Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-820/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment borcunun silinməsi» tələbinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı aliment öhdəliyi üzrə yaranmış borcun müəyyən edilməsi, icra üslunun birtərəfli qaydada dəyişdirilməsinin hüquqi əsassızlığının tanınması və yığılmış borcun birdəfəlik qaydada tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin *(***)-**/**** saylı qətnaməsi ilə Cavabdeh xeyrinə təyin edilmiş aliment üzrə 2021-2024-cü illər üçün yığılmış ümumi məbləği 12.600 manat olan aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “aliment öhdəliyi üzrə yaranmış borcun müəyyən edilməsi, icra üslunun birtərəfli qaydada dəyişdirilməsinin hüquqi əsassızlığının tanınması və yığılmış borcun birdəfəlik qaydada tutulması barədə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2021-ci ildən bu günədək yığılmış 14275 manat aliment borcunun İddiaçı birdəfəlik və tam şəkildə tutulması barədə qərar çıxarılmasını, 2026-cı ilin yanvarından etibarən Aylin Şükürlü üçün aylıq 240 manat alimentin tutulmasının təmin edilməsi, İddiaçı aliment borcunun silinməsi və ya tarixinin 2025-ci ilə çəkilməsi barədə bütün əsassız tələblərinin rədd ediliməsini məhkəmədən xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia tələbi qismən təmin edilmiş, iddiaçı İddiaçı Zəngilan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə təyin edilmiş aliment üzrə 2021-ci ilin iyun ayından 2024-cü ilin noyabr ayına kimi müəyyən olunmuş aliment borcunu ödəməkdən azad edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Həmin Məcəllənin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.1-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər, həmçinin apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin * saylı Əlavəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. İş materiallarından müəyyən edilir ki, cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin elektron kabinetə göndərmiş, 5 vərəqdən ibarət apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*/*-****/**** nömrəli məktubu ilə baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra Zəngilan Rayon Məhkəməsi tərəfindən qeyd edilən məktub 5-168/1-198/2006 nömrə ilə qeydiyyata alaraq məktuba qoşma kimi əlavə edilmiş şikayətin son 3 vərəqi işin sənədləri bölməsinə əlavə edilmişdir. "Elektron məhkəmə" informasiya sistemində sənədin “Faks” vasitəsi ilə daxil olması qeyd edilmişdir. Həmin sənədin 2(034)-778/2025-026) cavabdeh tərəfindən imzalanması barədə hər hansı qeyd mövcud olmamışdır. Göründüyü kimi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsindən daxil olmuş məktuba əsasən "Elektron məhkəmə" informasiya sisteminə məhkəmə tərəfindən işin sənədləri bölməsinə əlavə edilmiş, lakin apellyasiya şikayəti cavabdehə məxsus elektron kabinetdə mülki iş üzrə “yeni şikayət +” bölməsində yaradılaraq imzalanmamış, bununla da Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin Məcəllənin * nömrəli əlavəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin forma və məzmununa uyğun tərtib edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə elektron məhkəmə icraatı çərçivəsində verilən apellyasiya şikayəti həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun təqdim edilmədikdə, belə şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Qanunverici bu normanı imperativ qaydada təsbit etmiş və birinci instansiya məhkəməsinə həmin prosessual tələblərə əməl olunmasını yoxlamaq və tələblər pozulduğu halda apellyasiya şikayətini qaytarmaq vəzifəsi həvalə etmişdir. Mülki Prosessual Məcəllənin qeyd olunan müddəalarının məzmunundan göründüyü kimi, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada təqdim olunmasının yoxlanılması apellyasiya instansiyası məhkəməsinin deyil, birinci instansiya məhkəməsinin prosessual vəzifəsidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini apellyasiya instansiyasına göndərməzdən əvvəl onun qanunun forma və təqdim edilmə qaydalarına uyğunluğunu yoxlamalı, şikayətin elektron məhkəmə icraatı qaydasında mütləq elektron kabinet vasitəsilə elektron qaydada imzalanıb-imzalanmadığına və MPMnin tələblərinə uyğun tərtib edilməsi hallarını yoxlamalıdır. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətinin "Elektron məhkəmə" informasiya sistemində cavabdehə məxsus elektron kabinetdə “məhkəmə işləri” bölməsində *(***)-***/**** nömrəli mülki iş üzrə məhkəmə qərarından “yeni şikayət + ” bölməsində yaradılaraq cavabdeh tərəfindən elektron qaydada imzalanmaqla məhkəməyə ünvanlanmamasını, şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinin məktub ilə məhkəməyə daxil olduğunu, bununla da şikayətin elektron qaydada tərtib olunmadığına və imzalanmamasına, şikayətin birinci instansiyası vasitəsi ilə verilməməsinə qiymət vermədən, apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayəti MPM-nin 361-363-cü maddəsinin tələblərinə uyğun olmadığından, bununla da işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR A RA ALDİ: Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-820/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-820/2026
07.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver