Məhkəmə qərarları › İş №2(3-9)-374/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-374/2026

14.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-374/2026 14.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı Allahverdi qızının və X4 iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı Allahverdi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxıb MÜƏYYƏN ETDİ: AZ-II № ****** saylı Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 ## ###### 2020-ci ildə İddiaçı Allahverdi qızından doğulmuş X5 atası hesab edilmişdir. AZ-II № ****** saylı Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 ## ####### 2021- ci ildə İddiaçı Allahverdi qızından doğulmuş X1 atası hesab edilmişdir. ## ###### 2026-cı il tarixli № **/Q-**/** saylı doğum haqqında arayışdan görünür ki, X6 ##.##.2020-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında X4, ana adı qrafasında isə İddiaçı Allahverdi qızı qeyd olunmuşdur. ## ###### 2026-cı il tarixli № **/Q-**/** saylı doğum haqqında arayışdan görünür ki, X2 ##.##.2021-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında X4, ana adı qrafasında isə İddiaçı Allahverdi qızı qeyd olunmuşdur. ##.##.2025-ci il tarixli MŞB/MT***/****-***** saylı arayışdan görünür ki, X4 ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı Allahverdi qızı ilkin mediasiya sesiyasında iştirak emiş, İddiaçı Allahverdi qızı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğdə mediasiya xərci ödəmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI : İddiaçı Allahverdi qızı X4 qarşı iddia ərizəsi ilə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları ##.##.2020-ci il təvəllüdlü X6 və ##.##.2021-ci il təvəllüdlü X2 üçün onlar yetkinlik yaşına çatana qədər onların hər biri üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,0 misli miqdarında olmaqla, ümumilikdə hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 2,0 misli miqdarında alimentin ödənilməsi, alimentin tutulmasının ##.##.2024-cü il tarixdən hesablanması, ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat və mediasiya xərci olaraq 50 manatın cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2019-cu il tarixdə Elməddinlə ailə qurmuşlar. Lakin nikahlarını rəsmi qeydə aldırmamışlar. Ailə qurduqdan sonra Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən Elməddinin valideynlərinə məxsus evdə Elməddinin valideynləri ilə birlikdə yaşamağa başlamışlar. Birgə nikahdan iki övladları doğulmuşdur: ##.##.2020-ci il tarixdə X6 və ##.##.2021-ci il tarixdə X2. Nikahları rəsmi olaraq qeyd edilməsə də, hər iki övladının atasının X3 olması qanunla nəzərdə tutulmuş qaydada müəyən edilmiş və bu barədə müvafiq olaraq ##.##.2023-cü il tarixli AZ-İ № ****** və ##.##.2023-cü il tarixli AZ-İ № ****** saylı Atalığın müəyyən edilməsi haqında Şəhadətnamə verilmişdir. İlk əvvəl münasibətləri normal olsa da, sonradan Elməddin və ailə üzvlərinin ona qarşı münasibəti pisləşmiş və mütəmadi olaraq heç bir səbəb olmadan onunla mübahisə yaratmışlar. Elməddin artıq onunla bir ailə kimi yaşamaq istəmədiyini bildirmişdir. ## ###### 2024-cü il tarixdə aralarında baş vermiş növbəti narazılıqdan sonra hər iki uşağını da götürüb ünvan 1 ünvanda yerləşən valideynlərinə məxsus evə gəlmişdir. Həmin vaxtdan qeyd edilən evdə valideynləri ilə birlikdə yaşayır. Ötən bir il ərzində dəfələrlə Elməddindən uşaqlarının saxlanması üçün vəsait istəmiş, Elməddin uşaqlarının saxlanması üçün maddi yardım göstərəcəyini vəd versə də, heç bir yardım göstərməmişdir. Bu vaxt ərzində uşaqları onun himayəsində qalmış, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. O, bir ata kimi uşaqlarının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmamış, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarmış və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etmir. Uşaqları kiçik yaşlı olduqlarından və onlara baxa biləcək başqa adam olmadığından işləyə bilmir. Hazırda uşaqlarını saxlamaqda maddi cəhətdən çox çətinlik çəkir. Hal-hazırda onların bütün maddi xərclərini valideynləri çəkir və onların himayəsində yaşayır. Uşaqlarının maddi ehtiyaclarını ödəməsi üçün Elməddinin maddi imkanı yaxşı olsa da, ondan qərəzli olduğuna görə uşaqlarına maddi köməklik göstərmir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddia qismən təmin edilərək İddiaçı Allahverdi qızı ilə X4 birgə nikahlarından ##.##.2020-ci il tarixdə doğulmuş X6 və ##.##.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə minimum əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli miqdarında sabit pul məbləğində alimentin X4 alınaraq İddiaçı Allahverdi qızına verilməsi, alimentin tutulmasının ##.##.2025-ci il tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: İddiaçı Allahverdi qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 tutulmalı olan alimentin miqdarını hər ay minimum əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli miqdarında sabit pul məbləğində müəyyən edərkən, alimentin məbləğini çox aşağı təyin etmişdir. Əgər məhkəmə hər uşağa görə hər ay minimum əmək haqqı məbləğinin 0,43 misli miqdarında müəyyən etmişdirsə, sadə hesablama ilə bu bir uşağa görə aylıq 172 manat edir. Bu isə bir uşağın saxlanması üçün zəruri olan məbləğdən çox aşağıdır. Nəzərə alsaq ki, uşaqlar kiçik yaşlı olduqlarına görə heç bir yerdə işləyə bilmir. Bundan başqa, ümumiyyətlə qətnamədən məhkəmənin hər iki uşağa görə hər ay minimum əmək haqqı məbləğinin 0,43 (sıfır tam yüzdə qırx üç) misli miqdarında, yaxud hər uşağın hər birinə görə ayrılıqda hər ay həmin məbləğdə müəyyən etməsi aydın deyil. Bundan başqa, iki uşağa görə cavabdehdən alimentin tələb olunması barədə hüquqi vəziyyətləri və digər halları eyni olan başqa bir iş üzrə Biləsuvar Rayon Məhkəməsinin e-*(****)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsində cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində (2026-cı il üçün aylıq 232 manat) sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırkı işdə iddia üzrə məhkəmənin alimentin məbləğinin niyə belə əhəmiyyətli şəkildə az təyin etməsinin izahı (əsası) yoxdur. Həm 60 manat mediasiya xərclərini, həm də dövlət rüsumuna görə 50 manat ödəmiş olsa da, birinci instansiya məhkəməsi qanunun həmin maddəsinin tələbini pozaraq, dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməmişdir. T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ: İddiaçı Allahverdi qızı məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda təyin olunmuş 172 manat məbləğdə aliment iki azyaşlı uşağın saxlanılması üçün kifayət etmir. Qeyd olunan məbləğ uşaqların qida, geyim və təhsil xərclərini qarşılamır. Cavabdehin maddi imkanı yüksəkdir. Bakıda usta kimi fəaliyyət göstərir və gəliri yüksəkdir. Həmçinin onun əmlakları evləri və avtomobilləri mövcuddur. Uşaqların saxlanılması üçün alimentin artırılmasını tələb edir. Hazırda azyaşlı uşaqların olması səbəbindən işləyə bilmir. Biləsuvar rayonunda atası ilə birlikdə yaşayır, atası infarkt keçirmiş və yataq xəstəsidir. Qardaşının isə öz ailəsi olduğundan əlavə maddi dəstək göstərmək imkanı yoxdur. Kirayə mənzilə köçməsi belə mövcud aliment məbləği ilə mümkün deyil. Bu şəraitdə uşaqların normal təminatını həyata keçirə bilmir və işləmək imkanı yalnız uşaqlar böyüdükdən təxminən 10 yaşdan sonra mümkün ola bilər. X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda 4-5 aydır işsizdir. Əvvəllər tikinti sahəsində fəhlə kimi çalışmış, lakin hazırda rəsmi gəliri yoxdur. Uşaqların saxlanılması üçün hazırda təyin edilmiş alimenti belə ödəməkdə çətinlik çəkir. İddiaçı ilə təxminən 4-5 il birlikdə yaşadıqları dövrdə uşaqları maddi cəhətdən təmin edə bilirdi, çünki həmin vaxt Azərbaycan hüdudlarından kənarda – Qazaxıstan, Rusiya və İranda tikinti sahəsində işləmiş və aylıq 1400-1500 manat gəliri olmuşdur. 2024-cü ilə qədər mütəmadi olaraq xaricdə olmuşdur. Həmin dövrdə işəgötürən tərəfindən əlavə xərclər də qarşılanırdı. Hazırda isə psixonevroloji dispanserdə qeydiyyatda olması səbəbindən rəsmi işlə təmin edilmir. Uşaqların saxlanılmasının borcu olduğunu qəbul edir, lakin mövcud vəziyyətdə aliment məbləğinin artırılması halında onu ödəmək imkanı yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı Allhverdi qızının apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. ## ###### 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (## ######## 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Habelə “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı hər ay hər uşağa görə minimum əmək haqqının 0,43 misli miqdarında müəyyən edilmişdir ki, bu uşaqların üstün mənafeyinə uyğun deyildir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə tərkibi xüsusilə qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən yetkinlik yaşına çatmayan uşaqların mənafeləri, yəni onların azyaşlı olmaqla müəyyən tələbatlarının olması, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması, iddiaçı ananın özünün də uşaqlarını saxlamaq vəzifəsinin olması və sair diqqətəlayiq halların nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə alimentin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2020-ci il təvəllüdlü X6 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla X4 İddiaçı Allahverdi xeyrinə hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti X4 tutularaq İddiaçı Allahverdi qızına ödənilməli, digər məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi alimentin məbləği hissədə dəyişdirilsin. ##.##.2020-ci il təvəllüdlü X6 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla X4 İddiaçı Allahverdi xeyrinə hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti X4 tutularaq İddiaçı Allahverdi qızına ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar