Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-555/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(060)- ****/**** saylı qətnaməsinə əsasən ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012- ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləğində tutulmuş hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.77 misli həddində indeksasiya edilməsi barədə Sumqayıt Səhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə tutulan aliment məbləğinin azaldılaraq ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yasına çatanadək saxlanılması ücün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.35 misli həddində sabit pul məbləğində alimentin tutulması, tərəfindən mediasiya xidməti üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun, 10 manat məbləğində kargüzarlıq xərcinin, məhkəməyə ödənilmiş 12 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə birgə nikahdan iki övladı anadan olmuşdur: 1. ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu; 2. ##.##.2012-ci il təvəllüdlü X1. Sumqayıt Səhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(060)- ****/**** saylı qətnaməsinə müvafiq olaraq, cavabdehlə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulan ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 ananın himayəsində saxlanılması, ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Daha sonra isə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən alimentin məbləğinin 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun olaraq sabit pul məbləğində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləğində tutulmuş hər ay hər uşağa görə 150 manat məbləğin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.77 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Aliment öhdəliyini icra etməkdən boyun qaçırmır, əksinə alimenti vaxtı-vaxtında ödəyəcəyini öz öhdəliyinə götürür, çünki onlar övladlarıdır və bir ata kimi onların saxlanılması da onun borcudur. Lakin mübahisələndirdiyi məqam alimentin məbləği ilə bağlıdır. Belə ki, aylıq qazancı vergi tutulmalarından sonra 429 manatdır (Iş verindən arayış iddia ərizəsinə əlavə edilmişdir.). Məhkəmənin müəyyən etdiyi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.77 misli həddində indeksasiya üzrə aliment hesablansa bu məbləğ 616 manat təşkil edir. Göründüyü kimi əmək haqqından hətta 50% belə daha çoxdur. “xxxx” MMC-də ##.##.2023-cü il tarixli əmək müqaviləsinə əsasən anbar üzrə köməkçi vəzifəsində çalışır. Əlindən gələn, bacara bildiyi yeganə iş budur ki, həmin iş üzrə verilən əmək haqqı 616 manatın ödənilməsi üçün kifayət etmir. Əvvəlki aliment məbləğini ödəməkdə çətinlik çəksə də, övladları üçün buna dözmüşdür. Lakin hazırki təyin edilmiş məbləğin tərəfindən ödənilməsi qeyri-mümkündür. Beləliklə, bu məbləği ödəyə bilməsə qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməməkdə təqsirləndiriləcəkdir ki, bu da gələcəkdə ümumiyyətlə işləməyinə, gələcək həyatına mənfi təsirini göstərəcəkdir. Bundan savayı öz yaşayışı üçün belə ona pul qalmır, yalnızca alimenti ödəyib, o da hətta qismən ödəyib, acsusuz qalmalıdır, günlük təlabatları, yol xərci və s. kimi insani ehtiyaclarını ödəyə bilməyəcəkdir. Ata olaraq öz vəzifəsini yerinə yetirməyə çalışsa da, öz tələbatlarını da ödəməlidir. Həmçinin maddi sıxıntılara görə nikaha daxil ola bilmir, gələcəyini qura bilmir. Belə olan halda yalnızca ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.35 misli həddində sabit pul məbləğində aliment ödəyə bilər. Yerdə qalan məbləğlə isə yalnızca yol xərclərini, günlük təlabatını qarşılaya bilsin. Cavabdeh övladları ilə görüşməyinə mane olur, uşaqları öyrətməsi nəticəsində övladı “mən Təranənin oğluyam” deyir, ata kimi onu qəbul etdirmir, lakin alimetin indeksasiyası üçün məhkəməyə müraciət edir, alimentin ödənilməsi zamanı ata olduğunu xatırlayır. Həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 babaları və nənələri ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək cavabdeh Cavabdeh iştirakı olmadan görüş vaxtı təyin edilmişdir. Valideynləri ilə övladlarının ünsiyyət hüququnun həyata keçirilməsinə də cavabdeh maneə olur. Ata-anasının bir oğludur. Onlar övladları ilə görüşmək üçün məhkəməyə sığınsalar da, məhkəmənin qətnaməsi bu günədək icra edilməmişdir. Halbuki ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində təsbit olunmuş dövlətin ali məqsədlərindən biri də Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ailə münasibətlərinə aid sözü gedən mübahisənin məhkəmədən kənar mediasiya vasitəsilə həll edilməsi tərəfindən təklif edilmiş, bununla bağlı mediasiya prosesi keçirilmişdir. Lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyindən sözügedən mübahisə öz həllini tapmamışdır. Bu barədə ##.##.2025-ci il tarixli, MŞS/MT030/2025- ***** saylı X5 (IMS) iştirak edilməməsi barədə arayış ona təqdim edilmişdir. Tərəfindən təqdim edilmiş sübutların məhkəmə tərəfindən qiymətləndiriləcəyinə, alimentin məbləğinin azaldılacağına, layiqli həyat səviyyəsinin və pozulmuş hüquqlarının ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən bərpa olunacağına səmimi qəlbdən inanır. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş alimentin indeksasiyası barədə qərardadda hazırki il alimentin məbləği 308 manat, iki uşağa görə hesablansa 616 manat təşkil etmiş olur. Belə ki, bu məbləğ hələ hər il artmağa davam edəcəkdir. “Vətən müharibəsinin iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə 3- cü dərəcəli” medallara layiq görülmüş ikinci Qarabağ müharibəsinin iştirakçısı olaraq dövlətinə, dövləti adından qərar çıxaran məhkəməyə inanır, mübahisəyə düzgün hüquqi qiymət verəcəyinə inanır. Odur ki, yuxarıda qeyd edilən xüsusatlara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sabit pul məbləğində tutulmuş hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.77 misli həddində indeksasiya edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə tutulan aliment məbləğinin azaldılaraq ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.35 misli həddində sabit pul məbləğində alimentin tutulması üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir.
3. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində olmaqla indeksasiya edilmiş alimentin məbləği azaldılaraq ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutulması, cavabdeh Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci, 10 (on) manat kargüzarlıq xərci tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,77 misli həddində indeksasiya edilməsi nəticəsində bir uşağa görə 308 manat olmaqla, iki uşaq üçün 616 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, aliment təyin edilən vaxt iddiaçının məhkəmə tərəfindən nəzərə alınan maddi vəziyyətinin hazırda mövcud olmamasını onun maddi vəziyyətində baş vermiş dəyişiklik kimi nəzərə alması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsinin qismən-iddia tələbinin təmin edilməyən hissəsində tam ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə isə işə dair qətnamə qəbul edərkən onun maddi vəziyyətini yəni, “xxxx” MMC-də anbar üzrə köməkçi kimi çalışmağını, 429 manat hər ay əmək haqqı aldığını, başqa iş yeri tapa bilmədiyini, maddi imkanı olmadığı üçün yenidən ailə qura bilmədiyini və s. amilləri nəzərə almamışdır. Halbuki, bütün bu faktları məhkəmənin diqqətinə çatdırmışdır. Göründüyü kimi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.65 misli həddində sabit pul məbləğində alimentin tutulması onun maddi vəziyyətinə, gündəlik güzəranına mənfi təsir göstərəcəkdir. O, alimentin ödənilməsindən boyun qaçırmır, lakin təyin edilmiş hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.65 misli həddində sabit pul məbləğində alimentin tutulması olduqca yüksək məbləğdir. Sözügedən aliment məbləği ölkə üzrə minimum əmək haqqı məbləğinin artması ilə daha da artacaqdır. Bu qədər pulun onun tərəfindən ödənilməsi mümkünsüzdür, onun özünü öldürmək həddinə çatdırmaqdır. Onun yoxluqdan özünə qəsdi 17 və 14 yaşlı uşaqlarına necə təsir göstərəcək, cəmiyyətdə onların mövqeyi necə olacaq, onları qınaq obyektinə çevirəcəkdir. Bir daha vurğulayır ki, o yalnızca 429 manat maaş alır, Ikinci Qarabağ müharibəsində iştirakına görə müharibə iştirakçısı kimi aylıq 80 manat prezident təqüdündən başqa heç bir maddi vəsait əldə edə bilmir. Yalnızca 509 manat hər ay pul əldə edə bilir ki, bu məbləğin üzərinə də 11 manat əlavə etməklə aliment ödəməyi tələb olunur. Halbuki, onun gündəlik xərcləri, işə gedib-gələ bilməyi üçün yol pulu xərci, səhhətində hansısa bir problem yaranarsa dərman ala bilmək üçün də cibində pulum qalmalıdır. Hazırda ürək xəstəliyindən əziyyət çəkir, müalicə olunur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği onun kimi Ikinci Qarabağ müharibəsi zamanı düşmənlə üzüzə gələn, qorxusuzcasına vuruşan bir iştirakçını maddi vəziyyətinə görə uşaqlarının qarşısında sındırmaqdan başqa bir şey deyildir. Bu günə kimi aliment məbləği olan 280 manat məbləğində alimenti vaxtlı-vaxtında ödəyə bilmiş, uşaqlarımın qarşısında da onunla görüşmələrinə maneə yaradılsa belə üzü ağ çıxmışdır. O və valideynləri övladlarıyla illərdir ki görüşə bilmir. Cavabdeh tərəfindən uşaqlarıyla görüşə maneə yaradılır, lakin aliment alınması üçün məhkəməyə müraciət olunur, onun maddi vəziyyəti nəzərə alınmır. Hazırda mövcud olan sonuncu aliment məbləğlərini isə ödəməkdə çarəsiz qalmış, yaxın qohumlardan borc alaraq aliment borcunu ödəyə bilmişdir. Belə ki, 2026-cı ilin mart ayında icra məmuru tərəfindən yığılmış borcların və mart ayı üzrə alimenti-520 manat məbləğin ödənilməsi tələb edilmiş, o da öz növbəsində alimenti gecikdirmədən həmin pulları borc alaraq ödəmişdir. Beləliklə hazırda həm alimenti ödəməkdə çətinlik yaşayır, həm də alimentin ödənilməsi üçün aldığı borcun necə qaytarılmasını düşünür. O, bu məbləği ödəyə bilməsə qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməməkdə təqsirləndiriləcəkdir ki, bu da onun gələcəkdə ümumiyyətlə işləməyinə, gələcək həyatına mənfi təsirini göstərəcəkdir. Bu pulu ödəyə bilmədiyindən keçirdiyi sıxıntılar nəticəsində artıq sağlam yaşaya bilmir, bu cavan yaşında xəstəliyə tutulacağından ehtiyat edir. Valideynləri də bu haqsızlıq qarşısında şəkər xəstəliyinə tutulmuş, yüksək şəkərlə yaşayırlar. Bunun səbəbi isə cavabdeh Cavabdeh tərəfindən ana və atasına qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayətin törədilməsidir. Bəli, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi ilə onun ədalət mühakiməsinə olan inamını azaltmış, bir vətəndaş olaraq onun hüququnun olmaması qənaətinə gəlmişdir. Ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində dövlətin ali məqsədləri göstərilmişdir və bunlardan biri də Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. Qeyd edilən halları nəzərə alaraq, ədalət mühakiməsini həyata keçirən məhkəmənin təyin olunmuş aliment məbləğinin azaltmağı üçün müraciət edir. Onun maddi vəziyyəti məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, o fəhlə kimi çalışır, təbii ki aldığı maaşın məntiqi nəticəsidir ki, hər hansı bir daşınar və daşınmaz əmlak əldə edə bilməmişdir. Məhkəmə sanki onun maddi vəziyyəti qaydasındaymış kimi aliment məbləği müəyyən etmiş, onun çıxılmaz vəziyyətdə qoymuşdur. Valideynlərin maddi vəziyyəti nəzərə alınmaqla aliment məbləği müəyyən edilməlidir ki, bu aliment məbləği valideynlərində hüquqlarına xələl gətirməsin. Məhkəmə isə mülki işi tam araşdırmamış, cavabdehin maddi vəziyyətini də müəyyənləşdirməkdən yayınmışdır. Halbuki, iş düzgün araşdırılsaydı cavabdehin maddi vəziyyətinin ondan daha yaxşı olduğu təsdiq edilərdi. Belə ki, cavabdeh hazırda Sumqayıt şəhərində yerləşən Fəxri marketdə əmək fəaliyyəti ilə məşğul olur, özünə məxsus əmlakı da mövcuddur. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar. Belə olduğu halda ondan bu qədər alimentin tutularaq cavabdehə ödənilməsi ədalətsizlikdir. Məhkəmə ədaləti bərqarar etməli olduğu halda işi hərtərəfli araşdırmayaraq qanuna söykənməyən absurd qətnamə qəbul etmişdir. Qeyd edilən qanuna müvafiq olaraq bir şəxsin, eləcə də, onun yaşaya bilməyi üçün 2026-cı il üzrə yaşayış minimumu 300 manat olaraq müəyyən edildiyi halda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin ödənilməsində sonra ona 1 manat belə pul qalmır, nəinki pul qalması, başqa şəxslər qarşısında onu borclu vəziyyətinə salır. Əmək haqqı ala bilmək üçün hər gün işə gedib-gəlməli, bunun üçün isə yol xərclərini də qarşılamalıdır. Bundan başqa təbii ehtiyacları olan qidaları, su bilə ala bilməyəcək səfil vəziyyətə çatdırılmışdır. Göründüyü kimi məhkəmə tərəfindən onun yaşayış minimum, yaşayış səviyyəsi nəzərə alınmadan ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmə mübahisəyə baxarkən mülki işi tam, hərtərəfli obyektiv araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Azərbaycan Respublikasının Ali Məcəlləsi
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
M a d d ə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermiş, şikayətində qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir.
15. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı).
16. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.
19. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi ilə ## ###### 2019-cu il tarixdən etibarən ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlunun və ##.##.2012-cı il təvəllüldlü X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 140 manat ümumilikdə 280 manat miqdarında aliment İddiaçı tutularaq Nəsirova Təranə Raqif qızına verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlunun və ##.##.2012-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində indeksasiya olunması işin mübahisəsiz halıdır.
20. Hazırkı iş üzrə iddia tələbi alimentin azaldılması barədədir. Iddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
21. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II hissəsi).
22. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələri).
23. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. Qeyd etmək lazımdır ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilən müavinətdir. Həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideyinin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladlarının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Cavabdeh aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsi təmin edilmiş, ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlunun və ##.##.2012-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində indeksasiya olunması qərara alınmışdır.
25. Həmçinin qeyd edilməlidir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. Uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşağın, həm də uşağın valideynlərinin mənafeləri arasında balansın təmin edilməsinin zəruriliyini nəzərə alaraq məhkəmə kollegiyası cavabdeh X2 tutulmalı olan alimentin məbləğinin azadılması barədə dəlilini əsaslı hesab edir.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən alimentin miqdarı dəyişdirilməli, ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 üçün birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli (400x0.55=220) həddində, bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində müəyyən edilməli və yetkinlik yaşına çatmayan ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 üçün iddiaçı İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır.
27. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilməlidir.
28. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
29. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin (400x0,65=260x2=520 manat) azaldılaraq, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin fərqin bir il ərzində məcmusu isə (520-440=80 x 12 ay = 960 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli *- * saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
33. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli *-* saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Lakin hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, alimentin tutulması dərhal icra edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilsin. Yetkinlik yaşına çatmayan ##.##.2009-cu il təvəllüdlü Nəsirli Söhrab Rüstəm oğlu və ##.##.2012-ci il təvəllüdlü X1 üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.