Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-674/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Qusar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə indeksasiya olunmuş aliment miqdarının azaldılaraq ondan ## #### 2012-ci il təvəllüdlü X7 və ## ###### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.25 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikah bağlayaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan onların ## #### 2012-ci il təvəllüdlü X7 və ## ###### 2015-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Daha sonra Cavabdeh ilə münasibətləri pozulduğu üçün onların ailəsi dağılmış, Qusar Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən ondan ## ###### 2015ci il tarixdən başlayaraq hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq ## #### 2012-ci il təvəllüdlü X7 və ## ###### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi qət edilmişdir. O, bu vaxta kimi aliment borcunu vaxtı vaxtında ödəmiş, heç vaxt aliment borcu olmamışdır. Bu yaxınlarda Cavabdeh aliment məbləğinin indeksasiya edilməsinə dair Qusar Rayon Məhkəməsinə müraciət etmiş və Qusar Rayon Məhkəməsinin 8(029)- **/**** saylı qərardadı ilə, Qusar Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən borclu İddiaçı ## #### 2012-ci il təvəllüdlü X7 və ## ###### 2015-ci il təvəllüdlü X3 üçün Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiya edilərək uşaqlar yetkinlik yaşına çatana kimi İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.76 misli həddində indeksasiya olunması qərara alınmışdır. O, Cavabdeh ilə boşandıqdan sonra yenidən ailə həyatı qurmuş, həmin nikahdan onun ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Həmin indeksasiya olunmuş məbləğ həddindən artıq çox yüksəkdir. Belə ki, sözügedən Qusar Rayon Məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “2013-cü il ########ın #-dən ölkə üzrə minimum aylıq əməkhaqqının məbləğinin 105 manat müəyyən edildiyini nəzərə alsaq və Qusar Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qət edildiyi günə minimum aylıq əməkhaqqının məbləğinin 80 manat təşkil etmişdir. Hər ay 80 (səksən) manat məbləğdə tutulan aliment 2015-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0.76 misli həddində müəyyən olunmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləğisonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunmalıdır”. Həmin 0.76 misli həddində aliment bu günkü günə 304 (üç yüz dörd) manat (0.76 X 400 = 304) təşkil edir. Onun vəziyyəti Cavabdeh ilə boşandıqları gündən bu günə kimi dəyişməmiş, sonuncu məhkəmə qərardadı ilə daha da pisləşməyə başlamışdır. O, hal-hazırda işsizdir, gəlir yeri yoxdur. Bu səbəbdən hətta yeni qurduğu ailədə söz- söhbətlər yaranmağa başlamışdır.
3. İddia tələbinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
4. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Qusar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə indeksasiya olunmuş aliment miqdarının azaldılaraq, İddiaçı ## #### 2012-ci il təvəllüdlü X7 və ## ###### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0.425 misli həddində müəyyən edilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırda iddiaçının başqa bir qadınla olan nikahından 2 azyaşlı uşaqları vardır. İndeksasiya edilmiş məbləğ iddiaçının maddi vəziyyətini ağırlaşdırmışdır. Belə ki, iddiaçının ödədiyi alimentin məbləği onun maddi vəziyyətində hər hansı artım olmadığı halda indeksləşmə nəticəsində kəskin şəkildə artmışdır. Bu isə onun maddi və ailə vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. İddia tələbinin təmin olunmaması, iddiaçının maddi durumunun daha da pisləşməsinə, aliment borcunu sonrakı tarixlərdə ödəyə bilməməsi gələcəkdə iddiaçının inzibati və ya cinayət məsuliyyətinə yaranmasına səbəb ola bilər. Bundan başqa, uşağı saxlamaq atanın deyil, həm də ananın da borcudur. Alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bu baxımdan məhkəmənin qənaətinə görə iddiaçı İddiaçı ## #### 2012-ci il təvəllüdlü X7 və ## ###### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə tərəfindən tutulmuş ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0.76 misli həddində alimentin azaldılaraq, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində deyil, 0.425 misli həddində müəyyən olunması Gülər və Ayan adlı uşaqların mənafeyi baxımından daha məqsədəmüvafiqdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 78.3, 112.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, onun iştirakı və ümumiyyətlə, iş üzrə icraatın aparılması barədə əvvəlcədən məlumatlandırılmağı təmin edilmədən, alimentin azaldılması barədə qərar qəbul edilmişdir. Məhkəmə qətnamədə müəyyən edilmiş aliment məbləğinin hansı əsasla təyin etməsi, nə üçün minimum əmək haqqının 0.425 misli miqdarında aliment təyin edilməsi barədə məsələyə aydınlıq gətirilməmişdir. Məhkəmə tərəfindən maddi vəziyyəti nəzərə alınmamış, hər ay hər uşaq üçün 169 manat məbləğində, ümumilikdə 338 manat aliment məbləği müəyyən edilmişdir. Lakin bu uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan qat-qat aşağıdır. Bu uşağların yaşayış durumunu daha da pisləşdirir. Halhazırda 2026-cı il üçün ölkə üzrə uşağlar üçün yaşayış minimumu 262 manat müəyyən olunmuşdur. Məhkəmə aliment ilə bağlı iddialara baxarkən bu məbləği az miqdarda aşağı sala bilər. Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 8(029)- **/**** saylı qərardadı ilə müəyyən olunmuş müəyyən olunmuş minimum əmək haqqının 0.76 mislihəddində indeksasiyası daha ədalətli bir qərar idi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ikinci dəfə ailə qurub, iki övladı var, mühafizədə işləyir, 400 manat əmək haqqı alır, ata anası yaşlı və xəstədir, xəstəliyi də var, ağır işlərdə işləyə bilmir. Bağ sahəsi var, mövsümlə bağlı əlavə gəliri olur. Hər uşaq üçün ən yaxşı halda 190 manat aliment ödəyə bilər.
11. Cavabdeh Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə alimentimi azaldaraq hər uşaqa 170 manat təyin edib. Bu isə yaşayış minimumundan dəfələrlə azdır. Heç yerdə işləyə bilmir və bu məbləğlə uşaq saxlamaq çox çətindir. Qusar Rayon Məhkəməsinin qətnaməsininin ləğv edilməsini, məhkəmə iclasında iştirak edə bilməməyini üzürlü hesab edilməsini xahiş edir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)**/**** saylı qərardadından görünür ki, Qusar Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən borclu İddiaçı ## #### 2012-ci il təvəllüdlü X7 və ## ###### 2015-ci il təvəllüdlü X3 üçün Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiya edilərək uşaqlar yetkinlik yaşına çatana kimi İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.76 misli həddində indeksasiya olunması qərara alınmışdır.
13. AZ-II ****** saylı nikah haqqında arayışın surətindən görünür ki, İddiaçı ilə X6 nikahları 10 avqust 201-ci ildə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Şeydayeva” soyadını qəbul etmişdir.
14. AZ-IV ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2018-ci ildə anadan olmuşdur. Atası İddiaçı, anası X8r.
15. AZ-IV ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2020-ci ildə anadan olmuşdur. Atası İddiaçı, anası X8r.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqları saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı azaldılmış alimentin məbləği hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, alimentin məbləği müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,5 misli həddində müəyyən edilməlidir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılşaraq qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı yenidən ailə qurmuş, həmin nikahdan da 2 övladı vardır. Əvvəlki məhkəmə qərarına əsasən iki uşaq üçün 160 manat aliment ödəmiş iddiaçının indeksasiya nəticəsində birdən-birə hər uşaq üçün minimum əmək haqqının 0,76 misli həddində, yəni hər uşaq üçün 304 manat aliment ödəməli olması onun maddi vəziyyətinin həddən artıq ağırlaşacağına səbəb olacaqdır. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin alimentin məbləğinin minumum əmək haqqının 0.425 misli həddində müəyyən edilməsini də həddən artıq azaltma kimi qəbul etmişdir. Hərçənd ki, məhkəmə kollegiyası iclasında iddiaçı hər uşaq üçün 190 manat aliment ödəyə biləcəyini bildirmişdir. Buna görə də məhkəmə kollegiyası ölkə üzrə müəyyən edilmiş uşaqlar üçün yaşayış minumumu məbləğini, iddiaçının himayəsində digər nikahdan iki uşağının olmasını, valideynlərinin hər ikisinin uşağın saxlmaq vəzifəsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində müəyyən edilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Qusar Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən edilmiş və Qusar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə indeksasiya olunmuş aliment miqdarı azaldılaraq, İddiaçı ## #### 2012-ci il təvəllüdlü X7 və ## ###### 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.