Məhkəmə qərarları › İş №2(3-8)-730/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-730/2026

30.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-730/2026 30.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: cehiz əmlaklarının mənzildən çıxarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndə və vəkili Kərimov İlyas Həsən oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "cehiz əşyalarının mənzildən çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayət şəhəri, 8-ci mikrorayon, ev 27/17, ünvanda yerləşən ** nömrəli mənzili almışdır. Həmin mənzilə tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ## #### 2021-ci il tarixdə, ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınmaqla, 309011000923-05101-093050 Daşınmaz əmlakın reyestr nömrəsi verilmişdir. Mənzildə qeydiyyatda olan keçmiş gəlini cavabdeh (əvvəlki soyadı Məmmədova) boşanmadan sonra Əkbərli ata soyadını götürmüşdür. Cavabdeh və oğlu X2 mənzilə istifadə hüquqlarına Sumqayıt İnzibati Məhkəməsinin 2024cü il tarixli qərarı ilə xitam verilmiş və qeydiyyatdan çıxarılmışlar. Cavabdeh boşanmadan sonra mənzildə olan əşyaları onlardan xəbərsiz aparmasın, onlar götürmüşdür deməsin deyə mənzilin qıfılını dəyişmişdir. Bundan sonra cavabdeh tərəfin məcburi tələb etdiyi, hədə-qorxu gəldiyi üçün məcbur olub, artıq söz-söhbət olmasın deyə mənzilin açarını ona da vermişdir. Belə ki, cavabdeh bildirdi ki, mənzildən gündəlik istifadə etdiyi əşyalardan televizor və bəzi əşyaları aparmaq istəyir. Buna görə də qohumu X7 ## #### 2025-ci il tarixdə keçmiş gəlini Cavabdeh atası X8 mənzilin açarını vermişdir. Mənzilin açarını aldıqdan, yəni ## #### 2025-ci il tarixdən sonra mənzilə təxminən Novruz bayramı ərəfəsində baxdıqda məlum oldu ki, cavabdeh tərəf mənzildə olan cehiz əşyalarından 1 ədəd LC markalı televizoru, 1 ədəd uşaq üçün masanı və stulu, 1 ədəd tozsoranı, 1 ədəd uşaq yataq dəstini, 1 ədəd taxtı, 1 ədəd termonu, 1 ədəd paltar şkafını (şfoneri), 1 ədəd mikrodalğalı sobanı, 1 ədəd balkonda olan şkafı, 1 ədəd ütü və ütü masasını, 1 ədəd peçkanı onlardan xəbərsiz aparmışdır. Cavabdeh guya onun ona 15.000 (on beş min) manat mənzilə görə borclu olduğunu bəhanə gətirib və ondan bu məbləğdə pul almayınca cehiz əşyalarını mənzildən götürməyəcəyini bildirir və mənzildə olan cehiz əşyalarından bir qismini 1 ədəd xalçanı, 1 ədəd LC markalı paltaryuyan maşını, 1 ədəd LC soyuducunu, mətbəxt əşyalarını (qab-qacağı), 1 ədəd masanı, 6 ədəd stulu və karobkada istifadə olunmayan qabları (mənzilin bolkonunda saxladığı) mənzildən götürməmişdir. Cavabdeh tərəf səs yazılarında evdən bəzi əşyaları götürməsini etiraf etsə də 15000 manat almayınca cehiz əşyalarını çıxarmayacağını israrla bildirir və dəfələrlə yazılı və şifahi xəbərdarlığa, xahişlərə baxmayaraq, qeyd olunan əşyaları könüllü olaraq mənzildən çıxarmadan, aparmaqdan imtina edir. Göstərilənlərə əsasən cavabdeh Cavabdeh iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən ** №-li mənzildən ona məxsus cehiz əşyalarının, 1 ədəd xalçanı, 1 ədəd LC markalı paltaryuyan maşını, 1 ədəd LC soyuducunu, mətbəxt əşyalarını (qabqacağı), 1 ədəd masanı, 6 ədəd stulu və karbkaya yığılmış istifadə olunmayan qabları- qacağı (mənzilin bolkonunda saxladığı) mənzildən məcburi çıxarması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh məxsus cehiz əşyaları- 1 ədəd xalça, 1 ədəd “LC” markalı paltaryuyan, 1 ədəd “LC” markalı soyuducu, mətbəxt əşyaları (qab-qacağı), 1 ədəd masa, 6 ədəd stul və qutuya yığılmış istifadə olunmayan qabların (mənzilin eyvanında saxladığı) ünvan 3 ünvanda yerləşən ** nömrəli mənzildən çıxarılması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının oğlu ilə cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və cavabdeh iddiaçıya məxsus mənzilə köçmüş, iddiaçının oğlu ilə cavabdeh arasında nikah pozulduqdan sonra cavabdeh həmin mənzili tərk etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddia ərizəsində qeyd olunan əşyaların ona məxsus olmaqla mənzildə qalmasını etiraf etmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34, 225.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 ilə ##.##.2017-ci il tarixdə nikaha daxil olmuşdur və birgə nikahdan ##.##.2019-cu il təvəllüdlü X2 adlı uşaq doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)***/**** saylı qətnaməsinə əsasən nikah pozulmuş və uşaq onun himayəsində saxlanmışdır. Vüqar Məmmədovla nikah dövründə ##.##.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən mənzili almışlar. Daha sonra ##.##.2021-ci il tarixli alğı-satqı müqaviləsi əsasında həmin 38.8 kv.m mənzili satmış və bundan 2 ay sonra, ##.##.2021ci il tarixli alğı-satqı müqaviləsi əsasında ünvan 4 ünvanında yerləşən mənzili almışlar, lakin əri olan Vüqar Məmmədov hərbiçi işlədiyi və ev qeydiyyatında olduğu üçün mənzili həmin zaman onun adına rəsmiləşdirmək mümkün olmamış və qayınanası İddiaçı adına alınmışdır. Əslində isə mənzil birgə nikah dövründə əldə olunmuş və satılmış digər mənzilin pulu ilə alınmışdır. Əlavə olaraq atası da 15.000 manat köməklik etmişdir. Buna görə də hazırda həmin mənzilin bölünməsi ilə bağlı Masallı Rayon Məhkəməsinin icraatında mülki iş vardır. Buna baxmayaraq hazırkı işə baxan hakim həmin işin nəticəsini gözləmədən qətnamə qəbul etmişdir. Buna görə də həmin mənzil birgə nikah dövründə əldə olunduğu üçün əmlaklarının həmin mənzildən çıxarılması qanunun tələblərinə ziddir. Həmin mənzil bölünərsə və o zaman hazırkı iddia tələbi artıq əhəmiyyətini itirəcəkdir və həmin işin nəticəsindən asılı olaraq hazırkı işə baxıla bilərdi. Məhkəmə aktında göstərilən nəticə işin hallarına uyğun deyildir. O, həmin mənzildə qeydiyyatda olmuşdur və həmin mənzil onların birgə nikah dövründə əldə olunduğu üçün hazırda bölünməsi barədə məhkəməyə müraciət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Masallı Rayon Məhkəməsinin icraatında olan işə baxılın yekun qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Həmin məhkəmədəki iddia tələbində qızıl-zinət əşyalarının və evə görə verdiyi 15000 manat məbləğindəki pulun qaytarılması tələbinə baxılır. Bu səbəbdən əşyalarını götürmür. Pulunu almalıdır ki, əşyaları çıxarsın. Əvvəlki mənzil öz adına olub, onu sataraq mübahisəli mənzili alıblar, mənzilin alınması zamanı 15000 manat pul qoyub, mənzil qaynanasının adına alınıb. Qeydiyyatdan çıxarılma ilə bağlı məhkəmə işindən məlumatı olmamışdır.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Kərimov İlyas Həsən oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Sumqayıt İnzibatı Məhkəməsini qərarı ilə cavabdeh uşağı ilə birlikdə həmin mənzilə əmlak hüquqları olmadığı üçün qeydiyyatdan çıxarılıb. Həmin qərarla təsdiq olunur ki, əmlak cavabdehin qaynanasına aiddir, cavabdehə aidiyyəti yoxdur. Həmin mənzilə hüquqları olsa idi, qeydiyyatdan çıxarılarkən həmin məsələni mübahisələndirə bilərdi. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Masallı Rayon Məhkəməsində işə baxıldığını bildirmiş, məhkəmə həmin işə baxılması ilə əlaqədar sənədlərin təqdim edilməsini bildirsə də sənədlər təqdim edilməmişdir. Hazırki qətnamə qəbul oldunduqdan sonra cavabdeh Masallı Rayon Məhkəməsinə müraciət etmiş, qızıl-zinət əşyaları tələb etmişdir.

İşdə olan sübutlar

12. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, iddia təmin edilərək, üçüncü şəxslər ##.##.1997-ci il təvəllüdlü X5 və ##.##.2019-cu il təvəllüdlü X3 iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyası

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

15. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

16. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, işin hallarından görünür ki, əmlakların çıxarılması tələb olunan ev iddiaçının mülkiyətində olmaqla, iddiaçının oğlu ilə cavabdeh arasında nikah Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə əsasən pozulmuşdur. Həmçinin, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən cavabdeh X5 iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşamaması halında əmlaklarını həmin mənzildən çıxarmaması iddiaçının mülkiyyətində olan mənzilindən maneəsiz istifadə etməsinə məhdidiyyət yaratmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına səsəb olur. Buna görə də iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

19. Cavabdeh apellyasiya şikayətində iddiaçının mülkiyyətində olan mənzilin iddiaçının oğlu ilə birgə nikah dövründə əldə etdiklərini, mənzilin bölgüsü ilə bağlı məhkəməyə müraciət etdiyini iddia etsə də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında Masallı Rayon Məhkəməsində qızıl-zinət əşyalarının qaytarılması və həmin mənzilin alınması ilə bağlı verdikləri 15000 manat məbləğində pulun qaytarılıması ilə bağlı iddia qaldırdığıni bildirmişdir ki, bu da həmin işə baxılması ilə əlaqədar hazırki iş üzrə icraatın dayandırılması üçün əsas hesab olunmur. Hərçənd ki, cavabdeh Masallı Rayon Məhkəməsində qaldırdığı iddiaya dair müvafiq sənədləri də məhkəməyə təqdim etməmişdir.

20. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar