Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-433/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh məburi iş buraxma müddəti üçün, ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarxinədək olan dövr üçün 13 ay müddətində əmək haqqımın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh ## ######## 2025i il tarixli ** saylı əmri ləğv edilərək, həmin məktəbdə kiçik xidməçti (xadimə) vəzifəsinə bərpa edilib. İşdən azad edildiyi ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarxinədək olan dövr üçün 13 ay müddətində əmək haqqını cavabdeh ödəmir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə iddiaçı ilə Şamaxı rayonu Nüydi kənd orta məktəbi arasında yeni əmək müqaviləsi bağlanmışdır. ##.##.2025-ci il tarixdə iddiaçı ilə Şamaxı Rayonu Nüydi kənd orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş hazırkı iddia tələbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri pozulmaqla qaldırılmışdır. Belə ki, iddiaçı ##.##.2024-cü il tarixdə işdən azad edildiyini bilmiş və həmin gündən əmək-haqqı almadığını da açıq şəkildə dərk etmişdir. Buna baxmayaraq o, qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddət ərzində iddiaçının öz ifadəsi ilə desək “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi” ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, əmək mübahisələri üzrə iddia müddətinin ötürülməsi iddianın rədd edilməsi üçün müstəqil əsasdır. İddiaçı yanlış olaraq bu tələbi “işə bərpanın avtomatik nəticəsi” kimi təqdim etməyə çalışır. Halbuki, “işə bərpa” tələbi ilə “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi” müstəqil əmək mübahisələridir. Bu, həm normativ tənzimləmədən, həm də sabit məhkəmə praktikasından irəli gəlir. İddiaçı İddiaçı “işə bərpa” tələbi üzrə birinci məhkəmə prosesində hüquqlarını müdafiə etmiş, lakin bilə-bilə bu tələbi də irəli sürməmişdir. Yəni daha aydın və konkret şəkildə bildirir ki, iddiaçı hüququnu müdafiə etmək üçün 2024-cü ildə məhkəməyə vaxtında müraciət etmişdir, amma o həmin vaxt tələblərini düzgün və tam formalaşdırmayıb. İddiaçı 2024-cü ildə “işə bərpa” tələbi ilə yanaşı “məcburi proqula görə ona kompensasiya ödənilməsi”ni bir yerdə verə bilərdi. Ona heç bir hüquqi maneə yox idi, indi isə iddiaçı sadəcə olaraq çox gecikmişdir. Bu isə prosessual passivlikdir və bu prosessual səhvin mənfi nəticələri cavabdehin üzərinə yüklənə bilməz. Onun tərəfindən iddiaçını işdən azad etməyi ilə bağlı hüquq pozuntusu bir dəfə ##.##.2024-cü il tarixində baş vermişdir. Lakin sonrakı dövr hüquq pozuntusu deyil, yalnız həmin aktın maddi nəticələridir. Maddi nəticələr iddia müddətinin başlanğıcını dəyişmir və uzatmır. Azərbaycan Respublikası Qanunvericiliyində və məhkəmə təcrübəsində “maddi nəticələrin davam etməsi” iddia müddətinin bərpası üçün əsas kimi nəzərdə tutulmamışdır. Ona görə də xüsusi vurğulayır ki, iddiaçı iş üzrə artıq bir dəfə məhkəməyə müraciət etmişdir və o, hər cürə hüquqi imkanlara və məhkəməyə çıxışa malik olmuşdur. Buna baxmayaraq iddiaçı “işləmədiyi dövr ərzində ona əmək haqqı ödənilməsi” tələbini şüurlu şəkildə vaxtında irəli sürməmişdir. Bu hal, iddiaçının öz hüququndan faktiki istifadə etməməsi, yaxud iddia tələblərinin süni şəkildə parçalanması kimi qiymətləndirilməlidir. Belə praktika isə mülki prosesin sabitlik və hüquqi müəyyənlik prinsiplərinə ziddir. Əmrdən Çıxarışdan görünür ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə 65 yaşına çatması ilə bağlı onun əmək müqaviləsinə xitam verilmişdir. Bu fakt göstərir ki, iddiaçı ilə əmək münasibətləri artıq davam etmir və iddiaçı faktiki olaraq əmək bazarından çıxmışdır. Bu da iddianın sosial məqsədinin aradan qalxdığını və tələbin yalnız formal xarakter daşıdığını göstərir. İddiaçının iddia müddətinin ötürülməsi ilə əlaqədar “Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinin tam şəkildə rədd edilməsini Şamaxı Rayon Məhkəməsindən xahiş etmişdir.
5. İddiaçı İddiaçı cavabdeh tərəfindən verilmiş etiraza münasibət bildirərək göstərmişdir ki, o, cavabdeh tərəfindən təqdim edilmiş etirazı tamamilə əsassız hesab edir və aşağıdakı hüquqi əsaslarla təkzib edir: 1. Məcburi işburaxma dövrü üçün əməkhaqqı ödənilməsi işə bərpanın birbaşa nəticəsidir. Cavabdeh iddia edir ki, "işə bərpa" və "əməkhaqqı" müstəqil tələblərdir. Lakin Əmək Məcəlləsinin 297.2-ci maddəsinə əsasən, əgər işçinin işdən çıxarılması qanunsuz hesab edilirsə, işəgötürən tərəfindən işçiyə məcburi işburaxma dövrü üçün orta əmək haqqı ödənilməlidir. Məhkəmə artıq onun işdən çıxarılmasının qanunsuz olduğunu təsdiq edib və onu işə bərpa edib. Bu o deməkdir ki, 13 aylıq müddət onun təqsirindən deyil, işəgötürənin qanunsuz əməli nəticəsində yaranıb. 2. İddia müddətinin ötürülməsi arqumentinin əsassızlığı. Cavabdeh onun 1 aylıq iddia müddətini ötürdüyünü deyir. Bildirir ki, məcburi işburaxma dövrü üçün əməkhaqqı tələbi davam edən hüquq pozuntusudur. İşə bərpa haqqında məhkəmə qərarı qanuni qüvvəyə minmədən və həmin dövrün tam müddəti (13 ay) müəyyən edilmədən dəqiq məbləği hesablamaq və tələb etmək qeyri-mümkün idi. O, işə bərpa edildikdən dərhal sonra (##.##.2025) qanuni hüququndan istifadə edərək bu tələbi irəli sürmüşdür. 3. İşəgötürənin qərəzli mövqeyi. Cavabdeh etirazında onun ##.##.2025-ci ildə yaş həddi ilə bağlı işdən çıxarıldığını qeyd edərək, bu tələbin "formal xarakter" daşıdığını bildirir. Bu gülüncdür. Onun 13 ay ərzində qanunsuz olaraq məhrum edildiyi dolanışıq vəsaiti (əməkhaqqı) onun konstitusion hüququdur. İşdən yaşa görə çıxmağı, keçmişdə vurulmuş maddi ziyanın ödənilməməsinə əsas verə bilməz. 4. Ali Məhkəmənin təcrübəsi. Məhkəmə təcrübəsi göstərir ki, işə bərpa davası qazanıldığı halda, məcburi işburaxma dövrü üçün kompensasiya ödənilməsi mütləqdir. Cavabdehin "xxxx" bəhanəsi sadəcə dövlət büdcəsindən (və ya müəssisə vəsaitindən) qanunsuz yayınmaq cəhdidir. Cavabdehin (Nüydü kənd orta məktəbinin) əsassız etirazının rədd edilməsi, onun 13 aylıq məcburi işburaxma dövrü üçün orta əməkhaqqının tam şəkildə ödənilməsi barədə qərar çıxarılmasını xahş etmişdir.
6. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında Cavabdeh ## ######## 2024-cü il tarixli, ** saylı əmrinin ləğv edilməsi və İddiaçı Cavabdeh kiçik xidmətçi (xadimə) vəzifəsinə bərpa edilməsi, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq, iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Şamaxı rayonu Nüydü kənd tam orta ümumitəhsil məktəbinin “əmək müqaviləsinin bağlanması” barədə ##.##.2025-ci il tarixli, ** nömrəli əmrindən çıxarışdan görünür ki, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən İddiaçı ##.##.2025-ci il tarixdən Nüydü kənd tam orta ümumitəhsil məktəbində 0,5 (yarım) aklad kiçik xidmətedici vəzifəsinə təyin edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır.
9. Şamaxı rayonu Nüydü kənd tam orta ümumitəhsil məktəbinin “əmək müqaviləsinə xitam verilməsi” barədə ##.##.2025-ci il tarixli, ** nömrəli əmrindən çıxarışdan görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən İddiaçı – ##.##.2025-ci il tarixdə Nüydü kənd tam orta ümumitəhsil məktəbində kiçik xidmətedici vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Qürur Abasov) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxmaya görə ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarxinədək olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi, cavabdeh Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsi, 296-cı maddəsinin 4-cü bəndi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.1.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.2, 195-220-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh direktoru Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbinə baxan Şamaxı Rayon Məhkəməsi – iddiaçının tələbini, işin hallarını və onun bu iddia tələbinə etirazını gizlədərək üstü-örtülü bir qətnamə qət etmişdir. İş materiallarından aşkar görünür ki, Cavabdeh direktorunun ## ######## 2024-cü il tarixli, ** saylı əmri ilə İddiaçı xadiməçi vəzifəsindən azad edilmişdir. İddiaçı yalnız “işə bərpa” tələbi ilə məhkəməyə müraciət etmiş və onun iddia tələbi təmin olunmuşdur. İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məcburi iş buraxmaya görə kompensasiya ödənilməsi barədə məhkəməyə müraciət etməmiş və məhz bu tələb üzrə iddia müddətini ötürmüşdür. Şamaxı Rayon Məhkəməsi iş üzrə *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qətnamədə yazmışdır ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.” Beləliklə, iş materiallarından aşkar görünür ki, iddiaçı ##.##.2024-cü il tarixdə işdən azad edildiyini bilmiş və həmin gündən əmək-haqqı almadığını da açıq şəkildə dərk etmişdir. Odur ki, iddiaçı son tarix olan ##.##.2025-ci ilədək bir il ərizndə pul tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin o, qanunla müəyyən edilmiş 1 (bir) il müddət ərzində “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi” ilə məhkəməyə müraciət etməyib iddia müddətini ötürmüşdür. İş materiallarından görünür ki, iddiaçı ## ###### 2025-ci il tarixində pul (əmək haqqı) tələbi ilə məhkəməyə ikinci dəfə müraciət etmişdir ki, bu zaman o 1 (bir) illik iddia müddətini ötürmüşdür. Ona görə də iddiaçı pul tələbi ilə əlaqədar məhkəməyə müraciət edərkən o, etiraz edərək iddia müddətinin ötürüldüyünü məhkəməyə bildirmiş və iddia müddətinin tətbiq olunması ilə həmin iddia tələbinin rədd edilməsini Şamaxı Rayon Məhkəməsindən xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsi iş üzrə qətnaməsində kobud səhvə yol verərək yazmışdır ki, “Məhkəmə hesab edir ki, iddia müddətinin axımının başlanğıcı Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin qanuni qüvvəsini aldığı gündən, yəni ##.##.2025-ci il tarixdən hesablanmalıdır”. Bu aşkar surətdə qanun pozuntusudur. Açıq-aydın görünür ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi ##.##.2025-ci il tarixi - işçinin pul tələbi ilə bağlı hüququnun pozulduğunu aşkar etdiyi gün deyildir. Bu tarix, işçinin yalnız işə-bərpa tələbi üzrə Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin qanuni qüvvəsini aldığı tarixdir. İşçi əmək hüququnun pozulması ilə bağlı özünün işdən azad edildiyi ##.##.2024-cü il tarixdən bilirdi və bir il ərzində, yəni ##.##.2025-ci il tarixinədək hüquqi yardım mərkəzlərinə, vəkilə və həmçinin sözügedən əmək haqqı tələbi ilə məhkəməyə vaxtında müraciət edə bilərdi. Lakin o bunu etməyərək qanunla müəyyən edilmiş 1(bir) illik iddia müddətini ötürdükdən sonra, ## ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ancaq onun belə iddia tələbi müddətinin sonuncu günü ##.##.2025-ci il tarixi idi. İddiaçı bu məsələ ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpasına dair məhkəməyə ərizə və ya vəsatət də verməmişdir. Ona görə də Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsində əsas götürülmüş normativ aktlar və qanunlar düzgün tətbiq olunmamış və səhv təfsir olunmuşdur. Belə ki, iddia müddətinin başlanğıcı işçinin əmək hüququnun pozulduğunu aşkar etdiyin gün olan ##.##.2024-cü il tarixi götürülməlidir. Çünki, iddiaçı həmin vaxt “işə bərpa” tələbi ilə deyil, “işə bərpa və məcburi iş buraxmaya görə kompensasiya” birgə tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Lakin o bunu etməyib iddia tələbinin lüzumsuz olaraq iki hissəyə ayırmış və bununla nəticədə hazırkı tələb üzrə iddia müddətini ötürmüşdür. İddiaçı yanlış olaraq bu tələbi “işə bərpanın avtomatik nəticəsi” kimi təqdim etməyə çalışmışdır. Halbuki, “işə bərpa” tələbi ilə “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbi” müstəqil əmək mübahisələridir. Bu, həm normativ tənzimləmədən, həm də sabit məhkəmə praktikasından irəli gəlir. Beləliklə, iddiaçı İddiaçı “işə bərpa” tələbi üzrə birinci məhkəmə prosesində hüquqlarını müdafiə etmiş, lakin bilə-bilə “məcburi iş buraxmaya görə əmək haqqı” tələbi də irəli sürməmişdir. Bir daha vurğulayır ki, iddiaçı hüququnu müdafiə etmək üçün 2024-cü ildə məhkəməyə vaxtında müraciət etmişdi, amma o həmin vaxt tələblərini düzgün və tam formalaşdırmamışdır. Onun tərəfindən iddiaçını işdən azad etməyi ilə bağlı hüquq pozuntusu bir dəfə ##.##.2024-cü il tarixində baş vermişdir. Lakin sonrakı dövr hüquq pozuntusu deyil, yalnız həmin aktın maddi nəticələridir. Maddi nəticələr iddia müddətinin başlanğıcını dəyişmir və uzatmır. Azərbaycan Respublikası Qanunvericiliyində və məhkəmə təcrübəsində “maddi nəticələrin davam etməsi” iddia müddətinin bərpası üçün əsas kimi nəzərdə tutulmamışdır. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə 65 yaşına çatması ilə bağlı onun əmək müqaviləsinə xitam verilmişdir. Bu fakt göstərir ki, iddiaçı ilə əmək münasibətləri artıq davam etmir və iddiaçı faktiki olaraq əmək bazarından çıxmışdır. Bu da iddianın sosial məqsədinin aradan qalxdığını və tələbin yalnız formal xarakter daşıdığını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd etdiyi dəlillərə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı və Mülki Məcəllənin 375.2-ci maddələrinə əsasən Şamaxı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qət olunaraq iddia tələbi rədd edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. İddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
15. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf apellyasiya şikayətində iddia müddətini ötürdüyünü iddia edərək qətnamənin ləğvini xahiş edir. Lakin həmin şikayət tamamilə əsassızdır və qanunvericiliyin yanlış təfsirinə söykənir. Onun məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi irəli sürmək hüququ yalnız işə bərpa haqqında məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yaranmışdır. İşə bərpa prosesi digər məhkəmə instansiyalarında davam etdiyi müddətdə, yekun qərar olmadan pul tələbi irəli sürmək hüquqi baxımdan qeyri-mümkün idi. O, faktiki olaraq ##.##.2025-ci il tarixində işə bərpa olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul tələbləri üzrə iddia müddəti 1 ildir. O isə bu hüququndan işə bərpa olunduğu və hüququnun tam bərpa edildiyi gündən cəmi 2 ay sonra, yəni ##.##.2025-ci il tarixində istifadə etmişdir. Bu isə o deməkdir ki, o, qanuni müddəti pozmamış, əksinə, müddət daxilində müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsi işin bütün hallarını dərindən araşdırmış və direktorun "iddia müddəti ötürülüb" bəhanəsinə qətnamədə hüquqi qiymət verərək onu ədalətli şəkildə rədd etmişdir. Cavabdeh tərəfin apellyasiya şikayəti sadəcə qanuni qərarın icrasını ləngitmək məqsədi daşıyır. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
17. İddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İş üzrə üçüncü şəxs X1 Təhsil İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II, IV, VI hissələri). Maddə 71. (İ və II hissə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 300. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ##.##.2024- cü il tarixdə ##.##.2010-cu il tarixdən etibarən işlədiyi Şamaxı rayonu Nüydü kənd tam orta ümumitəhsil məktəbində ocaqçı-xadimə vəzifəsindən azad edilmişdir. O, ##.##.2024-cü il tarixdə “əmək müqaviləsinə xitam verilməsi” barədə Cavabdeh ## ######## 2024-cü il tarixli, ** saylı əmrinin ləğv olunması və işə bərpa olunması barədə Cavabdeh qarşı Şamaxı Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında Cavabdeh ## ######## 2024-cü il tarixli, ** saylı əmrinin ləğv edilməsi və İddiaçı Cavabdeh kiçik xidmətçi (xadimə) vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(074)- ***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ##.##.2025-ci il tarixdə icra edilməsi üçün Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, ##.##.2025-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin “icraata başlamaq” haqqına qərarı məhkəmənin ünvanına daxil olmuşdur. Şamaxı rayonu Nüydü kənd tam orta ümumitəhsil məktəbinin ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən İddiaçı ##.##.2025-ci il tarixdən Nüydü kənd tam orta ümumitəhsil məktəbində 0,5 (yarım) aklad kiçik xidmətedici vəzifəsinə təyin edilmiş, onunla əmək müqaviləsi bağlanmışdır. İşə bərpa olunmasına baxmayaraq məcburi iş buraxmaya görə əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiçı araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
25. Cavabdeh iddiaya etiraz edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü göstərmiş, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 10/.
27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl olunmadan aparıldığından, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir.
28. Məhkəmə cavabdeh Cavabdeh direktoru Nümayəndə 1 aylıq və 1 illik iddia müddətinin keçməsi ilə bağlı dəlilini əsassız hesab edərək mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, iddiaçının işə bərpa olunması ilə bağlı iddiası üzrə məhkəmə aktı qanuni qüvvəsini alaraq, ##.##.2025-ci il tarixdə icra edilməsi üçün Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı tutduğu vəzifəyə ##.##.2025-ci il tarixdə bərpa olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının başlanğıcı Şamaxı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin qanuni qüvvəsini aldığı gündən, yəni ##.##.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, qətnamə qanuni qüvvəsini alanadək işə bərpa edilmiş hesab edilə bilməz, bununla da, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi də təmin edilə bilməz. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı işə bərpa edilmiş və bunun nəticəsi olaraq, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etmək hüququ olan iddiaçının həmin hüququdan istifadə etmək imkanları itirilməmiş olur.
29. MƏhkəmə daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə bağlı tədbirlərin görülməsi işə bərpa edilmə ilə bağlı mübahisəyə baxan məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərədə tutulmuş iddia müddəti ötürülmədən verilmişdir.
30. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh direktoru Nümayəndə apellyasiya şikayəti vermişdir.
31. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, bu baxımdan əlavə qiymətləndirmə aparılmasına zərurət görümr, hesab edir ki, apellyasiya şikayətində mübahisələndirilən hallar formal olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.