Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-510/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Nərmansoy Sadiyə Nəriman qızına qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X5 və X6 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Sadiyə Nəriman qızı Nərmansoyun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Nərmansoy Sadiyə Nəriman qızına qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən ##.##.2025-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə ##.##.2011-ci il təvəllüdlü Bayramlı Zəhra Pərviz qızının saxlanılması üçün 0.95 misli həddində olan alimentin azaldılaraq 0.40 misli həddində olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh 2014-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə, ailə həyatı qurmuşlar. Birgə nikahlarından ##.##.2011-ci il təvəllüdlü Bayramlı Zəhra Pərviz qızı adlı uşaqları dünyaya gəlmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə aralarında olan rəsmi nikahları pozulmuş və hər ay 100 manat aliment təyin olunmuşdur. Sonradan cavabdeh Nərmansoy Sadiyə Nəriman qızının müraciəti əsasında Sabirabad Rayon Məhkəməsinin ## #### 2025- ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən ##.##.2025-ci il tarixdən başlayaraq iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində aliment indeksasiya olunmuşdur. Məhkəmə tərəfindən qeyd olunan alimentin indeksasiya olunmuş miqdarı iddiaçının gəlirləri ilə uyğun deyil və ödəyə bilmir. Hazırda iddiaçı işsizdir, heç bir yerdə işləmir, gəliri yoxdur, normal yaşamaq üçün maddi olaraq çox çətinliklər çəkir və 380 manat alimenti ödəyə bilmir. Səbəblərdən biri də iddiaçı hazırda rəsmi evlidir və himayəsində 2 (iki) övladının olmasıdır. Bu məbləği ödəmək iddiaçı üçün çox çətindir. Həmçinin hazırda elə bir gəlir yeri yoxdur. Göstərilənlərə əsasən Sabirabad Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən ##.##.2025-ci il tarixdən başlayaraq iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə ##.##.2011-ci il təvəllüdlü Bayramlı Zəhra Pərviz qızının saxlanılması üçün 0.95 misli həddində olan alimentin azaldılaraq 0.40 misli həddində olması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Cavabdeh Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı tərəfindən övladları ##.##.2011-ci il təvəllüdlü Bayramlı Zəhra Pərviz qızının saxlanılması üçün müəyyən edilmiş alimentin azaldılması barədə verilmiş iddia ərizəsini tamamilə əsassız hesab edir və aşağıdakı səbəblərə görə bu iddiaya etiraz edir. İddiaçı rəsmi gəlirinin olmadığını bəhanə etsə də, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi (satışı) ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilməsi faktı mövcuddur. Keçirilmiş əvvəlki məhkəmə iclasında iddiaçının anası da oğlunun narkotik maddələrlə bağlı həbs olunduğunu rəsmən etiraf etmişdir. Narkotik ticarəti kimi yüksək gəlirli qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxsin övladı üçün müəyyən edilmiş aliment məbləğini ödəməyə imkanı olmadığını iddia etməsi həqiqəti əks etdirmir və məhkəməni aldatmaq cəhdidir. İddiaçının indiyə qədər olan aliment öhdəliklərini vicdanla icra etməməsi nəticəsində külli miqdarda aliment borcu yaranmışdır. Borcları ödəməkdən yayınan şəxsin indi də alimentin miqdarını azaltmaq istəməsi onun yalnız öz maddi məsuliyyətindən qaçmaq niyyətini sübut edir. Məhkəmə prosesləri zamanı uşağın ünvanına iddiaçı tərəf (anası) tərəfindən "bic" ifadəsinin işlədilməsi 14 yaşlı yeniyetmədə dərin psixoloji travma yaratmışdır. AR Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən, valideyn uşağın mənəvi inkişafına zərər yetirməməlidir. Bu təhqirlər və davamlı psixoloji basqı uşağın sağlamlığı və tərbiyəsi üçün ciddi təhlükədir. Zəhranın hazırda 14 yaşı vardır. Onun təhsil, geyim, tibbi və sosial xərcləri yaş qrupuna uyğun olaraq maksimum həddədir. İddiaçının tələb etdiyi aşağı məbləğdə aliment övladının minimum ehtiyaclarını qarşılamaq üçün qətiyyən kifayət deyildir. İddiaçı şəhid övladı olmasını alimentdən qaçmaq üçün əsas kimi göstərməyə çalışır. Lakin narkotik satışı kimi cinayətlərlə məşğul olub öz doğma övladının ruzisini kəsməyə cəhd etmək həmin müqəddəs ada və şəhid nəvəsi olan Zəhranın hüquqlarına ən böyük hörmətsizlikdir.
5. Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ## ###### 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X7 arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ## ### 2020-ci il tarixdə 71 nömrə ilə qeyd edilmişdir.
6. Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərardadından görünür ki, ərizəçi Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsinə dair ərizəsi təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay tutulması qət edilmiş 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, İddiaçı ##.##.2025ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qərara alınmışdır.
7. * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ## ###### 2022cü il tarixdə verilmiş AZ-II seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclası zaman baxış keçirilmişdir) görünür ki, İddiaçı ilə X4 ## ###### 2022-ci il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ## ###### 2022ci il tarixdə 292 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir.
8. * saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ## ####### 2015ci il tarixdə verilmiş AZ-III seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclası zaman baxış keçirilmişdir) görünür ki, X1 ## #### 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında ## ####### 2015-ci il tarixdə 5376 nömrə ilə qeyd edilmişdir.
9. Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən ## ###### 2023-cü il tarixdə verilmiş AZ-IV seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclası zaman baxış keçirilmişdir) görünür ki, X2 ## ###### 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X3 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında ## ###### 2023-cü il tarixdə 38 nömrə ilə qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddianın qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə ## ####### 2011-ci il təvəllüdlü Bayramlı Zəhra Pərviz qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin azaldılması, ## ####### 2011-ci il təvəllüdlü Bayramlı Zəhra Pərviz qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanması, iddianın digər hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2 və 112-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1, 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələri və ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri
12. Cavabdeh Nərmansoy Sadiyə Nəriman qızı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilərək İddiaçı ##.##.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli miqdarında sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, alimentin indeksasiya olunması barədə məhkəməyə müraciət etmiş, nəticədə Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə əvvəl müəyyən edilmiş 100 manat aliment indeksasiya edilərək, iddiaçıdan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli həddində aliment tutulması müəyyən edilmişdir. Lakin iddiaçı həmin məhkəmə qərarından sonra da uzun müddət aliment öhdəliyini tam və vaxtında icra etməmiş, aliment ödənişlərini davamlı olaraq gecikdirmiş və faktiki olaraq aliment öhdəliyindən yayınmağa çalışmışdır. Bu səbəbdən icra sənədinin icrası ilə bağlı tədbirlər görülmüş, iddiaçının öhdəlikdən yayınması nəticəsində onun barəsində axtarış elan olunmuşdur. Bununla belə, iddiaçı aliment öhdəliyini yerinə yetirməkdən yayınaraq məsuliyyətdən yayınmağa çalışmışdır. Bundan başqa, iddiaçı müxtəlif hallarda özünü şəhid ailəsi ilə əlaqəli şəxs kimi təqdim etməklə sosial həssas statusdan sui-istifadə etməyə cəhd göstərmiş, lakin bu hal aliment öhdəliyinin icrasından azad edilməsinə və ya onun azaldılmasına əsas verən hüquqi hal kimi qəbul edilə bilməz. İş üzrə xüsusilə mühüm əhəmiyyət kəsb edən digər hal isə azyaşlı Bayramlı Zəhra Pərviz qızının sağlamlıq vəziyyəti ilə bağlıdır. Belə ki, uşaq xroniki sağlamlıq problemlərindən — skolioz və pəncə əyriliyi xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklər davamlı tibbi nəzarət, müalicə və reabilitasiya tədbirləri tələb edir ki, bu da uşağın saxlanılması və müalicəsi ilə bağlı xərclərin əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən uşağın sağlamlıq vəziyyəti və bununla bağlı əlavə xərclərin mövcudluğu lazımi qaydada araşdırılmamış və bu hal alimentin miqdarının müəyyən edilməsində lazımi qaydada nəzərə alınmamışdır. Eyni zamanda, iddiaçı alimentin azaldılması barədə iddia tələbi ilə müraciət edərkən özünün işləmədiyini və maddi imkanlarının məhdud olduğunu bildirmişdir. Lakin iş materiallarında iddiaçının real gəlir imkanlarının və əmək qabiliyyətinin obyektiv şəkildə araşdırılmasını təsdiq edən hər hansı sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsi bu halları tam və hərtərəfli araşdırmadan alimentin miqdarının azaldılması barədə nəticəyə gəlmişdir. Beləliklə, o, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və obyektiv araşdırılmamış, xüsusilə uşağın sağlamlıq vəziyyəti, iddiaçının aliment öhdəliyini uzun müddət icra etməməsi, onun aliment ödənişindən yayınmaq davranışı və uşağın saxlanılması üçün zəruri xərclərin həcmi lazımi qaydada qiymətləndirilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən alimentin miqdarının azaldılması barədə gəlinmiş nəticə işin faktiki hallarına və uşağın mənafelərinə uyğun hesab edilə bilməz. Məhkəmə azyaşlı uşağın xroniki xəstəlikləri və əlavə tibbi xərclərini nəzərə almayaraq minimum əmək haqqının 0,5 misli ilə məhdudlaşdırmışdır ki, bu da uşağın yaşayış minimumu və real tələblərinə uyğun deyil. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi uşağın qanuni hüquqlarını və təminatını qorumaq üçün nəzərdə tutulmuş maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində verilib. Alimentin sabit pul məbləği və ya gəlirin müəyyən hissəsi kimi ödənilməsi uşağın təminat səviyyəsini nəzərə alaraq müəyyən edilməlidir. Məhkəmə iddiaçının işsiz olması və maddi vəziyyəti barədə mötəbər sübutları toplamadığından və uşağın əlavə xərclərini qiymətləndirmədiyindən bu normanın tələblərini pozmuşdur. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin əsas borcu hesab olunur. Birinci instansiya məhkəməsi Bayramlı Zəhra Pərviz qızının xroniki sağlamlıq problemlərini və bunun səbəb olduğu əlavə xərcləri nəzərə almadan alimenti azaldaraq uşağın real təminat səviyyəsini aşağı salmışdır. Bu isə Konstitusiyada nəzərdə tutulmuş uşağın qayğı və müdafiə hüququnun tam təmin olunmaması ilə nəticələnmişdir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə iddiaçının ikinci nikahdan olan övladlarını və yeni ailə vəziyyətini nəzərə almış olsa da, uşağın tələblərinin və maddi ehtiyaclarının tam təmin olunması prinsipini qiymətləndirməmiş, nəticədə uşağın hüquqları pozulmuşdur. Alimentin müəyyən olunmuş məbləğini dəyişmək yalnız tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olduqda və uşağın əvvəlki təminat səviyyəsi nəzərə alınmaqla həyata keçirilməlidir. Birinci instansiya məhkəməsi uşağın sağlamlıq vəziyyətinə, əlavə xərclərə və iddiaçının məsuliyyətsiz davranışına baxmayaraq, yalnız iddiaçının izahatına istinad edərək alimenti azaldıb, nəticədə uşağın əvvəlki təminat səviyyəsini qorumaq prinsipi pozulmuşdur. Məhkəmə yalnız təqdim olunan sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv izahatlarına əsaslanaraq alimentin azaldılması qərarı vermiş, lakin iddiaçının işsizliyi və maddi vəziyyətini təsdiq edən rəsmi sənədləri tələb etməmiş və araşdırmamışdır. Bu, sübutların düzgün qiymətləndirilməsi prinsipinin pozulmasıdır. Qətnamə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Məhkəmə uşağın sağlamlıq vəziyyəti, iddiaçının məsuliyyətsiz davranışı və maddi vəziyyətini təsdiq edən rəsmi sübutları tədqiq etmədən qərar qəbul etmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsi dövlət rüsumunu düzgün hesablamamış və iddiaçının artıq ödədiyi rüsumu nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları yalnız iş üçün əhəmiyyətli və sübutlarla təsdiq olunmuş faktlarla birlikdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının izahatlarını təkbaşına əsas kimi götürərək, uşağın sağlamlıq vəziyyəti və əlavə xərcləri kimi faktları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı mövqelərini, uşağın sağlamlıq vəziyyətinə dair faktları və iddiaçının maddi imkanlarını yetərli şəkildə araşdırmadan qətnamə qəbul etmişdir ki, bu da prosessual hüquq normalarının pozulmasıdır. Beləliklə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutların toplama, qiymətləndirmə və tərəflərin izahatlarını düzgün qiymətləndirmə prinsiplərini pozmuşdur. Bu hallar qətnamənin qanuni əsaslarla qəbul edilməməsinə səbəb olmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi göstərdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının yeni nikahdan olan övladlarının və maddi vəziyyətinin uşaq alimentinə təsirini sübutlarla təsdiq etmədən qərar qəbul etmişdir. Bu norma düzgün tətbiq edilməyərək, sübut tələblərinin təmin olunmamasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki hallar tam və hərtərəfli araşdırılmamış, nəticədə məhkəmə işin real vəziyyətini əks etdirməyən nəticəyə gəlmişdir. Məhkəmə iddiaçının real maddi vəziyyətini və gəlir əldə etmək imkanlarını da tam araşdırmamışdır. İddiaçı yalnız işləmədiyini bildirməklə alimentin azaldılmasını əsaslandırmağa çalışmışdır. Lakin iş materiallarında iddiaçının əmək qabiliyyətinin olub-olmaması, gəlir əldə etmək imkanları, faktiki məşğulluq vəziyyəti və gəlir mənbələri barədə hərtərəfli araşdırmanın aparıldığını təsdiq edən sübutlar mövcud deyildir. Halbuki, aliment öhdəliyi valideynin yalnız mövcud gəliri ilə deyil, eyni zamanda onun əmək qabiliyyəti və gəlir əldə etmək imkanları nəzərə alınmaqla müəyyən edilməlidir. Məhkəmə bu mühüm faktiki halları araşdırmadan yalnız iddiaçının izahatlarına əsaslanaraq alimentin azaldılması barədə nəticəyə gəlmişdir. İddiaçı tərəfindən əmək münasibətlərində olmaması barədə rəsmi arayış, gəlirlərinin olmamasını təsdiq edən vergi və ya digər dövlət orqanlarından sənəd, eləcə də maddi vəziyyətinin həqiqətən pisləşdiyini göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə yalnız iddiaçının öz izahatına əsaslanaraq onun maddi vəziyyətinin ağır olması barədə nəticəyə gəlmişdir ki, bu da qanunvericiliyin sübutetmə qaydalarına uyğun hesab edilə bilməz. Bundan əlavə, məhkəmə iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı məhdudiyyətlərinin olması və bunun onun əmək fəaliyyətinə mane olması barədə iddiaları da nəzərə almışdır. Lakin bu hal da hər hansı tibbi sənəd, tibbi arayış və ya müvafiq ekspertiza rəyi ilə təsdiq edilməmişdir. İş materiallarında iddiaçının əmək qabiliyyətinin məhdudlaşdığını təsdiq edən rəsmi tibbi sənədlər mövcud olmadığı halda, məhkəmə bu halı faktiki vəziyyət kimi qəbul etmiş və qərarının əsaslandırılmasında istifadə etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh Nərmansoy Sadiyə Nəriman qızı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Nərmansoy Sadiyə Nəriman qızı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.II Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.IV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
19. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə aliment miqdarının müəyyən olunması hissədə dəyişdirilməlidir.
25. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin miqdarının dəyişdirilməsi üçün əsaslıdır.
26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh birgə nikahda olmuşlar və onların birgə nikahlarından 1 (bir) övladları vardır. Daha sonra tərəflər arasında olan nikah pozulmuşdur. Sabirabad Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə ərizəçi Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsinə dair ərizəsi təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay tutulması qət edilmiş 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, İddiaçı ##.##.2025- ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Hazırda iddiaçı yeni nikaha daxil olduğunu, ikinci nikahdan da 2 (iki) övladının olduğunu, işləmədiyini, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş aliment məbləğinin çox olduğunu, onun maddi imkanı ilə uyğunluq təşkil etmədiyini, alimentin ödənilməsində müəyyən çətinliklər yaratdığını və alimentin ödənilməsində borclarının əmələ gəldiyini əsas gətirərək alimentin azaldılmasını məhkəmədən xahiş etmişdir.
27. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir /bax bənd 10/.
28. Məhkəmə bu qənaətə gələrkən iddiaçının başqa nikahdan daha 2 (iki) uşağının olmasını, bütün uşaqların yaşayış təminatlarının bərabər səviyyədə təmin edilməsinin zəruriliyini, iddiaçının işləməməsini, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş aliment məbləğinin çox olduğunu, onun maddi imkanı ilə uyğunluq təşkil etmədiyini, alimentin ödənilməsində müəyyən çətinliklər yaratdığını və alimentin ödənilməsində borcların əmələ gəldiyini, uşağın yaşayışının təmin edilməsində cavabdehin də vəzifə daşıdığını nəzərə almışdır.
29. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh Nərmansoy Sadiyə Nəriman qızı apellyasiya şikayəti vermişdir.
30. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
31. Kollegiya ilk əvvəl vurğulayır ki, Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.
32. Lakin o da qeyd olunmalıdır ki, qanunvericiliyin göstərişləri alimentin təyin edilməsində uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlsə də, bu zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
33. Uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valdeynlər birgə məsuliyyət daşıyırlar.
34. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur.
35. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
36. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
37. Qeyd olunmalıdır ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.
38. Məhkəmə tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
39. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı İddiaçı aktiv vergi ödəyicisidir.
40. Konstitutsiya Məhkəməsinin Plenum Qərarlarında formalaşmış hüquqi mövqeyə görə uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı, uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi və diqqətəlayiq digər hallar nəzərə alınmalıdır.
41. Məhkəmə kollegiyası sadalananları nəzərə alaraq hər ay minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə işin faktiki hllarına uyğun qətnamə qəbul edilməmişdir.
42. Məhkəmə kollegiyası, azyaşlı uşağın saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu, cavabdehin əmlak vəziyyətini, vergi ödəyicisi olmasını və uşağın üstün mənafe ilə bağlı diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin miqdarı hissədə dəyişdirilərək, ## ####### 2011-ci il təvəllüdlü Bayramlı Zəhra Pərviz qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iddiaçı İddiaçı cavabdeh Nərmansoy Sadiyə Nəriman qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Nərmansoy Sadiyə Nəriman qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi - ## ####### 2011-ci il təvəllüdlü Bayramlı Zəhra Pərviz qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması - hissədə dəyişdirilsin. ## ####### 2011-ci il təvəllüdlü Bayramlı Zəhra Pərviz qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kssasiya şikayəti verilə bilməz.