Məhkəmə qərarları › İş №2(3-8)-421/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-421/2026

14.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-421/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ondan ##.##.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin ölkədə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli miqdarının dəyişdirilməsi və həmin alimentin ölkədə müəyyən edilmiş minimum əməkhaqqının 0.3 misli miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh sabiq həyat yoldaşıdır. Birgə nikahlarından ##.##.2018-ci il təvəllüdlü bir uşaqları- X1 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan olan ## ### 2018-ci il təvəllüdlü X1 boşanmadan sonra anası Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayətini qismən təmin edərək, Xaçmaz Rayon Məhkəməsinin adıçəkilənqətnaməsinin qismən, alimentin tutulmaması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin çıxarılması, ## #### 2025-ci il tarixindən başlayaraq iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi həmin qətnaməni qəbul edərkən onun əlilliyini və aldığı pensiyadan əlavə heç bir gəlir mənbəyinin olmamasını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. O, ##.##.1993-cü il təvəllüdlü olmaqla III dərəcəli əlildir və əlilliyi müddətsiz olaraq təyin edilmişdir. Heç bir ağır fiziki iş görə bilmir. Yalnız şəxsi təsərrüfatda yüngül işlər görərək aldığı pensiya pulu ilə dolanır. Ona görə də onun Sumqayıt Apellyasiya Məhkəməsinin təyin etdiyi məbləğdə aliment ödəmək imkanı yoxdur. III qrup əlilliyə görə ayda 180 manat pensiya alır. Cavabdehə uşağın saxlanılması üçün hər ay 120 manat aliment ödəmək iqtidarındadır. Əks halda özü ac qalmalı olacaq, həmçinin gələcəkdə alimentin ödənilməməsinə görə məsuliyyətə cəlb oluna bilər.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, 2(105)- ****/**** nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən, alimentin tutulmaması hissəsində ləğv edilmişdir. Həmin hissədə yeni qətnamə çıxarılması, ##.##.2025-ci il tarixdən başlayaraq iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqları - ## ### 2018-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

5. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti ** saylı Tibbi Sosial Ekspert Komissiyasının çıxarışından görünür ki, İddiaçı ##.##.1993-cü il təvəllüdlü olmaqla III dərəcəli əlillik təyin edilmişdir, ağır fiziki işlər əks göstərişdir.

6. “Məhkəmə işlərinin elektron idarəetmə sistemi” vasitəsilə əldə olunmuş məlumatdan görünür ki, İddiaçı III qrup əlilliyə görə 180 manat pensiya alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Ağazadə) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 76.1.3, 78.1 və 112.1-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarı, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 112.1, 112.1.3, 112.1.6, 119.1, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələri və ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilməsini və ondan cavabdeh Cavabdeh xeyrinə tutulan alimentin məbləğinin minimum əmək haqqının 0,5 mislindən 0,3 mislinə azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan olan ## ### 2018-ci il təvəllüdlü X1 boşanmadan sonra anası Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayətini qismən təmin etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işin baxılması ##.##.2025-ci il tarixə təyin edilmiş, səhhəti ilə bağlı məhkəmə iclasına gedə bilmədiyi üçün ##.##.2025-ci il tarixdə məhkəmə kollegiyasına teleqram göndərərək tərəfindən əlavə sübutlar təqdim ediləcəyini bildirilməklə iş üzrə məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etsə də, həmin gün işə iştirakı olmadan baxılaraq yuxarıda göstərilən məzmunda qətnamə qəbul edilmişdir. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsi həmin qətnaməni qəbul edərkən onun əlilliyini və aldığı pensiyadan əlavə heç bir gəlir mənbəyinin olmamasını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. O, ##.##.1993-cü il təvəllüdlü olmaqla III dərəcəli əlildir və əlilliyi müddətsiz olaraq təyin edilmişdir. Heç bir ağır fiziki iş görə bilmir, yalnız şəxsi təsərüffatda yüngül işlər görərək aldığı pensiya pulu ilə dolanır. Ona görə də onun Sumqayıt Apellyasiya Məhkəməsinin təyin etdiyi məbləğdə, yəni ölkədə müəyyən olummuş minimum əmək haqqının 0,5 misli miqdarında aliment ödəmək imkanı yoxdur. Məhkəmədən xahiş etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin təyin etdiyi alimentin miqdarının minimum əmək haqqının 0,5 mislindən 0,3 mislinə azaldılması barədə qətnamə qəbul edilsin. Xaçmaz rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə tərəfindən ailə vəziyyətinin araşdırılmasına, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqlarının olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyi və s. kimi hallar aiddir. Artıq işin mübahisəsiz halıdır ki, iddiaçının cavabdehlə birgə nikahdan doğulan uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəməli olduğu aliment öhdəliklərindən başqa analoji öhdəliyi mövcud deyil. Təkrarən qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən onun iştirakı təmin olunmamış və məhkəməyə sübut təqdim etmək hüququndan məhrum olunmuşdur. Apellyasiya məhkəməsi alimenti minimum əmək haqqının 0,5 misli həddində müəyyən edərkən onun üçüncü qrup əlil olmağından xəbərsiz olmuşdur, çünki iş materiallarında bu barədə hər hansı sənəd olmamışdır. Ona görə də hesab edir ki, Xaçmaz rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi qanunsuzdur və ləğv edilməlidir. İşə baxmış məhkəmə prosessual normaların tələblərini pozmaqla iş üzrə qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. İddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, onun kredit öhdəliyi var. Həm təyin edilən məbləğdə alimenti, həm də kredit borcunun ödənilməsində maddi çətinlik çəkir. O, işləmir, yalnız təsərrüfatla məşğul olur.

13. İddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

15. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etsə də apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator məhkəmə qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.II Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.IV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı 3-cü dərəcə əlil olmasını, işləməməsini, əmlak vəziyyətinin yaxşı olmadığını nəzərə alaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılmasını xahş etmişdir.

25. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia təmin edilməmişdir.

26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, alimentin məbləği məhkəmə tərəfindən müəyyən edildikdən sonra iddiaçının ailə vəziyyətində dəyişiklik baş verməmişdir. Məhkəmə tərəfindən ailə vəziyyətinin araşdırılmasına tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqlarının olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyi və s. kimi hallar aiddir. Artıq işin mübahisəsiz halıdır ki, iddiaçının cavabdehlə birgə nikahdan doğulan uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəməli olduğu aliment öhdəliklərindən başqa analoji öhdəliyi mövcud deyil.

27. Məhkəmə onu da qeyd etmişdir ki, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Aliment miqdarının hər ay ölkədə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli miqdarının dəyişdirilməsi və həmin alimentin ölkədə müəyyən edilmiş minimum əmək haqqının 0.3 misli miqdarında müəyyən edilməsi uşağın üstün mənafeləri baxımından qənaətbəxş məbləğ olmadığı kimi, minimum əməkhaqqının 0.3 misli miqdarında tutulması da ədalətli məbləğ hesab edilə bilməz. Belə ki, iddiaçının təklif etdiyi həddə aliment miqdarının azaldılması uşağın əvvəlki təminatının səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxarır ki, bu da qanunvericinin güddüyü məqsədlərə mütənasib hesab edilmir.

28. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

30. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

31. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

33. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

34. Kollegiya valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, tərəflərin əmlak mənafelərini, iddiaçının qazancı və ailə vəziyyəti nəzərə alaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, iddiaçının təsərrüfatla məşğul olmaqla qazanc yerinin olması, eləcə də kredit öhdəliyinin olması iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda aliment öhdəliyini yerinə yetirməyə zəruri vəsaitə malik olmaması barədə göstərdiklərinin inandırcı olmaması qənaətinə gəlməyə əsas verir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kssasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar