Məhkəmə qərarları › İş №2(3-9)-379/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-379/2026

02.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-379/2026 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh Cavabdeh X2rşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 (yüz min) manat, hüquqi yardıma görə ödənilən 300 manat, etibarnamə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 17 manat 25 qəpik olmaqla, ümumilikdə 100.317 (yüz min üç yüz on yeddi) manat 25 (iyirmi beş) qəpik məbləğində pulun cavabdeh Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Aytəkin Əliyeva) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı X1 həmin qərardaddan şikayət edərək Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, iddiaçı X1 cavabdeh Cavabdeh X2rşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilmiş məlumatlardan görünür ki, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinın hüquqi ünvanı Ağstafa rayonunda yerləşir. Cavabdehin hüquqi ünvanının olduğu yer Ağstafa rayonu olduğundan iddiaçının tələbinə ərazi aidiyyəti baxımından Biləsuvar Rayon Məhkəməsində baxıla bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.6-cı maddəsinə əsasən xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Hazırkı iş üzrə iddiaçı yalnız mənəvi zərərin ödənilməsi tələbi irəli sürmüşdür. İş materiallarından görünür ki, mərhum atanın ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi Biləsuvar rayonunda baş vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.6-cı maddəsinə əsasən, ziyan haqqında iddialar dedikdə həm maddi, həm də mənəvi ziyan nəzərdə tutulur. İş materiallarından görünür ki, yol-nəqliyyat hadisəsi Biləsuvar rayonunda baş vermişdir, buna görə işin mahiyyəti və aidiyyət baxımından Biləsuvar Rayon Məhkəməsində baxılması əsaslıdır. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının ailəni dolandıranın himayəsində olan şəxs olmadığı əsasına istinad edərək, işin Biləsuvarda baxıla bilməyəcəyini qeyd etmişdir. Lakin bu yanaşma yanlışdır. Çünki iddiaçının mərhumun himayəsində olub-olmaması və iddiasının əsaslılığı isə yalnız məhkəmə araşdırması zamanı müəyyən edilə bilərdi. Ona görə də məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən şikayət təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilməli, iddiaçı X1 cavabdeh Cavabdeh X2rşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh edilənlərə əsasən və MPM-in 35, 36, 40, 45-ci və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDI: İddiaçı X1 tərəfindən verilmiş şikayət təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. İddiaçı X1 cavabdeh Cavabdeh X2rşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar