Məhkəmə qərarları › İş №2(3-9)-301/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-301/2026

03.06.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-301/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Biləsuvar rayon Əsgərabad kənd bələdiyyəsinə qarşı “ödənilməmiş əmək haqqının və gecikməyə görə dəbbənin tutularaq ödənilməsi" tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Biləsuvar rayon Əsgərabad kənd Bələdiyyəsinin sədri Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları Aşağı Cürəli-Muğan bələdiyyəsinin ## ###### 2025-ci il tarixə əmək haqqı və son haqq-hesab borcu barədə cədvəlin surətindən görünür ki, iddiaçı İddiaçı vəzifəsi məsləhətçi-menecment, əmək haqqı və son haqq-hesab borcu isə 815.50 (səkkiz yüz on beş manat əlli qəpik) manat təşkil edir. Biləsuvar * saylı Mediasiya Təşkilatının ## ######## 2025-ci il tarixli, MŞB/MT057- ****-***** saylı arayışının surətindən görünür ki, iddiaçı İddiaçı mediasiya prosesində iştirak etmiş, lakin cavabdeh Cavabdeh mediasiya prosesinə gəlməmişdir. Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsinin ## #### 2023-cü il tarixli işə qəbul barədə ** nömrəli əmrin surətindən görünür ki, İddiaçı ## #### 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə əsasən məsləhətçi-menecment vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olan “mygov” electron portalından çıxarışdan görünür ki, ******* fin kod nömrəsi olan olan, İddiaçı Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə bağladığı ## #### 2023-cü il tarixli müddətsiz əmək müqaviləsinə əsasən məsləhətçi-menecment vəzifəsinə təyin edilmiş, əmək haqqı 450 (dörd yüz əlli) manat məbləğindədir. Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyə və məcəllələrin həlli üçün “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il ## ####### tarixli **-VIIQ nömrəli qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli 13 a nömrəli sərəncamının icrası ilə əlaqədar təhvil-təslim aktının surətindən görünür ki, Aşağı Cürəli-Muğan bələdiyyəsinə aid olan sənədlər Əsgərabad bələdiyyəsinə təhvil verilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ** nömrəli əmr ilə ## #### 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə əsasən Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsinə məsləhətçimenecment vəzifəsinə təyin edilmişdir. ## ######## 2025-ci il tarixli, AZ****/********** nömrəli poçt-teleqramın surətindən görünür ki, İddiaçı Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsinə ona olan qalıq əmək haqqı borcunun verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı məxsus olan hesaba Əsgərabad bələdiyyəsi tərəfindən ## ######## 2025-ci il tarixdə 315 (üç yüz on beş) manat ödəniş edilmişdir. “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il ## ####### tarixli **-VIIQ nömrəli qanunundan çıxarışının 15.4-cü bəndindən görünür ki, Biləsuvar rayonu üzrə Aşağı Cürəli-Muğan, Əsgərabad və Yuxarı Ağalı bələdiyyələrinin əhatə etdiyi Aşağı Cürəli, Əsgərabad, Muğan və Yuxarı Ağalı kəndlərində Əsgərabad bələdiyyəsi yaradılmışdır. Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Biləsuvar rayon Əsgərabad kənd bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqı olan 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) manatın və gecikmiş hər gün üçün 1% dəbbə pulu əsasında hesablanmış 1655,50 (min altı yüz əlli beş manat əlli qəpik) manat dəbbə pulunun ümumilikdə 2471 (iki min dörd yüz yetmiş bir) manatın ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddia ərizəsi belə əsaslandırılmışdır ki, o, fevral 2025-ci il tarix də daxil olmaqla Biləsuvar rayonu, Aşağı Cürəli-Muğan bələdiyyəsində məsləhətçimenecment vəzifəsində işləmişdir. Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyə və məcəllələrin həlli üçün “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il ## ####### tarixli **-VIIQ nömrəli qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli 13 a nömrəli sərəncamı ilə Biləsuvar rayonu, Aşağı Cürəli- Muğan bələdiyəsi ilə Əsgərabad bələdiyyəsi birləşmişdir və bundan sonra Əsgərabad bələdiyyəsi adlandırılmışdır. ## ###### 2025-ci il tarixdən Əsgərabad bələdiyyəsi yeni tərkibdə fəaliyyətə başlamışdır. Nümayəndə yenidən Əsgərabad bələdiyyəsinin sədri seçilmişdir. Əsgərabad bələdiyyəsi Aşağı Cürəli-Muğan bələdiyyəsinin hüquqi varisi olmuşdur. Iddiaçı bildirir ki, ## ##### 2025-ci il tarixdə keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə Əsgərabad bələdiyəsi arasında təhvil-təlim işləri tam başa çatmışdır. ## #### 2025-ci il tarixə ona 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) ödənilməmiş əmək haqqı borcu qalmışdır. Bu barədə bələdiyyəyə etdiyi müraciətlər cavabsız qaldığından əmək haqqının ödənilməsi ilə əlaqədar etdiyi şifahi və rəsmi müraciətlərə Nümayəndə tərəfindən baxılmadığından o, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.1-ci maddəsinə əsasən mübahisənin mediasiya yolu ilə həll edilməsi məqsədi ilə qalıq əmək haqqının və gecikdirilmiş günlər üçün əlavə olaraq dəbbə (peniya) hesablanaraq verilməsinin tələbi əsasında Biləsuvar * saylı mediasiya təşkilatı vasitəsi ilə ## ######## 2025-ci il tarixdə Əsgərabad bələdiyəsinin sədri Nümayəndə təklif göndərmişdir. Keçən müddət ərzində Nümayəndə mediasiya vasitəsi ilə etdiyi təklifə öz münasibətini bildirməmişdir. O, 2025-ci ilin fevral ayının sonuna qədər keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsində bələdiyyə qulluqçusu vəzifəsində işləmiş və aylıq əmək haqqı 450 (dörd yüz əlli) manat olmuşdur. 2025-ci ilin fevral ayında bələdiyyələrin birləşməsi nəticəsində Əsgərabad bələdiyyəsi yaranmışdır. Lakin onunla əmək müqaviləsinə xitam verilməsi barədə heç bir əmrlə tanış edilməmişdir. Əmək kitabçasına işdən çıxması barədə qeyd yoxdur. Təhvil-təslim aktında isə onun şəxsi işi və əmək müqaviləsi yeni yaranmış Əsgərabad bələdiyyəsinə təqdim olunmuşdur. Buna baxmayaraq onun əmək haqqı tam ödənilməmişdir və ## ######## 2025-ci il tarixə mənə 815,50 (səkkiz yüz on beş manat, 50 qəpik) manat əmək haqqı borcu qalmışdır. Biləsuvar Rayon Məhkəməsinin (Hakim: Mədinə Rəsulova) e-*(***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 60, 125, 129-cu maddəsinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 6-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43, 156-cı maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 172, 154, 178ci maddəsi Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 119-cu maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, cavabdeh tərəfin iddiaçıya 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) manat məbləğində əmək haqqı borcu yaranmış, bu borcun yalnız bir hissəsi ödənilmiş, qalan hissə isə ödənilməmişdir. Cavabdeh bu halı təkzib edən hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının ödənişsiz qalmış əmək haqqının tutulmasına dair tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarda işçiyə hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1 faizi məbləğində dəbbə ödənilməlidir. Bu norma imperativ xarakter daşıyır. Hesablamaya əsasən 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) manat əsas borc üzrə 208 (iki yüz səkkiz) gün üçün dəbbə məbləği 1696,24 manat təşkil edir. Iddiaçı tərəfindən tələb edilən 1655,50 manat dəbbə məbləği məhkəmə tərəfindən hesablanmış məbləğdən azdır və qanunla mümkün olan hədd daxilindədir. Cavabdeh dəbbənin hesablanmasını istisna edən və ya azaldan hər hansı hüquqi əsas və ya sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində göstərmişdir ki, ## ###### 2025-ci il tarixdən Əsgərabad bələdiyyəsi yeni tərkibdə fəaliyyətə başlamış və iddiaçı İddiaçı isə o zaman X1 bələdiyyəsində bələdiyyə qulluqçusu vəzifəsində işləmiş, Əsgərabad bələdiyyəsinəişçi kimi əmək müqaviləsi bağlanmamış, Əsgərabad bələdiyyəsində yeni tərkibdə hər hansı bir vəzifəyə təyin olunmamışdır. Vəzifəyə təyin olunması barədə əmr olmamış, iddiaçı ilə əmək müqaviləsi bağlanmamışdır. Qeyd etdiyim kimi iddiaçı ilə əmək müqaviləsi olmadan, hətta iddiaçının adı vəzifəsi barədə DSMF bəyannamədə işçi kimi qeyd olunmadığı halda necə olur ki, məhkəmə bunu elketron sistemdə onun işi barədə ilkin məlumatı aradırmadan birbaşa ona qarşı qərəzli olaraq iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Onun m iddiaçı ilə hər hansı bir əmək münasibətlərində olmadığı halda ona qarşı qaldırılmış iddia tələbinin əsası belə yaranmır. Məhkəmə ilkin olaraq iddiaçının ona qarşı olan tələbinin subyektiv hüququn olub-olmamasını araşdırmalı olduğu halda bunu etməmişdir. Məhs buna görə də məhkəmə tərəfindənmənə qarşı olan əmək haqqının və ona gecikdirilmiş dəbbə pulunun tutulmasını əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli 13 a nömrəli sərəncamının icrasıilə əlaqədar təhvil-təslim aktının surətindən görünür ki, Aşağı Cürəli- Muğanbələdiyyəsinə aid olan sənədlər Əsgərabad bələdiyyəsinə təhvil verilməsini məhkəmə formal qeyd etməklə kifayətlənmişdir. Sənədlərin təhvil verilməsi, işçinin təhvil verilməsi deyil. Bələdiyyə sədri kimi iddiaçını əvvəl işlədiyi vəzifədə olan nə işlə təmin etmiş, nə də onunla əmək müqaviləsi bağlanmış, nə də iddiaçının işlədiyi və tələb etdiyi məsləhətçi-menecment vəzifəsi(ştat) sədr olduğu Əsgərabad bələdiyyədə mövcud deyildir. Belə olan halda, onun təmsil etdiyi bələdiyyədə iddiaçının işlədiyi məsləhətçi menecment vəzifəsi(ştat) olmadığı halda və ona aid olmayan işçinin, yəni iddiaçının zamanında çalışdığı bələdiyyədə ala bilmədiyi əmək haqqın və son haqq-hesab üzrə yaranmış borcun və həmin borc üzrə gecikdirilmiş günlərin dəbbə pulunu hesablamaqla ondan tutulmasını qanunazidd hesab edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş, qeyd olunmuşdur ki, cavabdehin apellyasiya şikayətini maddi və prosessual hüquq normalarına uyğun deyildir və aşağıda göstərdiyi səbəblərdən əsassızdır. Azərbaycan Respublikası MPM-nin tələbinə əsasən məhkəmə sübutları öz daxili inamına əsasən obyektiv və hərtərəfli araşdırma nəticəsində qiymətləndirmişdir. Məhkəmə bank köçürmə sənədlərini, ödəniş məbləğini, tərəflərin izahatlarını tam araşdırmış və ödənilmiş məbləğin (315 manat) ümumi borcdan çıxılaraq 2156 manat düzgün hesablanmışdır. Apellyasiya şikayətində “şəxsi vəsaitlə ödəniş” barədə iddia sübutlarla təsdiq olunmamışdır. MPM-nin müvafiq maddələrinə görə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Cavabdeh şəxsi vəsait iddiasını sübut edə bilməmişdir. 315 manat məbləğində ödəniş Bələdiyyənin rəsmi bank hesabından rəsmi köçürmə yolu ilə poçt şöbəsində olan kart hesabına köçmüşdür. Bu halda həmin məbləğ hüquqi baxımdan Bələdiyyə öhdəliyinin qismən icrası hesab olunur. Sonradan bu ödənişi “şəxsi vəsait” kimi təqdim etmək hüquqi nəticə doğurmur və iş materialları ilə təkzib olunur. Apellyasiya şikayətində cavabdehin guya qərarın Bələdiyyəyə yox onun sədrinə qarşı çıxarılaraq yaranmış borcun “hesablanaraq məndən tutulmasını qanuna zidd hesab edirəm” deməsi absurddur. Cavabdeh elə başa düşür ki, Bələdiyyə onun şəxsi mülkiyyətidir və Bələdiyyə büdcəsində olan vəsait onun şəxsi vəsaitidir (6-cı bənd 4-cü vərəqə bax). Halbuki qətnamədə açıq şəkildə 2156 manat vəsaitin Əsgərabad Bələdiyyəsi tərəfindən ödənilməsi barədə qərar verilmişdir. Bələdiyyə hüquqi şəxsdir və əmək münasibətlərindən irəli gələn öhdəlikləri hüquqi şəxsə aiddir. Birinci instansiya Məhkəməsinin qərarı Azərbaycan respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən tam qanuni və sübutlara əsaslanaraq qəbul edilmişdir. Yuxarıda göstərilənləıri və MPM-nin müvafiq maddələrini rəhbər tutaraq cavabdehin apellyasiya şikayəti təmin edilməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. Insan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, Iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Eyni Məcəllənin 83.2 və 172.4-cü maddələrinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 109. Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası tərəflərin izahatını dinləyib, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya ilk olaraq bildirir ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; Işin müəyyən olunmuş hallarına əsasən, iddiaçı İddiaçı ## #### 2023-cü il tarixdə Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən məsləhətçimenecment vəzifəsində işə qəbul edilmişdir. Iddiaçının aylıq əmək haqqı 450 manat təşkil etmişdir; Iddiaçı 2025-ci ilin fevral ayının sonunadək faktiki olaraq bələdiyyədə işləmişdir; Iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə qanunla müəyyən edilmiş qaydada hər hansı əmr təqdim edilməmiş, əmək kitabçasına işdən çıxma barədə qeyd aparılmamışdır; Bələdiyyələrin birləşməsi nəticəsində yaradılmış Biləsuvar rayonu Əsgərabad kənd bələdiyyəsi keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin hüquqi varisi olmuşdur; Təhvil-təslim aktına əsasən iddiaçının şəxsi işi və əmək müqaviləsi yeni yaranmış Əsgərabad kənd bələdiyyəsinə təqdim edilmişdir; Cavabdeh tərəfin iddiaçıya ## #### 2025-ci il tarixə 815,50 manat məbləğində ödənilməmiş əmək haqqı borcu yaranmışdır; Cavabdeh tərəfindən həmin borcun 315 manat hissəsi ## ######## 2025-ci il tarixdə qismən ödənilmişdir; Cavabdeh iddiaçıya əmək haqqının tam ödənildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar onun həmin tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsinin bu tələb üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, əmək haqqı ## #### 2025-ci il tarixdən etibarən ödənilməmiş və ## ######## 2025-ci il tarixədək gecikdirilmişdir (iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən günədək). Gecikmə müddəti 208 (iki yüz səkkiz) gün təşkil etmişdir. Hesablamaya əsasən 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) manat əsas borc üzrə 208 (iki yüz səkkiz) gün üçün dəbbə məbləği 1696,24 manat təşkil edir. Iddiaçı tərəfindən tələb edilən 1655,50 manat dəbbə məbləği məhkəmə tərəfindən hesablanmış məbləğdən azdır və qanunla mümkün olan hədd daxilindədir. Hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələb 815,50 (səkkiz yüz on beş manat əlli qəpik) manat ödənilməmiş əmək haqqının və 1 655,50 (min altı yüz əlli beş manat əlli qəpik) manat dəbbə pulunun tutulmasından ibarət olmuşdur. Iddiaçı İddiaçı ## ####### 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Əsgərabad kənd bələdiyyəsi tərəfindən ona ## ######## 2025-ci il tarixdə 2471 (iki min dörd yüz on beş) manat borcdan 315 (üç yüz on beş) manatı ödənilmişdir. Hazırda cavabdehin ona 2156 (iki min yüz əlli altı) manat dəbbə pulu ilə birlikdə əmək haqqı borcu var. Buna görə də İddiaçı ödənilməmiş əmək haqqı qismində 500 (beş yüz) manat, ## #### 2025-ci il tarixdən etibarən ödənilməmiş və ## ######## 2025-ci il tarixədək gecikdirilmiş dəbbə pulu üçün 1656 (min altı yüz əlli altı) manat olmaqla, ümumilikdə 2156 (iki min yüz əlli altı) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən tərəfindən hesablanmaqla iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Beləliklə, kollegiya, iddiaçının “əmək haqqı və əmək haqqı verilməsinin gecikdirildiyi hər gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində cərimənin ödənilməsi” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır: Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və bununla əlaqədar aşağıdakıları qeyd edir. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə hər hansı bir əmək münasibətlərində olmadığı halda ona qarşı qaldırılmış iddia tələbinin əsasının belə yaranmadığını göstərsə də, işin halları ilə bu təkzib olunur. Belə ki, iddiaçı İddiaçı Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən məsləhətçi-menecment vəzifəsində işə qəbul edilsə də, sonradan Bələdiyyələrin birləşməsi nəticəsində yaradılmış Biləsuvar rayonu Əsgərabad kənd bələdiyyəsi keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin hüquqi varisi olmuşdur. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən birləşən bələdiyyələrin hər birinin mülkiyyəti və onunla bağlı hüquqlar (vəzifələr) hüquq varisliyi qaydasında yeni yaradılmış bələdiyyəyə keçir. Yuxarıda şərh olunan mövqeyə uyğun olaraq kollegiya, iddia tələbinin ilə bağlı əlavə əsaslandırılma aparılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDI: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar