Məhkəmə qərarları › İş №2(3-8)-884/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-884/2026

28.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-884/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Cavabdeh ilə qeyri-rəsmi yaşadığı vaxtı doğulmuş ## ###### 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə 2019-cu ildə qeyrirəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Nikaha daxil olmadan qeyri-rəsmi yaşadığı vaxtı ## ###### 2019-cu il təvəllüdlü X2 Natiq oğlu anadan olmuşdur. X2 atalığı Xaçmaz rayon Qeydiyyat şöbəsindən ## ###### 2020-ci il tarixində verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsi ilə təsdiq edilmişdir. Cavabdeh Cavabdeh ilə münasibətləri pozulduğuna görə uzun müddətdir ki, uşağı ilə birlikdə valideynlərinin evinə gələrək onların himayəsində yaşayır. Valideynlərinin maddi vəziyyətləri çətin olduğiuna görə uşağın saxlanmasında çox çətinlik çəkir, onun ehtiyaclarını ödəyə bilmir. Cavabdeh uşağın saxlanılması üçün hal-hazıra kimi heç bir köməkli göstərmir. Maddi vəziyyəti çox çətindir. Cavabdeh fərdi əməklə məşğul olaraq qazanc əldə edir. Cavabdehdən aliment tələbilə bağlı ## #### 2026-cı il tarixində mediasiya prossesində iştirak etmiş, lakin mediasiya prossesində heç bir razılaşma alınmamışdır

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia qismən təmin edilmiş, ## ###### 2019cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissədə rədd edilməsi, cavabdehdən 50 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, qətnamənin alimentə aid hissədə dərhal icra olunması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəfin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki ##.##.2026-cı il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı.

6. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 110.1, 110.2-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılması və alimentin məbləğinin 100 manat müəyyən edilməsinə dair qətnamə cıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı heç yerdə işləmirdi, hal-hazırda da heç yerdə işləmir, qohum qardaşın köməkliyi ilə dolanır. Birinci nikahından da iki övladı vardır. Abşeron Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə X3 xeyrinə hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat aliment ödəməyi barədə qətnamə qət edilmişdir. Hal-hazırda hər iki uşağa görə aliment ödəyir. Ancaq buna baxmayaraq ona ölkə üzrə 2026-cı il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində aliment ödəmək qət edilmişdir. Bu da bir uşaq üçün 250 manat miqdarında İddiaçı aliment ödəmək maddi imkanı xaricindədir. Hər ay cəmi 100 manat məbləğində aliment tutulmasına heç bir etirazı yoxdur. İşlə təmin olunmaq üçün dövlət məşğulluq xidmətinə müraciət etmiş, lakin işlə təmin olunmamışdır. Məhkəmə absurd və ədalətsiz qərar çıxarmışdır. Maddi imkanı yoxdur. Orada burada işləyib az miqdarda qazanc əldə edir. Bu məbləğ mütləq azaldılmalıdır. Hər ay 100 manat aliment ödəmək iqtidarındadır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıdan başqa ilk nikahından 2 övladı var, həmin uşaqlara da aliment ödəyir. Himayəsində xəstə anası var. İddiaçı ilə nikaha girməmişdən öncə iddiaçının bir övladı olub, həmin uşağa 8 ilə yaxın müddətdə atalıq edib. Alimenti ödəməkdə çətinlik çəkir, heç bir yerdə rəsmi işləmir, iş olanda günü 10-15 işləyir. Hazırda yenidən ailə qurmuş, lakin həmin nikahından övladı yoxdur. İddiaçı sosial yardım alır.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izzahatında bildirdi ki, ailədə münasibətlər korlandığına görə ayrılıblar. Cavabdehin birinci nikahından olan uşaqlardan biri anasının yanında, qız isə onların yanında yaşayır. Birinci nikahından olan uşağına öz atası baxır, pul ödəyir. Cavabdeh bazarda toyuq alveri edir, qazancı yaxşıdır. Mediasiya da cavabdehə bildirmişdir ki, məhkəməyə getmək imkanı yoxdur, razılaşsın, cavabdeh 100 manat aliment təklif etmişdir. Cavabdeh birinci nikahdan olan uşağa aliment ödəmir. Qətnamə çıxarılıdığı ilk vaxtlar ödəmiş, sonradan qız övladı onların yanında yaşamağa başladığından aliment ödəməmişdir. Hesab edir ki, cavabdehin imkanı olmasa idi üçüncü dəfə ailə qurmazdı. Buna görə də şikayətin rədd edilməsini xahiş edir.

İşdə olan sübutlar

12. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ##.##.2019-cu ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir.

13. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından ## ###### 2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

14. İlkin mediyasiya sessiyasında iştirak edilməsi barədə ##.##.2026-cı il tarixli arayışdan müəyyən olunur ki, tərəflər İlkin Mediyasiya Sessiyasında iştirak etmişlər.

15. Ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat rüsum köçürülmüşdür.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası

17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin IV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlara görə 260 manat məbləğində müəyyən edilmişdir.

19. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2025-ci il tarixli Sərəncamına əsasən 2025-ci ilin ######ın #-dən minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir.

20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni aliment məbləğinin müəyyən edilməməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq aliment məbləğini ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.

24. Məhkəmə kollegiyası cavabdehin digər nikahdan olan iki uşağın hər birinə 137 manat aliment ödəməsi, maddi vəziyyətinin aşağı olması və qazancının az olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı digər nikahdan olan iki uşağın hər birinə 137 manat aliment ödəməsini iddia etsə də buna dair müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» ## #### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyriərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2026-cı il üçün isə müəyyən edilmilş 260 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Cavabdehin iddia etdiyi məbləğdə, yəni 100 manat aliment tutulması uşağın saxlanması üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil. Birinci instansiya məhkəməsi də cavabdehin işləməsini, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu məbləğini nəzərə alaraq, aliment məbləğini müəyyən etmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləğini əsaslı hesab etmişdir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar