Məhkəmə qərarları › İş №2(3-8)-564/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-564/2026

11.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-564/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X4 və X5 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan cavabdeh Cavabdeh xeyrinə ##.##.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025- ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin ##.##.2020-ci il təvəllüdlü X2 adlı 1 övladı var. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı və cavabdeh arasında olan nikah pozulmuş və ##.##.2020-ci il təvəllüdlü X2 Cavabdeh yanında qalması, uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat olmaqla alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi əsasında tutulan aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunması barədə qərar verilmişdir. Belə olan halda iddiaçıdan tutulmalı alimentin məbləği hazırda 280 manat təşkil etmişdir. Bu hal iddiaçının maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Həmin məbləğdə alimenti hər ay mütəmadi olaraq ödəməyə iddiaçının maddi imkanı yoxdur. Onun daimi işi yoxdur və hər hansı bir yerdən gəlir əldə etmir

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. ##.##.2025-ci il tarixli, MŞS/MT***/****-***** saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə mediasiya sessiyasının keçirilməsində iştirak etmiş, və bununla bağlı 60 manat mediasiyaya dair xərc iddiaçı İddiaçı tərəfinddən ödənilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək iddiaçı Qənimətli (Nəbiyeva) Aygün Əli qızı ilə cavabdeh İddiaçı arasında Sumqayıt şəhər “ASAN Xidmət” mərkəzində ##.##.2019-cu il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1963 №-ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahınlarından olan ##.##.2020-ci il təvəllüdlü X2 iddiaçı X1 yanında qalması və cavabdeh İddiaçı ##.##.2021-ci il tarixindən etibarən ##.##.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin, 3 yaşına çatana qədər 50 (əlli) manat məbləğində maddi yardımın tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadının surətindən görünür ki, tələbkar Cavabdeh aliment məbləğinin indeksasiyasına dair ərizəsi qismən təmin edilərək, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunması qərara alınmışdır.

7. “DiaMed” Klinikası tərəfindən verilmiş arayışdan görünür ki, X2 fəqərə sütununun ön proyeksiyada çəkilmiş R-qramında zəif skolioz izlənilir. Fəqərə cisimlərində sümük-destruktiv və degenerativ dəyişiklik yoxdur, fəqərələrarası məsafələr dəyişməyib. Statika: Çanaq xətti və bud çanaq oynaqları, yuxarı çiyin qurşağı bir qədər pozulmuşdur. Hər iki pəncənin yastıpəncəliyə görə, ağırlıqda, yan proyeksiyada çəkilmiş R-qramlarında: sağ tərəfdə P= H\L x 100= 1.00/ 10.86 x 100=9.20, sol tərəfdə P= H\L x 100=0,85 / 11.02 x 100 = 7,71 olmaqla, hər iki tərəfdə 3-cü dərəcəli yastıpəncəlilik təyin olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsi ilə tutulan və Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunan alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində müəyyən edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin IV bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2 və 112.1-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarı, “İcra Haqqında” Azərbaycan respublikası Qanununun 65.3-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2024-cü ilin noyabr ayından 2025-ci ilin ## ######ına qədər tikinti işlərində işləmişdir. İşlədiyi müddət ərzində isə cəmi 3 dəfə maaş almışdır. 2025-ci ilin ## ######ında isə işdən azad edilmişdir. Şirkət müflis olduğu üçün bağlanmışdır. O, hazırda heç bir yerdə işləmir və heç bir yerdən əlavə gəliri yoxdur. Təyin edilmiş alimenti belə çox çətinliklə ödəyir. Maddi durumu çox çətin vəziyyətdədir. Məhkəmə iddia tələbini rədd edərkən onun məhkəmə iclasında bildirdiyi ifadələri təsdiq edən sübutların olmadığını əsas göstərmişdir. Onun açıq-aşkar görünən maddi vəziyyətini qətiyyən nəzərə almamışdır. Buna baxmayaraq, cavabdehin “iddiaçının gəliri var, yəqin sürücülük edib pul qazanır, kimsə ona etibarnamə verib ki, onun işlərini görür pul qazanır” kimi əsassız iddialarını heç bir sübut olmadığı halda məhkəmə qətnamə çıxarılarkən nəzərə almışdır. Həmçinin onu da bildirir ki, o, maddi durumunu sübuta yetirən lazımi sənədləri məhkəmə iclasında təqdim etməyə hazırdır. Övladı X2 dünyaya gələndən sonra yastı pəncəlik aşkar edilmişdir. Həmin gündən 2023-cü ilin ortalarına qədər, hətta nikah pozulduqdan sonra belə, dəfələrlə həkim qəbulunda olmuş və lazımi müalicələr üçün əlindən gələn yardımı etmişdir. Uşağın aldığı müalicələr öz müsbət təsirlərini göstərir. Həkimi bu yastı pəncəliyin getdikcə düzələcəyini və sadəcə uşağın ortopedik ayaqqabı geyinməsi tövsiyyə etmişdir. Bu gün də uşaq normal gəzir, qaçır və normal həyat şəratində yaşayır. Yəni, bu hal xroniki deyil və sırf bu səbəblə alimentin artırılması düzgün deyil. Məhkəmə isə bu halları qətiyyən nəzərə almamış və əsassız qətnamə çıxarmışdır. Hesab edir ki, məhkəmə qətnamə çıxararkən onun vəziyyətini qətiyyən nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.II Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.IV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və cavabdeh Cavabdeh ##.##.2020-ci il təvəllüdlü X2 adlı bir övladı var. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı ##.##.2021-ci il tarixindən etibarən ##.##.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin, 3 yaşına çatana qədər 50 (əlli) manat məbləğində maddi yardımın tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən tələbkar Cavabdeh aliment məbləğinin indeksasiyasına dair ərizəsi qismən təmin edilərək, ##.##.2025-ci il tarixdən başlayaraq, ##.##.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunması qərara alınmışdır. Iddiaçı İddiaçı işləmədiyini, minimum əmək haqqının 0,70 misli həddində aliment ödənilməsi üçün maddi vəziyyətinin yetərli olmadığını əsas gətirərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

25. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia təmin edilməmişdir.

26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,70 misli həddində indeksasiya olunmasını və belə olan halda iddiaçıdan tutulmalı alimentin məbləğinin 280 manat təşkil etdiyini qeyd etsə də, bununla əlaqədar maddi vəziyyətinin ağırlaşdığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir.

27. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

28. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

31. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

32. Kollegiya hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.

33. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, aliment ödəyən şəxsin işsiz olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz.

34. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, alimentin əsas məqsədi yetkinlik yaşına çatmamış uşaqların saxlanılması, təhsili, ehtiyaclarının qarşılanması və maddi təminatı üçün öhdəlik daşımasını təmin etməkdir. Bu vəsait uşağın yaşayış minimumunu qarşılamaq və onun yaşayış səviyyəsinin aşağı düşməməsi üçün nəzərdə tutulur.

35. Məhkəmə, iddiaçının əmək qabiliyyətli olmaqla, bir valideyn kimi uşağını saxlamaq vəzifəsini, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması və diqqətəlayiq olan digər halları, ölkə ərazisində uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərclərinin miqdarını, təyin edilmiş məbləğin ağlabatan məbləğ olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin dəyişirilib daha az məbləğin müəyyən edilməsi üçün əsas yoxdur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kssasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar