Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-574/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İslamovnaya qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X14 ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh İslamovnaya qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İslamovna tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-III № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ##.##.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə Əmirbəyova Səbinə İslamovnadır. 3.İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)***/**** saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Əmirbəyova Səbinə İslamovna arasında ##.##.2012-ci il tarixdə bağlanmış nikahın pozulması, ##.##.2013-cü il təvəllüdlü X6 anası Əmirbəyova Səbinə İslamovnanın yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı cavabdehin xeyrinə tutulan alimentin miqdarı iddiaçının öz xahişi ilə 200 manat miqdarında təyin edilməklə X6 ödənilməsi, alimentin tutulmasının əvvəli ##.##.2014-cü il tarixdən hesablanması, iş üzrə ödənilmiş 5 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. 4.İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)***/**** saylı qərardadının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qət etdi hissəsində “##.##.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı cavabdehin xeyrinə tutulan alimentin miqdarı iddiaçının öz xahişi ilə 200 manat miqdarında təyin edilməklə X6 ödənilsin” əvəzinə “##.##.2013cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı cavabdehin xeyrinə tutulan alimentin miqdarı iddiaçının öz xahişi ilə 150 manat miqdarında təyin edilməklə X6 ödənilsin” kimi qeyd edilməsi qərara alınmışdır. 5.İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)***/**** saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin məbləğinin ##.##.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,43 misli həddində sabit pul məbləğində indeksasiya olunması qərara alınmışdır. 6.İş materiallarında olan * saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II № ****** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X3 ## ###### 2017-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3981 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Əmirbəyova» soyadı verilmişdir. 7.İş materiallarında olan Sumqayıt „ASAN xidmət“ Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-IV № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əmirbəyov İbrahim Çingiz oğlu ##.##.2019-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə X7r. 8.İş materiallarında olan * saylı Bakı „ASAN xidmət“ Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-IV № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2024-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə X7r. 9.İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN MEİS-dən arayışdan görünür ki, İddiaçı işsizdir. 10.Birinci instansiya məhkəməsində icraat 11.İddiaçı İddiaçı cavabdeh Cavabdeh İslamovnaya qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan dünyaya gəlmiş ##.##.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsinə əsasən, onunla cavabdeh Əmirbəyova Səbinə İslamovna arasında ## #### 2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, ##.##.2013-cü il tarixdə anadan olmuş Leyla anası Əmirbəyova Səbinə İslamovnanın himayəsində saxlanılmış, ##.##.2013-cü il tarixdə anadan olmuş Leylanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı İddiaçı Çiqalı oğlundan cavabdehin xeyrinə tutulan alimentin miqdarının iddiaçının öz xahişi ilə 200 manat miqdarında aliment təyin edilməklə tutularaq Əmirbəyova Səbinə İslamovnaya ödənilməsi qət edilmişdir. Qətnamədə buraxılmış yanlışlığın düzəldilməsi barədə Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-***/**** saylı qərarına əsasən, Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin qət etdiyi hissəsində "## #### 2013-cü il tarixdə anadan olmuş Leylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı İddiaçı Çiqalı oğlundan cavabdehin xeyrinə tutulan alimentin miqdarı iddiaçının öz xahişi ilə 200 manat miqdarda aliment təyin edilməklə tutularaq Əmirbəyova Səbinə İslamovnaya ödənilsin" əvəzinə "## #### 2013-cü il tarixdə anadan olmuş Leylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı İddiaçı Çiqalı oğlundan cavabdehin xeyrinə tutulan alimentin miqdarı iddiaçının öz xahişi ilə 150 manat miqdarında aliment təyin etməklə və tutularaq Əmirbəyova Səbinə İslamovnaya ödənilsin" kimi qeyd edilmişdir. Tələbkarərizəçi Cavabdeh İslamovna ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən, övladı ##.##.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana dək saxlanılması üçün borclu İddiaçı Çiqalı oğlundan onun xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-715/2015, ##.##.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin məbləği ##.##.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 1.43 misli həddində sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilmişdir. Nikah pozulduqdan sonra o, ikinci dəfə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. İkinci evliliyindən iki övladı ##.##.2019-cu il təvəllüdlü Əmirbəyov İbrahim Çingiz oğlu və ##.##.2024-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Hazırda ailə qarşısında olan öhdəlikləri artmışdır. Özü rəsmi olaraq heç bir yerdə işləmir və rəsmi iş yeri olmadığı üçün maddi durumu zəifdir. Hal-hazırda indeksasiya olunmuş aliment məbləği 572 manat təşkil edir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. 13.İddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*** saylı qərardadı ilə ##.##.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 1,43 misli həddində alimentin azaldılaraq, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 0,62 misli həddində azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh İslamovnaya qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi qismən təmin edilməsi, ##.##.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, İddiaçı Cavabdeh İslamovnanın xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulması, alimentin azaldılmış məbləğinin əvvəli qətnamə qanunu qüvvəsini aldıqdan sonra hesablanması qət edilmişdir. (hakim Elman Məmmədov) 15.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2, 75.1, 75.4, 76.1, 76.1.1, 76.1.2, 76.1.3, 76.2, 78.2 və 112.1-ci maddələrinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** №-li Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 16.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 17.Apellyasiya şikayətinin dəlilləri 18.Cavabdeh Cavabdeh İslamovna apellyasiya şikayəti verib, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi alimentin miqdarının dəyişdirilməsinə bir halda yol verir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Məhkəmə qətnaməsi demək olar ki, əsaslandırılmamışdır. Qətnamənin əsaslandırılması aşağıdakı kimidir: “Azərbaycan Respublikası ƏƏSMN MEİS-dən arayışdan görünür ki, İddiaçı hazırda heç yerdə işləmir. Bundan əlavə, başqa qadınla rəsmi nikaha daxil olmaqla, həmin nikahdan da iki uşağı vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının heç yerdə işləməməsi, himayəsində başqa nikahdan iki azyaşlı uşağının olması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla alimentin miqdarının azaldılmasına ehtiyac vardır.” Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində daşınar və daşınmaz əmlakların olmasına ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə tərəf tərəfindən mübahisələndirilən qətnamədə qeyd edir ki, qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb olub-olmayacağı və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Lakin məhkəmə qeyd edilən halların heç birini araşdırmamışdır. Məhkəməyə iddiaçının mülkiyyətində daşınar və daşınmaz əmlakların olması məlum olduğu halda, bu hala heç bir qiymət verməmiş, niyə bu halı nəzərə almadığını əsaslandırmamışdır. Qətnamənin iddiaçının izahatını özündə əks etdirən hissəsində qeyd edilmişdir ki, adına üç avtomobil olsa da, həmin avtomobillər dostlarınındır. İddiaçı tərəfindən həmin avtomobillərin dostlarına məxsus olması barədə heç bir sübut təqdim edilməmişdir. Ümumiyyətlə, iddiaçının adına olan 3 avtomobilin faktiki olaraq dostlarına məxsus olması ağlabatan deyil. Göründüyü kimi, iddiaçının maddi imkanı kifayət qədər yaxşıdır. Rəsmi iş yeri olmamasına baxmayaraq, mülkiyyətində 3 avtomobilin olması onun yüksək gəlir əldə etdiyini göstərir. Rəsmi iş yeri olan, ayda stabil maaş alan şəxslərin mülkiyyətində ən yaxşı halda 1 avtomobil ola bilir. İddiaçının isə mülkiyyətində 3 avtomobil və daşınmaz əmlakları vardır. İddiaçının maddi vəziyyətində dəyişiklik olsa belə, bu dəyişikliyin müsbət istiqamətdə olduğu müəyyən edildiyi halda, məhkəmə tərəfindən işə qərəzli, qeyriobyektiv yanaşılmışdır. Nəticədə isə təkcə cavabdehin deyil, onun yetkinlik yaşına çatmayan övladının qanuni mənafeyinə uyğun gəlməyən qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Yuxarıda iddiaçının maddi imkanının kifayət qədər yaxşı olmasına dair dəlillər qeyd edilmişdir. İddiaçı tərəfindən aliment məbləğinin azaldılması barədə belə iddianın qaldırılması onun Ailə Məcəlləsinin 75.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəsini yerinə yetirməkdən boyun qaçırmasına yönəlmişdir. İddiaçı ilə birgə nikahdan olan qızı artıq böyümüşdür. Müasir dövrdə bir uşağın düzgün, hərtərəfli, savadlı, sağlam və dünyagörüşlü böyüdülməsi üçün 500-600 manat məbləğin belə çox az olduğu hesab edilir. Cavabdeh isə bir ana kimi uşağın qayğısına qalır və bütün vaxtını ona sərf edir. Bu isə onu daha çox qazanc əldə edərək uşağın inkişafının maddi tərəfini tam təmin etməkdən məhrum edir. Ona görə də cavabdeh iddiaçıdan aliment tələb etməyə məcburdur. Uşağın artıq 13 yaşı var. 13 yaşlı uşağın xərclərinin kifayət qədər yüksək olması da hər kəsə məlumdur. Göründüyü kimi, məhkəmənin bu halları da nəzərə alması vəzifə borcu olduğu halda, nəzərə almadan qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin məhkəmə iş üzrə müəyyən edilməsi zəruri olan halların müəyyən edilməsi üçün tədbirlər görməmiş, məhkəməyə məlum olan əksər halları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının maddi vəziyyətinin kifayət qədər yaxşı olması, mülkiyyətində daşınar və daşınmaz əmlakın olması, birgə nikahdan olan uşağın xərclərinin kifayət qədər yüksək olması halları nəzərə alınmadan, iş üzrə hallar araşdırılmadan yanlış nəticəyə gəlinmiş, ədalətsiz və qanunsuz qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş və nəticədə cavabdehin və yetkinlik yaşına çatmayan övladının hüquqları pozulmuşdur. 20.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. 22.Apellyasiya icraatı iştirakçılarının izahatları 23.Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 24.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. 25.Tətbiq edilən hüquq 26.Azərbaycan Respublikasının Konstitusiyası 27.Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 28.Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. 29.“Uşaq hüquqlarına dair” BMT Konvensiyası 30.Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. 31.“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 32.Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; 33.Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. 34.Azərbaycan Respublikasının Ailə Məcəlləsi 35.Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 36.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 37.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 38.Maddə 112.1. Aiment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 39.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 41.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 44.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 46.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 47.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 48.Apellyasiya baxışının hədləri 49.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 50.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 51.Cavabdeh Cavabdeh İslamovna apellyasiya şikayəti verib, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 52.Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsini iddianın təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir. 53.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 54.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 55.Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. 56.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. 57.Məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 58.Qeyd olunanlara istinadən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçıdan tutulan alimentin bu həddə qaldırılması onun gəlirlərinə uyğun olmadığından, iddia qismən əsaslıdır. 59.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası ƏƏSMN MEİS-dən arayışdan görünür ki, İddiaçı hazırda heç yerdə işləmir. Bundan əlavə digər rəsmi nikaha daxil olmaqla, həmin nikahdan da iki uşağı vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının heç yerdə işləməməsi, himayəsində başqa nikahdan iki azyaşlı uşağının olması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla alimentin miqdarının azaldılmasına ehtiyac vardır. 60.Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. 61.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. 62.Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X2rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 63.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarı azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,65 misli (260:400=0,65) həddində sabit pul məbləğinə müəyyən edilməsi hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. 64.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. 65.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. 66.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh İslamovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-574/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-574/2026
24.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver