Məhkəmə qərarları › İş №2(3-9)-1071/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1071/2026

28.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad İş № 2(3-9)-1071/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr – Novruzova Aytәn Nazim qızı (sәdrlik edәn, mәruzәçi), Əsәdov Ilham Qoşunәli oğlu vә Əliyev Qasım Vәli oğlundan ibarәt tәrkibdә, Sabirabad Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә mәhkәmәnin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı - cavabdeh Cavabdeh qarşı “aliment tәlәbi” barәdә iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehdәn ##.##.2012-ci il tәvәllüdlü Babaşova Elmira Baris qızının vә ##.##.2014-cü il tәvәllüdlü Babaşov Mirzәkişi Baris oğlunun yetkinlik yaşına çatanadәk saxlanılmaları üçün minimum әmәk haqqının 1,3 misli hәddindә alimentin vә mediasiya xәrci olaraq ödәnilmiş 50 manat pulun tutulub iddiaçıya ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadı ilә iddia әrizәsinin qәbulundan imtina edilmişdir (Hakim: Nurәddin Bağırov). Qәrardad onunla әsaslandırılmışdır ki, iddia әrizәsinә әlavә edilmiş vә hazırkı iddia üzrә eyni tәrәflәrә vә eyni mübahisә predmetinә aid Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qәrarından görünür ki, hәmin qәrarla iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «aliment tәlәbi» barәdә iddia әrizәsinin eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslarla qaldırıldığından MPM-nın 261.0.2-ci maddәsi әsasında iddianın yolverilmәzliyinә görә icraata xitam verilmişdir. Hәmin qәrarla müәyyәn edilmişdir ki, tәrәflәr arasında uşağın kimin yanında qalması vә aliment tәlәbi ilә bağlı mübahisәyә artıq baxılmış, uşaqlar atasının (iddiaçının) yanında saxlanılmış, lakin işә baxan mәhkәmә anadan atanın xeyrinә aliment tutulması tәlәbini ananın aliment ödәmәyә maddi imkanının olmaması әsası ilә tәmin etmәdiyi halda, iddiaçı yenidәn aliment tәlәbini irәli sürmәk üçün yeni әsaslara, yәni ananın maddi imkanının yaxşılaşması, gәlirinin olmasına istinad etmәli vә bu barәdә müvafiq sübutlar tәqdim etmәli olduğu halda, iddiaçı bununla bağlı hәr hansı yeni hala istinad etmәmişdir. Belәliklә mәhkәmә araşdırılması nәticәsindә mәhkәmә belә qәnaәtә gәlir ki, hazırkı iş üzrә irәli sürülmüş tәlәblә Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qәrarı ilә müәyyәn olunmuş tәlәblәr eynilik tәşkil etdiyindәn vә bununla da әvvәlki vә hazırkı iddialar üzrә tәrәflәr dә eyni olduğundan, belәliklә dә eyni әsaslar vә eyni predmet üzrә qanuni qüvvәyә minmiş mәhkәmәnin yekun aktı mövcud olduğundan, hәmçinin iddiaçı yenidәn aliment tәlәbini irәli sürmәk üçün yeni әsaslara, yәni ananın maddi imkanının yaxşılaşması vә gәlirinin olması barәdә müvafiq sübutlar tәqdim etmәdiyindәn, qanunvericilik isә bu kimi halları hazırkı işә baxılmasını istisna edәn hal kimi müәyyәn etdiyindәn, “aliment tәlәbi” barәdә hazırkı iddia әrizәsinin qәbulundan imtina edilmәlidir. Sabirabad Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadından iddiaçı İddiaçı tәrәfindәn şikayәt verilmişdir. Sabirabad Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadı ilә şikayәt tәmin edilmәmiş, şikayәtin baxılması üçün işlә birlikdә Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra – MPM-in) 397.2ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Sabirabad Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadı lәğv edilmәli vә mülki iş sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün Sabirabad Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi iddia әrizәsinin qәbulundan imtina edәrkәn iş üçün әhәmiyyәtli olan halları tam vә düzgün müәyyәn etmәmiş, nәticәdә MPM-in 153.2.2-ci maddәsini hazırkı mübahisәyә tәtbiq edәrkәn bir sıra halları araşdırmamışdır. Belә ki, MPM-in 153.2.2-ci maddәsinә әsasәn, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mübahisәyә dair mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi ilә әlaqәdar iş üzrә icraata xitam verilmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq edilmәsi haqqında mәhkәmәnin qәrardadı olduqda hakim iddianın yolverilmәzliyinә görә iddia әrizәsini qәbul etmәkdәn imtina edir. Qeyd olunan normanın mәzmunundan görünür ki, iddia әrizәsinin qәbulundan imtina edilmәsi üçün әvvәlki vә sonrakı mübahisәlәr üzrә tәrәflәrin vә predmetin eyni olması ilә yanaşı, iddiaların әsaslarının da eynilik tәşkil etmәsi zәruridir. Bu şәrtlәrdәn hәr hansı birinin mövcud olmaması MPM-in 153.2.2-ci maddәsinin tәtbiqini istisna edir. Hazırkı halda birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qәrarına istinad etmәklә, әvvәlki vә hazırkı iddialar üzrә tәrәflәrin, predmetin vә әsasların eyni olduğu qәnaәtinә gәlmişdir. Lakin hәmin qәrarın mәzmunundan da görünür ki, әvvәlki aliment tәlәbinin tәmin edilmәmәsinin sәbәblәrindәn biri cavabdeh ananın aliment ödәmәyә maddi imkanının olmaması olmuş vә Ali Mәhkәmә iddiaçının gәlәcәkdә aliment tәlәbi ilә yenidәn müraciәt etmәsinin, o cümlәdәn cavabdehin maddi vәziyyәtinin yaxşılaşması, gәlir әldә etmәsi vә digәr yeni faktiki halların yaranması ilә mümkün ola bilәcәyini qeyd etmişdir. Belә olan halda, birinci instansiya mәhkәmәsi hazırkı iddianın әvvәlki iddia ilә eyni әsaslara malik olması barәdә nәticәyә gәlmәzdәn әvvәl iddiaçının hazırkı tәlәbini әsaslandırdığı faktiki halları müәyyәn etmәli, hәmin halları әvvәlki iş üzrә araşdırılmış faktiki hallarla müqayisә etmәli vә xüsusilә hazırkı iddia tәlәbindәn göstәrilәn halların Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin ##.##.2025-ci il tarixli Qәrarından әvvәl, yoxsa sonra yaranmasına qiymәt vermәli idi. Lakin mübahisәlәndirilәn qәrardadın mәzmunundan görünür ki, birinci instansiya mәhkәmәsi belә bir müqayisәli araşdırma aparmamış, iddiaçının hazırkı iddia әrizәsindә istinad etdiyi halların yaranma vaxtını müәyyәn etmәmiş vә onların әvvәlki mәhkәmә araşdırmasının predmetinә daxil olub-olmadığını aydınlaşdırmamışdır. Halbuki әvvәlki mәhkәmә aktının qәbul edilmәsindәn sonra yaranmış vә aliment öhdәliyinin müәyyәn edilmәsinә tәsir göstәrә bilәn faktiki hallar әvvәlki iddianın әsası ilә eynilik tәşkil etmir. Bu baxımdan sonradan yaranmış yeni faktiki hallara әsaslanan tәlәb üzrә әvvәlki mәhkәmә aktının mövcudluğu özlüyündә MPM-in 153.2.2-ci maddәsi әsasında iddianın qәbulundan imtina üçün kifayәt etmir. Mәhkәmә kollegiyası hәmçinin qeyd edir ki, birinci instansiya mәhkәmәsi iddiaçının cavabdehin maddi imkanının yaxşılaşması vә gәlirinin olması barәdә müvafiq sübutlar tәqdim etmәmәsinә dә iddia әrizәsinin qәbulundan imtina edilmәsinin әsası kimi istinad etmişdir. Lakin iddia әrizәsinin qәbul edilmәsi mәrhәlәsindә hәll edilmәli olan mәsәlә iddiaçının tәlәbini әsaslandırdığı halların artıq sübuta yetirilib-yetirilmәmәsi deyil, hәmin tәlәbin qanunla müәyyәn edilmiş prosessual qaydada mәhkәmә araşdırmasının predmeti ola bilibbilmәmәsidir. Iddiaçının istinad etdiyi halların mövcudluğunun sübuta yetirilmәsi, tәqdim edilmiş sübutların mötәbәrliyi, aidiyyәti, mümkünlüyü vә kifayәtliliyi işә mahiyyәti üzrә baxılması zamanı hәyata keçirilәn mәhkәmә araşdırmasının predmetinә aiddir. Buna görә dә iddiaçının yeni faktiki halları tәsdiq edәn sübutları iddia әrizәsinә әlavә edib-etmәmәsi ilә hәmin halların ümumiyyәtlә yeni iddia әsası tәşkil edib-etmәmәsi eynilәşdirilә bilmәz. Başqa sözlә, iddianın әsaslarının eyniliyinin müәyyәn edilmәsi zamanı әsas meyar yeni faktiki halın sübuta yetirilib-yetirilmәmәsi deyil, iddiaçının hazırkı tәlәbini әvvәlki işdә mövcud olmayan yeni hüquqi әhәmiyyәtli faktlara әsaslandırıb-әsaslandırmamasıdır. Bundan әlavә, aliment öhdәliklәri davam edәn hüquq münasibәtlәrindәn irәli gәlir vә tәrәflәrin maddi, ailә vә digәr әhәmiyyәtli vәziyyәtlәrindә zaman keçdikcә dәyişikliklәrin baş vermәsi mümkündür. Belә dәyişikliklәrin baş vermәsi әvvәlki dövr üzrә baxılmış aliment mübahisәsindәn fәrqli yeni faktiki әsas yarada bilәr. Odur ki, birinci instansiya mәhkәmәsinin yalnız әvvәlki qanuni qüvvәyә minmiş mәhkәmә aktının mövcudluğuna vә iddiaçı tәrәfindәn yeni hallara dair kifayәt qәdәr sübut tәqdim edilmәmәsinә әsaslanmaqla hazırkı iddianın әvvәlki iddia ilә eyni әsaslar üzrә qaldırıldığı qәnaәtinә gәlmәsi vaxtından әvvәl olmuşdur. Mәhkәmә kollegiyası qeyd olunanları nәzәrә alaraq belә nәticәyә gәlir ki, birinci instansiya mәhkәmәsi MPM-in 153.2.2-ci maddәsinin tәtbiqi üçün zәruri olan halları, xüsusilә әvvәlki vә hazırkı iddiaların faktiki әsaslarının eyniliyini tam şәkildә müәyyәn etmәdiyindәn, Sabirabad Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadı qanuni vә әsaslı hesab edilә bilmәz. Buna görә dә iddiaçı İddiaçı şikayәti qismәn tәmin edilmәli, Sabirabad Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** saylı qәrardadı lәğv edilmәli vә mülki iş iddia әrizәsinin qәbulu mәsәlәsinin qanunun tәlәblәrinә uyğun hәll edilmәsi vә sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün hәmin mәhkәmәyә göndәrilmәlidir. MPM-in 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda şәrh edilәnlәrә әsasәn vә MPM-in 263, 264, 397-400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası, QƏRARA ALDI: Iddiaçı İddiaçı şikayәti qismәn tәmin edilsin. Sabirabad Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qәrardadı lәğv edilsin. Mülki iş sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün Sabirabad Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar