Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-411/2026 20.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X3 cavabdeh Ibrahimov Asif Vaqif oğluna qarşı mülki iş üzrə (Açar sözlər: aliment, uşağın 3 yaşına çatanadək əlavə xərc tələbi) Hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı X3 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Işin halları
2. AZ-V ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ##.##.2024-cü ildə anadan olmuş, atası Ibrahimov Asif Vaqif oğlu, anası X3r.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı X3 cavabdeh Ibrahimov Asif Vaqif oğluna qarşı aliment və əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ibrahimov Asif Vaqif oğlundan birgə yaşadıqları müddətdə anadan olmuş ## ### 2024-cü il təvəllüdlü X8 üçün sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə, habelə ## ### 2024-cü il təvəllüdlü X8 üç il tamamına kimi 250 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Iddiaçı X3 iddianı onunla əsaslandırmışdır ki, o, 2022-ci il tarixdə rəsmi nikahı qeyd etdirmədən el adəti ilə toy edərək cavabdeh Ibrahimov Asif Vaqif oğlu ilə evlənmiş, birgə yaşadıqları müddətdə ## ### 2024-cü il təvəllüdlü X8 anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Ayrılmaqlarının səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Artıq uzun müddətdir ki, onlar ayrı yaşayırlar. Ayrıldığı vaxtdan azyaşlı uşaq onun himayəsindədir. O, cavabdehlə aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə cavabdeh Ibrahimov Asif Vaqif oğluna daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya şurasında məsələ həll olunmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh Ibrahimov Asif Vaqif oğlu uşağın saxlanılmasının və tərbiyəsinin qayğısını çəkmir, uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Uşağı təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də uşağın saxlanması üçün cavabdeh Ibrahimov Asif Vaqif oğlundan onun xeyrinə aliment tutulmalıdır.
5. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Qasımov) iddia tələbi qismən təmin edilərək, ## #### 1980-ci ildə ünvan 1 ünvanda yaşayan Ibrahimov Asif Vaqif oğlundan X3 xeyrinə ## ### 2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli miqdarında sabit pul məbləğində alimentin tutulması, - alimentin tutulmasının ## ###### 2025-ci il tarixdən hesablanması, - cavabdeh Ibrahimov Asif Vaqif oğlundan 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Ibrahimov Asif Vaqif oğlu iddiaçı ilə birgə yaşadığı dövrdə anadan olmuş Muhammədəli adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Yetlkinlik yaşına çatanadək saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdeh Ibrahimov Asif Vaqif oğlundan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (180 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə iddiaçının uşağın üç yaşınadək cavabdeh tərəfindən ona aliment ödənilməsi tələbini müzakirə edərək hesab edib ki, həmin hissədə iddia təmin edilməməlidir. Tərəflər arasında rəsmi nikah bağlanmadığına görə onların bir-birinə münasibətdə hüquq və vəzifələri mövcud deyil və ona görə də, iddiaçının cavabdehdən uşağın 3 yaşı tamam olanadək aliment tələb etməsi əsassızdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4, 75.1, 75.4, 78.1, 84.1, 84.2, 100.2-ci maddələri, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1, 119.2, 234.1, 234.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətlərinin dəlilləri
8. Iddiaçı Nigar Babayeva qətnamədən apellyasiya şikayəti vermişdir.
9. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, iddia tələbində azyaşlı uşağın saxlanılması üçün aliment və 3 yaşına çatanadək maddi yardımın tutulmasını xahiş etmişdir. Qətnaməni iddia tələbinin hər iki hissəsində əsassız hesab edir. Belə ki, o ölkə üzrə yaşayış minimumunun 0.70 misli həddində alimentin müəyyən edilməsini xahiş etmişdir ki, məhkəmə həmin məbləği yaşayış minimumunun 0.45 misli həddində təyin edib. Bu da aylıq 180 manat edir ki, onunla uşağın ehtiyaclarını qarşılmaq mümkün deyil. Digər tərəfdən məhkəmə ölkədəki inflyasiya səviyyəsini nəzərə almamışdır. Məhkəmə Ali Məhkəmənin Plenum Qərarındakı mövqeyə uyğun hesablama aparmamışdır. Bu da uşağın hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa məhkəmə əsassız olaraq uşağın 3 yaşına çatanadək maddi yardımın tutulmasını rədd etmişdir. Işə baxan məhkəmə iddia ərizəsində qeyd olunan halları, tərəflərin maddi əmlak vəziyyətini düzgün tədqiq etmədən aliment məbləğini aşağı həddə müəyyən etmişdir. Göstərilən hallar məhkəmə kollegiyası tərəfindən araşdırılmalı və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği qənaətbəxş deyildir. Cavabdeh uşağın maddi ehtiyaclarının qarşılanmasına köməklik etmir. Onun rəsmi iş yeri olmasa da, yaşayış tərzi yaxşıdır, tez-tez xaricə istirahətə gedir. Bir neçə avtomobili var. Uşağın isə müalicə xərcləri kifayət qədər bahadır. O, aylıq 600 manatdan çox müalicəyə vəsait xərcləyib, uşağın səhhətinin yaxşılaşmasına nail olub. Aliment məbləğinin artırılaraq, ən azı 260 manat məbləğində müəyyən edilməsi zəruridir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Asif Ibrahimova lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə cavabdehin hərbi qulluqçu kimi aylıq sabit qazanc əldə etməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment müəyyən edilməlidir. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2.Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ##.##.2024-cü il tarixli, ** nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Madddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir.
18. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslıdır.
20. Tələb yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment və uşağın 3 yaşına çatanadək əlavə xərcin tutulması barədədir.
21. Nəzərə alınmalıdır ki, aliment ödənilməsinə dair qanunvericlik aktlarının məqsədi ona yönəlmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.
22. Qeyd edilməlidir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. O da nəzərə alınmalıdır ki, cavabdehin azgəlirli olması onu aliment öhdəliyindən azad edə bilməz. Bundan əlavə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (ananın) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqın aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
24. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.
25. Bundan əlavə qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: 1) tərəflərin maddi və ailə vəziyyəti; 2) diqqətəlayiq digər hallar; 3) uşağın əvvəlki təminatının səviyyəsi.
26. Bu baxımdan kollegiya hesab edir ki, qeyd olunanlarla yanaşı, işin faktiki halını da nəzərə almaq lazımdır. Belə ki, iş materialları ilə sübut olunur ki, cavabdeh hazırda rəsmi olaraq heç bir yerdə işləmir və iş tapdığı halda fərdi işlə məşğul olur. Iddiaçı özü də cavabdehin birgə yaşadığı dövrlərdə evə ciddi qazanc gətirmədiyini, lakin “dəbdəbəli həyat” tərzi keçirdiyi qeyd etmiş və məhkəmə araşdırması zamanı alimentin heç olmasa 260 manat məbləğində müəyyən olunmasını xahiş etmişdir.
27. Kollegiyanın qənaətinə görə məhkəmə tərəfindən müəyyən olunmuş minumum əmək haqqının 0.45 misli həddində aliment, uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün heç də kifayət qədər yetərli sayıla bilməz.
28. Beləlilklə, yuxarıda qeyd olunanları nəzərə alan kollegiya belə qənaətə gəlir ki, ## ### 2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ibrahimov Asif Vaqif oğlundan alınmalı (tutulmalı) olan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində müəyyən edilməlidir.
29. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəmənin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. ## ### 2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ibrahimov Asif Vaqif oğlundan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.