Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-480/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.AZ-III № ******, AZ-III № ****** və AZ-IV № ****** nömrəli doğum haqqında şəhadətnamələrin notarial təsdiqli surətlərindən görünür ki, X7 ##.##.2015-ci il tarixdə, X8 ##.##.2016-cı il tarixdə və X5 ##.##.2022-ci il tarixdə Cavabdeh ilə İddiaçı birgə nikahından doğulmuşdur; Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahdan doğulmuş ##.##.2015-ci il təvəllüdlü X7, ##.##.2016-cı il təvəllüdlü X8 və ##.##.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində (2025-ci il üçün üç uşağa görə 3x (400 manat x 0.60)= 720 manat olmaqla) sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altımış) manat xidmət haqqının və vəkilə xidmət haqqı olaraq ödənilmiş 150 (yüz əlli) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh ilə ##.##.2011-ci ildə rəsmi nikaha girib ailə qurmuş, birgə nikahdan ##.##.2015-ci il təvəllüdlü X7, ##.##.2016-cı il təvəllüdlü X8 və ##.##.2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh övladları ilə qətiyyən maraqlanmır. Maddi yardım göstərmir. Artıq bir neçə müddətdir ki, ayrı yaşayırlar. Maddi vəziyyəti yaxşı deyil. Getdikcə artan xərcləri ödəyə bilmir. Övladına, ona heç bir qayğı göstərmir, maraqlanmır. Aliment tələbi üçün mediasiya şurasına müraciət edilmiş, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altımış) manat mediasiyaya dair xərc ödəmişdir. 4.Cavabdeh mediasiya prosesinə gəlməmişdir. 5.Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh Cavabdeh stomatoloq işləyir və yaxşı qazanc əldə edir. Cavabdehlə ayrı yaşayırlar. Uşaqlar onun yanındadır. Uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq, alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə idddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş ##.##.2015-ci il təvəllüdlü X7, ##.##.2016-cı il təvəllüdlü X8 və ##.##.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, cavabdeh Cavabdeh hər ay hər uşağa görə minimum aylıq əmək haqqının 0,4 misli miqdarında aliment iddiaçı İddiaçı xeyrinə tutulması, iddiaçı tərəfindən köçürülmüş mediasiya xərci əvəzi 60 (altmış) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 150 (bir yüz əlli) manat pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh 77 (yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir (hakim Samir Məmmədov). 7.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2 və 100.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 19-cu maddələrinə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının 3 və 27-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli ** nömrəli qərarının 8.4-1 və 8.4-2-ci bəndlərinə, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 112.1.3, 119, 119.2, 121.1, 217.4 və 234.2.1-ci maddələrinə, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 9.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 8.İddiaçı İddiaçı apellyasiya şikayəti verib, apellyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qismən ləğv edərək cavabdeh X3 birgə nikahdan doğulmuş ##.##.2015-ci il təvəllüdlü X7, ##.##.2016-cı il təvəllüdlü X8 və ##.##.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyim 60 manat xidmət haqqının və vəkilə xidmət haqqı olaraq ödənilmiş 150 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə onun hüquqları pozulmuş və o, həmin qətnaməni aşağıdakı səbəblərə görə qəbul etmir. 10.Belə ki, cavabdeh ailəsi və 3 uşağı olmasına baxmayaraq, başqa qadınla Gürcüstana gedib-gəlir. Ona və uşaqlarına baxmır. O, özü kənd məktəbində müəllimə işləyir və 3 uşağına baxır. 2 uşağı məktəbə, 1-i isə bağçaya gedir. O, işə gedib qazanc əldə edə bilsin deyə kiçik övladını bağçaya qoymuşdur. Uşaqlar yetəri qədər böyüyüb və xərcləri çoxdur. O, tək yaşamaqla 430 manat əmək haqqı alır. 430 manat əmək haqqı uşaqlarının xərclərinə və digər xərclərə çatmır. Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə hər uşağa hər ay 0,4 misli miqdarında aliment kəsilmişdir. O, övladlarının getdikcə artan xərclərini ödəyə bilmir. Cavabdeh Cavabdeh stomatoloq işləyir və yaxşı qazanc əldə edir. Əlavə olaraq bildirir ki, qətnamənin surətini ## #### 2026-cı il tarixdə ərizə ilə müraciət etdikdən sonra almışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 11.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ilk iddia üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı İddiaçı məhkəməyə teleqram ünvanlayaraq apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13.Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 14.Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası 15.Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 16.Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; 17.Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 18.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 19.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 20.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 23.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 25.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 26.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 28.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi qismən ləğv edərək, məhkəmədən hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyim 60 manat xidmət haqqının və vəkilə xidmət haqqı olaraq ödənilmiş 150 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30.Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsini iddianın təmin edilməyən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 32.İstinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. 33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. 34.Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları isə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. 35.Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, iddia tələbinin həcmi, uşaqların mənafeləri, onların əvvəlki təminat səviyyəsi, cavabdehin aliment verməsinə dair maddi imkanları, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyən meyar kimi çıxış etsə də, iddiada göstərilən aliment məbləğin tam ödənilməsi vəzifəsinin əlavə sübutlar olmadan cavabdehin üzərinə qoyulması yolverilməzdir. 36.Qətnamə ilə razılaşmayan iddiaçının apellyasiya şikayətinin dəlili heç bir konkret mötəbər sübuta əsaslanmamaqla onun mülahizələrdindən ibarətdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual pozuntuya yol verilməsi aşkar olunmamışdır. 37.Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsi tərəfindən alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab etmişdir. 38.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. 39.Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X2rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 40.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-480/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-480/2026
17.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver