Məhkəmə qərarları › İş №2(3-9)-244/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-244/2026

02.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-244/2026 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İmanova Gülxanım Dərgah qızının iştirakı ilə, İddiaçı İmanova Gülxanım Dərgah qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə cavabdeh Cavabdeh qızına qarşı "aliment məbləğinin azaldılması" tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İmanova Gülxanım Dərgah qızının cavabdeh Cavabdeh qızına qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə X4 ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ##.##.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün təyin edilmiş 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh qızına verilməsi hissəsində dəyişdirilərək azaldılması, X4 ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 (yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh qızına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X6 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan Həsən, Afət, Rövşən, Elşən, Kamil, Behnam, Rəşidə və Gülnar adlı səkkiz övladı anadan olmuşdur. X1 cavabdeh Cavabdeh qızı ilə ##.##.2016-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah münasibətləri Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, Cavabdeh qızı ilə X4 birgə nikahından doğulmuş ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 anaları Cavabdeh qızının yanında saxlanılması, X4 ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ##.##.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh qızına verilməsi qət edilmişdir. Hazırda qəyyum kimi təyin edildiyi övladı X4 II qrup əlil olmaqla “əqli gerilik və davranış pozuntusu” diaqnozu ilə tibbi müalicə alır. Səhhəti günü-gündən pisləşdiyindən və qeyd edilən xəstəliklər səbəbindən səhhətində ciddi dəyişiklər baş verdiyindən ##.##.1983-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ##.##.1983-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və bundan sonra Hacıqabul Rayon İcra Hakimiyyətinin *** nömrəli, ##.##.2025-ci il tarixli sərəncamı ilə o, X4 üzərinə qəyyum olaraq təyin edilmişdir. Hazırda oğlunun maddi vəziyyəti ilə bağlı Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin tam ödənilməsi qeyri-mümkün olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, alimentin azaldılaraq iki uşaq üçün ümumilikdə 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X4 Cavabdeh qızının xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X4 artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli həddində (iki uşağa görə ümumilikdə minimum əmək haqqının 0,4 misli həddində) sabit pul məbləğində alimentin Cavabdeh qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumuun iddiaçıya aid edilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Hacıqabul Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı (Hakim Zaur Hüseynov) qətnaməsinə əsasən müəyyən edilmişdir ki, qətnamə ilə Cavabdeh qızı ilə X4 arasında ##.##.2016-cı il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində ** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin nikahından doğulmuş ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh qızının yanında saxlanılması, X4 ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ##.##.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli, *(***)-***/**** saylı (Hakim Orxan Bayramov) qətnaməsinə əsasən müəyyən edilmişdir ki, ərizəçi İmanova Gülxanım Dərgah qızının ərizəsi təmin edilməklə onun övladı ##.##.1983-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının “qəyyum təyin edilməsi barədə” ##.##.2025-ci il tarixli, *** nömrəli sərəncamından müəyyən edilmişdir ki, İmanova Gülxanım Dərgah qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş ## ##### 1983-cü il təvəllüdlü X5 üzərinə qəyyum təyin edilmiş, DSMF-nin Hacıqabul rayon şöbəsinə qəyyumluğa götürülmüş şəxsə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müavinətin verilməsinin təmin edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Hacıqabul rayonu Şorbaçı kənd İƏV üzrə icra nümayəndəliyi tərəfindən ##.##.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilmişdir ki, X6 ##.##.2009-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2009-cu il tarixdə 04 nömrə ilə qeydiyyat aparılmışdır. Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının Şorbaçı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş *** nömrəli arayışdan müəyyən edilmişdir ki, İmanova X19 rayonu İkinci Paşalı kəndində övladı X5 ilə birlikdə yaşayır. Məhkəmənin ##.##.2025-ci il tarixli sorğusu əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs daxil olmuş ##.##.2025-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra vərəqəsinə əsasən X4 ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ##.##.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh qızına verilməsi barədə olan icra vərəqi ##.##.2024cü il tarixdə şöbənin icraatına daxil olmuşdur (icra məmuru Münasib Muradov). Hazırda icra sənədi şöbənin rəisi Yasin Ədilovun icraatındadır. İcra tədbirləri zamanı iş üzrə tərəflərə məhkəmə qərarının icrası barədə məlumat verilsə də, iş üzrə borclu Bəhnam İmanov üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən onun əmlakının və gəlirlərinin müəyyən olunması üçün “Elektron icra” sistemi vasitəsilə müvafiq təşkilatlara sorğular edilmiş, onun hər hansı bir əmlakı aşkar edilməmiş, lakin pensiya aldığı müəyyən edilmiş və tələb 70% olmaqla B.İmanovun pensiyasına yönəldilmişdir. İcra sənədinin icrasını məcburi təmin edilməsi məqsədilə B.İmanovun izahatı alınmış və müvafiq işlə təmin olunması ücün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X15 X22 filialına göndərilmişdir. B.İmanov ümumilikdə ödəməli olduğu 5320 manat aliment pulundan 1965 manat məbləğində aliment pulu ödəmiş və onun 2025-ci ilin noyabr ayı daxil olmaqla, 3565 manat aliment borcu yaranmışdır. Həmin borcun ödətdirilməsi istiqamətində icra tədbirləri davam etdirilir. İcra sənədi üzrə borclu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə olan Hacıqabul Rayon Məhkməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs daxil olmadığı üçün icra sənədinin icraatı dayandırılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər - Cavabdeh qızı və X4 arasında rəsmi nikahdan iki azyaşlı övlad dünyaya gəlmiş, tərəflərin nikah münasibətləri Hacıqabul Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların ananın himayəsində saxlanılması, onların gündəlik təminatı üçün atadan hər ay hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat aliment tutulması müəyyən edilmişdir. Qətnamə icraya yönəldilsə də, borclu X4 II qrup əlil olması, əqli gerilik və davranış pozuntuları səbəbindən əmək qabiliyyətsiz vəziyyətə düşməsi, məhkəmənin ##.##.2025-ci il tarixli digər qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və anası İmanova Gülxanım Dərgah qızının onun üzərinə qəyyum təyin olunması müəyyən edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, borclunun əmək fəaliyyəti yoxdur, dolanışığı yalnız aldığı 220 manat məbləğində pensiya ilə təmin olunur, pensiyasının 70 faizi mövcud icra vərəqəsi üzrə yönəldilsə də, borc tam ödənilməmiş, aliment borcu yığılmışdır. Həmçinin, cavabdeh Cavabdeh hazırda əmək fəaliyyəti ilə məşğuldur, aylıq 400 manat əmək haqqı alır və uşaqların təhsil, hazırlıq və digər məişət ehtiyaclarının xərclərinin artdığını bildirmişdir. Həmçinin tərəflər arasında uşaqların görüşməsi, alimentin ödənilməsi və tərəflərin maliyyə vəziyyəti ilə bağlı yaranmış mübahisələr diqqətə alınmaqla, tərəflərin ailə və maddi vəziyyətində əvvəlki məhkəmə qətnaməsindən sonra ciddi dəyişikliklərin baş verdiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını qiymətləndirərək hesab etmişdir ki, alimentin əvvəl müəyyən edilmiş miqdarda saxlanılması borclu şəxsin real maliyyə vəziyyətini və onun əlillik dərəcəsini nəzərə alaraq mümkünsüzdür. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi üçün tələb olunan əsaslar – yəni tərəflərin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklər mövcuddur. Lakin eyni zamanda alimentin tam şəkildə azaldılması uşaqların maraqlarına zidd olardı. Çünki uşaq hüquqları haqqında qanunvericiliyə görə, uşaqlar minimum dolanacaq xərclərindən aşağı olmayan maddi təminat almaq hüququna malikdir. Bu baxımdan hər bir uşaq üçün 50 manat məbləğində aliment müəyyən edilməsi uşaqların mənafeyini təmin etmir və onların inkişafına adekvat maddi təminatı yaratmır. Eyni zamanda atanın tamamilə aliment yükündən azad edilməsi və ya alimentin ifrat dərəcədə azaldılması əlilliyi və gəlir mənbəyi məhdud olan şəxsə həddindən artıq yük qoysa da, qanunvericiliyin tələblərinə uyğun deyil. Buna görə də, məhkəmə hesab etmişdir ki, tərəflərin maraqları balanslaşdırılaraq həm uşaqların zəruri təminat hüququnu, həm də aliment ödəməli şəxsin real maddi imkanlarını nəzərə alınmalı, aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli miqdarında hər bir uşaq üçün ayrıca sabit pul məbləği kimi müəyyən edilməlidir. Qeyd olunan hal uşaqların mənafeyinin qorunması, eyni zamanda fəaliyyət qabiliyyəti olmayan şəxsə həddindən artıq aliment yükünün qoyulmaması məqsədlərinə cavab verir və alimentin azaldılmasının hüquqi və faktiki əsaslarını təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1,76.1, 112.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli Qərarı, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016- cı il tarixli qərarı, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Hacıqabul Rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh II qrup əlil olaraq hazırda 250 manat pensiya alır. Bundan başqa onlar birlikdə yaşadıqları vaxtlarda o, Hacıqabul rayonunun Şorbaçı kəndində (gündəlik kəndə yaşayan şəxslərin heyvanlarını 2 0 manat müqabilində otarırdı, bundan başqa boş vaxtlarında isə əlavə olaraq istixana və nar bağlarında günü 30 manata) fərdi əmək fəaliyyəti ilə məşğuldur, ay ərzində ümumilikdə - 700 – 800 manat gəlir əldə edərək ailəni dolandırırdı. Onların ailə nikah münasibətləri pozulduqdan sonra iş üzrə cavabehin aldığı pensiyanın 70 faizinə yönəltmə edildiyi üçün, hər ay – 175 manat aliment almışdır. Pensiya məbləği artdığı üçün alimentdə ona münasibətdə artırdı. X4 anası İmanova Gülxanım Dərgah qızı məqsədli şəkildə olaraq X4 fəaliyyət qabiliyyətini məhdudlaşdıraraq, ona özünü baxan kimi qəyyumu təyin etdirmiş, əlavə olaraq – 100 manat alır. Verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, X4 öz doğma övladları ilə görüşmək istəsə də, cavabdeh ona icazə vermir. Oğlu hazırda heç bir yerdə işləmir və dolanışığı sadəcə olaraq pensiyadan asılıdır. Cavabdehin onun oğlunun işləməsi barədə verdiyi izahatlar həqiqəti əks etdirmir. Hal-hazırda himayəsində olan ##.##.2016-cı il təvəllüdlü X2 10 yaşı və ##.##.2017-ci il təvəllüdlü X3 isə 9 yaşı olmaqla məktəblidirlər. Onların gündəlik, aylıq və illik təlabatı hamıya bəllidir və bunun sübuta ehtiyacı yoxdur. Çox təəssüf olsun ki, Hacıqabul Rayon Məhkəməsi tərəfində iddia qismən təmin edilərkən işin faktiki halları, uşaqların yaşı, məktəbli olması, gündəlik, aylıq və illik xərcləri nəzərə alınmamışdır. İkincisi ona görə ki, X4 qəyyumu olan anası İmanova Gülxanım Dərgah qızı aylıq–393 manat, artımını nəzərə alsaq – 450 manat alacaqdır. Əlavə olaraq X4 baxmaq üçün isə - 100 manat dövlətdən müavinat almaqdadır. Göründüyü kimi X4 aldığı pensiya, gündəlik və aylıq gəlirləri nəzərə alınmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İmanova Gülxanım Dərgah qızı bildirdi ki, halhazırda oğlu fəaliyyət qabiliyyətsiz olduğundan aliment onun tərəfindən ödənilir. Lakin halhazırda ödənilən alimentin məbləği çoxdur və buna görə də alimentin ödənilməsində çətinlik çəkir. Cavabdeh Cavabdeh qızı elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işin təxirə salınmasına üzrlü səbəb görməmiş və işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Hacıqabul Rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddia tələbinin təmin edilmiş ##.##.2016-cı il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün X4 artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli həddində (iki uşağa görə ümumilikdə minimum əmək haqqının 0,4 misli həddində) sabit pul məbləğində alimentin Cavabdeh qızına ödənilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mülki mübahisəni iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk növbədə, alimentin dəyişdirilməsi məsələsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi üçün tərəflərin ailə və ya maddi vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməlidir. Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə belə dəyişikliklərin mövcudluğu mübahisə doğurmur. Belə ki, aliment ödəyən şəxs X4 əvvəlki qətnamədən sonra məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, II qrup əlil kimi yalnız pensiya gəliri ilə təmin olunur. Bu hal onun əmək fəaliyyətindən əldə etdiyi gəlir imkanlarını faktiki olaraq aradan qaldırır və əvvəlki dövrlə müqayisədə maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini göstərir. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduğundan alimentin əvvəl müəyyən edilmiş məbləğdə saxlanılması mümkün olmamış, onun azaldılması zəruri olmuşdur. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, hər iki valideyn uşağı saxlamaqla məsuliyyət daşıyır. Aliment yalnız atanın üzərinə düşən yük olmamaqla yanaşı, hər iki valideynin övladın saxlanmasında iştirakı tələb olunur. Alimentin həddindən artıq yüksək təyin olunması atanın yaşayış minimumunu təhlükəyə atırsa, bu ədalət prinsipinə zidddir. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı işin müəyyən edilmiş halları birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 cavabdehin xeyrinə aliment tutulmasını zəruri edir. Bununla yanaşı, məhkəmə tərkibi təyin edilmiş alimentin məbləğinin müəyyən edilməsi zamanı işin hallarının, tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq olan digər halların tam nəzərə alınmalı olduğunu bildirir. Qeyd edilməlidir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi alimenti miqdarı ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri, tərəflərin maddi və ailə vəziyyəti baxımından düzgün qənaətə gəlmişdir. Digər tərəfdən, məhkəmə tərkibi xüsusi olaraq vurğulayır ki, alimentin məbləğinin həddən artıq yüksək müəyyən edilməsi aliment ödəyən tərəfin faktiki maddi imkanlarına uyğun gəlmədiyi təqdirdə, qətnamənin icrasını çətinləşdirə və bunun nəticəsində uşaqların mənafeyinin təmin olunmasına da mənfi təsir göstərə bilər. Alimentin mahiyyəti maliyyə sanksiyası və ya valideynlər arasındakı mübahisənin nəticəsi olmayıb, uşağın davamlı və sabit maddi təminatının qorunmasına yönəlmiş hüquqi mexanizmdir. Bu səbəbdən, alimentin məbləği həm uşağın real tələbatlarını ödəməli, həm də aliment ödəyən valideynin mövcud maddi vəziyyətinə proporsional olmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğ bu balansı təmin edir, real, icraolunan və ağlabatan xarakter daşımaqla uşaqların maddi təminatının fasiləsizliyinə xidmət edir. İş materiallarından da göründüyü kimi, əvvəl müəyyən edilmiş aliment məbləğinin yüksək olması səbəbindən borclu tərəfindən ödənişlər tam şəkildə həyata keçirilməmiş, nəticədə əhəmiyyətli məbləğdə aliment borcu yığılmışdır. Bu hal bir daha təsdiq edir ki, əvvəlki məbləğ borclunun real maliyyə imkanlarına uyğun olmamış və faktiki icra qabiliyyətinə malik olmamışdır. Bundan başqa apellyator tərəfindən irəli sürülən “borclunun əlavə gəlirlərinin olması” barədə dəlillərə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, bu hallar heç bir obyektiv və mötəbər sübutla təsdiq edilməmişdir. İş materiallarında borclunun rəsmi və ya qeyri-rəsmi sabit gəlir əldə etməsini təsdiq edən sübutlar mövcud deyil. Əksinə, icra orqanının rəsmi məlumatı ilə onun yalnız pensiya aldığı və əmlakının olmadığı müəyyən edilmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Sübut edilməmiş iddialar isə məhkəmə tərəfindən əsas kimi qəbul edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətində göstərilən əlavə gəlir barədə dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda, məhkəmə tərkibi uşaqların saxlanılması ilə bağlı xərclərə münasibətdə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların təhsil, qidalanma, geyim, sağlamlıq və digər gündəlik ehtiyacları obyektiv olaraq mövcuddur və daim artan xarakter daşıyır. Birinci instansiya məhkəməsi bu halları nəzərə alaraq alimentin məbləğini müəyyən edərkən uşaqların real tələbatlarını diqqətdən kənarda qoymamış, onların minimum təminat səviyyəsinin qorunmasına yönəlmiş yanaşma tətbiq etmişdir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də cavabdeh Cavabdeh qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh qızının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar