Azərbaycan Respublikası adından Qətnamə İş № 2(3-9)-1027/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən (hakim Etibar Quliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, uşağın saxlanması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,0 misli həddində alimentin və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay minimum əmək haqqının 0,25 misli həddində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxıarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə nikahlarını ##.##.2023-cü ildə Ağcabədi "ASAN-Xidmət" mərkəzi Qeydiyyat şöbasində rəsmi qeyd etdirməklə ailə qurmu lar. Birga nikahlaırndan ##.##.2025-ci ildə X1 oglu adlı bir uşaqları olmuşdur. Cavabdehlə 3 aydır ki, ayrılmı lar, hazırda ayrı ya ayırlar. Uşaq da onun himayəmdədir. Hazırda usaqla birlikdə atasının evində yaşayır. Cavabdehlə valideynlərinin razılıgı ila ailə qurmu dur. Ailə qurduqdan sonra münasibətləri normal olmamış və xasiyyətləri uyğun gəlməmişdir. Həmçinin cavabdeh valideynlik öhdəliklərini yerinə yetirilmir, onun və uşağın maddi tələbatlarınn ödənilməsinə dəstək göstərmirdi. Daim öz valideynləri maddi köməklik göstərmişlər. Bu səbəbdən də uşağın saxlanması və uşağın doğulduğu gündən 3 yaşınadək maddi tələbatının ödənilməsi üçün alimentin tutulmasını istəyir. Özü heç bir yerdə işləmir, təhsili, heç bir gəlir va qazanc yeri yoxdur. Azyaşlı uşağa baxdığından işləyə bilmir. Atasının maddi yardımı ilə yaşayır və uşağını da çətinliklə saxlayır. Uşaq qan azlığından, sümüik bo lugundan, bağırsaqlarda olan xəstəlikdən əziyyət çəkir, daim müalicə olunur. Uşağın müalicə xərcini də atası çəkir. Cavabdeh nə uşağa, nədə onun müalicasinə köməklik etmir. Hesab edir ki, cavabdeh bir ata kimi öz üzərinə düşən vəzifələri yerinə yetirməli və uşağın saxlanılmasında iştirak etməlidir. Cavabdeh hal-hazırda Rusiyada fardi qaydada ticarətlə maşgul olur. Qazancı normaldır va qazandığı pulu ona yox, öz ailəsinə göndərir. O isə uşaqla maddi sıxıntı çəkir. Cavabdehin uşağı normal saxlaması üçün yax ı maddi imkanı var. Cavabdehlə aralaırnda olan ailə mübahisələri ilə bağlı mediatora müraciət etmişdir, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən mediator tərəfindən mediasiya sessiyasında i tirak edilməməsi barədə arayı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, ##.##.2025-ci il təvəllüdlü X1 ##.##.2026-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddiasının tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, qətnamə ilə himayəsində olan uşağın normal saxlanması və hal hazırda ehtiyacı olduğu üçün uşağın 3 yaşınadək onun maddi tələbatlarının ödənilməsi nəzərindən hüquqları ciddi şəkildə pozmuşdur. Belə ki, məhkəmə aliment tələbini qismən təmin edərkən himayəsi altında olan uşağın körpə və müalicəyə ehtiyacı olmasıını, cavabdehin maddi vəziyyətinin yüksək olmasını, Rusiyada şəxsi bizneslə məşğul olmaqla yüksək qazanc əldə etməsini, ona və uşağa maddi yardım etmək imkanının olmasını nəzərə almamışdır. Hazırda himayəsində olan uşaq 8 aylıq körpədir və sağlamlıq vəziyyəti ilə müalicəyə ehtiyacı var. Hal hazırda cavabdehlə rəsmi nikahı olsa da, cavabdeh körpə uşaqla onu maddi baxımsız vəziyyətdə qoyaraq Rusiyaya getmiş, orada işləyib kifayət qədər qazanc əldə etsə də, qazancını yalnız ailəsinə göndərmiş, onlar da ona və uşağa baxmamışlar. Bu səbəbdən də öz valideyinlərinə möhtac qalmışdır. Cavabdeh isə bir valideyn kimi öz məsuliyyətini yerinə yetirməmiş, nəhayət aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə cavabdehin ailəsinə olan laqeyd münasibətini nəzərə almamış, özünün maddi dəstəyə ehtiyacı olduğu halda, körpə uşağa baxmaq məsuliyyətini yalnız onun üzərinə qoymuş və yetərsiz aliment təyin etmişdir. Qeyd etdiyi kimi körpə oğlu Tuncay doğulandan müalicə alır. Hazırda da qan azlığından, sümük boşluğundan, bağırsaqlarda olan xəstəlikdən əziyyət çəkir, müalicə olunur. Cavabdeh və onun daima pul verdiyi valideyinləri isə nəinki uşağın saxlanmasına, hətta müalicəsinə belə yardım etmirlər. Halbuki bu uşaq həm onun, həm də cavabdehin ikinci nikahından dünyaya gəlmiş arzu edilən uşaqdır. Uşaq doğulandan isə o, sanki öz vəzifəsini unutmuş və uşağa baxmaqdan açıq aşkar yayınmişdır. Məhkəmə qeyd etdiyi hallara obyektiv yanaşmamış və növcud vəziyyətin onun və ovladının həyatına nə kimi neqativ təsir etdiyini nəzərə almamışdır. Yəni məhkəmə cəmi 0,45 misli alimentlə onun körpə uşağa necə baxacağını və müalicəsini necə edəcəyini belə düşünməmişdir. Məhkəmə həmçinin uşağın xəstəliyinə dair iddia ərizəsinə əlavə etdiyi tibbi sənədləri də araşdırmamış və xəstə uşağını diqqətdən kənar qoymuşdur. İddia tələbində qeyd etdiyi kimi cavabdeh rəsmi olmasa da, fərdi qaydada Rusiya Federasiyasında matal (dəmir və s) alveri, metal (dəmir və s) qəbulu ilə məşğul olub, hazırda da həmin işlə məşğuldur, normal qazancı var. Onun aylıq gəliri təxminən 2500-3000 manat təşkil edir və dəyişkəndir. Ailə qurduğu ilk aylarda cavabdeh burada maşın alveri edir və hər ay evə təxminən 1000 mmanat pul gətirirdi, lakin onun anası və atası həmin pulları özlərində saxlayıb ona vermirdilər. Bundan başqa onun ata anası özləri də faizə pul verirlər, anası qızıl alveri edir və ailənin maddi durumu əla vəziyyətdə olsa da, uşağa və ona baxmırlar. Qeyd etdiyi kimi özü heç bir yerdə işləmir, qazancı və gəliri yoxdur. Körpə və xəstə uşağa görə işləyə də bilmir. Hətta öz valideyinləri də maddi sıxıntı çəkdiklərindən uşağın müalicəsinin borca pul alıb etməli olur ki, sağlamlığı bərpa olunsun. Lakin məhkəmə bu halları nəzərə almamış və Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini pozmuşdur. Hesab edir ki, apellyasiya məhkəməsi baş vermiş maddi hüquq pozuntularını aradan qaldıracaq və körpə və ana haqqını bərqərar edəcəkdir. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Həmin qanuna əsasən cavabdehdən uşağın saxlanması üçün minimim əmək haqqının 1 misli həddində aliment tutulması mümkün olsa da, məhkəmə ən azı həmin qanunda qeyd edilən məbləği belə nəzərə almamışdır. Beləliklə də məhkəmə həmin qanunun da tələbini pozmuş və baxıma ehtiyacı olan uşağın mənafeyini nəzərə almamışdır. Məhkəmə cavabdehin maddi vəziyyətini, körpə uşağım saxlanması xərclərinin miqdarını, cavabdehin həmin xərcləri qarşılamaq üçün imkanının olmasını aydınlaşdırmamışdır. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdeh bu ilin fevral ayından işləmək üçün Rusiyaya getmişdir və hazırda da oradadır. Aliment ödəmək üçün yetərincə imkana malikdir, rayonda obyekti var, atasının adına alıb, bərbərxana kimi atası işlədir. Bundan başqa avtomobili də var, onu da atasının adına rəsmiləşdirmişdir. Cavabdehin nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş edib izahatında göstərdi ki, oğlu həqiqətən hazırda Rusiyadadır, bu ilin fevral ayından gedib və orada metal toplayıb təhvil vermək işinə baxır. Birinci evliliyindən olan uşaq üçün də aliment ödəyir. Ona etibarnaməni onlayn qaydada vermişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində iddiasının təm təmin olunmasını xahiş etməklə birinci instansiya məhkəməsinin qətnaməsini iddiasının təmin olunmayan hissəsində mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən iddianın təmin olunmayan hissələrində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə aşağıdakılar müəyyən olunur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər ##.##.2023-cü il tarixdə nikaha daxil olmuşlar. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin ##.##.2025-ci il tarixdə X1 adlı uşaqları olmuşdur. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli 2(017)-764/2020-ci il saylı qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə ərizəçi X2 ərizəsi üzrə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadından görünür ki, ərizə təmin olunaraq qətnamə ilə müəyyən edilmiş aliment indeksasiaya olunmuş, ##.##.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin IV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1.-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. 85.1.1-ci maddəsində hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın aliment almaq hüququ təsbit edilmişdir. 86.-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3.-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarı ilə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Plenum Qərarına dəyişikliklər edilmişdir. Plenum qərarına əlavə edilmiş 8.4-1. yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0.74 mislində (345 x 0.74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasıının Ali Məhkəməsi tərəfindən rayon(şəhər) və apellyasiya məhkəmələrinə ünvanlanan ## ###### 2025-ci il tarixli *-*-**-*/*-**/**** nömrəli məktubda məhkəmələrə izah edilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşdən görünür ki, cavabdeh alimentin tutulmasına dair ərizə ilə ##.##.2026-cı ildə məhkəməyə müraciət etmişdir və həmin il ölkə üzrə minimum əmək haqqının məbləği 400 manat müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunan alimentin məbləğinin qismən artırılması üçün əsasdır. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Hazırki halda məhkəmə tərəfindən ##.##.2026-cı il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bu məbləğ 2026-cı il üzrə müəyyən olunan minimum əmək haqqı məbləğinə münasibətdə 180 təşkil etməklə, həmin il bir uşaq üçün müəyyən olunan 260 manat yaşayış minimumunun 69 faizinə bərabərdir. Valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, bunun isə öz növbəsində qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas olmasını, tərəflərin maddi və ailə vəziyyətini, işləyib qazanc gətirmək imkanlarını, cavabdehin fərdi əməklə məşğul olmasını, ananın uşağa baxması ilə əlaqədar işləyə bilməməsini, diqqətəlayiq olan digər halları, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini əsas götürən kollegiya hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq minimum əmək haqqının 0,50 misli həddində müəyyən edilməlidlir. Uşağın sağlamlığında olan problemlərlə əlaqədar mütəmadi müalicələr alması, cavabdehin həmin müalicələrin maliyyələşdirilməsində iştirak etməməsi hissədə apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya qeyd edir ki, hazırki işdə iddiaçı cavabdehin uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsi kimi bir tələb irəli sürməmişdir. İddiaçı uşağın sağlamlığında müəyyən problemlərin olmasını və müalicələr almasını iddiasında qeyd edərək, bunun uşağın saxlanması üçün alimentin məbləği müəyyən olunarkən nəzərə alınmasını xahiş etmişdir. Halbuki qanunverci uşağın saxlanması üçün alimentin müəyyən olunmasını və valideyinlərin uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsini ayrı-ayrı institutlar kimi müəyyən etmişdir. İddiaçı bu hissədə müvafiq sübutları təqdim etməklə Ailə Məcəlləsinin 81-ci maddəsinə istinadla məhkəmədə ayrıca iddia qaldırmaq hüququna malikdir. Uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay minimum əmək haqqının 0,25 misli həddində alimentin tutulması tələbinin təmin olunmaması hissədə apellyasiya şikayətinin dəlilini araşdıran kollegiya həmin hissədə apellyasiya şikayətini əsaslı hesab edir. Birinci instansiya məhkəməsinin qətnaməsində iddianın həmin hissədə təmin olunmamasının səbəbləri əsaslandırılmamış, bu istiqamətdə araşdırma aparılmamışdır. “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarına əsasən iddiaçı heç bir yerdə işləmir, aylıq pul təminatı yoxdur. Məlumdur ki, uşaq ##.##.2025 təvəllüdlü olmaqla südəmərdi, uşağa baxması ilə iddiaçının işləməsi mükün deyildir və belə olan halda uşağın doğulduğu gündən üç il ərzində maddi cəhətdən ona kömək etməkdən imtina edən cavabdehdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunla 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat müəyyən edilmişdir. Uşağın 3 yaşına çatanadək saxlanması üçün iddiaçının tələb etdiyi əmək haqqının 0,25 misli həddində alimentin məbləği isə 100 manat təşkil edir. Odur ki, apellyasiya şikayəti qeyd olunan hissədə təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq iddia təmin edilməlidir. Bu zaman iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması müəyyən edilmədiyindən, alimentin tutulmasının başlanğıc tarixi kimi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi ##.##.2026-cı il tarixi əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Bütün yuxarıda sadalananları ümumiləşdirərək kollegiya yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən öz təsdiqini tapdığından qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda gətirilən əsaslandırmaya uyğun yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.2, 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. ##.##.2025-ci il təvəllüdlü X1 ##.##.2026-cı il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin. ##.##.2025-ci il təvəllüdlü X1 ##.##.2026-cı il tarixindən başlayaraq 3 yaşına çatanadək saxlanması üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli miqdarında sabit pul məbləğində aliment cavabdeh Cavabdeh əlavə olaraq tutulub iddiaçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev İlham Əsədov
Məhkəmə qərarları › İş №2(3-9)-1027/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-1027/2026
02.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver