Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-956/2026 25.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əyani təhsil aldığı müddətdə cavabdehdən hər ay 260 manat məbləğində maddi yardımın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası Nümayəndə ilə cavabdeh (atası) Cavabdeh 2003-cü ildə rəsmi nikaha daxil olublar. ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikahdan iddiaçı – ##.##.2008-ci il təvəllüdlü İddiaçı dünyaya gəlmişdir. ##.##.2014-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək ##.##.2008-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının anası Nümayəndə ödənilməsi qət edilmişdir. İddiaçı Türkiyə Cumhuriyyəti Bayburt Universitetinin Spor Bilimləri Fakultəsinə daxil olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh bir ata kimi öz məsuliyyətini dərk etməli və onun xaricdə təhsil alması üçün köməklik göstərməlidir. Tələbə olduğu üçün işləmək və özünü tam təmin etmək imkanında deyil, anası 2-ci qrup əlildir. Anası tibb bacısı işlədiyinə və əlavə gəliri olmadığına görə maddi dəstəyə ehtiyacları vardır. İddiaçıya kömək etməklə əlaqədar olaraq cavabdeh özü şəxsən notarius vasitəsilə sponsorluq ərizəsi vermiş və xərclərin tam yarısının məsuliyyətini öz üzərinə götürmüşdür. Ona görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı əyani təhsil aldığı müddətdə cavabdeh Cavabdeh hər ay 260 (iki yüz altmış) manat pul məbləği tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini ddiaçının yetkinlik yaşına çatmasına baxmayaraq, övlad olaraq atasının (yənicavabdehin) Türkiyə Respublikasında təhsil alacağı müddətdə bütün xərcləri ödəyəcəyi barədə öhdəlik götürməsi haqqında ərizəsinə etimad edərək təhsil almaq arzusunu reallaşdırması ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf mediasiya sessiyasına müraciət edərək aliment tələbi ilə əlaqədar arayış almışdır və məhkəmə bu arayışı qəbul etməyərək işi geri qaytarmaq əvəzinə icraata götürmüşdür. Həmçinin məhkəmə, proses zamanı tərəfə yenidən medisiya prosesindən keçməsinə şərait yaratmışdır. Həmçinin aliment məbləği qismində yazılmış iddia ərizəsinə dəyişiklik edilməsinə şərait yaratmışdır. Hesab edir ki, məhkəmənin belə hüququ olmamış və atdığı addımlarla qarşı tərəfin, yəni cavabdehin hüquqlarını pozmuşdur. Həmçinin məhkəməyə cavabdehin heç bir iş yerinin və əmək haqqının olmaması il əlaqədar arayış təqdim etsə də, məhkəmə bunu nəzərə almamışdır. Həmçinin iddia ərizəsi forma və məzmuna uyğun yazılmamışdır. Həmçinin iddia ərizəsinin icraata götürülməsi ilə əlaqədar olaraq dövlət rüsmunun qəbzi də iddiaya əlavə edilməmişdir. Məhkəmə bunu da nəzərə almamışdır. Həmçinin əlavə xərclərin tələb edilməsi ilə əlaqədar iddia ərizələri üzrə tələbin ödənilmiş məbləğin hesablanması və bölünməsi üsulu ilə yox, heç bir əsası olmayan, nəyə istinad olunduğu bilinməyən, hansı xərcələrin nəzərə alındığı götərilməyən, tərəfin öz şəxsi arzu və istəyini ehtiva edən 260 manat sabit pul məbləğində ödənişin tutulmasını qət etmişdir. Bu qətnamə nəinki qanunsuz və əsassızdır, həmçinin də ədalətsiz və təyinatsızdır. Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Vəkil İlqar oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
14. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini ddiaçının yetkinlik yaşına çatmasına baxmayaraq, övlad olaraq atasının (yənicavabdehin) Türkiyə Respublikasında təhsil alacağı müddətdə bütün xərcləri ödəyəcəyi barədə öhdəlik götürməsi haqqında ərizəsinə etimad edərək təhsil almaq arzusunu reallaşdırması ilə əsaslandırmışdır.
15. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddia tələbinin təmin edilməsi barədə əsassız nəticəyə gəlmişdir.
18. İşdən müəyyən olunur ki, iddiaçı İddiaçı ##.##.2008-ci il tarixdə doğulmuş, əvvəlki məhkəmə qətnaməsi ilə onun yetkinlik yaşına çatmasına qədər cavabdeh Cavabdeh aylıq 160 manat aliment tutulması müəyyən edilmişdir. Hazırkı iddia isə iddiaçının Türkiyə Respublikasında əyani ali təhsil alması ilə əlaqədar cavabdehdən hər ay 260 manat məbləğində vəsait tutulması barədə verilmişdir.
19. Beləliklə, hazırkı mübahisənin həlli üçün ilk növbədə iddiaçının yetkinlik yaşına çatmasından sonra cavabdehin onun saxlanılması və təhsil xərclərinin ödənilməsində qanunla müəyyən edilmiş hansı əsaslarla öhdəlik daşımasının müəyyən edilməsi zəruridir.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Deməli, yetkinlik yaşına çatmış övladın valideyndən aliment tələb etmək hüququnun yaranması üçün onun yalnız maddi yardıma ehtiyacının olması kifayət etmir, eyni zamanda əmək qabiliyyətinin olmaması da müəyyən edilməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2015-ci il tarixli Qərarında da izah edilmişdir ki, Ailə Məcəlləsinin 80-ci maddəsi baxımından yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacının olması birlikdə mövcud olmalıdır. Həmin Qərara əsasən “əmək qabiliyyəti olmayan” dedikdə şəxsin xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanını tamamilə və ya qismən itirməsi başa düşülür.
22. Hazırkı iş üzrə isə iddiaçının əmək qabiliyyətinin olmaması, xəstəlik və ya əlilliyi səbəbindən əmək fəaliyyəti ilə məşğul olmaq imkanını itirməsi barədə hər hansı sübut mövcud deyildir. Əksinə, iş materiallarından onun Türkiyə Respublikasında Bayburt Universitetinin “Spor Bilimleri” fakültəsində təhsil aldığı müəyyən olunur. Birinci instansiya məhkəməsi də iddiaçının əmək qabiliyyətinin olmamasını müəyyən etməmişdir.
23. Bu baxımdan iddiaçının yetkinlik yaşına çatmış şəxs kimi Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən aliment almaq hüququnun yarandığı nəticəsinə gəlmək mümkün deyildir.
24. Digər tərəfdən, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini Ailə Məcəlləsinin 81.1-ci maddəsi ilə də əlaqələndirmişdir. Lakin həmin normanın tətbiqi üçün də qanunda nəzərdə tutulmuş xüsusi hallar mövcud olmalıdır. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb edilməsi ağır xəstəlik, əlillik, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və digər müstəsna hallarla əlaqədar yaranmış xərcləri əhatə edir.
25. Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2015-ci il tarixli Qərarında Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəasının da geniş şəkildə hər cür xərcə şamil edilə bilməyəcəyi, həmin müddəanın əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övlad üçün birbaşa göstərilən tibbi xidmət və ya müalicə ilə əlaqədar xərcləri ehtiva etdiyi müəyyən edilmişdir. Həmin Qərarda ayrıca qeyd edilmişdir ki, yetkinlik yaşına çatmış övladın ali təhsil alması ilə bağlı xərclərin valideynlərdən tələb edilməsi Ailə Məcəlləsinin 81.1-ci maddəsi ilə nəzərdə tutulmuş əlavə xərclər anlayışına daxil edilə bilməz.
26. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu birbaşa göstərmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə, peşə və ali təhsilin seçim xarakterli olması, müsabiqə əsasında təşkil edilməsi və şəxsin maddi imkanları ilə bağlı olması nəzərə alınaraq, ümumi orta təhsil başa çatdıqdan sonra ali təhsil almasına görə valideynlərin əlavə xərclərdə iştirakı və bu məsələ ilə bağlı onlardan vəsait tələb olunması əsassızdır.
27. Baxılan işdə də tələb məhz iddiaçının Türkiyə Respublikasında ali təhsil alması ilə bağlı xərclərinin cavabdehdən aylıq 260 manat məbləğində tutulmasına yönəlmişdir. İş materiallarında isə iddiaçının Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulan ağır xəstə, əlil və ya əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övlad olması, habelə tələb edilən xərclərin tibbi xidmət, müalicə və ya həmin xarakterli müstəsna hallarla bağlı olması müəyyən edilmir.
28. Birinci instansiya məhkəməsinin istinad etdiyi notariat qaydasında verilmiş ərizəyə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin sənəddən cavabdehin və digər valideynin övladlarının Türkiyə Respublikasında təhsil alması, yaşaması və bununla bağlı xərcləri ödəməyi öz üzərlərinə götürdükləri görünür. Lakin həmin sənədin mövcudluğu özözlüyündə hazırkı iddia üzrə hər ay 260 manat məbləğində pul tutulması üçün qanuni əsas yaratmır.
29. Belə ki, birinci instansiya məhkəməsi həmin sənədi valideynlər arasında saziş kimi qiymətləndirsə də, qətnamədə həmin sazişin konkret olaraq aylıq 260 manat məbləğində öhdəlik yaratdığı, bu məbləğin hansı xərclərə əsasən müəyyən edildiyi, öhdəliyin müddətinin və icra qaydasının nədən ibarət olduğu əsaslandırılmamışdır. Əksinə, qətnamənin nəticə hissəsində aylıq 260 manatın “təhsil haqqı” kimi tutulması qət edilmiş, lakin bu məbləğin faktiki təhsil haqqına hansı sübut əsasında uyğun gəldiyi müəyyən edilməmişdir.
30. İş materiallarında isə Türkiyədə təhsil və digər xərclərlə bağlı müxtəlif ödənişlərin edildiyi göstərilsə də, həmin sübutlar cavabdehin məhz aylıq 260 manat məbləğində borcunun yaranmasını təsdiq etmir. Birinci instansiya məhkəməsi də həmin məbləğin hesablanmasını və onun hansı konkret xərclərin payına uyğun olduğunu müəyyən etməmişdir.
31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 17 və 42-ci maddələrinə, Ailə Məcəlləsinin 60.3 və 61-ci maddələrinə istinad etməsi də iddianın təmin edilməsi üçün kifayət hesab edilə bilməz. Həmin normalar valideynlərin uşaqların qayğısına qalması və təhsil məsələlərində iştirakını müəyyən etsə də, yetkinlik yaşına çatmış və əmək qabiliyyətli övladın ali təhsil xərclərinin məhkəmə qaydasında valideyndən tutulmasını nəzərdə tutmur.
32. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Mövcud iş üzrə iddiaçı tərəfindən tələb edilən aylıq 260 manatın cavabdehdən tutulmasını şərtləndirən qanuni əsas və həmin məbləğin məhz cavabdeh tərəfindən ödənilməli olmasını təsdiq edən mötəbər sübutlar müəyyən edilmədiyindən, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğun deyildir.
34. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
35. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
36. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb hər ay 260 manat məbləğində maddi yardımın tutulması təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (260 x 12 ay = 3120 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı aliment barədə iddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.