Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-358/2026 09.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X8 və X9 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh Cavabdeh ilə birgə nikahdan olan ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlarda nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 1.11 misli miqdarında (hazırda bir uşaq üçün 400 x 1,11=444 manat) kimi tutulan aliment məbləğinin azaldılaraq hər bir uşaq üçün hər ay 180 manat sabit pul məbləğində alimentin azaldılması və yığılmış aliment borcundan azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş üzrə cavabdeh Cavabdeh ilə 2013-cü ilin avqust ayında faktiki nikaha daxil olaraq evlənmişdir. Nikahları isə ## ##### 2014-cü il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 276 sayla qeydə alınmışdır. Birgə nikahdan ##.##.2014-cü il tarixdə Uğur və ##.##.2014-cü il tarixdə Yusif adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasalar da, sonradan aralarındakı münasibətlər korlanmışdır. Cavabdeh Cavabdeh ##.##.2016- cı il tarixdə ona qarşı aralarında bağlanmış nikah qeydinin pozulması və iki uşağa görə alimentin ödənilməsi tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin *(***)-*****/**** saylı, ## ####### 2016-cı il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilərək aralarında bağlanmış nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş uşaqların cavabdehin himayəsində qalması və ## ######## 2016- cı il tarixdən başlayaraq ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 117 manat olmaqla iki uşaq üçün hər ay cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul etmişdir. Daha sonra cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-cı il tarixli qərardadı ilə onun iddia tələbi qismən təmin edilərək, birgə nikahdan olan ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlarda nəzərə alınmaqla indeksassiya olunaraq minimum aylıq əmək haqqının 1.11 misli miqdarında (hazırda bir uşaq üçün 400 x 1,11=444 manat) kimi tutulan aliment məbləği artırılmışdır. Heç bir yerdə işləmir, valideynləri birtəhər onu saxlayırlar. Ondan 800 manat məbləğində alimentin tutulması ailəsinin maddi vəziyyətinə böyük təsir edir. Lakin, bir ata kimi cavabdehdən anadan olmuş uşaqların saxlanmasından imtina etmir. Lakin hər ay 800 manat aliement ödəmək gücündə deyildir. Çünki yuxarıda qeyd etdiyi kimi heç bir yerdə işləmir, özü 4 il yataq xəstəsi olduğu üçün aliment borcu yaranmışdır. Həkimlər onun işləməyinə icazə vermirlər. Buna baxmayaraq cavabdehə uşaqların saxlanılması üçün hər ay ondan 300-350 manat məbləğdə aliment ödəyir. Cavabdeh özü işləyir və uşaqların saxlanması ilə məşğul olmur. Eyni zamanda heç bir yerdə işləyə bilmədiyi üçün və ona icazə vermədikləri üçün hər ay 800 manat aliment pulu ödəyə bilmir. Ona görə də onun aliment borcu yaranmışdır, həmin borcdan da azad edilməyini istəyir. Ona görə də alimentin miqdarının azaldılması və aliment borcundan azad edilməsi tələbi ilə məhkəməyə müraciət edir.
3. Cavabdeh Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı Yusif anadan olduqdan 2 ay sonra anasının evinə ataraq bütün cehiz əmlaklarını da insanların gözü qarşısında həyətə tökərək yağışın-suyun altında qoyub anası və boşanmış bacısının uşağı ilə Rusiya Federasiyasına getmişdir. Səbəb də o idi ki, bacısı Vüsalə narkotik aludəçisi idi, uzun müddətdir ki, gizli saxlanılmaqla müalicə olunur. Sahib 2 övladını bacısına qurban verdi. Hətta Rusiya Federasiyasından 2 dəfə cəmi ümumilikdə 200 manat pul göndərdi. Hazırda da anasının məsləhəti ilə nikahsız evlənib ki, guya köhnə borclar silinəcək, aliment aşağı salınacaq. Ona vəkillik edən vəkil Tural görəsən məsləhət verdimi ki, uşaqlara baxmağa borclusan. 2014-cü ildən indiyənə qədər ümumilikdə 1000 manat ödəniş etməyib. Düzdür, vəkil pul naminə bu işləri götürür, ancaq bəzilərinin vicdanına qalıb ki, doğru-dürüst məsləhət versin. Onunla yaşayan qadın çox gözəl bilirdi ki, Sahibin rəsmi nikahdan 2 övladı – Uğur və Yusif adlı övladları vardır. O, bilərəkdən nikahlı-nikahsız doğmağı üstün bilib. Hal-hazırda Sahibin anası yalvarır ki, gəlin barışın, nikahsız bir qadınla yaşayıb, əkiz uşaqları olmuşdur, amma səni sevir. Onların əqidəsi yalnız onun-bunun həyatı ilə oynamaq hər küçədə uşaq qoymaqdan ibarətdir. Beləliklə, onlar cəmiyyəti zəhərləyir, öz zəhərlərini bir başqalarına da yeritməyə məcbur edirlər. Anasının iki otaqlı evində illərlə qaytarılmış cehizləri və övladlarını yerləşdirmişdir. Hazırda Sahib Bakı- Sumqayıt marşurut xətti ilə öz xüsusi maşını ilə işləyir. Məhkəmənin ədalətinə inanır. Bilir ki, bu işə ədalətlə baxılacaq, vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq hər bir xanım anadır, ananın əziyyəti göz qabağındadır.
4. AZ-V ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2025-ci ildə anadan olmuşdurlar. Uşağın atası İddiaçı, anası Əhmədova İntizar Şahsuvar qızıdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli, 2(060) -*****/**** saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli əmri ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, ##.##.2014-cü il təvəllüdlü X4 və ##.##.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X7 iddiaçı Mehbalayeva Nərgiz Həmzə qızının xeyrinə ##.##.2016-cı il tarixdən başlayaraq ayda hər uşaq üçün 117 manat, ümumilikdə 234 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ##.##.2025-ci ildən başlayaraq Sumqayıt şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-*****/**** saylı qətnaməsi ilə ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 1.11 misli miqdarında (hazırda bir uşaq üçün 400 x 1.11=444 manat) müəyyən edilməsi qərara alınmışdır.
7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
8. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin məktubundan görünür ki, İddiaçı 19000 manat aliment borcu yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-*****/**** saylı qətnaməsi ilə artırılmış alimentin məbləğinin azaldılaraq ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2 və 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 19 və 13-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli qərarı, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli, *-*/**** saylı qərarının 8.13 və 8.14-cü bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3, maddələri və ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mütəmadi olmasa da, fəhlə işləyir. 2024-cü ildə ikinci dəfə ailə qurmuşdur. Bu nikahdan bir övladı dünyaya gəlmişdir. Buradan aydın görünür ki, onun həyat tərzi yaxşılaşmış, gəliri artmışdır ki, o, özünə yeni ailə həyatı qurmuş, hətta övladı dünyaya gəlmişdir. Lakin bütün bunlara baxmayaraq İddiaçı bu günə qədər aliment borcunu ödəməkdən boyun qaçırır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.II Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.IV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
16. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
22. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli, 2(060) -*****/**** saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli əmri ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, ##.##.2014-cü il təvəllüdlü X4 və ##.##.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X7 iddiaçı Mehbalayeva Nərgiz Həmzə qızının xeyrinə ##.##.2016-cı il tarixdən başlayaraq ayda hər uşaq üçün 117 manat, ümumilikdə 234 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
24. Cavabdeh daha sonra həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ##.##.2025-ci ildən başlayaraq Sumqayıt şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-*****/**** saylı qətnaməsi ilə ##.##.2014-cü il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla indeksasiya olunaraq minimum aylıq əmək haqqının 1.11 misli miqdarında (hazırda bir uşaq üçün 400 x 1.11=444 manat) müəyyən edilməsi qərara alınmışdır.
25. İddiaçı alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin azaldılmasını və aliment borcundan azad olunmasını məhkəmədən xahiş etmiş, iddia tələbini heç bir yerdə işləməməsi, yataq xəstəsi olması, ailə vəziyyətində dəyişiklik olması ilə əsaslandırmışdır.
26. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir /bax bənd 9/.
27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin ailə vəziyyətində dəyişikliklər olmuş, o yenidən ailə qurmuş, başqa nikahından da bir yetkinlik yaşına çatmayan övladı vardır. İddiaçının ailə vəziyyətində olan dəyişikliyi nəzərə alaraq məhkəmə hesab etmişdir ki, alimentin məbləği azaldılmalıdır.
28. Alimentin azaldılmalı olan məbləğinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, bu hissədə iddia qismən təmin edilməli, uşaqların üstün mənafeyi nəzərə alınmaqla alimentin məbləği hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir.
29. Aliment borcunun silinməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericilik aliment borcunun tamamilə və ya qismən azad edilməsinin əsaslarını müəyyən etmişdir. Qanunvericiliyin mənasına görə, yalnız aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi müəyyən edildiyi halda, aliment borclarını ödəməkdən azad edilə bilmə imkanı nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçı aliment borcunun silinməsinə dair tələbinə əsas kimi xəstə olduğunu göstərir. Buna dair sübut olaraq məhkəməyə X1 tibb mərkəzinin Ambulator, stasionar, xəstənin tibb kitabçasından çıxarışlarını təqdim etmişdir.
30. Qeyd olunan cərrahi əməliyyat nəticəsində iddiaçı tərəfindən əmək qabiliyyətinin uzunmüddətli itirildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, şəxsin hər hansı bir cərrahi əməliyyat keçirməsi öz-özlüyündə aliment öhdəliyindən azad edilməsi üçün əsas təşkil edə bilməz. Hazırkı halda əsas məsələ həmin cərrahi əməliyyatın nəticəsidir. Belə ki, əməliyyatın nəticəsi olaraq gəlir əldə etmək, işləmək iqtidarında olmaması, şəxsin əmək qabiliyyətini itirməsi aliment öhdəliyini icra etməsinə mane olan hal kimi nəzərə alına bilər. Lakin hazırkı halda iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda həmin əməliyyatın nəticəsində iddiaçıya orqanizmin funksiyalarının hər hansı dərəcədə pozulmasına görə əlillik də təyin edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir.
31. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
36. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
37. Aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.
38. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.
39. Kollegiya valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, tərəflərin əmlak mənafelərini, iddiaçının qazancı və ailə vəziyyəti nəzərə alaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
40. Məhkəmə kollegyiası həmçinin vurğulayır ki, cavabdeh apellyasiya şikayəti üzrə dəlillərinin təsdiqi, iddiaçının yüksək məbləğdə aliment ödəməyə vəsaitə malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kssasiya şikayəti verilə bilməz.