Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-515/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: cehiz əmlaklarının mənzildən çıxarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "cehiz əmlaklarının mənzildən çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh məxsus cehiz əmlaklarının ünvan 1 ünvanında yerləşən * saylı mənzildən öz hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2009-cu ilin dekabr ayından faktiki nikah münasibətlərində olmaqla, nikahları ##.##.2014-cü il tarixdə qeydə alınmış, birgə nikahlarından ##.##.2014-cü il tarixdə Fatimə, ##.##.2019-cu il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. Cavabdeh 2009-cu ildən ünvan 1 ünvanında yerləşən * saylı mənzilə köçmüşdür. Mübahisəli mənzil ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun qardaşı X2 adına qeydiyyata alınmış, ##.##.2014-cü il tarixli bağışlanma müqaviləsinə əsasən qardaşı tərəfindən ona bağışlanmış və adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mənzilin mülkiyyətçisidir. Tərəflər uzun müddət mübahisəli mənzildə birlikdə yaşadıqdan sonra 2021-ci ildə ailə münasibətləri pozulmuş, Cavabdeh uşaqları ilə birlikdə mənzili tərk edərək, valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqların ananın yanında qalması qət edilmişdir. Daha sonra iddiaçı Cavabdeh, cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüququ tanınmaqla həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə istifadə hüququnun itirilməsi ilə bağlı qarşılıqlı iddia vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, Cavabdeh həmin vaxtdan 4-5 ay öncə mənzildən çıxmış və tərəflər hazırda bir yerdə yaşamırlar. Cavabdehnm mübahisəli mənzilə istifadə hüququ olmadığından həmin mənzilə köçürülə bilməz. Tərəflərin birgə nikahından doğulmuş uşaqlar isə məhkəmə qətnaməsi ilə onun himayəsində saxlanıldığından onların yaşayış yeri analarının yaşayış yeri sayılır. İlk iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddiaçı Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilmiş, ilk iddia təmin edilərək, Cavabdeh azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi və bu mənzildə istifadə hüquqlarının 4 il müddətinə saxlanılması qət edilmişdir. İlk iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2022-ci il tarixli qətnaməsi ilk iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması hissəsində dəyişdirilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən * saylı mənzildən istifadə hüququ 2 il müddətinə saxlanılmışdır. Daha sonra iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 4000 (dörd min) manat məbləğində pul kompensasiyası verməklə cavabdehin ona məxsus Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4A, mənzil 8-ə dair azyaşlı uşaqları ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh və onun azyaşlı övladlarının Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4A, * saylı mənzilə olan 2 il istifadə hüquqlarına iddiaçı İddiaçı tərəfindən onlara 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə xitam verilmişdir. Baş verənlərdən sonra iddiaçı nəinki cavabdehi ümumiyyətlə onun əşyalarını da öz evində görmək istəmir. Bununla əlaqədar olaraq bir neçə dəfə cavabdehə müraciət edərək cehiz əmlaklarının mənzildən çıxarılmasını xahiş etsə də cavabdeh iddiaçının xahişinə məhəl qoymamışdır. Artıq iddiaçı ilə heç bir ailə bağlılığı qalmayan cavabdehə məxsus cehiz əşyalarının onun evində qalması düzgün deyil. Cavabdehin cehiz əşyaları iddiaçının mənzilində xeyli yer tutmaqla iddiaçının öz evində rahat yaşamağına imkan vermir. Cavabdehə məxsus cehiz əşyaları bunlardır: komot-1 ədəd, çarpayı taxt-1 ədəd, güzgülü termo-1 ədəd, paltar dolabı-1ədəd, güzgülü termo-1 ədəd, stol (masa)-1 ədəd, stul (masa)- 6 ədəd, divan-1 ədəd, kreslo-2 ədəd, yemək dəsti serviz-1 ədəd (24 parça), çay dəsti serviz-1 ədəd, qrafin-1 ədəd +6 ədəd stəkan, gülqabı-1 ədəd xurustal, lampa-1 ədəd, meyvə qabı-1 ədəd, konfet qabı-2 ədəd, lotqa-2 ədəd şüşə, qənd qabı- 4 ədəd şüşə, ləpə qabı-3 ədəd, sok stəkanı- 18 ədəd, mürəbbə qabı-6 ədəd, boşqab-23 ədəd, kasa-24 ədəd, qaşıq dəsti çamadan-1 ədəd, duz qabı-4 ədəd, şirniyyat qabı-1ədəd, armudu stəkan-16 şüşə, tefal çaynik ikili-1 ədəd, qazan dəsti-6 ədəd, ədyal-3 ədəd, kuxna dəsmalı-4 ədəd, can dəsmalı -7 ədəd, əl-üz dəsmalı-7 ədəd, çay dəsmalı-11 ədəd, yataq dəsti (pastel)-4 ədəd, yastıq üzü -9 ədəd, işlənmiş yorğan üzü-6 ədəd, uşaq çarpayısı-1 ədəd, döşək- 2 ədəd, taxt döşəyi-1 ədəd, yorğan-5 ədəd, yastıq-5 ədəd, tozsoran -1 ədəd, ətçəkən maşın-1 ədəd, döşəkcə-7 ədəd, rumka-6 ədəd, xalça-2 ədəd böyük+1 ədəd balaca, doroşqa-2 ədəd, divan kreslo üstü-1 ədəd, pərdə-2 ədəd, pakrival-1 dəst, çörək qabı1ədəd, çilçıraq-3 ədəd, sintifon yastıq-6 ədəd. Göstərilənlərə əsasən cavabdeh Cavabdeh məxsus yuxarıda qeyd olunan cehiz əmlaklarının iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən * saylı mənzildən öz hesabına çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh məxsus cehiz əşyaları-komod (1 ədəd), çarpayı taxt (1 ədəd), güzgülü termo (1 ədəd), paltar dolabı (1 ədəd), güzgülü termo (1 ədəd), stol (masa) (1 ədəd), stul (masa) (6 ədəd), divan (1 ədəd), kreslo (2 ədəd), yemək dəsti serviz (1 ədəd) (24 parça), çay dəsti serviz (1 ədəd), qrafin (1 ədəd) + 6 ədəd stəkan, gülqabı (1 ədəd) xrustal, lampa (1 ədəd), meyvə qabı (1 ədəd), konfet qabı (2 ədəd), lotqa qab (2 ədəd) şüşə, qəndqabı (4 ədəd) şüşə, ləpə qabı (3 ədəd), meyvə şirəsi stəkanı- (18 ədəd), mürəbbə qabı (6 ədəd), boşqab (23 ədəd), kasa (24 ədəd), qaşıq dəsti çamadan (1 ədəd), duz qabı (4 ədəd), şirniyyat qabı (1 ədəd), armudu stəkan (16 şüşə), tefal çaynik ikili (1 ədəd), qazan dəsti (6 ədəd), ədyal (3 ədəd), mətbəx dəsmalı (4 ədəd), can dəsmalı (7 ədəd), əl-üz dəsmalı (7 ədəd), çay dəsmalı-(11 ədəd), yataq dəsti (pastel) (4 ədəd), yastıq üzü (9 ədəd), işlənmiş yorğan üzü (6 ədəd), uşaq çarpayısı (1 ədəd), döşək (2 ədəd), taxt döşəyi (1 ədəd), yorğan (5 ədəd), yastıq (5 ədəd), tozsoran (1 ədəd), ətçəkən maşın (1 ədəd), döşəkcə (7 ədəd), qədəh (6 ədəd), xalça (2 ədəd böyük+1 ədəd balaca), xalça (ensiz xalça) (2 ədəd), divan kreslo üstü (1 ədəd), pərdə (2 ədəd), örtük (1 dəst), çörək qabı (1 ədəd), çilçıraq (3 ədəd), sintifon yastığın (6 ədəd) ünvan 1 ünvanında yerləşən * saylı mənzildən öz hesabına çıxarılması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mənzilində olan əşyalar cavabdehin cehiz əşyaları olmaqla, ona məxsusdur. Cavabdehə məxsus əşyaların iddiaçının evində qalması iddiaçının mülkiyyətçi kimi öz mənzilindən istifadə etməsində məhdudiyyətlər yaradır. Nəticədə bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh Cavabdeh etirazının əsası kimi ona məxsus əşyaların-“Samsung” markalı mikro dalğalı sobanın, “Samsung” markalı nofros soyuducunun, “TCL” markalı kondisionerin, “LG” markalı paltaryuyanın, şirəçəkənin, ətçəkənin, simfer elektrik sobanın sözügedən mənzildə olmasını qeyd etsə də lakin qeyd edilən əşyalardan ətçəkən və şirəçəkəndən başqa digər əşyaların iddiaçıda olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34, 225.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin hüquqlarını pozumuşdur. Belə ki, cavabdeh uzun müddət mübahisəli mənzildə yaşamışdır. Onun həmin mənzillə bağlı gözləntisi olmuş və bu səbəbdən də mənzilə gətirib əşyalarını yığmışdır. Mübahisəli mənzil cavabdeh tərəfindən Rusiya Federasiyasında işləməklə pulunu toplamış və qardaşına göndərməklə almışdır. Daha sonra məqsədli şəkildə qardaşından özünə bağışlama etməklə faktiki özünün adına keçirmişdir. Övladlarının və onun həmin mənzilə legitim gözləntiləri olduğu halda iddiaçı aldatmış və boşanmaya gedilmişdir. O, sonradan ona qarşı iddia qaldırdıqda artıq hər bir şeydən əli üzüldü. Beləliklə, onun və övladlarının normal şəraitdə yaşaması üçün tələblər tamamilə ortadan qaldırılma riski ilə üzləşdi. Bu səbəbdən də hesab edir ki, onun və övladlarının konstitutsion hüquqları pozulmuşdur. Övladları həm də iddiaçının övladlarıdır. Hesab edir ki, iddiaçı tərəfindən kompensasiyanın icra edilməsi barədə faktiki hərəkətlilik mənzilin dəyərinə uyğun şəkildə təmin edilməlidir. İddiaçı həm də valideyndir. O, mütləq şəkildə həm Azərbaycan Respublikasının konstitutsiyasının, həm də Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq övladalrın böyüdülməsində iştirak edir, onların qayğısına qalır və təminatları ilə maraqlanır. Lakin iddiaçı yalnızca məhkəmələrdə öz “hüquqlarının müdafiəsi” ilə məşğuldur. Hesab edir ki, məhkəmə bu halı nəzərə almalı idi. Əşyalarının həmin mənzildə qalması öz maraqlarından dolayı deyil, əsasən uşaqlarının maraqları baxımından təmin edilməlidir. Birgə nikahdan doğulmuş uşaqları faktiki onun himayəsində saxlanılmaqdadırlar. Hesab edir ki, qanunun bu hissəsi uşaqlarının saxlanılması və o cümlədən onların mənzil şəraitlərinin təmin edilməsi baxımından vacib bir maddədir. Mütləq qaydada məhkəmə qərarı qəbul edərkən bu hissəni də unutmamalı idi. Çünki 18 yaşına catana qədər uşaqların saxlanılmasına birbaşa mükəlləf olan valideynlər özlərinin mənzillərinə uyğun olaraq uşaqlarının mənzil şəraitini təmin etməlidirlər. Əgər bir halda ki, iddiaçının mülkiyyətində belə bir mənzil varsa niyə birgə nikahdan doğulmuş uşaqlar həmin mənzilin şəraitindən istifadə etməsinlər. Uşaqları hal-hazırda orta məktəbdə oxuyurlar. Onların dərsləri çox yaxşıdır. Dərslərində əlaçıdırlar. Məhz onların təhsil aldıqları məktəbdən çıxmamaları üçün uzun yol qət etmək məcburiyyətindədir. Əgər uşaqlarım həmin məktəbdən çıxsalar dərslərində çox geriləyəcəklər. Bu isə bir ziyalı qadın kimi onu çox narahat edir. Bu səbəbdən də məhkəmə işin hərtərəfli obyektiv araşdırılması məqsədilə bu xüsusatlara diqqət etməli idi. Məhkəmə iclasında daha çox istinad etdiyi məsələ iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi üzrə sadəcə daha öncə məhkəmə tərəfindən qərar üzrə kompensasiya məbləğinin ödənilməsi və cehiz əmlakının çıxarılması tələbi olmuşdur. Bu isə hesab edir ki, yuxarıda qeyd etdiyi səbəblər baxımından (uşaq hüquqları, mənzil şəraiti) təmin edilməməli idi. Çünki iddiaçı öz iddiasında izah edə bilməmişdir ki, cehiz əmlakının orada qalması hansı şəraitsizliyə səbəb olur. Məhkəmə isə iddiaçının əvəzindən izah verməməli idi. Hesab edir ki, bu da kobud pozuntu hesab edilməlidir. Tərəfindən məişət texnikasının orada qalması barədə məhkəmə tərəfindən iddiaçı sorğu sual olunmalı idi. Onun elə bir fiziki imkanı yoxdur ki, iddiaçının evinə girsin və oradakı məişət əşyalarının foto şəkillərini məhkəməyə təqdim etsin. Əgər məhkəmə bununla iddiaçıdan soruşmuş olsaydı o, bunu təqzib etməyəcəkdi. İddiaçı özü də vəkili ilə birlikdə təklikdə həmin məişət əşyalarının onda olmasını təsdiqləmişdir. Məhkəmə onun mənzilə bu müddət ərzində köçürülməməyini və hansı səbəbdən köçürülməməyini müyyən etməli və bunun üçün də kompensasiya məbləğinin daha da artırılmasını təklif etməli idi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflərin birgə nikahından 2 uşaqları var, münasibətləri pozulduqdan sonra nikah pozulmuşdur. Cavabdeh cehiz əmlakları ilə birlikdə həmin mənzilə köçürülüb. Mənzil faktiki olaraq iddiaçıya məxsus olsa da qardaşının adına alınmış, daha sonra isə bağışlanma müqaviləsi ilə iddiaçıya bağışlanmışdır. Cavabdeh həmin mənzildə uzun müddət yaşamışdır. Uşaqları da həmin mənzildə doğulub, əmlakları da həmin mənzildədir. Əmlakın dəyərinə mütənasib formada kompensasiya verilməklə cehiz əşyaları mənzildən çıxarılmalıdır. Lakin daha əvvəlki məhkəmə qətnaməsi ilə 8000 manat kompansasiya verilməklə çıxarılması qət edlmişdir. Həmin məbləğlə razı deyildir. Hüquqları pozulub. Uşaqların maraqları baxımından həmin qətnamə ədalətsizdir. Hazırda cavabdeh iki körpə qız uşağı ilə şəraitsiz evdə kirayədə yaşayırlar. Mübahisəli mənzilin yaxınlığından məktəbə gedirlər. Ümid edirdi ki, həmin evə qayıdıb yaşayacaq. Ən azından adekvat kompensasiya məbləği ödəniləcək. Məhz təhsildən yayınmamaq üçün, uşaqların məktəb çevrəsinin pozulmaması üçün həmin əraziyə yaxın yerdən 1 otaqlı da olsa ev alacaq. Şikayət kifayət qədər əsaslıdır, odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, işə obyektiv yanaşılmasını, ədalətli qərar qəbul edilməsini xahiş edir. Hal hazır da kirayədə yaşayır. Bir otaqlı evdir, şəraiti yoxdur, əşyaları həmin evə yerləşdirə bilmir.
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, əşyaların çıxarılmasını istəyir. Mənzildə özü yaşayır. Cavabdeh qeydiyyatdan çıxmadığından kompensasiya məbləğini ödəməmişdir. Qeydiyyatdan çıxacağı halda kompensasiyanı ödəyəcəkdir. Buna görə də şikayətinin təmin edilməməsini xahiş edir.
İşdə olan sübutlar
13. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh və onun azyaşlı övladlarının Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4A, * saylı mənzilə olan 2 il istifadə hüquqlarına iddiaçı İddiaçı tərəfindən onlara 8000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi qət edilmişdir.
14. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1729/2022 nömrəl iş üzrə ## ####### 2022-ci il tarixli qətnaməsi ilk iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması hissəsində dəyişdirilməsi, Cavabdeh Suqmayıt şəhəri, məhəllə 41 a, ev 4a ünvanında yerləşən * saylı mənzildən istifadə hüququnun 2 il müddətinə saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh ilə İddiaçı 2009-cu ilin dekabr ayından faktiki nikah münasibətlərində olmaqla, nikahları ##.##.2014-cü il tarixdə qeydə alınmış, birgə nikahlarından ##.##.2014-cü il tarixdə Fatimə, ##.##.2019-cu il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. Mübahisəli mənzil ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı qardaşı X2 adına qeydiyyata alınmış, ##.##.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən qardaşı tərəfindən ona bağışlanmış və adına ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mənzilin mülkiyyətçisi İddiaçıdur.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17.Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, işin hallarından görünür ki, əmlakların çıxarılması tələb olunan ev iddiaçının mülkiyətində olmaqal, iddiaçı ilə cavabdeh arasında nikah ##.##.2021-ci il tarixli qətnamə əsasında pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə cavabdeh Cavabdeh Suqmayıt şəhəri, məhəllə 41 a, ev 4a ünvanında yerləşən * saylı mənzildən istifadə hüququnun 2 il müddətinə saxlanılması qərara alınmış, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh və onun azyaşlı övladlarının Sumqayıt şəhəri, məhəllə 41 A, ev 4A, * saylı mənzilə olan 2 il istifadə hüquqlarına iddiaçı İddiaçı tərəfindən onlara 8000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi qət edilmişdir. Cavabdeh mübahisəli mənzilə köçüb yaşamamaqla və münahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxmamaqla yanaşı, müəyyən edilmiş 8000 manat kompensasiya məbləğinin az olmasını və əşyalarını yığmağa yerinin olmamasını əsas gətirərək, əşyalarını iddiaçının mülkiyyətində olan mənzildən çıxarmaqdan imtina etməkdədir. Qeyd edilən hal isə iddiaçının mülkiyyətində olan mənzilindən maneəsiz istifadə etməsinə məhdidiyyət yaratmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına səsəb olur.
21. Məhkəmə kollegiyası kompensasiya məbləğinin daha da artırılmasını təklif edilməsi barədə şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, kompensasiyanın məbləği qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.
22. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.