Məhkəmə qərarları › İş №2(3-9)-22/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-22/2026

02.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-22/2026 02.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X5 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-3730/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2024-cü il tarixdən başlayaraq, Cavabdeh 25 avqust 2018-ci il tarixdə doğulmuş X8 və 05 may 2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 350 manat olmaqla, cəmi 700 manat alimentin tutulub onun xeyrinə ödənilməsi, ilkin mediasiya sessiyası zamanı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə 2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx.xx.2018-ci il tarixdə Sadiq və xx.xx.2020-ci il tarixdə Aybəniz adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehin təqsirinə görə ailə münasibətləri baş tutmadığından ayrılmış və nikahları məhkəmə qaydasında Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1022/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Ayrıldıqları vaxtdan cavabdeh onların yaşadığı evdən getmiş və uşaqların saxlanması ilə bağlı valideynlik vəzifələrinin icrasında iştirak etməmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)- 1022/2024 saylı qətnaməsi ilə nikahları pozularkən xx.xx.2018ci il təvəllüdlü Sadiq və xx.xx.2020-ci il təvəllüdlü Aybəniz adlı uşaqların onun yanında qalması müəyyən edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdır. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan həmin mülki iş üzrə təyin olunan məhkəmə-psixoloji ekspertizasının rəyində göstərilir ki, 25 avqust 2018-ci il təvəllüdlü X8 və 05 may 2020-ci il təvəllüdlü X4 psixikasında və davranışlarında hansı valideyninin himayəsində yaşamağı seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. 25 avqust 2018-ci il təvəllüdlü X8 və 05 may 2020-ci il təvəllüdlü X4 hal-hazırda ataları İddiaçı bağlılıqları üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. Göründüyü kimi verilən ekspert rəyi ilə onun anaları ilə ünsiyyətlə bağlı uşaqlara hər hansı təsirinin olmaması müəyyən edilməklə yanaşı, həmçinin uşaqların da analarına bağlılığının olmadığı öz təsdiqini tapmışdır. Eyni zamanda uşaqların ana ilə hər hansı bağlılığı yoxdur, hətta ünsiyyət onların normal həyat və psixoloji durumuna mənfi təsir göstərir. Çünki ana olaraq uşaqlarını istəyən şəxs hər həftə ünsiyyət üçün təyin olunan yerə gəlməli və hətta uşaqlar istəməsə belə bunun üçün təyin olunan yerə gəlməklə öz vəzifəsini yerinə yetirməlidir. Lakin cavabdeh, hər həftə uşaqlar onun tərəfindən icra şöbəsinə aparılsa da, təyin olunan yerə gəlməmiş və faktiki olaraq ünsiyyətdən imtina etmişdir. Bütün bunlar icra şöbəsi tərəfindən akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Hazırda o, uşaqları tək başına böyütməkdə çətinlik çəkir. Uşaqlarının tələbatları çoxalmış və bu da özlüyündə ailədə maddi çətinliklərə gətirib çıxarmışdır. İmkansızlıq ucbatından uşaqlarına lazımi qayğını göstərə bilmir. Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludur və bu vəzifənin icrasında iştirak etməlidir. Uşaqları cavabdeh həmişə, yəni birgə yaşadıqları dövrdə belə anası X3 üstünə atmışdır. Uşaqlardan biri 2-ci sinifə, digəri isə uşaq baxçasına gedir. Uşaqlara anası özü baxır və uşaqlar onu öz anaları kimi qəbul edirlər. Hətta anası “Xanbulan” Su idarəsindəki işindən 1 ildir ki çıxıb ki, uşaqların təlimtərbiyəsi və qayğıları ilə məşğul olsun. Cavabdeh evdə olanda da uşaqlara anası baxmışdır. Çünki cavabdeh həmişə uşaqlara qarşı səhlənkar olmuş və onlara baxmamışdır. İndi isə uşaqlar halhazırda doğulduqları evdədirlər, əvvəl getdikləri məktəbə və uşaq baxçasına gedirlər və əvvəl olduqları mühitdədirlər. Cavabdehin hərəkətləri ailə dəyərləri baxımından uyğun hesab edilməyən, ər arvad birliyinin ailə kimi qiymətləndirilməsini mümkün etməyən, eləcə də valideyn kimi vəzifələrinin icra edilməməsi kimi qəbul edilməlidir. Hazırda ayrı yaşasalar da, cavabdeh uşaqların ehtiyaclarınının qarşılanmasında nəinki iştirak etmir, hətta onların taleyi ilə belə maraqlanmır. Uşaqların maddi ehtiyacının ödənilməsində ona valideynləri köməklik edir. Baxmayaraq ki, cavabdeh fərdi qaydada işləməklə gəlir əldə edir. Lakin uşaqların saxlanılması üçün könüllü olaraq ona maddi cəhətdən köməklik etmədiyindən aliment tələbi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. İddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyatda olduqları rayon üzrə Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və mediator Ramin Şükürovun mediatorluğu ilə təyin edilmiş xx.xx.2025-ci il tarixli mediasiya prosesində cavabdeh iştirak etməmiş və buna görə də ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhz bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçı X9 iddia ərizəsində göstərdiklərinə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, hər ay bir uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3730/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Nicat Ağabəyov), iddianın qismən təmin edilməsi, alimentlə bağlı müvəqqəti təminat tədbiri barədə Lənkəran Rayon Məhkəməsinin 16(049)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il tarixdə X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, mediasiya xidməti üçün ödənilmiş 60 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3730/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Lənkəran Rayon Məhkəməsinin 2(049)-3730/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsini iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə alimentin miqdarının müəyyən edilməsi hissəsində işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan AZ-İV 159264 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası isə X2 qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 455375 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası isə Cavabdeh kimi qeyd edilmişdir. İş materiallarında olan Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 16(049)- 17/2024 saylı xx.xx.2024-cü il tarixli qərarın icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixə, saat 10:00-a təyin olunmuş icraya İddiaçı gəlsədə icra işi üzrə tələbkar X10 gəlməmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-154/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsini 05 iyun 2024-cü il tarixli, 2(049)-1022/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmdən saxlanılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Həmin arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 16(049)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının surətindən görünür ki, ərizə qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə e-2(049)- 3730/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək tərəflərin birgə nikahından 25 avqust 2018-ci il tarixdə doğulmuş X8 və 05 may 2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh müvəqqəti olaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.2 misli həddində alimentin tutularaq ərizəçi (iddiaçı) İddiaçı verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərar alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək müəyyən edir ki, iddiaçı və cavabehin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. İddiaçı həmin uşaqların saxlanmasından ötrü Cavabdeh hər ay bir uşaq üçün 350 manat olmaqla, hər ay iki uşaq üçün 700 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh isə hər ay bir uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün 200 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirir. Kollegiya qeyd edir ki, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il tarixdə X4 ataları- İddiaçı himayəsində və yanında qalması işin mübahisəsiz halını təşkil edir. Mübahisənin əsas predmetini-alimentin təyin edilməsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da görünür ki, valideynlərin öz uşaqları qarşısında olan hüquq və vəzifələri uşaqların üstün mənafeyini qorunmağa yönəldiyindən, məhkəmə uşaqların saxlanması üçün alimentin təyin edilməsi ilə bağlı halları araşdırarkən ilk növbədə uşaqların zəruri həyat şəraitini, onların ehtiyacını nəzərə almalı, daha sonra valideynin alimenti ödəmək iqtidarında olub-olmaması məsələsinə hüquqi qiymət verməlidir. Hazırda İddiaçı Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddia irəli sürmüş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3730/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il tarixdə X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Kollegiya alimentin təyin edilməsi barədə gəlinən nəticəni qanuni və əsaslı hesab etsə də təyin edilmiş aliment miqdarı ilə razılaşmır. Ümumiyyətlə yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada aliment miqdarının müəyyən edilməməsi, uşağın hüquq və mənafeyinin təmin edilməsi üçün kifayət hesab edilmir. Çünki alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməlidir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməməklə uşaqların mənafeyini nəzərə almamışdır. Düzdür aliment təyin olunarkən azyaşlı uşaqların mənafeyi ilə yanaşı aliment ödəmək öhdəliyi daşıyan valideynin də maddi və sair gəlirləri, həmçinin qət olunan alimenti ödəmək imkanı nəzərə alınmalıdır. Bununla əlaqədar kollegiya aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən Cnin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İş materiallarından görünür ki, iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 350 manat aliment olmaqla, ümumilikdə 700 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən mövqeyini nəzərə alaraq hesab edir ki, qətnamə alimentin miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il tarixdə X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 (150 manat) misli, iki uşaq üçün isə ümumilikdə 0.75 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3730/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsi aliment məbləği hissəsində dəyişdirilməli, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il tarixdə X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 (150 manat) misli, iki uşaq üçün isə ümumilikdə 0.75 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (700-300)x12=4800 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Ona görə də qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3730/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsi aliment məbləği hissəsində dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2020-ci il tarixdə X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 (150 manat) misli, iki uşaq üçün isə ümumilikdə 0.75 misli həddində sabit pul məbləğində aliment müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar