Məhkəmə qərarları › İş №2(3-8)-344/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-344/2026

06.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-344/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, cavabdeh Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahından ##.##.2010-cu il təvəllüdlü X3, ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh Cavabdeh ##.##.2013-cü il təvəllüdlü X2 yetkilnlik yaşına çatanadək saxlanılması üçün iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.91 misli həddində alimentin, 50 manat mediasiya, 10 manat poçt və karğuzarlıq xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahından 3 övladı, ##.##.2010cu il təvəllüdlü

3. X3, ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Əvvələr hər üç uşaq onunla birlikdə yaşasa da, sonradan cavabdeh onu aldadaraq ##.##.2010cu il təvəllüdlü X3 və ##.##.2017-ci il təvəllüdlü X4 yanına apardı və sonradan bu imkandan istifadə edib nəinki yanında olan, eyni zamanda onun yanında qalan uşaq üçün də aliment tələb etdi. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərardadı ilə ərizə təmin edildi. Əvvəllər ailə münasibəti yaxşı olsa da, sonradan qaynanası və baldızının ailə münasibətinə olan müdaxiləsi, cavabdehin onların hərəkətlərinə göz yummasına görə aralarında sözsöhbətlər yarandı və davam edən gərgin münasibət səbəbindən ər-arvad münasibəti bitdi. Bundan sonra cavabdeh onu və uşağı atıb getdi. Hal-hazırda o, azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu İ.Həmidov küçəsi ev 27 mənzil 3 ünvanında valideynlərinin köməkliyi ilə yaşayır, daimi iş yeri yoxdur və çox çarəsizdir. Uşağın artan ehtiyacları onu narahat etsə də, bu vəziyyəti cavabdeh qətiyyən düşünmür. O, valideynlik məsuliyyətini anlamır. O, dəfərlərlə ondan maddi yardım etməsini xahiş etsə də, heç bir nəticə olmadı. Cavabdeh uşağına maddi yardım etməkdən boyun qaçırdığına görə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 2025ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.91 misli həddində alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlib. 4.İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iclasında iddiaçı İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Birgə nikahdan olan 3 azyaşlı övladları var. X3 və X4 analarının yanında, X2 isə onun yanında qalır. Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə sonrakı artımlar nəzərə alınaraq 2025ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.91 misli həddində alimentin, 50 manat mediasiya,10 manat poçt və kargüzarlıq xərcinin tutulması barəsində qətnamə qəbul edilsin. 6.Əvvəlki məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, evdar qadındır, övladlarının təhsili ilə məşğul olur. Rəsmi gəlir yeri yoxdur. Alimenti ödəməyə imkanı yoxdur. 7.Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ##.##.2025-ci il tarixindən başlayaraq ##.##.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması, cavabdeh Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi, mediyasiya prosesinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunması qət edilmişdir. (Hakim Samir Bayramov) 8.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin IV bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 100.2 və 119.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2 və 9.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1 və 112.1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 9.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz rayon Məhkəməsinin e- 2(067)-3128/2025 nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin tam şəkildə ləğv edilməsini, birinci instansiya müəyyən olunmuş sübutlarla və hallarla yeni qətnamə qəbul edilməsini və ona qarşı qaldırılmış iddianın rədd edilməsini xahiş etmişdir. 10.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Qeyd edir ki, Sumqayıt Apellyasiyanın Mülki Kollegiyasının **(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadına əsasən Xaçmaz Rayon Məhkəməsinin iddiaçı İddiaçı xeyrinə aliment tələbi ilə bağlı olan **(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı **(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ləğv edilmişdir. 12.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüqüqdur. Hakim ədalətli məhkəmə araşdırılma hüququmu pozmuş və onun hüququnun bərpa olunmasın kömək etmək əvəzinə,sübutları araşdırmamışdır. Hesab edir ki,öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Hakim işə obyektiv,qərəzsiz və hərətfli baxmamışdır. Sübutları araşdırmamışdır. O öz faktlarını hesab edir ki,sübut etmişdir. İşin hallarının tam və obyektiv araşdırılması və obyektiv həqiqətin üzə çıxarılmasına çalışmamış, qeyd etmişdir ki, heç bir sübut guya təqdim etməmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 13.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları 14.Cavabdeh Cavabdeh iştirak etdiyi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 15.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 16.Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 17.Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqlarına dair” BMT Konvensiyası 18.Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.

“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19.Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; 20.Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi 21.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 22.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 23.Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 27.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 29.Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. 30.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 32.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 33.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. 34.Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. 36.Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. 37.İşdən görünür ki, Suraxanı rayon Məhkəməsinin **(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadına əsasən tərəflərin birgə nikahından ##.##.2010-cu il təvəllüdlü X3, ##.##.2013-cü il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X4 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,58 misli həddində sabit pul məbləğində müvəqqəti aliment tutulmuşdur. Hazırda ata bir uşağın ##.##.2013-cü il təvəllüdlü X2 onun yanında yaşamasını əsas gətirərək anasından aliment tələb edir. 38.Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulmasından ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 78-ci maddəsi təşkil edir. 39.Belə ki, Azərbaycan Respublikası AM-nin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 40.Apellyasiya şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, qanunvericinin tələbi ilə iddiaçı anadan az təminatlı valideyn olmasına dair hər hansı sübut təqdim edə bilmədiyindən, onun cavabdehə qarşı hazırki iddiası təmin oluna bilməz. 41.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 42.“Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının ##.##.1959-cu il tarixli 1386 (XIV) saylı qətnaməsi ilə elan edilmişdir) * saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 43.Həmin Bəyənnamənin * saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. 44.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir 45.Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (## ###### 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. 46.Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarına düzgün qiymət verməyərək və iddianı təmin etməklə səhvə yol vermişdir. 47.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. 48.Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X5rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 49.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir. 50.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar