Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-711/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment bocunun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi X15 və cavabdeh Cavabdeh iştirakı ilə, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2018-ci il tarixli qətnaməsinə əsasən, üzürlü səbəbdən toplanmış aliment borclarını ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illər xəstə olmuş və rəsmi olaraq ##.##.2019-cu ildən xəstədir. ## ###### 2008-ci il tarixində doğulmuş X3 və ## ###### 2009-cu il tarixində doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan ##.##.2017-ci il tarixindən başlayaraq hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq, Cavabdeh verilməsi qət edilmişdir. Hazırda alimentə görə borcu əmələ gəlmişdir və həmin borcları ödəmək iqtidarında deyil. O, ##.##.2023-cü ildə, rəsmi nikaha girməklə, təkrar Pirverdiyeva (Nəcəfova) Rəqsanə Şəmsəddin qizi ilə ailə həyati qurmuşdur. O, uzun illər Quba Rayon Mərkəzi Xəstəxanasının vərəm ələhiyinə ağ ciyər xəstəlikləri Dispanserdə müalicə almış və tez-tez stansionar həkim tövsiyəsi əsasında aydiyyati üzrə mütəmadi olaraq müalicələr almış və spazma tutmaları zamanı hal-hazırda da müalicələrini davam etdirir. Fiziki işlə məşğul ola bilmir və tez-tez hərəkətsiz olur. Uzun illər isə heç bir yerdə fiziki və fərdi əməklə məşğul ola bilməmiş və hal-hazırda da məşğul ola bilmir. Vərəm yırtığı diaqnozu ilə uzun illər dispanser qeydiyyatda olmuş və qeydiyyatdadır, faktiki olaraq iş qabiliyyəti yoxdur. Uzun müddətdir ki, müalicələr alır, tam hərəkət qabiliyyəti yoxdur, tez-tez belində və ağ və qara ciyərlərində tutmalar olur, bu halda yalnız kənar şəxslərin köməyi ilə qısa məsafəyə hərəkət edə bilir. Bir sözlə işləyə bilmir, özü də həyat yoldaşı Pirverdiyeva (Nəcəfova) Rəqsanə Şəmsəddin qızının himayəsində qalır. Bununla yanaşı həyat yoldaşı Pirverdiyeva (Nəcəfova) Rəqsanə Şəmsəddin qızı da onkoloji xəstədir. Həyat yoldaşı X15 ##.##.2024-cü ildən hal-hazıra kimi Azərbaycan Tibb Universitetinin onkoloji klinikasında ödənişli müalicə və malicələr alır. Ailədə heç kim işləmir və real gəlir mənbəyi mövcud deyil. Faktiki tanış və qohumların köməyi ilə dava-dərmanla ümüdsüz yaşayırlar. Xəstəliyi ilə əlaqədar pensiya təminat üçün müalicə aldığı Quba Rayon Mərkəzi Xəstəxanasının, vərəm ələhiyinə ağ ciyər Xəstəlikləri Dispanserə müracət etsə də Quba RMX X2 onun savadsızlığından sui-istifadə etməklə, hal-hazıra kimi baxılması təmin edilməmişdir.
3. İddia tələbinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Günel Kamilli) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ## ###### 2009cu il təvəllüdlü X3 və ## ###### 2009-cu il təvəllüdlü X4 münasibətdə atalığı müəyyən edilməklə, ondan hər ay hər uşaq üçün 90 manat olmaqla, 180 manat məbləğində aliment tutulması qət edilmiş, daha sonra məhkəmənin ## ### 2019-cu il tarixli qətnaməsinə əsasən aliment məbləği artırılaraq hər uşağa görə 120 manat olmaqla, 240 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş arayışdan müəyyən olunur ki, iddiaçının məhkəməyə müraciət etdiyi tarixə aliment borcu 17190.06 manat təşkil edir. İddiaçının aliment borcunun silinməsi üçün irəli sürdüyü əsas onun sağlamlıq durumu ilə bağlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ##.##.2019-cu il tarixdən “Keçirilmiş Ağciyərlərin vərəmindən sonrakı qalıq, fibroz bərk ocaqlar şəklində” diaqnozu ilə Quba Rayon Mərkəzi xəstəxanasının Vərəm şöbəsində qeydiyyatdadır. “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin ## ###### 2003-cü il tarixli qərarı ilə ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin siyahısı təsdiq edilməklə, həmin şəxslərin bir sıra peşəvə vəzifələrdə işləməsi qadağan edilmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin siyahı yalnız məhdudiyyətlər nəzərdə tutmuş, ümumiyyətlə vərəm xəstəliyindən əziyyət çəkən şəxslərin işləməməsini istisna etməmişdir. Şəxsə xəstəliklə bağlı hər hansı bir əlillik dərəcəsi təyin edilməmişdir. İddiaçı Quba rayon Mərkəzi xəstəxanasının Vərəm şöbəsində qeydiyyatdadır, ona İ və II sıra spesifik preparatlarla dəfələrlə ambulator və stasionar müalicələr olunmuş, ##.##.2021-ci il tarixdə ETACXİ-da konsilium qərarı ilə Protokol N *** MDR proqrama qoşulmuşdur. ##.##.2023-cü il tarixdə isə PRN 662 müalicə kursunu bitirmişdir. Göründüyü kimi arayışda iddiaçının ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək müalicə kursunuda olması, ##.##.2023-cü il tarixdən isə müalicə kursunu bitirdiyi müəyyən olunur. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şəxs müalicə kursunu bitirdikdən sonra aliment ödəməməyə davam etmişdir. Bundan əlavə məhkəməyə məlum olmuşdur ki, iddiaçının yetkinlik yaşına çatmayan övladlarının sağlamlıqlarında mövcud problemlərlə bağlı müalicəyə ehtiyacları olmuş, cavabdehin isə rəsmi gəlir yeri mövcud deyildir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107,112.1, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini iddia tələbinin məzmuuna uyğun onunla əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, aliment borcunun yaranmasına səbəbin, onun və arvadının xəstəliyinin və maddi vəziyyətinin olduğunu nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, xəstədir, maddi imkanı zəifdir. Əvvəl 180 manat aliment tutulmuş, daha sonra xəbəri olmadan alimentin məbləği 240 manat müəyyən edilmişdir. Həmin vaxt yataq xəstəi olmuşdur. İşləyə bilmir, mütəmadi ev şəraitində müalicə alır, yoldaşı da xəstədir, uşaqların 16 yaşı var, özləri işləyə bilər. Ata-anası da xəstədir. 17000 manat aliment borcu yaranıb. Sonuncu dəfə 2025-ci ilin may ayında 500 manat ödəyib, Qaynanasının boyunbağısını sataraq ödəniş etmişdir. Ciyərləri xəstədir, işləyə bilmir, ev şəraitində müalicə alır. Təngənəsəf olur, tərləyir, halsız olur. İkinci nikahdan ölvadı yoxdur. 2023-cü ildən sonra xəstəxanaya müraciəti olub. 17000 manatın əvəzinə paylı mülkiyyətdə olan, cavabdehə 1 ha torpaq sahəsi verməyi təklif etmiş, öncə razılaşsa da sonradan razılaşmamışdır.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, əri xəstədir, yataq xəstəsi olur. Alimenti hansı yola olur-olsun ödəməyə çalışmışlar, lakin qarşı tərəfin məqsədi yalnız onları incitməkdir.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı 2023-cü ildən sonra xəstəliyi ilə bağlı müalicə almayıb. 18 ay müddətində dövlət ona yardım edib, pulsuz dərmanla təmin edib. Hər uşağa görə 120 manat aliment ödəməli idi, indeksasiya ilə bağlı da müraciət etməmişdir. Lakin iddiaçı alimenti ödəmədiyindən borc yığılıb. Uşaqları narahat uşaqlardır, hazırda müalicələri ilə bağlı ona pul lazımdır, özü çatdıra bilmir. Bu vaxtadək iddiaçı ümumilikdə 3870 manat ödəniş edib, onun da 500 manatını keçən ilin mayında ödəniş edib. 2021-2025-ci illərdə heç bir ödəniş etməyib, 2025-ci ilin mayında 500 manat ödəniş edib. 1 ha torpaq sahəsi təklif edir, lakin həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır, meşəlik ərazidə yerləşir, orada nə ev tikdirə, nə də bundan sonra əkin işləri ilə məşğul ola bilər, satışa da yararlı deyil. Buna görə də torpaq sahəsini istəmir. Belə torpaqdan özlərinin də 8 ha torpaq sahəsi var. İddiaçının təklif etdiyi torpaq iddiaçı da daxil olmaqla, 5 nəfərin paylı mülkiyyətindədir, dəyəri isə 3000-4000 manat təşkil edir. Məhkəmə icra və probasiya şöbəsinə sorğu göndərib, sorğuya cavabda 17000 manat məbləğində aliment borcu yığıldığı qeyd olunmuşdur. 4 dəfə inzibati qaydada həbs olunub. 2026-cı ilin yanvarında aliment məbləği indeksasiya olunaraq 530 manat məbləğində müəyyən edilmişdir. Əldə etdiyi sənədlərə əsasən 2023-cü ilədək 18 aylıq müalicə kursu keçib.
İşdə olan sübutlar
13. AZ-II ****** saylı nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə X7 arasında Quba regional “ASAN xidmət” X9 ##.##.2023-cü il tarixdə bağlanmışdır.
14. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birlğiyi” X2 Quba rayon Mərkəzi Xəstəsxanası tərəfindən verilmiş ## ##### 2022-ci il tarixli, ** saylı arayışa əsasən İddiaçı ağciyərlərin infiltrativ vərəmi diaqnozu qoyulmuş, *** saylı protokola əsasən 18 aylıq MDR proqrama salınmışdır, müalicəsi davam edir.
15. Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ## ###### 2009-cu il təvəllüdlü X3 və ## ###### 2009-cu il təvəllüdlü X4 münasibətdə atalığı müəyyən edilmiş, ## ###### 2009-cu il tarixdə doğulmuş X3 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ## ###### 2017ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qərara alınmışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ####### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Quba Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, *****)-****/**** saylı qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, ## ###### 2009cu ildə doğulmuş X3 və ## ###### 2009-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh İddiaçı bir uşağa görə 120 manat olmaqla, iki uşağa görə hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
18. İddiaçı barəsində e-sosial elektron informasiya mərkəzində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyildir.
19. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 Quba rayon Mərkəzi Xəstəxanası X2in ## #### 2025-ci il tarixli arayışına əsasən İddiaçı ##.##.2019-cu il tarixdən “Keçirilmiş Ağciyərlərin vərəmindən sonrakı qalıq, fibroz bərk ocaqlar şəklində” diaqnozu ilə Quba rayon Mərkəzi xəstəxanasının Vərəm şöbəsində qeydiyyatdadır. Sözügedən şəxsə, İ və II sıra spesifik preparatlarla dəfələrlə ambulator və stasionar müalicələr olunub. ##.##.2021-ci il tarixdə ETACXİ-da konsilium qərarı ilə Protokol N *** MDR proqrama qoşulmuşdur. ##.##.2023-cü il tarixdə isə PRN 662 müalicə kursunu bitirmişdir.
20. İlkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli MŞQ-MT-***-****-***** saylı arayışına əsasən, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir.
21. Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*******/**** nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli və Quba Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, *****)-****/**** saylı icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə həbs edilmişdir. Həmin qərarda istinad olunan Quba rayon İcra və Probasiya şöbəsinin 08 dekabr 2025-ci il tarixli arayışına əsasən icra sənədləri üzrə ümumilikdə İddiaçı ##.##.2025-ci il tarixinə 17670 manat borcu mövcuddur.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçı 2019-cu ilin may ayından 2023-cü ilin iyun ayınadək yaranmış aliment borcunu ödəməkdən azad edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
26. Belə ki, mülki işin materiallarında olan iddiaçının xəstəlik sənədlərindən, o cümlədən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 Quba rayon Mərkəzi Xəstəxanasının ## #### 2025-ci il tarixli arayışından görünür ki, iddiaçı ilk dəfə ##.##.2019-cu il tarixdə sol tərəfli eksudativ plevrit, Sol ağ ciyərin infiltativ vərəmi dağılma mərhələsi diaqnozu ilə stasinonara daxil olmuş, ##.##.2019-cu il tarixdə stasionar müalicəsini bitimişdir. ##.##.2019-cu il tarixdən “Keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq, fibroz bərk ocaqlar şəklində” diaqnozu ilə Quba rayon Mərkəzi xəstəxanasının Vərəm şöbəsində qeydiyyatda olmaqla, İ və II sıra spesifik preparatlarla dəfələrlə ambulator və stasionar müalicələr olunmuş, ##.##.2021-ci il tarixdə ETACXİ-da konsilium qərarı ilə *** nömrəli protokol üzrə MDR proqramına qoşulmuş, ##.##.2023-cü il tarixdə isə PRN 662 müalicə kursunu bitirmişdir. Göründüyü kimi iddiaçı ağır xəstəlik nəticəsində dəfələrlə stasionar və ambulator müalicələr almaqla qeyd edilən dövr üzrə əmək fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum olmuşdur. Birinci instansiya məhkəməsi isə “Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin ## ###### 2003-cü il tarixli qərarına istinad etməklə, iddiaçının həmin qərarda təsbit olunan bir sıra peşə və vəzifələrdə işləməsinin qadağan edilməsinə baxmayaraq, digər işlərdə işləmək imkanının mövcud olmasını və iddiaçıya xəstəliklə bağlı hər hansı bir əlillik dərəcəsi təyin edilməməsini əsas gətirərək iddianı tam olaraq rədd edtmişdir. Lakin, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı xəstəliyinin ağırlaşdığı və müalicə aldığı dövrdə faktiki olaraq hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmamış və həmin dövr üzrə gəlirlər əldə etməsi ilə bağlı sübutlar isə məhkəməyə təqdim edilməmişdir.
27. İş materiallarında olan Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-*******/**** nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərarından göründüyü kimi iddiaçı əvvəllərdə aliment borcuna görə həbs edilmişdir ki, cavabdeh də iddiaçının aliment borcuna görə hazırkı tarixədək dörd dəfə həbs olunduğunu bildirmişdir. Həmçinin, işin mübahisəsiz halı iddiaçı alimentə dair icra sənədləri üzrə hazırkı vaxtadək ümumilikdə 3870 manat ödəniş etmişdir ki, 2026-cı ilin yanvar ayınadək onun alimentə görə 18000 manata yaxın aliment borcu yaranmışdır. Hazırda isə iddiaçının maddi vəziyyəti qeyd olunan həcmdə aliment borcunu ödəməyə imkan verməməkdədir.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xəstəliyinin ağırlaşdığı 2019-cu ilin aprel ayından intensiv müalicə aldığı 2023-cü ilin iyun ayınadək olan dövr üzrə aliment ödəyə bilməməsi üzürlü səbəblərdən əmələ gəldiyindən və maddi vəziyyəti bu borcları ödəməyə imkan vermədiyindən qeyd olunan dövr üzrə iddiaçı yaranmış aliment borclarını ödəməkdən azad edilməlidir. 2023-cü ilin iyun ayınından sonra isə iddiaçı müalicəsini bitirmiş və işləmək imkanına malik olmuşdur ki, bununla da həmin dövrdən sonra yaranmış aliment borcunun silinməli olması ilə iddiaçının tələbi əsassız olmuşdur. Quba Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, *****)-****/**** saylı qətnaməsinə əsasən isə iddiaçıdan tutulan alimentin məbləğinin hər uşaq üçün 120 manat olmaqla, iki uşağa görə hər ay 240 manat, 2019-cu ilin aprel ayından 2023-cü ilin iyun ayınadək olan dövrün 48 ay olması nəzərə alındıqda isə silinməli olan aliment borcunun 11520 (240x48=11520) manat olması müəyyən olunur.
29. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, *****)- ****/**** saylı icra sənədi üzrə borclu İddiaçı Quba Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə 2019-cu ilin may ayından 2023-cü ilin iyun ayınadək hesablanmış 11520 (on bir min beş yüz iyirmi) manat aliment borcunu ödəməkdən azad edilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Borclu İddiaçı Quba Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə 2019-cu ilin may ayından 2023-cü ilin iyun ayınadək hesablanmış 11520 (on bir min beş yüz iyirmi) manat aliment borcunu ödəməkdən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.