə problemimiz yoxdur, prokurorluq ilə problemimiz yoxdur, bizim polis idarəsi ilə də problemimiz yoxdur. Burada 4-5 polisin özbaşınalığı. Xahiş edirlər əgər mümkündürsə, Daxili İşlər Nazirliyi, Vilayət Eyvazov təşrif buyura bilərsə, gəlsin Kəndoba kəndinə, ya Cəlayır kəndinə camaatı dinləsin. Burada konkret beynəlxalq hüquqa zidd mövzular var. Cinayətlər var. Bir sutka insanı ac-susuz saxlamaq. Biz təqribən belə deyə bilərik ki, yəni polis idarəsinin rəisinin əgər xəbəri varsa, indi biz dəqiq bilmirik. Bu mənada mən kənd camaatından söhbət edəndə mən elə bilirəm ki, bu ola bilsin ki, səhlənkarlıqdandır, bu hadisələr baş verir. Polis İdarəsi göstəriş verməyəcək ki, siz gedin insanları gətirin ac-susuz tezdən axşama kimi. Ümumiyyətlə, bu mövzu var ki, insanlar bu, həqiqətən, öz faktın tapıb. Burada bizim kənddə Vilayət var, o, ümumiyyətlə, qorxusundan danışmadı ki, məni tutarlar, apararlar. Onu şəxsən tezdən saat 9-dan axşam 10-a qədər ac, nə çörək veriblər, nə su veriblər. Xüsusən bu Əјdər var, o, Abbasov Əjdər ki, Anar əli ilə onu şərləyib aparıb salıb içəri ona tezdən saat 9-dan axşam 11-ə qədər nə su veriblər, nə çörək veriblər, hətta onun qaynı ona çörək gətirib, onu da orada kimsə yeyib o çörəyi. Yəni mən belə deyim ki, bu soyqırım deməkdir. Bizim kənd, həm də Kəndoba kəndi çox zəhmətkeş, yəni işdən də nardır, heyvançılıqdır, bostandır, bu işlər ilə məşğuldur öz zəhmətləri ilə. O insanları görsən, yəni simalarını, üzlərini görərərsən ki, onlar zəhmətkeş, öz çörəyini qazanan adam. Belə başa düşürəm ki, 3-4 nəfər polis burada yem yeri kimi baxır. Bu Əјdər var ha, tam səmimi görsəniz, o, 5 dənə təsərrüfat becərir, 20 dənə ailə bunun, yəni ki sahəsində dolanır. Belə deyək də, öz ailəsidir, qardaşıdır, atasıdır, anasıdır, bunlar bunun sayəsində. O insan deyərdim ki, heç kimə zərər vuran, söz danışan, ümumiyyətlə, o deyir ki, mən nə orda söyüş söymüşəm, nə orada artıq-əskik məni sadəcə götürüblər ki, sən ictimai asayişi pozmusan. O, elə bir insan da deyil və buradan görsənir ki, buna elədikləri o, tezdən axşama kimi çörək verməyiblər, bu nə beynəlxalq hüquqa sığır, nə Azərbaycan Konstitusiyasına. Heç bu kişiliklə də uyğun gəlmir, insanlığa da uyğun gəlmir. Bu, soyqırımdır. Bu, faciədir. Bunu mən elə başa düşürəm ki, rəis bilsə idi, o idarənin rəisi heç bu şeylərə yol verməzdi. Mən elə başa düşürəm. Sadəcə burada adını çəkdiklərim Anar Hüseynov, xüsusən də burada Vüsal Hüseynov var. Deyim ki, cinayəti ört basdır edir və xüsusən də bunun hərəkətləri gedir cinayətkar ilə gözəl Ağsuda yeyib-içir gəlir. X10, Salaməddin Əhmədovun kənddə dəfələrlə elədiyi qoçuluğu öz qohumlarına arxalanaraq edir, oğlu banditizmdə işləyir. Əhmədov Ədil və bacısı oğlu Ağsuda müstəntiqdir. Bunun vasitəsilə əlbir olaraq cinayəti, həddi aşmanı gizlədirlər. Mən belə başa düşürəm ki, belə cinayəti onun verdiyi rəy bu qənaətə gətirir ki, bunlar, həqiqətən, məktəb oxumayıblar. Bunlar dana, heyvan satıb gəlib polis olublar. Belə nəticəyə gəlmək olar. Xüsusən də Vüsal Hüseynov, tədqiqatçı, baş tədqiqatçı. Belə nəticəyə gəlmək olur ki, onun verdiyi rəy bununla nəticələnir və xüsusən mən qeyd eləmək istəyirəm ki, Abbasxanlı kəndindən X17 oğlu, onu döyüblər Əhmədov Ədil başından xəsarət. Faktiki olaraq Bakıda “bolnisada yatır”. Bundan başqa, cavabdeh “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “AzTimes.az” TV kanalında “Sənin səsin” rubrikasında verdiyi müsahibəsində bildirmişdir: “Mən, Cavabdeh, Ağsu rayonu, Cəlayir kənd sakini. Deməli biz bibim oğlu X9 ilə kanallara intervyu vermişik. Ağsu polisinin dələduzluq və qoçuluğu və qanunsuz hərəkətləri barəsində ki, bunlar qoçuluq edirlər, insanları döyürlər və incidirlər. ...Ağsu rayonunun rəisi Fəxrəddin Abbasov sən demə bu qanunsuzluğun başında duran elə o özü imiş. Fakt olaraq bu günləri bibim oğlu X9 yaxın yerdə qurma planla oğurlatdırıb... Bunlar qanunsuz olaraq 15 polis tərəfindən qayı maşını ilə saxlanılıb və Mikayılı ordan oğurlayıblar, rəisin göstərişi ilə aparıblar bölməyə. Banditizmdə işləyən Ədil Əhmədov və İddiaçı tərəfini saxlayıb üzümüzə gəlib. Siz onların barəsində gedin Cəlayir kəndində məlumat toplayın, onlar insanlığa yaraşmayan hərəkətlər edirlər. Onların ailədaxili problemləri hamıya bəllidir, nə ilə məşğuldurlar, hansı əxlaqın sahibidirlər. Onlar da hamısı məlumdur”. Cavabdeh Cavabdeh onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlərin (AR CM, soyqırım-103-cü mad.), korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin (AR CM-nin 308, 309 və 311-ci maddələr) törədilməsində ittiham edir ki, barəsində yalan olduğunu bilə-bilə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatinda qəsdən şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymaqla böhtan atmışdır. Cavabdeh həmin məlumatları yaymaqla onun şərəf və ləyaqətini ləkələmiş və işgüzar nüfuzuna xələl gətirmişdir. Cavabdeh Cavabdeh onun barəsində kütləvi informasiya vasitələrində etdiyi çıxışlarla bağlı xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və cavabdehin barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən ##.##.2024-cü il tarixli, *(***)- **/**** saylı ittiham hökmü çıxarılmışdır, həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə qüvvədə saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qanunsuz hərəkətləri ilə ona mənəvi zərər vurmuşdur. Mənəvi zərərə görə ona vurulmuş zərər qanunvericiliyin imperativ norması, eləcə də formalaşan məhkəmə təcrübəsi ilə tənzimlənir. Qeyd edir ki, mənəvi zərərin həddini müəyyən edərkən cavabdeh tərəfindən onun şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatların yayılması səbəbi ilə cavabdehin məsuliyyətə cəlb olunması cavabdehi mənəvi zərərə görə kompensasiya ödəmək öhdəliyindən azad etmir. Mənəvi ziyana görə tutulacaq kompensasiya məbləği işin hallarına, onun məruz qaldığı mənəvi sarsıntı və iztirablara, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə uyğun olmalıdır. Eyni zamanda qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, şəxsin maddi qazanc əldə etməsinə yönəlməmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, polis işçiləri Vüsal Hüseynov və Rəhim Məmmədov onun barəsində məhkəməyə şikayət vermişdirlər. Vüsal Hüseynov məhkəmə prosesində Rəhim Məmmədov ilə eyni işdə işlədiyini və onun dayısına qarşı cinayət işi aça bilməyəcəyini bildirmişdir. Səbuhi Nəsirov ilə yanaşı Mikayıl Zeynalov da məhkəmədə Rəhim Məmmədovun onu döydüyünü bildirmişdir. X5 adlı qohumunun cinayət işi araşdırılarkən Rəhim Məmmədov onu məhkəməyə verməyə başlamışdır. Belə ki, Rəhim Məmmədovun dayısının və atasının adı sözügedən cinayət işində hallanır. Rəhim Məmmədov da onun atası və bibisi oğlunu polis idarəsində saxlayıb işgəncə vermişdir. O, xüsusi ittihamla bağlı olan iş barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə müraciət etmişdir. O, ona və qohumlarına qarşı edilən hərəkətlərə görə iddiaçıdan üzr istəməyəcəkdir və iddiaçı ilə bağlı yaydığı məlumatları təkzib etməyəcəkdir. Onu döyməsinə və bibisi oğluna işgəncə verməsinə baxmayaraq onlar Rəhim Məmmədovu heç bir orqana şikayət etməmişdirlər. X11 da məhkəmədə Rəhim Məmmədovun onu döyməsi ilə bağlı ifadə vermiş, buna baxmayaraq X7 Nəsirovu məhkəməyə verməmişdir. Bu halda belə bir sual yaranır: əgər X8 Məmmədov barəsində məhkəmədə söylədiyi bu ifadə böhtan xarakterlidirsə, Rəhim Məmmədov onu hansı səbəbdən məhkəməyə verməmişdir? Bundan əlavə iddiaçı onun çıxışlarından mənəvi zərər çəkdiyini bildirməsi üçün həmin faktı sübut etməlidir. O, sosial şəbəkə vasitəsi ilə yayımlanmış müsahibədə iddiaçının qeyd etdiyi ifadələri faktlara əsasən işlətmişdir. Hər bir vətəndaşın məlumat almaq və paylaşmaq hüququ vardır. Bu səbəbdən də hesab edir ki, hazırkı iddia tələbi tam əsassızdır və rədd edilməlidir.

7. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı şərəfini, ləyaqətini alçaldan, nüfuzdan salan böhtan xarakterli məlumatları “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Kanal13” TV kanalına və “Bumeranq” TV kanalında “Sənin səsin” rubrikasında müsahibə verməklə təkzib etməsi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən hərəkətlərdən ibarət olan hüquqazidd, işlətdiyi böhtan xarakterli ifadələri, hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 700 manat pul vəsaiti və 9 manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vururulmuş zərərin əvəzi kimi 700 manat pul tutulmasını əsaslandırmamışdır. Hesab edir ki, tərəfindən iddiaçının heç bir hüququ pozulmamış, ona nə maddi, nə də mənəvi zərər vurulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu baxımdan, mənəvi zərərin kompensasiyası üsulu qismində təkzib verilməsinin istənilməsinin qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərə münasibətdə tətbiqi hesab edir ki, yolverilməzdir. Bu səbəbdən də məhkəmə cavabdeh Cavabdeh iddiaçı İddiaçı şərəfini, ləyaqətini alçaldan, nüfuzdan salan böhtan xarakterli məlumatları “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Kanal13” TV kanalına və “Bumeranq” TV kanalında “Sənin səsin” rubrikasında müsahibə verməklə təkzib etsin qənaətinə gəlməklə cavabdehin hüquqlarını pozmuşdur. Bu səbəbdən həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən işin halları araşdırılan zaman tərəfindən məhkəmə iclasında iddia ərizəsinə verilmiş etiraz nəzərə alınmamış, onun etirazı subyektiv mülahizə kimi qəbul edilmişdir. Hesab edir ki, məhkəmənin bu mülahizəsi yanlış və qərəzli olmaqla birlikdə sübutların düzgün qiymətləndirilməməsi və eləcə də cavabdeh tərəfin sübutlarına qərəzli yanaşmadır. Məhkəmə işin faktiki hallarını müstəqil olaraq araşdırmamış, mülki işlə bağlı digər məhkəmə qərar və hökmlərinin məcburiliyi prinsipini sadəcə nəzərə almış, əlavə olaraq işin faktiki halları ilə bağlı hər hansı bir münasibət bildirilməmişdir, cavabdeh tərəfin hökmlə müəyyənləşdirilmiş təqsiri nəzərə alınaraq qanunsuz, əsasız və qərəzli yekun məhkəmə aktı çıxarılmışdır. Məhkəmə işin faktiki halları ətraflı araşdırılmamış, bununla da hazırda iddiaçı tərəfdə hər hansı mənəvi iztirab və sarsıntının dəyməsi qənaətinə gəlmək doğru olmaz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

13. Maddə 32. Şəxsi toxunulmazlıq hüququ İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.

14. Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. (...)

15. Maddə 57. Müraciət etmək hüququ II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrıayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

19. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

20. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

24. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunverciliyə görə, şərəf, ləyaqət və işgüzar nüfuz şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyətli şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları bir qayda olaraq onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir.

29. Şərəf dedikdə - şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. İşgüzar nüfuz isə işgüzarlıq və professionallıq baxımından şəxsin yaxşı (müsbət) və qüsurlu (mənfi) keyfiyyətləri barədə yaranmış ictimai rəyə deyilir.

30. Məhkəmə kollegiyası yayılmış məlumatların şərəf və ləyaqətin ləkələyən məlumatlar hesab edilməsi ilə bağlı qeyd edir ki, ləkələyici məlumatlar dedikdə - məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunverciliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldır və şəxsi nüfuzdan salır.

31. İş materiallarından görünür ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı şəxsiyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan, həqiqətə uyğun olmayan məlumatlar yayılması hərəkətləri etməsi, iddiaçının izahatı ilə yanaşı, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təsdiq olunur. Belə ki, iddiaçı İddiaçı xüsusi ittihamçı kimi cavabdeh Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işi başlanmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılması barədə hökm qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməməsi hökm edilmişdir. Cavabdeh və onun müdafiəçisi Vəkil sözügedən hökmdən apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh Cavabdeh müdafiəçisi Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti vermiş, ancaq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməyən Qəmbərov (Qənbərov) Muğbil Malik oğlu barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qərarının Qəmbərov (Qənbərov) Muğbil Malik oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

32. Hökmdən həmçinin görünür ki, Cavabdeh 2020-ci ilin oktyabr aynda “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Kanal13” TV kanalına verdiyi müsahibəsində və “Bumeranq” TV kanalında “Sənin səsin” rubrikasında verdiyi müsahibələrində İddiaçı ünvanına istifadə edilmiş “dələduz”, “soyqırım” sözləri cinayət əməllərinə aid terminlərdir. Müsahibədə yer almış həmin terminlər İddiaçı əməllərinə aid edilmişdir. Qeyd olunmuş terminlər cinayət əməllərinə aid olan terminlər olmaqla, məhkəmə prosesində öz təsdiqini tapmamışdır. Odur ki, həmin məzmunlu sözlər böhtan xarakterli məlumatlar hesab olunur. Lakin, məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən xüsusi ittihamçı İddiaçı ünvanına istifadə edilmiş “dələduz” və “soyqırım” kimi cinayət əməlinə aid terminlər olsa da, öz həqiqi mənasında yox, mübaliğəyə yol verilməklə işlədilmiş, həqiqətə uyğun olmayan böhtan xarakterli ifadələrdir.

33. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

34. Cavabdeh apellyasiya şikayətində yuxarıda qeyd edilən məzmunlu paylaşım etdiyini inkar etmir, lakin qeyd edir ki, həmin məlumatların yayılması səbəbindən iddiaçının hər hansı mənəvi iztirab və sarsıntı keçirməsi və bu zərərin əzəvi kimi 700 manat pul tutulması əsassızdır. Eyni zamanda, mənəvi zərərin kompensasiyası üsulu qismində təkzib verilməsinin istənilməsi yolverilməzdir.

35. Kollegiya qeyd edir ki, yayılmış məlumatların təkzib edilməsi ilə pozuntunun aradan qaldırılması şəxsiyyət hüquqlarının müdafiəsi üsullarından biridir.

36. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxs onun şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını və onların yayılması nəticəsində vurulmuş zərərin kompensasiyasını tələb edə bilər.

37. “Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqinda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli qərarının 5.9-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.

38. Qərarın 7.4-cü bəndində göstərilir ki, təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh iddiaçı barəsində onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığından və bu fakt sübuta yetirildiyindən, iddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatların cavabdeh tərəfindən təkzib edilməsini, habelə bu məlumatların yayılması nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququndan istifadə etmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə 700 manat mənəvi ziyanın əvəzinin tutulması barədə gəldiyi nəticəni də işin hallarına uyğun olaraq əsaslı hesab edir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

42. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar