Məhkəmə qərarları › İş №2(3-8)-935/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-935/2026

30.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-935/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehlər cavabdeh2 4000 manat, cavabdeh1 4000 manat məbləğində təzminatın xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Elçin Kazımov) iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ona dəymiş maddi və mənəvi ziyanının əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını məhkəməyə təqdim etməmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-155)- ****/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ##.##.2026-cı il tarixli qərardadında iddia edir ki, güman edilən "ərizə formasına riayət edilməməsi", tərəflərin şəxsiyyətini eyniləşdirən məlumatların və sübutların siyahısının olmaması ərizənin geri qaytarılmasına əsas vermişdir. Hakim tərəfindən nümayiş etdirilən bu yanaşma sadə bir hüquqi səhv deyil; bu, ona qarşı açkar şəkildə aparılan fərdi qərəzliliyin və məhkəmə hakimiyyətindən sui-istifadə etməklə onun konstitusion hüquqlarının bloklanmasının bariz nümunəsidir. Hakim iddia edir ki, tərəflərin eyniləşdirilmə məlumatları yoxdur. Halbuki iddia ərizəsində cavabdehlərin adları, soyadları, dəqiq rəsmi və faktiki ünvanları, mobil telefonları, şəxsiyyət vəsiqələrinin seriyaları və dövlət tərəfindən verilən təkrarolunmaz FİN kodları (******* və *******) tək-tək yazılmışdır. Bu məlumatlar şəxsi eyniləşdirmək üçün qanunvericiliyin tələb etdiyi maksimum həddir. Hakim qanunun hərfi mənasını təhrif edərək əsassız qərardad çıxarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin icraatında, elə bu qərardadı çıxaran hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə eyni tərəflər arasında e-*(***)-****/**** nömrəli mülki işə baxılmış və yekun məhkəmə aktı çıxarılmışdır. Həmin işdə hazırkı cavabdeh cavabdeh2 iddiaçı, o, isə cavabdeh qismində iştirak etmişdir. Hakim qərardadda müəyyən etmişdir ki, güman edilən iddiaçı sübutların siyahısını məhkəməyə təqdim etməmişdir. Bu nəticə tamamilə əsassızdır və mövcud sənədlərlə ziddiyyət təşkil edir. İddia ərizəsinin sonunda yer alan "Əlavə edilir" hissəsində sübutların hər biri həm rəsmi dövlət orqanının qərarı (DİN Sumqayıt ş. Polis İdarəsinin ##.##.2025-ci il tarixli qərarı), həm də audio-video faktları ehtiva edən CD-DİSK tək-tək sadalanaraq maddi daşıyıcıda məhkəməyə təqdim olunmuşdur. Sübutların təqdim olunması faktı ortada ikən, onların sırf mətndə ayrıca cədvəl şəklində yazılmamasını "sübutların yoxluğu" kimi qiymətləndirmək doğru deyildir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-155)- ****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-155)- ****/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, 2(5-155)- ****/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlilləri ilə isə razılşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təsdiq edən sübutların iddia ərizəsinə əlavə edilməməsi əsası ilə iddia ərizəsinin geri qaytarılması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, sübutların iddia ərizəsinə əlavə edilməməsi əsası ilə ərizənin icraata qəbul edilmədən geri qaytarılması mülki prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Lakin, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmayan əsasa görə iddia ərizəsini geri qaytarmaqla prosessual qanunvericiliyin tələbini pozmuşdur. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsi iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyi halda iddia ərizəsinin geriyə qaytarılmasını nəzərdə tutulmaqdadır. İddia ərizəsinə qoşmada isə iddiaçının iddia ərizəsinə mümkün hesab edərək əlavə edə bildiyi sübutların (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, CD- disk) adları qeyd olunmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-155)- ****/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar