Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1051/2026 20.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Imişli Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və cehiz əmlakı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş 2010-cu il buraxılışlı, boz metalik rəngli, 5NPEC4AC0BH142285 ban nömrəli “Hyundai Sonata” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsi olan 7500 manat məbləğində pulun, birgə nikah dövründə əldə edilmiş 27 baş iribuynuzlu heyvanın dəyərinin 1/2 hissəsi olan 16875 manat məbləğində pulun, birgə nikah dövründə yaşadıqları evin həyətyanı sahəsində tikilmiş qaraj, çardaq və həyətə döşənmiş metlaxın dəyərinin ½ hissəsi olan 6500 manat məbləğində pulun, birgə nikah dövründə alınmış soyuducunun dəyərinin 1/2 hissəsi olan 500 manat məbləğində pulun, birgə nikah dövründə alınmış kondisionerin dəyərinin 1/2 hissəsi olan 500 manat məbləğində pulun, birgə nikah dövründə aldığı əmək haqqının 1/2 hissəsi olan 40000 manat məbləğində pulun, cehiz əşyası olan 1 ədəd 900 manat dəyərində divanın, 1 ədəd 1000 manat dəyərində Şivaki markalı televizorun, 2000 manat dəyərində yataq dəstinin, 1 ədəd 600 manat dəyərində stolun, 180 manat dəyərində 6 ədəd stulun, 500 manat dəyərində hər biri 6 dəst olan yorğan, döşək və yastığın, 200 manat dəyərində yemək servisinin, 200 manat dəyərində çay servisinin, 300 manat dəyərində adyalların, 300 manat dəyərində yataq örütüyü dəstlərinin, 1 ədəd 90 manat dəyərində böyük qazanın, 2 ədəd gəbənin, müxtəlif qablar olan əşyaların və ya onların dəyərlərinin cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamən çıxarılmasını xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı ilə (hakim: Lətafət Ağakişiyeva) iddia ərizəsi geri qaytarılmışdır. Iddiaçı İddiaçı Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilib mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Imişli Rayon Məhkəməsi məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Hesab edir ki, məhkəmə ərizəni geri qaytararkən göstərilən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, göstərilən qanunvericiliyin tələblərinə riayət etməklə iddia ərizəsi tərtib edilib məhkəməyə verilmişdir. Iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ##.##.2025-ci ildə hazırkı tələblə bağlı mediasiyaya müraciət etmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış isə ##.##.2025-ci il tarixdə verilmişdir. Məhkəmə isə qərardadını onunla əsaslandırmışdır ki, hazırkı iddia təxminən 1 il sonra verilmişdir. Bu müddət ərzində tərəflərin ailə münasibətləri, faktiki vəziyyəti və mübahisənin predmeti dəyişə biləcəyindən, 1 il əvvəlki mediasiya arayışı hazırkı iddia üzrə məhkəməyədək mediasiya prosedurunun keçirildiyini təsdiq edən sənəd hesab edilə bilməz. Məhkəmənin bu əsaslandırması əsassızdır. Belə ki, iş materiallarından da görünür ki, mediasiyaya müraciətdən 1 il keçməmiş iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Həmçinin iş materialarından da görünür ki, tərəflərin ailə münasibətləri artıq pozulmuş, aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Bundan başqa, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli arayış tərəflər arasında mövcud olan hazırki mübahisə üzrə aparılmış mediasiya prosedurunun nəticəsini təsdiq edir. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı ilə Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin rədd edilməsi, qərardadın dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Imişli Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli arayışdan iddiaçının ##.##.2025-ci il tarixdə cehiz, qızıl-zinət əşyalarının və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi ilə mediasiyaya müraciət etdiyi müəyyən olunur. Lakin hazırkı iddia həmin mediasiya prosedurunun həyata keçirilməsindən əhəmiyyətli müddət sonra məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan müddətin keçməsi hazırkı mübahisə baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, mediasiyanın mahiyyəti və məqsədi tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mövcud olan faktiki və hüquqi vəziyyətləri nəzərə alınmaqla mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsi imkanlarının qiymətləndirilməsindən ibarətdir. Bu baxımdan, mediasiya prosedurunun keçirildiyi tarixlə məhkəməyə müraciət edildiyi tarix arasında əhəmiyyətli müddətin keçməsi həmin prosedurun tərəflər arasında hazırda mövcud olan mübahisənin məhkəməyəqədər həlli məqsədinə xidmət edib-etmədiyinin qiymətləndirilməsini zəruri edir. Çünki zaman keçdikcə tərəflərin hüquqi və faktiki vəziyyəti, onların mübahisəyə münasibəti, mübahisəli əmlakın vəziyyəti, habelə barışıq imkanları dəyişə bilər. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, burada məsələ arayışın formal olaraq mövcud olub-olmamasından deyil, həmin arayışın məhkəməyə müraciət edilən vaxt tərəflər arasında mövcud olan mübahisə üzrə mediasiya prosedurunun keçirildiyini təsdiq edibetməməsindən ibarətdir. Əvvəlki tarixdə aparılmış mediasiya proseduru həmin dövrdə mövcud olmuş münasibətlər və barışıq imkanları ilə bağlı olmuşdur. Aradan əhəmiyyətli müddət keçdikdən və tərəflərin hüquqi vəziyyətində dəyişiklik baş verdikdən sonra isə həmin arayışın qeyri-məhdud müddət ərzində sonrakı məhkəmə müraciətləri üçün kifayət edən sənəd kimi qiymətləndirilməsi ilkin mediasiyanın məhkəməyə müraciətdən əvvəl keçirilməsini nəzərdə tutan qanunvericiliyin məqsədi ilə uzlaşmır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməli olduqları müəyyən edilmişdir. Qanunvericinin həmin ifadədən istifadə etməsi ilkin mediasiya prosedurunun məhkəməyə müraciətlə faktiki və zaman baxımından əlaqəli olmasını, yəni məhkəməyə çıxarılan mövcud mübahisənin məhkəməyəqədər həlli imkanlarının qiymətləndirilməsini nəzərdə tutur. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının təxminən bir il əvvəl həyata keçirilmiş mediasiya proseduruna dair arayışı hazırkı iddia üzrə “Mediasiya haqqında” Qanunla müəyyən edilmiş məhkəməyəqədər prosedura riayət edilməsini yetərli şəkildə təsdiq etmir. Tərəflər arasında mövcud olan aktual faktiki və hüquqi vəziyyət nəzərə alınmaqla iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl yenidən ilkin mediasiya sessiyasında iştirak etməli və həmin prosedurun nəticəsini təsdiq edən müvafiq sənədi iddia ərizəsinə əlavə etməli idi. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi əvvəlki tarixli mediasiya arayışının hazırkı iddia üzrə məhkəməyəqədər mediasiya proseduruna riayət edilməsini təsdiq edən sənəd kimi qəbul edilməsinin mümkün olmadığı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılmalı olduğu barədə düzgün nəticəyə gəlmişdir. Şikayətdə mediasiyaya müraciətdən bir il keçmədiyinin və təqdim edilmiş arayışın eyni xarakterli mübahisəyə aid olduğunun göstərilməsi də yuxarıda qeyd olunan nəticəni dəyişmir. Çünki həlledici hal müddətin formal olaraq bir ildən az və ya çox olması deyil, mediasiya prosedurunun keçirilməsindən məhkəməyə müraciət edilənədək əhəmiyyətli zaman kəsiyinin keçməsi və həmin müddət ərzində tərəflərin münasibətlərinin, hüquqi vəziyyətinin və barışıq imkanlarının dəyişə bilməsidir. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını şübhə altına alan hal kimi qiymətləndirilə bilməz və həmin qərardadın ləğv edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Imişli Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1051/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1051/2026
20.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver