Məhkəmə qərarları › İş №2(3-8)-920/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-920/2026

09.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-920/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh aliment tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.* saylı Bakı «ASAN Xidmət» X9 tərəfindən verilmiş AZ-İ ****** saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X3 atası hesab edilmişdir. 2.* saylı Bakı «ASAN Xidmət» X9 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2023-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. 3.Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yeri “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC-dir, vəzifəsi baş direktor/direktor olmaqla, rəsmi əmək haqqı 400 manatdır. 4.Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı İddiaçı cavabdeh Cavabdeh aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş övladları ##.##.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə hər ay 260 manat sabit pul məbləğində alimentin, həmçinin onun 3 yaşına çatanadək saxlanılması üçün əlavə 150 manat pulun, mediasiya xərci olan 60 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında iddiaçı İddiaçı izahatında bildirmişdir ki, onunla cavabdeh Cavabdeh ilə faktiki nikahlarından övladları ##.##.2023-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdeh Cavabdeh ilə bir müddət mehriban yaşasalar belə, bir müddət sonra münasibətləri pozulmuşdur. Cavabdehlə ailə kimi bir yerdə yaşamaları mümkün deyildir. Cavabdeh övladının ehtiyacları ilə maraqlanmır, övladının maddi ehtiyaclarında iddiaçıya kömək etmir. Uşağın maddi tələbatları artdığı üçün o övladını saxlamaqda çətinlik çəkir. ##.##.2026-cı il tarixdə Abşeron 1 X14 ilkin mediasiya prosesi keçirilmiş, cavabdeh prosesdə iştirak etmədiyi üçün sözügedən təşkilat tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bu səbəbdən də iddiaçı məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. 7.Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2026-cı il tarixdən başlayaraq ##.##.2023cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli məbləğində alimentin tutulması, Cavabdeh dövlət rüsumuna görə 51 (əlli bir manat) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). 8.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin IV bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 100.2-ci maddələri, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, ** №-li Qərarının 8.4-1ci bəndi, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamı, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 217.4, 234.2.1, 107, 119.1 və 124.1-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsi ilə əsaslandırmışdır. 9.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 10.Apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilməsini və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh həmin qətnamə ilə qismən razıdır. Ona görə də, qətnamənin dəyişdirilməsini və iddianın qismən təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, həmin normaya əsasən aliment sabit pul məbləğində müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq digər hallar nəzərə alınmalıdır. Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh əvvəlki nikahından iki azyaşlı övladı - ##.##.2013-cü il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X5 vardır. Həmin qətnamədə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli mediasiya barışıq sazişi bağlanmış, cavabdeh hər iki uşağın saxlanılması üçün hər uşağa görə aylıq 250 manat olmaqla ümumilikdə 500 manat aliment ödəməyi öz üzərinə götürmüşdür. Qətnamədə həmin sazişin hüquqi qüvvədə olduğu və icra edildiyi ayrıca göstərilmişdir. Beləliklə, hazırkı iş üzrə qətnamə qəbul edilən tarixdə cavabdehin əvvəlki nikahından olan iki azyaşlı uşağın saxlanılması üçün aylıq 500 manat aliment ödəmək öhdəliyi mövcud olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin ailə vəziyyətini, onun digər uşaqlarının mövcudluğunu və həmin uşaqlar qarşısında aliment öhdəliklərini araşdırmadan, bu hallara hüquqi qiymət vermədən alimenti minimum əmək haqqının 0,65 misli həddində müəyyən etmişdir. Nəticədə məhkəmə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələb etdiyi ailə və maddi vəziyyət meyarlarını tam araşdırmadan aliment məbləğini müəyyən etmişdir ki, bu da maddi hüquq normasının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Məhkəmə cavabdehin faktiki maliyyə vəziyyətini tam araşdırmamışdır. Belə ki, cavabdeh digər uşağına münasibətdə müəyyən edilmiş aliment öhdəliyini belə son dövrlərdə tam və vaxtında icra etmək imkanında olmamışdır. Bu hal onun maddi imkanlarının məhdud olduğunu, mövcud gəlirlərinin bütün öhdəliklərini qarşılamağa kifayət etmədiyini göstərir. Bundan başqa, məhkəmə cavabdehin mövcud maliyyə öhdəliklərinə və borc yükünə lazımi hüquqi qiymət verməmişdir. Cavabdehin həm fərdi sahibkar kimi, həm də rəhbəri olduğu hüquqi şəxslər üzrə dövlət büdcəsinə və digər məcburi fondlara əhəmiyyətli məbləğdə borcları mövcuddur. Həmin borcların ödənilməsi ilə bağlı onun ölkədən getmək hüququ belə məhdudlaşdırılmışdır. Bu hal cavabdehin maliyyə vəziyyətinin ağır olduğunu və aliment məbləği müəyyən edilərkən nəzərə alınmalı diqqətəlayiq hal təşkil etdiyini göstərir. Belə ki,"xxxx" MMC-yə münasibətdə 285.051,83 manat məbləğində vergi sanksiyası tətbiq olunub. "Layihə İstehsal Texnologiya Elektronika Xidmət" MMC-yə münasibətdə 52.406,57 manat məbləğində vergi, sosial sığortavə maliyyə sanksiyaları müəyyən edilib. Cavabdeh barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə xəbərdarlıq verilib və onun adına təxminən 94.074,61 manat vergi borcu göstərilib. Xəbərdarlıqda ümumi borcun 163.473,01 manat olduğu qeyd edilib. Göstərilənlərə əsasən, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qətnaməsinin alimentin məbləğinin müəyyən edilməsinə dair hissədə dəyişdirilməsi və cavabdehin real maddi imkanlarına uyğun məbləğdə aliment müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, həmin normaya əsasən aliment sabit pul məbləğində müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq digər hallar nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh əvvəlki nikahından iki azyaşlı övladı - ##.##.2013-cü il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X5 vardır. Həmin qətnamədə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli mediasiya barışıq sazişi bağlanmış, cavabdeh hər iki uşağın saxlanılması üçün hər uşağa görə aylıq 250 manat olmaqla ümumilikdə 500 manat aliment ödəməyi öz üzərinə götürmüşdür. Qətnamədə həmin 13.Ailə Məcəlləsinin sazişin hüquqi qüvvədə olduğu və icra edildiyi ayrıca göstərilmişdir. Beləliklə, hazırkı iş üzrə qətnamə qəbul edilən tarixdə cavabdehin əvvəlki nikahından olan iki azyaşlı uşağın saxlanılması üçün aylıq 500 manat aliment ödəmək öhdəliyi mövcud olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin ailə vəziyyətini, onun digər uşaqlarının mövcudluğunu və həmin uşaqlar qarşısında aliment öhdəliklərini araşdırmadan, bu hallara hüquqi qiymət vermədən alimenti minimum əmək haqqının 0,65 misli həddində müəyyən etmişdir. Nəticədə məhkəmə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələb etdiyi ailə və maddi vəziyyət meyarlarını tam araşdırmadan aliment məbləğini müəyyən etmişdir ki, bu da maddi hüquq normasının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Məhkəmə cavabdehin faktiki maliyyə vəziyyətini tam araşdırmamışdır. Belə ki, cavabdeh digər uşağına münasibətdə müəyyən edilmiş aliment öhdəliyini belə son dövrlərdə tam və vaxtında icra etmək imkanında olmamışdır. Bu hal onun maddi imkanlarının məhdud olduğunu, mövcud gəlirlərinin bütün öhdəliklərini qarşılamağa kifayət etmədiyini göstərir. Azərbaycan Respublikasıtələbləri pozulmuşdur MPM-in 14.1 və 14.2-ci maddələri Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı olduğu halda, cavabdehin maddi vəziyyətinə təsir edən mühüm hallara lazımi hüquqi qiymət verməmişdir. Cavabdehin digər aliment öhdəlikləri, mövcud borcları və gəlirlərinin faktiki vəziyyəti araşdırılmadığından iş üzrə nəticəyə natamam araşdırılmış sübutlar əsasında gəlinmişdir. Məhkəmə sübutları onların məcmusunda qiymətləndirməli olduğu halda, cavabdehin maliyyə vəziyyətini təsdiq edən sübutlara kifayət qədər qiymət verməmiş, yalnız formal gəlir göstəricilərinə əsaslanaraq nəticəyə gəlmişdir. 14.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 15.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. 16.Apellyasiya icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 18.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. 19.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. 20.Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 21.Tətbiq edilən hüquq 22.Azərbaycan Respublikasının Konstitusiyası: 23.Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 24.Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. 25.“Uşaq hüquqları haqqında” Konvensiya: 26.Maddə 27.2. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. 27.“Uşaq hüquqları haqqında” Qanun: 28.Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 29.Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. 30.Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 31.Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 32.Maddə 75.1. Valideynlər övladlarını saxlamağa borcludurlar. 33.Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 34.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 35.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 36.Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 41.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 43.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 44.Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. 45.Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 47.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 48.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsini qismən mübahisələndirmişdir. 49.Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. 50.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 51.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 52.Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. 53.Apellyator tərəfindən verilmiş şikayətin əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdehin əvvəlki nikahından olan iki azyaşlı uşağın saxlanılması üçün aylıq 500 manat aliment ödəmək öhdəliyi mövcud olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin ailə vəziyyətini, onun digər uşaqlarının mövcudluğunu və həmin uşaqlar qarşısında aliment öhdəliklərini araşdırmadan, bu hallara hüquqi qiymət vermədən alimenti minimum əmək haqqının 0,65 misli həddində müəyyən etmişdir. 54.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir k, cavabdeh tərəfindən digər uşaqlarına alimentin ödənilməsi və atanın maddi vəziyyətinin aşağı olması hazırki halda qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. 55.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. 56.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. 57.Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları isə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. 58.Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, iddia tələbinin həcmi, uşaqların mənafeləri, onların əvvəlki təminat səviyyəsi, cavabdehin aliment verməsinə dair maddi imkanları, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 59.Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsi tərəfindən alimentin sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab etmişdir. 60.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. 61.Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X2rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 62.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. 63.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar