Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-444/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Qərib qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X14 ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh Qərib qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Qərib qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.İşdə olan Qusar rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadının surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin ## ######## 2020ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən ##.##.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün İddiaçı ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı İddiaçı cavabdeh Cavabdeh Qərib qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar Rayon Məhkəməsinin ## ######## 2015-ci il *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** saylı Qərardadı ilə indeksasiya olunmuş aliment miqdarının azaldılaraq ondan ## ######## 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.375 misli həddində müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 3.İddiaçı İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh Qərib qızı ilə nikah bağlayaraq ailə həyatı qurmuş, həmin nikahdan ## ######## 2015-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Daha sonra Cavabdeh Qərib qızı ilə münasibətləri pozulduğu üçün ailələri dağılmış, Qusar Rayon Məhkəməsinin ## ######## 2015-ci il *(***)-***/**** saylı qətnaməsinə əsasən ondan Cavabdeh Qərib qızının xeyrinə ## ######## 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat alimentin tutulması qət edilmişdir. O, bu vaxta kimi aliment borcunu vaxtı vaxtında ödəmiş, heç vaxt aliment borcu olmamışdır. Bu yaxınlarda Cavabdeh Qərib qızı aliment məbləğinin indeksasiya edilməsinə dair Qusar rayon Məhkəməsinə müraciət etmiş və Qusar rayon Məhkəməsinin 8(029)- **/**** saylı Qərardadı ilə, Qusar Rayon Məhkəməsinin ## ######## 2015-ci il *(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı tutulan aliment məbləği ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya olunması qərara alınmışdır. Cavabdeh Qərib qızı ilə boşandıqdan sonar yenidən ailə həyatı qurmuş, həmin nikahdan mənim ## ###### 2021-ci il təvəllüdlü X5 və ## ##### 2024-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Həmin indeksasiya olunmuş məbləğ həddindən artıq çox yüksəkdir. Belə ki, sözü gedən Qusar rayon Məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “2019-ci il ########ın #-dən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləğinin 250 manat müəyyən edildiyini nəzərə alınsa və Qusar rayon Məhkəməsinin ## ######## 2015-ci il *(***)-***/**** saylı qətnaməsi qət edildiyi günə minimum aylıq əməkhaqqının məbləğinin 150 manat təşkil etmişdir. Hər ay 150 (yüz əlli) manat məbləğdə tutulan aliment 2019-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində müəyyən olunmuşdur. İndeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində indeksasiya olunmalıdır”. Həmin 0.6 misli həddində aliment bu günkü günə 240 (iki yüz qırx) manat (0.6 X 400 = 240) təşkil edir. Onun vəziyyəti Cavabdeh ilə boşandıqları gündən bu günə kimi dəyişməmiş, sonuncu məhkəmə Qərardadı ilə daha da pisləşməyə başlamışdır. O, hal-hazırda işsizdir, gəlir yeri yoxdur. 4.İddiaçı İddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək Qusar rayon Məhkəməsinin icraatında *(***)-****/**** saylı onun Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə həmin iddia ərizəsində o, texniki səhv olaraq cavabdeh Cavabdeh ata adını səhvən "Qərib qızı" kimi göstərmişdir. Hal- hazırda ərizə ilə müraciət edərək həmin səhvin düzəldilməsini, cavabdehin Cavabdeh kimi oxunmasını xahiş etmişdir. 5.İddiaçı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 6.Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Qusar Rayon Məhkəməsinin ## ######## 2015-ci il *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** saylı Qərardadı ilə indeksasiya olunmuş aliment miqdarının azaldılaraq ondan ## ######## 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.425 misli həddində müəyyən edilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Əli Cəlilov). 7.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 78.3 və 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 8.Cavabdeh Cavabdeh Qərib qızı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilməsini. iddiaçı İddiaçı mənə qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilməsini xahiş etmişdir. 9.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamə ilə razı deyil, alimentin miqdarı müəyyən olunarkən işin halları tam nəzərə alınmamışdır, ona görə də qətnaməni qanunsuz və əsassız hesab edir. 10.Belə ki, Qusar Rayon Məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Qusar Rayon Məhkəməsinin ## ######## 2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən, ##.##.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün İddiaçı ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində indeksasiya olunmuşdur. Həmin indeksasiya həddi bugünkü gündə 240 manat məbləğində müəyyən olunur (400 x 0.60 = 240 manat). Bundan başqa, hazırda iddiaçının başqa bir qadınla olan nikahından 2 azyaşlı uşağı vardır. Bununla da, tədqiq edilmiş sənədlərlə müəyyən olunur ki, həqiqətən də, indeksasiya edilmiş məbləğ iddiaçının maddi vəziyyətini ağırlaşdırmışdır. Belə ki, iddiaçının ödədiyi alimentin məbləği onun maddi vəziyyətində hər hansı artım olmadığı halda indeksləşmə nəticəsində kəskin şəkildə artmışdır. Bu isə onun maddi və ailə vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddiaçıdan cavabdehin xeyrinə tutulan aliment miqdarı azaldılmalıdır. 11.Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin olunmaması iddiaçının maddi durumunun daha da pisləşməsinə, aliment borcunu sonrakı tarixlərdə ödəyə bilməməsi isə gələcəkdə iddiaçının inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Bundan başqa, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın borcudur. 12.Cavabdeh məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayaraq bildirir ki, Qusar Rayon Məhkəməsinin yuxarıda göstərilən qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı 240 manat təşkil etmişdir. Qeyd olunan məbləğ bir uşağın saxlanması və ehtiyaclarının qarşılanması üçün yüksək məbləğ deyil. Belə ki, 2026-cı il üzrə ölkədə uşaqlar üçün yaşayış minimumu 260 manat müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə əlaqədar formalaşmış mövqeyinə görə alimentin miqdarı müəyyən olunmuş yaşayış minimumunun məbləğinə yaxın olmalıdır. Odur ki, Qusar Rayon Məhkəməsi alimentin miqdarını müəyyən edərkən yalnız iddiaçının maraqlarını nəzərə almış, cavabdehin maraqlarını və mənafeyini, o cümlədən azyaşlı uşağın mənafeyini pozmuşdur. 13.Beləliklə, Qusar Rayon Məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, alimentin miqdarını müəyyən edərkən cavabdehin maddi və əmlak vəziyyətini, o cümlədən uşağın mənafeyini nəzərə almamış, nəticədə isə alimentlə bağlı işin hallarına uyğun olmayan, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh hesab edir ki, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilərək iddiaçının iddiası rədd edilməlidir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 15.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 16.Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 17.Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 18.Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası 19.Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. 20.“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 21.Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; 22.Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 23.Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 24.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 25.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 26.Maddə 112.1. Aiment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 27.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 28.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 33.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 34.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 36.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Cavabdeh Cavabdeh Qərib qızı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı İddiaçı ona qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. 38.Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin iddianın təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 39.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 40.Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. 41.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. 42.Məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 43.Qeyd olunanlara istinadən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçıdan tutulan alimentin bu həddə qaldırılması onun gəlirlərinə uyğun olmamaqla iddiası qismən əsaslıdır. 44.Kollegiya qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. 45.Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. 46.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. 47.Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X4rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 48.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarı azaldılaraq ## ######## 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.425 misli həddində müəyyən edilməsi hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. 49.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. 50.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. 51.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh Qərib qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-444/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-444/2026
17.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver