Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-279/2026 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Qadir oğlunun cavabdeh X1 qarşı “aliment” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı Qadir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İş materiallarından görünür ki, tərəflərin ##.##.2016-cı il təvəllüdlü X5, ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı Qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı Qadir oğlu ilə X1 arasında ##.##.2017-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış və 208№-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, ##.##.2016-cı il təvəllüdlü X5 və ##.##.2018-ci il təvəllüdlü X3 ataları İddiaçı Qadir oğlunun yanında, ##.##.2021-ci il təvəllüdlü X4 isə anası X1 yanında qalması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə həmçinin uşaqlardan birinin anası ilə, digərlərinin isə atası ilə qaldığı halda məhkəmə valideynlərdən qarşılıqlı qaydada alimentin tutulmasını məqsədəuyğun hesab etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı Qadir oğlu - cavabdeh X1 qarşı «aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ##.##.2016-cı il təvəllüdlü X5 və ##.##.2018-ci il təvəllüdlü X3 görə ayda hər uşağa 235 manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin və ödənilmiş mediasiya ilə bağlı 50 manat pul məbləğinin onun xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli Sabirabad rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, sonra Sabirabad rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş ##.##.2016-cı il təvəllüdlü X5 və ##.##.2018-ci il təvəllüdlü X3 onun himayəsində saxlanmışdır. Hazırda cavabdehlə nikahlarından doğulmuş hər iki uşağ onun himayəsindədir. Uşağlar artıq böyüyüblər və onların xərclərin tam qarşılaya bilmir. Ailə Məcəlləsində bir mənalı bildirilib ki, hər iki valideyn uşaqları saxlamaqa borcludurlar. Məcburiyyət qarşısından qalaraq uşaqlara aliment təyin edilməsi üçün cavabdehə məktub göndərilmiş, amma buna baxmayaraq, mediasiya sessiyasında alimentin ödənişləri ilə bağlı imtina edilmişdir. Bir sözlə cavabdeh qəsdən valideyin vəzifələrini icra etməkdən yayınır. Halbuki qanunvericiliyin tələbinə əsasən valideyinlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilir. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Nurəddin Bağırov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 112.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəsini almış ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı Qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin övladlarından ##.##.2016-cı il təvəllüdlü X5 və ##.##.2018-ci il təvəllüdlü X3 ataları İddiaçı Qadir oğlunun yanında, ##.##.2021- ci il təvəllüdlü X4 isə anası X1 yanında qalmışdır. Eyni zamanda həmin qətnamə ilə uşaqlardan birinin anası ilə, digərlərinin isə atası ilə qaldığı halda məhkəmə valideynlərdən qarşılıqlı qaydada alimentin tutulmasını məqsədəuyğun hesab etməmişdir. Tərəflər məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq həmin qətnamədən şikayət verməmişlər. Göründüyü kimi istinad edilən qətnamə ilə uşaqlardan birinin anası ilə, digərlərinin isə atası ilə qaldığı halda məhkəmə valideynlərdən qarşılıqlı qaydada alimentin tutulmasını məqsədəuyğun hesab etməmiş, iddiaçı İddiaçı Qadir oğlu qətnamənin həmin nəticəsi ilə razılaşaraq həmin qətnamədən apellyasiya şikayəti verməmiş, eyni zamanda on aydan sonra «aliment tələbi» barədə iddia qaldırmışdır, halbuki hazırda da X1 maddi vəziyyətində kəskin artımla bağlı dəyişiklik baş verməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı Qadir oğlu apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, işin faktiki hallarına birinci insatansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir. Əksinə işə baxan məhkəmə cavabdehin istəyinə və arzusuna uyğun qətnamə qəbul edilmişdir. Başa düşə bilmir ki, məhkəmə hansı aspektdən yanaşma edir və aliment təyin etmir. Halbuki, məhkəmə qətnaməsinə əsasən onun himayəsində iki uşaq saxlanılıb artıq uşaqlar böyümüşlər. O, müəyyən maddi çətinliklərlə üzləşir. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Bir ana kimi işləyib aliment ödəyə bilər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı İddiaçı Qadir oğlu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Maddə 75.4 valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından müəyyən edilir ki, tərəflərin birgə nikahından üç övladları vardır. Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, qanuni qüvvəsini almış qətnaməsi ilə nikahın pozulması, uşaqlardan ikisinin atanın, birinin isə ananın himayəsində qalması müəyyən edilmişdir. Həmin məhkəmə aktı ilə həmçinin tərəflər arasında uşaqların yaşayış yerinin bölgüsü nəzərə alınaraq qarşılıqlı alimentin tutulması məqsədəuyğun hesab edilməmiş, beləliklə, ailə münasibətlərinin həmin mərhələdə mövcud faktiki vəziyyətə uyğun hüquqi tənzimi aparılmışdır. Qeyd olunan qətnamə tərəflər tərəfindən mübahisələndirilməmiş və qüvvəyə minmişdir. Bu hal hüquqi müəyyənlik prinsipinin (res judicata) tətbiqini şərtləndirir. Hazırkı iş üzrə iddiaçı İddiaçı Qadir oğlu cavabdeh X1 iki uşağın saxlanılması üçün aliment tutulmasını tələb etmişdir. Apellyasiya şikayətində iddiaçı əsasən bu hallara istinad etmişdir: birinci instansiya məhkəməsinin işin faktiki hallarına düzgün qiymət verməməsi, qətnamənin cavabdehin mövqeyinə uyğun qəbul edilməsi barədə subyektiv iddia, maddi çətinliklərin mövcudluğu, valideynlərin uşaqları saxlamaq vəzifəsinin ümumi xarakter daşıması, cavabdehin işləmək imkanı olduğu halda aliment ödəməli olması. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər ümumi xarakterli olmaqla hüquqi nəticə doğuran konkret faktlarla və sübutlarla təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə apellyasiya şikayətində göstərilən halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Subyektiv narazılıq və məhkəmənin “cavabdehin istəyinə uyğun qərar qəbul etməsi” barədə iddialar hüquqi dəlil hesab edilmir və məhkəmə aktının qanuniliyinin mübahisələndirilməsi üçün əsas yarada bilməz. Sabirabad Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə artıq uşaqların yaşayış yerləri və valideynlər arasında vəzifə bölgüsü müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra eyni hüquqi münasibət üzrə yeni iddianın irəli sürülməsi yalnız o halda mümkün ola bilər ki, əvvəlki qərarın əsaslandığı faktiki və hüquqi şəraitdə əhəmiyyətli dəyişiklik baş versin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarı və ya qaydası yalnız tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olduqda məhkəmə tərəfindən dəyişdirilə bilər. Lakin hazırki işdə isə iddiaçı tərəfindən belə dəyişikliklərin mövcudluğu sübuta yetirilməmişdir. Xüsusilə, iddiaçının əvvəlki maddi vəziyyətinin dəyişməsi (əvvəl işlədiyi vəzifədən hazırda çıxması və ya əvvəlki qazancından hazırdа məhrum olması), cavabdehin maddi vəziyyətində ciddi və davamlı yaxşılaşma (əmək haqqının əvvəlkindən fərqli olaraq artması və ya yeni gəlir mənbəyinin yaranması), uşaqların saxlanılması yükünün dəyişməsi və ya əvvəlki məhkəmə aktının əsaslandığı halların mahiyyətcə dəyişməsi müəyyən edilməmişdir. Beləliklə, yeni iddia əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hüquqi vəziyyəti dəyişdirməyə yönəldiyindən, hüquqi sabitlik və məhkəmə qərarlarının məcburiliyi prinsipləri ilə ziddiyyət təşkil edir. Nəzərə alınmalıdır ki, hüquqi sabitlik prinsipi (res judicata və hüquqi müəyyənlik ideyası) məhkəmə qərarlarının qüvvəyə mindikdən sonra dəyişdirilməzliyini və hüquq münasibətlərinin artıq müəyyən edilmiş nəticələrə uyğun olaraq sabit şəkildə tənzimlənməsini nəzərdə tutur. Bu prinsipə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə məhkəmə tərəfindən təsdiqlənmiş hüquqi münasibət eyni tərəflər arasında eyni predmet və eyni əsas üzrə yenidən mübahisələndirilə bilməz, çünki bu, həm məhkəmə hakimiyyətinə inamı sarsıdır, həm də hüquqi münasibətlərdə qeyrimüəyyənlik yaradır. Hüquqi sabitlik yalnız fərdi işin yekunlaşmasını deyil, həm də ümumi hüquq sistemində proqnozlaşdırıla bilənlik, qərarların icraolunma məcburiliyi və məhkəmə müdafiəsinin effektivliyini təmin edən fundamental hüquqi dəyər kimi çıxış edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı Qadir oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-279/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-279/2026
08.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver