Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-471/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakların çıxarılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X8 və X9 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmlakların çıxarılması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh iddiaçının mülkiyətində olan ünvan 2 ünvanında yerləşən əmlaklarının - divan, kreslo, taxt, masa, şkaf, taxt döşəkləri, tikiş maşını və paltar dolabının çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 15 ünvanında yerləşən, 5 otaqdan ibarət olan ** saylı mənzilin mülkiyyətçisidir. Mənzil 1992-ci ildə özəlləşdirilmiş və mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qeydiyyat orqanı tərəfindən rəsmən qeydiyyata alınmış, iddiaçının adına qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh Cavabdeh iddiaçının oğlu X4 ilə ##.##.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, ailə həyatı qurmuşdur. Cavabdeh bir müddət ərzində həmin mənzildə yaşasa da, ailə münasibətləri pozulduqdan sonra öz istəyi ilə mənzili tərk etmiş və hazırda 2 azyaşlı uşaqları ilə mənzildə yaşamır. Lakin cavabdeh iddiaçıya və özünə məxsus olan əmlakların bir qismini 2025-ci ilin avqust ayında iddiaçının xəbəri olmadan evdən çıxarmış, lakin cavabdehə məxsus olan bəzi əmlaklar hələ də iddiaçıya məxsus olan evdədir. Dəfələrlə ona həmin əşyaları gəlib götürməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, cavabdeh bu tələblərə məhəl qoymamış və bu günədək evdə qalan əmlaklarını götürməkdən imtina etmişdir. Hazırda cavabdehin iddiaçının mənzilində saxlanılan əşyaları - divan dəsti, kreslo, taxt, masa, kiçik şkaf, 2 ədəd taxt döşəyi, tikiş maşını və paltar dolabı cavabdeh Cavabdeh məxsusdur və onların iddiaçının mənzilində saxlanılması onun yaşayış şəraitinə və mülkiyyət hüququna maneçilik törədir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. * saylı Sumqayıt “ASAN xidmət“ mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, X4 ilə Baxşəliyeva (Əliyeva) Sevinc Süleyman qızı arasında ##.##.2009-cu il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1897 nömrəsi ilə qeydiyyat aparılmışdır.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Asan-Sumqayıt (2) tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ******* saylı yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı ##.##.2005-ci il tarixdən ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. X6, X10, Cavabdeh, X4 və X2 qeyd edilən mənzildə qeydiyyatda olan digər şəxslərdir.
6. ## ####### 2021-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X6, X10, Cavabdeh bu ünvanda yaşamırlar. Aktın doğruluğu qonşular - İsayeva Yeganə Qulu qızı, X3 və X5 tərəfindən təsdiq edilmişdir.
7. SSRİ MSİ-nin ##.##.1985-ci il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş fərdi yaşayış fomnduna aid yaşayış evinin texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 15 ünvanında yerləşən ** saylı mənzilin mülkiyyətçisi İddiaçıdur.
8. Sumqayıt şəhər Texniki İnvertarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 15 ünvanında yerləşən ** saylı mənzil Sumqayıt şəhər * nömrəli notarius kontorunun ## ###### 19912-ci il tarixli, *m- **** nömrəli aktı əsasında özəlləşdirilmiş və mülkiyyət hüququ rəsmən qeydiyyata alınmış, iddiaçı İddiaçı adına qeydiyyat vəsiqəsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh məxsus əşyaların (divan dəsti, kreslo, taxt, masa, kiçik şkaf, 2 ədəd taxt döşəyi, tikiş maşını və paltar dolab) İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 3-cü bəndi, 71-ci maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4 və 152.5-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 252.1, 157.4,152.5-ci maddələrinin tələblərinə istinad edərək qətnaməsini əsaslandırmışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mkr., ev 15, mənzil 49 üzərində mülkiyyətdən istifadə hüquqları cavabdeh Cavabdeh tərəfindən pozulmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulması məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinin 4-cü bəndində qeyd olunur ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları (hazırkı işdə əmlakdan istifadə hüququ) istənilən şəxs o cümlədən mülkkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ olub-olmaması məsələsinə hüquqi aydınlıq gətirməmişdir. Yalnız iddiaçının mülkiyyət hüququna istinad edilərək məhkəmə tərəfindən cavabdehin əmlaklarının mənzildən çıxarılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi baxımdan qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin qətnamədən də göründüyü kimi iddiaçı iddia ərizəsində qeyd edir ki, dəfələrlə cavabdehə əmlaklarının mənzildən çıxarılması ilə bağlı müraciət etmişdir. Lakin bununla bağlı hər hansı mötəbər sübutu iddia ərizəsinə əlavə etməmiş və həmçinin də məhkəmə gedişatı zamanı məhkəməyə təqdim etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. İddiaçı İddiaçı ## ### 2026-cı ik tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının oğlu X4 ilə ##.##.2009cu il rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş, həmin ildə cavabdeh cehiz əşyaları ilə birlikdə mülkiyyətçinin razılığı ilə mübahisəli evə köçmüş və bir müddət həmin evdə yaşamışdır. Lakin onların ailə münasibətləri pozulduqdan sonra cavabdeh öz istəyi ilə mənzili tərk etmişdir və hazırda X6 və X10 adlı 2 azyaşlı uşaqları ilə mənzildə yaşamır. Lakin cavabdehə məxsus olan bəzi əmlaklar hələ də iddiaçıya məxsus olan evdədir. Dəfələrlə ona həmin əşyaları gəlib götürməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, cavabdeh bu tələblərə məhəl qoymamış və bu günədək evdə qalan əmlaklarını götürməkdən imtina etmişdir. Hazırda cavabdehin iddiaçının mənzilində saxlanılan əşyaları (divan dəsti, kreslo, taxt, masa, kiçik şkaf, 2 ədəd taxt döşəyi, tikiş maşını və paltar dolabı) cavabdeh Cavabdeh məxsusdur və onların iddiaçının mənzilində saxlanılması onun yaşayış şəraitinə və mülkiyyət hüququna maneçilik törədir. Qeyd edilən əsaslardan çıxış edən iddiaçı araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
21. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 9/.
22. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
23. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
25. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
26. Göründüyü kimi, cavabdeh iddiaçının gəlini olmaqla, ailə üzvləri sırasına aid olmamış, eləcə də sadalanan şəxslərin kateqoriyasına da aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü, yaxud da «digər qohum»u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ yaranmamışdır.
27. Kollegiyanın qənatincə apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad edərək qanuni nəticəyə gəlmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikyəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.