Məhkəmə qərarları › İş №2(3-8)-694/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-694/2026

25.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-694/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Nümayəndə qarşı mülki iş üzrə (Açar sözlər: sabit pul məbləğində aliment) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X4 və X5 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2018-ci il təvəllüdlü X8 və ##.##.2023cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilərək alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.2018-ci il tarixdə nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan iki övladları - ##.##.2018-ci il təvəllüdlü X8, ##.##.2023- cü il təvəllüdlü X6 anadan olmuşdur. Onlar hal-hazırda cavabdehlə birgə yaşamırlar. Hal-hazırda övladları ilə birlikdə atasının evində, KöhnəXudat kəndində yaşayırlar. Cavabdeh övladları ilə maraqlanmır. Bu günə qədər övladlarının bütün təminatlarını özü ödəyir və bu tək ana kimi ona maddi çətinliklər yaradır. Övladlarının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin maddi imkanı yaxşıdır, dövlət işində çalışır, bir ata kimi övladlarının qayğısına qalmalıdır. Uşaqlar həkim müayinəsində olur, bağçaya, məktəbə gedirlər, hər ay tək-tənha uşaqlara baxmaq üçün çətinlik çəkir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim edərək göstərmişdir ki, iddianı qismən qəbul edir. İddiaçı ilə cavabdehin birgə nikahlarından iki övladları vardır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ondan ##.##.2018-ci il təvəllüdlü X8 və ##.##.2023- cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilərək tutulmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçının tələb etdiyi məbləğ manatla hər ay hər uşağa görə 320 manat, cəmi 640 manatdır. Tələb edilən məbləği ödəmək cavabdehin imkanları xaricindədir. O, Gəncə Şəhər Fövqəladə Hallar Nazirliyinin ** nömrəli X12 ** nömrəli X13 yanğınsöndürən vəzifəsində işləyir. Aylıq əmək haqqısı 704 manatdır. Başqa heç bir gəliri, o cümlədən heç bir əmlakı yoxdur. Bank öhdəlikləri vardır ki, öhdəlikləri iddiaçı ilə birgə nikah müddətində yaranmışdır və əldə olunan vəsait ailə ehtiyaclarınıza sərf edilmişdir. Aylıq 486 manat kredit öhdəliyini yerinə yetirir. Hazırkı tarixdən etibarən 40 ay kredit öhdəliyini yerinə yetirməlidir. Cavabdeh iddiaçıya hər ay hər uşağa görə yalnız 100-120 manat arası aliment pulu ödəyə bilər. Həmçinin bildirir ki, valideynləri yaşlı və xəstədirlər. Anası şəkər xəstəsidir. Atası isə X10isi olmaqla 3-cü qrup əlildir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbini iddianı qəbul etdiyi həddə (hər ay hər uşağa 100 - 120 manat arası olmaqla) təmin edilməsini xahiş etmişdir.

4. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında ##.##.2018-ci il tarixdə, 781 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədcəfərova” soyadı verilmişdir.

5. Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən əldə edilmiş doğum haqqında arayışdan görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) ##.##.2018-ci il tarixdə Gəncə şəhərinin Kəpəz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.2019-cu il tarixdə 3846 nömrə ilə qeyd edilmişdir.

6. * saylı Gəncə Regional ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş AZ-IV seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) ##.##.2023-cü il tarixdə Gəncə şəhərinin Kəpəz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.2023-cü il tarixdə 2362 nömrə ilə qeyd edilmişdir.

7. ##.##.2026-cı il tarixli mediasiya arayışından müəyyən olunur ki, iddiaçı İlkin Mediyasiya Sessiyasında iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir.

8. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının X1 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli arayışdan görünür ki, iddiaçı İddiaçı iki övladı ilə birlikdə atasına məxsus Xaçmaz rayonu, X1ində yerləşən yaşayış evində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Ağazadə) iddianın qismən təmin edilməsi, ##.##.2026-cı il tarixindən başlayaraq, ##.##.2018-ci il təvəllüdlü X8 və ##.##.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 63,2 manat (altmış üç manat iyirmi qəpik) məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17 ci maddəsinin II bəndi, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3, 18 və 27-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2, 110.1 və 110.2-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarının 8.2, 8.4-1 və 87-ci bəndləri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 234.2.1, 112, 119.1, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

11. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, uşaqların hər biri üçün ayda 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat alimentin tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, aşağıda göstərilən səbəblərə görə qətnaməni əsassız və qanunsuz hesab edir. İddiaçı İddiaçı ilə ##.##.2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 2 övladları -##.##.2018-ci il təvəllüdlü X8, ##.##.2023-cü il təvəllüdlü X6 anadan olmuşlar. Onlar hal-hazırda iddiaçı ilə birlikdə, onun atasının evində - X1ində yaşayırlar. Bildirir ki, o, Gəncə şəhər Fövqəladə Hallar Nazirliyinin ** nömrəli X12 ** nömrəli X13 yanğınsöndürən vəzifəsində xidmət edir. Aylıq əmək haqqı 704 (yeddi yüz dörd) manatdır. Başqa gəliri, o cümlədən heç bir əmlakı yoxdur. Bank öhdəlikləri vardır ki, öhdəliklər iddiaçı ilə birgə nikah müddətində yaranmışdır və əldə olunan vəsait ailə ehtiyaclarına sərf edilmişdir. Aylıq 486 manat kredit öhdəliyi yerinə yetirir. Bununla yanaşı, atası Nümayəndə Birinci Qarabağ müharibəsinin qazisi kimi II qrup əlildir. X3 II qrup əlildir. Beləliklə, ailəsinin maddi cəhətdən ağır durumda yaşadığı bir dövrdə ayda 400 manat allimenti hansı vəsaitlə ödəsin? Məhkəmə tərəfindən alimentin məbləği düzgün hesablanmamışdır, ayrıseçkiliyə yol verilmişdir. Aylıq əmək haqqı 704 manat, heç bir yerdən gəliri olmayan şəxsdən 400 (dörd yüz) manat yüksək məbləğdə təyin edilmiş aliment pulunu necə tələb etmək olar? Xaçmaz Rayon Məhkəməsinin qeyri-qanuni qətnaməsi onun həyatda yaşamaq hüququnu məhdudlaşdırmışdır. Birinci instansiya məhkəməsi isə qanunun birmənalı tələbini kobud şəkildə pozaraq, ondan sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, elə ona görə də qətnamədə göstərilmiş nəticələr üçün obyektiv və faktiki halları ilə tam ziddiyyət təşkil edir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

15. İddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.II Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.IV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

18. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

19. “BMT-nin Mülki və Siyasi hüquqlar Beynəlxalq Paktı” 23-cü maddəsinin 4-cü bəndinə görə nikah pozulduğu halda bütün uşaqların lazımi müdafiəsi nəzərdə tutulmalıdır.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. “Uşaq Hüquqları haqqında” BMT-nin ## ###### 1989-cu il tarixli Konvensiyası: Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Maddə 27. Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələnirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.

25. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Göründüyü kimi iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2018-ci il təvəllüdlü X8 və ##.##.2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilərək alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir (bax bənd 9).

28. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq daimi olaraq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da iddiaçının üzərinə düşür. Bu səbəbdən iddiaçının uşağa qulluq etməsi, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

29. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi məsələlərlə bağlı bildirmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin əmək haqqısının aşağı məbləğdə olması və başqa qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin aliment ödəyən şəxsin digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

30. Uşağın üstün maraqlarını və diqqətəlayiq mənafelərini nəzərə alan məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulması işin hallarına və uşaqların üstün maraqlarına uyğundur.

31. Odur ki, məhkəmə hesab etmişdir ki, bir uşağın saxlanılması üçün cavabdehdən 180 manat sabit pul məbləğində aliment tutulması nəticəsinə gəldiyindən müvafiq məbləğin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə uyğun olaraq indeksasiyası məqsədilə cavabdehdən 2026-cı il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin (400 manat) 0.45 misli miqdarında aliment tutulmalıdır.

32. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh Nümayəndə apellyasiya şikayəti vermişdir.

33. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır, bu baxımdan əlavə qiymətləndirmə aparılmasına zərurət görmür. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar