Məhkəmə qərarları › İş №2(3-8)-695/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-695/2026

11.06.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-695/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X3 Mərkəzinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X3 Mərkəzinin cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə açıq məhkəmə iclsında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X5 iddia ərizəsi ilə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X5 ilə vətəndaş Cavabdeh arasında bağlanmış ## ###### 2014-cü il tarixli *** nömrəli icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək * saylı X3ytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəmələrində icraat

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində icraat

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim Gülşən Fərəcova) iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X3 Mərkəzinin cavabdeh Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, boşaldılması tələb edilən torpaq sahəsi məhz Xaçmaz rayonunun inzibati ərazisinə aid olması müəyyən edildiyindən iddiaya müstəsna aidiyyət qaydalarına görə mübahisəli torpağın yerləşdiyi yer üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır.

Xaçmaz Rayon Məhkəməsində icraat

4. Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin * saylı X3 Mərkəzinin cavabdeh Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək * saylı X3ytarılması tələbi barədə iddia ərizəsinə dair *(*-***)-***/**** saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumatdan görünür ki, cavabdeh Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.

6. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X3 Mərkəzi cavabdeh Cavabdeh qarşı ilk tələbi icarə müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. Yəni, iddiaçı ilk öncə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini, bundan sonra isə torpaq sahəsinin geri qaytarılmasını tələb edir. Belə olan halda, məhkəmə ilk öncə icarə müqaviləsinin ləğv edilməsi məsələsinə hüquqi qiymət verməli olduğunu göstərmiş, və bildirmişdir ki, bu tələb müstəsna aidiyyət normaları ilə yox, MPM-nin 35.1-ci maddəsinin tələbləri ilə tənzimlənir. On agörə ki, bu növ tələblər MPM 39.1-ci maddəsində sadalanmış mübahisələr sırasında öz əksini tapmamışdır, yəni bu tələb müstəsna aidiyyata aid edilmədiyindən, ümumi qaydalara əsasən cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılmalıdır.

7. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X3 Mərkəzi ilə Cavabdeh arasında bağlanmış və hazırda mübahisə predmeti olan icarə müqaviləsi 2014-cü ildə 10 il müddətinə bağlanmışdır. Müqavilənin müddəti 2024-cü ildə bitməsinə baxmayaraq, iddiaçı öz iddia ərizəsində müqavilənin ləğv edilməsi tələbini irəli sürmüş və belə olan halda, bu tələbə dair məhkəmə tərəfindən mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir (rədd, qismən və ya təmin olunmalıdır).

8. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, iddiaçının irəli sürdüyü iddia tələbi müqavilənin ləğv edilməsi ilə bağlıdır və müqavilənin ləğv edilməsi tələbi müstəsna aidiyyəti normalı ilə tənzimlənmədiyindən, mülki işə cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmədə baxılmalıdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi: 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ilə Xaçmaz Rayon Məhkəməsi arasında ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı baş vermiş, ərazi aidiyyətinin müəyyən edilməsi üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Məhkəmə kollegiyası məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə bağlı məsələyə baxaraq aşağıda şərh olunanları qeyd edir:

13. Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur.

14. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il ## ######## tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

16. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir.

17. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir.

18. Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur.

19. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir.

20. Araşdırılan mübahisə üzrə iddia tələbindən görünür ki, («torpaq sahəsinin qaytarlıması») iddia daşınmaz əşya ilə bağlı olmaqla MPM-nin 39-cu maddəsinin təsir dairəsinə düşür. Bu baxımdan kollegiya hesab edir ki, mübahisəyə müstəsna aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılmalıdır.

21. Məhkəmə kollegiyasının qənatincə mübahisənin aidiyyəti müəyyənləşdirilərkən araşdırılan mübahisə üzrə tələbin hüquqi təbiəti, daşınmaz əmlakla bağlı (torpaq sahəsinin qaytarılması) olması və bu halda müstəsna aidiyyət qaydaların tətbiqinin üstünlük hüququ təşkil etməsi nəzərə alınmalıdır.

22. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X3 Mərkəzinin cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir.

23. Qeyd olunmalıdır ki, mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir və ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

24. Kollegiya vurğulayır ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarı).

25. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X3 Mərkəzinin cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki işə ərazi aidiyyətinə görə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır.

26. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara a l d ı:

İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X3 Mərkəzinin cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar