Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-476/2026 05.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq, ##.##.2008-ci il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X4 üçün ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,45 (hər uşağa görə) həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Cavabdeh alimentin məbləğinin indeksasiya edilməsinə dair ərizəsi təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasındaki birgə nikahdan doğulmuş ##.##.2008-ci il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər üşağa görə tutulan 193 manat sabit pul məbləğində aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla qərardad qanunu qüvvəsini aldığı tarixdən başlayaraq hər bir uşaq üçün ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqının 0,64 misli (hər bir uşağa görə) həddində indeksasiya olunması qərara alınmışdır. Qərardadla müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli, 256 manat təşkil edir. 2 uşaq üçün isə hər ay 512 manat aliment təyin olunmuşdur. Bu məbləğdə alimenti ödəmək iqtidarında deyil, hazırda 1200 manatdan yuxarı ödənilməmiş aliment borcu yığılmışdır. “X1 Qida Sənayə Ticarət” MMC-də bağban işləməklə aylıq 401 manat 14 qəpik əmək haqqı alır. Həmin məbləğin 386 manatı uşaqların saxlanılması üçün ondan tutularaq Cavabdeh verilir. Məhkəmənin qərardadına əsasən hər uşaq üçün 256 manat, iki uşaq üçün 512 manat aliment ödəməlidir ki, bu halda onun qazancı hər ay ən azından 1500 manatdan artıq olmalıdır. O, isə cəmisi 401 manat əmək haqqı alır. Göründüyü kimi onun aylıq qazancı 2 uşağa görə Cavabdeh 512 manat məbləğində aliment ödənilməsinə yetərili deyildir. Ona görə də, alimentin miqdarı azaldılaraq ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,45 (hər uşağa görə ) həddində müəyyən edilməlidir.
3. İddia tələbinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Samir Bayramov) iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi və Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 8(067)-37/2025-ci il tarixli alimentin indeksasiyası barədə qərardadı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılması, ##.##.2008-ci il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iddiaçı İddiaçı “X1 Qida Sənayə Ticarət” MMC-də (VÖEN: 1404971611) bağban işləməklə aylıq 401 manat 14 qəpik əmək haqqı almasını qeyd edərək iddianı qismən təmin etmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 107.1, 107.2, 112-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahdan olan övladlarından biri universiteti bitirib magistraturaya hazırlaşır, bir övladı kurslara gedir, digər qızı isə kollecdə təhsil alır. Aldığı əmək haqqını uşaqların təhsilinə xərcləyir. İddiaçının maddi durumu yaxşıdır, aliment ödəməyə maddi imkanı çatır. Məhkəmə uşağların saxlanması üçün hər ay hər uşaq üçün 200 manat aliment kəsməklə haqlı olmamışdır. Absurd və ədalətsiz qərar çıxarmış, ölkə prezidentinin 1 uşağın saxlanılması üçün 2026-ci il üçün 260 manat meyar müəyyən etməsinə baxmayaraq, məhkəmə 200 manat sabit pul şəklində aliment kəsmişdir. Qarşı tərəfin yaxşı imaknı vardır. Hə ay hər uşaq üçün 200 manat aliment kəsəndə məhkəmə onun maddi vəziyyətini və ailə vəziyyətini, uşağının maddi tələbatlarını nəzərə almamışdır. Hər ay hər uşaq üçün 260 manat aliment kəsmək əvəzinə, məhkəmə qanunu kobud surətdə pozmuş və 200 manat aliment kəsmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, üç övladı var, biri kollecdə təhsil alır, biri magistraturaya hazırlaşır, digəri 7-ci sinifdə oxuyur. 2022-ci ildə hər uşağa 193 manat aliment təyin edilmiş, 2025-ci ildə indeksasiya olunaraq bir uşağa görə 256 manat məbləğində aliment təyin edilmiş, həmin zaman uşaqlardan biri artıq yetkinlik yaşına çatdığından cavabdeh iki uşağa görə ümumilikdə 512 manat aliment ödəməli olmuşdur. İddiaçı onun özünə avtomobil almağını bəhanə edərək alimenti ödəməkdən yayınmış, hər iki uşağa görə indeksasiyadan əvvəl təyin edilmiş aliment məbləğinə uyğun olaraq 386 manat ödəniş etmiş, aliment borcları yığılmışdır. Qarşı tərəfin alimenti tam şəkildə ödəməməsi ilə əlaqədar icra şöbəsinə müraciət etdikdən sonra iddiaçı məhkəmədə alimentin azaldılması tələbi ilə iddia qaldırmışdır. Hazırda müəllim işləyir. İddiaçı bağban işləyir, özünün intensiv suvarma bağı var. Buna dair fotoşəkilləri təqdim etsə də, hakim tərəfindən qəbul edilməmişdir. İddiaçı istifadəsinə 79 sot pay torpağının olmasını sübut edən akt mövcuddur, təqdim etmişdir. İcra məmurunun yığılmış borcla bağlı məhkəməyə müraciətindən sonra iddiaçı ona məxsus avtomobili qardaşı oğlunun adına rəsmiləşdirib, hazırda etibarnamə əsasında idarə edir. İddiaçının bağ sahəsi var, arıçılıqla məşğuldur, bal satışı edir. İki il ərzində övladlarına əlavə köməklik də göstərmiş, lakin avtomobil almağından sonra onu da dayandırmışdır. Özü 763 manat əmək haqqı alır. Özünə avtomobil alandan sonra iddiaçı ona bildirmişdir ki, imkanı var, buna görə də uşaqları özü saxlamalıdır.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçın apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, rəsmi 400 manat əmək haqqı alır. 33 sot torpağı var, 170 ağac əkib, hazırki gün məhsul vermir. Uşaqlarına maddi yardım edib. boyük qızı təhsil alıb, hazırda işləyir. Bütün əmlaklarını da onlara vermişdir. Aliment artırıldıqdan sonra borcu yığılıb. Ödəyə bilmir. Aliment məbləği indeksasiya olunduqdan sonra 1500 manat borcu yığılıb. Hazırki aliment məbləğini də ödəməyə imkanı çatmır.
İşdə olan sübutlar
12. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçın ilə Cavabdeh arasındakı birgə nikahdan doğulmuş ##.##.2008-ci il təvəllüdlü X5 və ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər üşağa görə 193 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
13. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadına əsasən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)****/**** saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə minimum əmək haqqının 0.64 misli həddində müəyyən edilmişdir.
14. ##.##.2026-cı il tarixli İş yerinə dair arayışdan müəyyən olunur ki, İddiaçı “X1 Qida Sənayə Ticarət” MMC-də (VÖEN: 1404971611) bağban işləməklə aylıq 401 manat 14 qəpik əmək haqqı alır.
15. ##.##.2025-ci il tarixli ********** saylı qəbzə əsasən müəyyən olunur ki, iddiaçı İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 50 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqları saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, işin mübahisəsiz halı qismində iddiaçının aliment borcu yaranmaqla, o, aliment borcu ilə yanaşı, müəyyən edilmiş aliment məbləğini ödəməkdə də çətinlik çəkir. Cavabdehin özü də işləməklə müəyyən gəlirə malikdir. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətini, eləcə də iddiaçının da işləməsini, valideynlərin hər ikisinin uşağın saxlanmasında iştirakının zəruriliyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
23. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.