Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-276/2026 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı Xəlilzadə Kamran Lətif oğlunun nümayəndəsi və vəkili Tapdıqov İlqar Məhərrəm oğlunun, Cavabdeh Cavabdeh qızının iştirakları ilə, İddiaçı Xəlilzadə Kamran Lətif oğlunun cavabdeh Cavabdeh qızına qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı Xəlilzadə Kamran Lətif oğlu və cavabdeh Cavabdeh qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Sabirabad Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə Xəlilzadə Kamran Lətif oğlu ilə Cavabdeh qızı arasında ##.##.2016-cı il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və *** №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdlü X3 anaları Cavabdeh qızının yanında qalmaları və uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 120 manat cəmi 240 manat sabit pul məbləğində alimentin Xəlilzadə Kamran Lətif oğlundan tutulub Cavabdeh qızına verilməsi qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdlü X3 üçün Xəlilzadə Kamran Lətif oğlundan hər ay hər uşaq üçün tutulan 120 manat cəmi 240 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrıayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunması qərara alınmış və beləliklə də alimentin məbləği artaraq hər uşaq üçün 264 manat olmuşdur. ##.##.2025-ci il tarixli ** №-li arayışdan görünür ki, Xəlilzadə X5 rayonu “Sabirabad Quşçuluq Şirkətində” kompüterçi vəzifəsində işləməklə orta aylıq əmək haqqı 450 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Xəlilzadə Kamran Lətif oğlu - cavabdeh Cavabdeh qızına qarşı «aliment məbləğinin azaldılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdlü X3 xeyrinə hər ay məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarını dəyişdirilərək (azaldılaraq) minimum əmək haqqının 0,350 misli məbləğində ondan alimentin alınaraq Cavabdeh qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin ## #### 2019- cu il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Sabirabad rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi əsasında himayəsində olan ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdül X3 yetginlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat miqdarında alimentin ondan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan o, Sabirabad rayon Məhkəməsinə ərizə ilə müraciət edərək aşağıdakı qərardadı qəbul edilmişdir: uşaqların saxlanması üçün Xəlilzadə Kamran Lətif oğlundan hər ay hər uşaq üçün tutulan 120 manat cəmi 240 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunması qərara alınıb. İndeksasiya nəzərə alınmaqla hazırda tutulan alimentin miqdarı iki uşaq üçün 500 manatdan çox təşkil edir. Onu qeyd edir ki, o, Sabirabad Quşçuluq Şirkəti MMCdə, işləyir və orta aylıq əmək haqqı 450 manat təşkil edir. İş vaxtı isə səhər saat 09:00-dan, axşam 18:00-a, qədərdir, başqa gəliri yoxdur. Uşaqları saxlamaq hər iki valideynin borcu və vəzifəsidir. Bu sahədə valideynlərin hüquqları bərabərdir. Uşağın maddi cəhətdən təminatı tək onun deyil, digər valideynin də borcudur. Onun maddi vəziyyətində dəyişiklik olmamışdır. İş yeri yoxdur. Barəsində aliment ödəməyə imkan verən maddi və ailə vəziyyətində diqqətəlayiq olan digər hallar yoxdur. Həmçinin hər hansı bir daşınar və daşınmaz əmlakı da yoxdur ki, tələb edilən aliment gələcəkdə həmin əmlaka yönəlsin. Ümumiyyətlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə ## ### 2001-ci il tarixli, ** saylı qəraraının tam 4 bəndində qeyd olunan gəlir növlərinə malik deyil. O atasının himayəsində və yanında yaşayır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur Sabirabad Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim: Nurəddin Bağırov) iddianın qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı əsasında hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində tutulan alimentin həcminin azaldılaraq, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci, Mülki Prosessual Məcəllənin 233.4-cü maddəsinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Məhkəmə Xəlilzadə Kamran Lətif oğlunun məhdud maddi vəziyyətini (450 manat aylıq əmək haqqı) nəzərə alaraq, onun uşaqlarının saxlanması üçün ayda cəmi 240 manat sabit pul məbləğində aliment ödəyicisi olduğu halda, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən uşaqların saxlanılması üçün Xəlilzadə Kamran Lətif oğlundan hər ay hər uşaq üçün tutulan 120 manat cəmi 240 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli (264 manat) həddində indeksasiya olunmaqla, bununla da iki uşaq üçün 528 manat müəyyən edilərək kəskin artması nəticəsində Xəlilzadə Kamran Lətif oğlunun əhəmiyyətli dərəcədə ağır maddi vəziyyətinə düşməsi həmin aliment məbləğinin dəyişdirilməsinə (həcminin azalmasına) əsas verir. Ona görə də alimentin məbləğinin indeksasiyası nəticəsində iddiaçı K.L.Xəlilzadənin əhəmiyyətli dərəcədə ağır maddi vəziyyətinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadı əsasında hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində tutulan alimentin həcmi azaldılaraq, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı Xəlilzadə Kamran Lətif oğlu və cavabdeh Cavabdeh qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti vermişdir. İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, indeksasiya nəzərə alınmaqla hazırda tutulan alimentin miqdarı iki uşaq üçün 500 manatdan çox təşkil edir. Hal-hazırda Sabirabad Quşçuluq ŞirkəN MMC-də işləyir. 450 manat əmək haqqı alır. İş vaxtı səhər saat 09:00-dan, axşam saat 18:00-a qədərdir. Başqa gəlir və qazancı yoxdur. Atasının himayəsində və yanında yaşayır. Cavabdeh Cavabdeh qızı əmək qabiliyyətlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər bir valideyinin borcudur. Bu sahədə valideynlərin hüquqları bərabərdir. Uşağın maddi cəhətdən təminatı tək onun deyil, digər valideynin də borcudur. Sabirabad rayon məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə, övladları Gülnarın və Aydının yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində alimentin ondan alınaraq, cavabdeh Cavabdeh qızının xeyrinə verilməsindən narazıdır. Övladları Gülnarın və Aydının yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment ödəyə bilər. Bundan əlavə imkan daxilində övladlarına maddi dəstək olacaq. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istər mediasiya prosesi zamanı olsun, istərsədə ilkin məhkəmə iclası zamanı o, alimentin azaldılmasına qəti etirazını bildirmişdir. Belə ki, himayəsində olan iki azyaşlı uşaqlarım xəstədir, biri isə əlildir. Hər ay mütəmadi olaraq həkim nəzərəti və ya təyinatı üzrə müalicə proseduruna aparmalı olur. Bunun üçün də ona xeyli maddi vəsait lazım olur. İddaçı isə indeksasiya olunmuş aliment həcminə etiraz edir. Halbuki, onun hər cür maddi imkanları vardır. Hal-hazırda Sabirabad rayon Quşçuluq şirkəti Cücə sexində satış üzrə menecer vəzifəsində işləyir. Aylıq əmək haqqı formal rəqəmlə göstərilsə də, əslində hər ay 1000 (bir min) manatdan çox əmək haqqı alır. 2025-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 246 manat, 2026-cı ilin yanvar ayının 1dən 260 manata qaldırılmışdır. Məhkəmə qətnamə çıxararkən qanunvericiliyin tələblərini, bir və ya iki uşağın maksimum həddə saxlanma xərclərini, ailə vəziyyətini, işsiz olmasını, uşaqlarının xəstə və əlil olmasını nəzərə almamış, iddiaçının xahişini əsas götürərək nəticə etibarı ilə ədalətsiz qətnamə çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfin apellyasiya şikayətinə qarşı cavabdeh etiraz göndərərək bildirmişdir ki, İş materiallarında olan iddiaçının təqdim etdiyi 450 manat əmək haqqı alması barədə arayış işin faktiki hallarına uyğun deyildir. İddiaçı hər ay paket maaş alır, ümumilikdə 1000 (bir min) manatdan çox əmək haqqı alır. 450 manat əmək haqqı vizual görüntüdür, sadəcə şirkətin aylıq məcburi dövlət ödəmələrini az ödəmək məqsədi ilə bağlanmış «əmək» müqaviləsidir. Necə olur ki, 450 manat əmək haqqı alan iddiaçı hər gün 12-15 manat benzinə pul xərcləyir, bundan başqa möhtəşəm yaşayış evi inşa etdirir, «Tik-Tok» sosial şəbəkəsində 40000 manat dəyərində olan nəqliyyat vasitəsini və istirahət mərkəzlərində istirahət etməsi barədə video kadrlar nümayiş etdirir? Hesab edir ki, 450 manat əmək haqqına bunları etmək mümkün deyildir. Etiraz ərizəsinə əlavə etmiş olduğu tibbi sənədlərdən müəyyən və təsdiq olunur ki, onun himayəsində olan hər iki azyaşlı uşaqlar ağır xəstədir. 7 yaşlı X3 autizmi F84.0 xəstəliyindən əziyyət çəkir. Uşaqda əqli gerilik vardır. Bundan başqa uşaqda sağ tərəfli anadangəlmə əzələ əyri boyunluğu vardır ki, uşaq boyunluqla gəzir. Digər azyaşlı övladı 8 yaşlı Gülnar Xəlilzadə Kamran qızı da xəstədir. Hər ay uşaqlar həkim nəzarətində olur və həkim təyinatı ilə hər ay bahalı dərman pereparatları alır. İndiki aliment məbləği ilə onun uşaqların maddi tələbatını ödəmək mümkün deyildir. Dərmanların fotoşəkillərini ərizəsinə əlavə edir. Sonuncu həkim müayinəsi zamanı azyaşlı uşaqında KİFOZ zamanı Eqzezkizlər xəstəliyi də aşkar edilmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətinə iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı Xəlilzadə Kamran Lətif oğlunun nümayəndəsi və vəkili Tapdıqov İlqar Məhərrəm oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi aliment məbləğini müəyyən edərkən, iddiaçının maddi vəziyyətini nəzərə almamışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin təmin olunmasını, cavabdehin tərəfdən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, tərəflər 2009-cu il tarixində ayrılmışlar. Uşağa verilən pensiya onun müalicəsinə kifayət etmir. İddiaçının maddi imkanı yaxşıdır, əlavə gəlirləri vardır, lakin bununla bağlı sübutu yoxdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətin təmin olunmamasını, cavabdehin tərəfdən verilmiş apellyasiya şikayətinin isə təmin olunmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. İddiaçı apellyasiya şikayətində qətnamənin dəyişdirilərək iddianın tam təmin olunmasını, cavabdeh isə qətnamənin qismən ləğv edilərək iddianın rədd olunmasını xahiş etdiyindən, kollegiya qətnaməni apellyasiya şikayətlərinin dəlilləri həcmində apellyasiya icraatı qaydasında yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, tərəflərin apellyasiya şikayətlərinin dəlillərini, məhkəmə iclasında verilmiş izahatları, habelə iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məcmu halda qiymətləndirib belə qənaətə gəlir ki, hər iki tərəf tərəfindən verilmiş apellyasiya şikayətləri əsassızdır və təmin edilməməlidir. İlk növbədə kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri Mülki Prosessual Məcəllənin 372-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin normaya əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri çərçivəsində yoxlasa da, maddi və prosessual hüquq normalarının düzgün tətbiqini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaq səlahiyyətinə malikdir. Bu hüquqi yanaşma həmçinin Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında da təsbit olunmuşdur. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında nikah münasibətlərinə xitam verildikdən sonra azyaşlı uşaqlar analarının yanında qalmış və onların saxlanılması üçün iddiaçıdan sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilmiş, sonradan isə həmin məbləğ qanunvericiliyə uyğun olaraq indeksasiya olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik baş verdikdə alimentin məbləği məhkəmə qaydasında dəyişdirilə bilər. Bu norma aliment öhdəliyinin dinamik xarakter daşıdığını və konkret hallardan asılı olaraq yenidən qiymətləndirilməli olduğunu nəzərdə tutur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının maddi vəziyyətini qiymətləndirərkən onun rəsmi gəliri barədə təqdim olunmuş sübutları, yəni aylıq 450 manat əmək haqqı almasını nəzərə almaqla düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə alimentin indeksasiya nəticəsində əhəmiyyətli dərəcədə artmasını və bunun iddiaçının real maliyyə imkanları ilə uyğunsuzluq təşkil etməsini nəzərə alaraq alimentin müəyyən həddə qədər azaldılmasını əsaslı hesab etmişdir. Bununla belə, kollegiya iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə razılaşmır. Belə ki, iddiaçı alimentin daha da azaldılaraq minimum əmək haqqının 0,35 mislinə endirilməsini tələb etsə də, onun maddi vəziyyətinin bundan daha aşağı həddə aliment ödəməyə imkan vermədiyini təsdiq edən əlavə və mötəbər sübutlar təqdim olunmamışdır. Digər tərəfdən, cavabdeh tərəfin apellyasiya şikayətində iddiaçının faktiki gəlirinin rəsmi göstəriləndən xeyli yüksək olması, qeyri-rəsmi gəlirlər əldə etməsi, həmçinin uşaqların xəstəlikləri ilə bağlı əlavə xərclərin mövcudluğu kimi hallar göstərilmişdir. Lakin kollegiya qeyd edir ki, iddiaçının əlavə gəlirlər əldə etməsi ilə bağlı cavabdehin arqumenti iddia xarakterli olmaqla yanaşı, iş materiallarında həmin iddiaları təsdiq edən yetərli və etibarlı sübutlar mövcud deyildir. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində uşaqların xəstəlikləri ilə bağlı əlavə xərclərin mövcudluğu barədə dəlillərinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Normanın məzmunundan göründüyü kimi, uşaqların xəstəlikləri ilə əlaqədar yaranan əlavə xərclər aliment öhdəliyinin tərkib hissəsi kimi deyil, ayrıca hüquqi institut kimi qiymətləndirilir və bu cür xərclərin ödənilməsi məsələsi müstəqil tələb predmeti olmaqla ayrıca məhkəmə baxışının predmetini təşkil edir. Bu səbəbdən, cavabdehin qeyd etdiyi hallar mövcud mübahisə çərçivəsində aliment məbləğinin artırılması üçün birbaşa əsas kimi qəbul edilə bilməz və həmin tələblər yalnız ayrıca iddia qaydasında irəli sürülərək məhkəmə tərəfindən qiymətləndirilə bilər. Kollegiya xüsusi olaraq vurğulayır ki, aliment mübahisələri üzrə işlərdə əsas meyar uşaqların mənafeyinin təmin olunmasıdır. Bu prinsip həm milli qanunvericilikdə, həm də beynəlxalq hüquq normalarında (xüsusilə uşaqların hüquqlarının müdafiəsinə dair ümumi prinsiplərdə) öz əksini tapmışdır. Uşaqların sağlam inkişafı, tibbi təminatı və gündəlik ehtiyaclarının ödənilməsi üçün zəruri olan minimum maddi təminat səviyyəsi qorunmalıdır. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş minimum əmək haqqının 0,45 misli həddində aliment məbləği tərəflərin maddi vəziyyəti ilə uşaqların ehtiyacları arasında optimal balansı təmin edir. Həmin məbləğ bir tərəfdən iddiaçının ödəniş qabiliyyətini tam mümkünsüz etmir, digər tərəfdən isə uşaqların minimum zəruri ehtiyaclarının təmin olunmasına xidmət edir. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları düzgün qiymətləndirmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətlərində göstərilən dəlillər həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin maraqları arasında ədalətli balans yaratmışdır. Nəzərə alınmalıdır ki, alimentin məbləği real və icra edilə bilən olmalı, aliment ödəyən şəxsin faktiki gəlirinə və maddi imkanlarına mütənasib şəkildə müəyyən edilməlidir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmiş, işin faktiki halları düzgün müəyyən edilmiş və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı Xəlilzadə Kamran Lətif oğlu və cavabdeh Cavabdeh qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Xəlilzadə Kamran Lətif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-276/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-276/2026
08.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver