Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-515/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Imişli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı X3 cavabdeh Abbaslı Yusif Habil oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 nişan üzüyü brilliyant - 1200 manat, Ulduzlu brilliant sırğa üzük dəsti - 2800 manat, qolbaq - 1920 manat, boyunbağı - 800 manat, komplekt ağ qızıl dəst formasında üzük, qolbaq, boyunbağı və sırğalar 5950 manat, Nyx markalı fırça dəsti - 95 manat, Nyx markalı 3-lü allıq – 40 manat, Nyx markalı dodaq rəngləndirici – 30 manat, Nyx markal tonal krem - 45 manat, Versage markalı ətir - 300 manat, Mac markalı layner - 65 manat, Mac markalı tuj - 65 manat, Mac markalı qaş karandaşı - 65 manat, The Ordinary markalı üz lasyonu - 35 manat, The Ordinary markalı c vitamin serum - 35 manat, Bioderma təmizləyici losyonun - 60 manat, Huda beauty markalı bazası - 75 manat, Victorias secret markalı sprey - 75 manat, Consiler toofaced markalı gözaltı - 75 manat qeyd edilən və cavabdeh Cavabdeh tərəfindən götürülən ona məxsus qızılların qaytarılmasına, cavabdeh şəxsdə qaldığı müddətdə makyaj vasitələrinin başqası tərəfindən istifadə şübhəsi olduğundan və gigiyenik səbəbdən pul kompensasiyası verilməsinə və mediasiya, məhkəmə xərclərinin cavabdeh şəxsin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı Abbaslı Xanım Vasif qızının iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək Imişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin ##.##.2026 tarixli *(***)-***/**** saylı qərardadı ilə cavabdehin vəkili və nümayəndəsi Vəkil vəsatəti rədd edilmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ***/**** saylı qərardadından şikayət verərək ləğv edilməsini və apellyasiya şikayətinin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən ##.##.2026-cı il tarixində Imişli Rayon Məhkəməsinin 2(036)- ***/**** saylı ##.##.2025-ci il tarixli Qətnaməsindən apellyasiya şikayəti verilmişdir. ##.##.2026-cı il tarixli 2(036)- ***/**** saylı Qərardadla apellyasiya şikayəti geri qaytarılmışdır. Səbəb kimi şikayətin ünvanlandığı məhkəmənin adının WORD mətnində “BAKI APELLYASIYA MƏHKƏMƏSI” olaraq göstərilməsi qeyd olunmuşdur. Imişli Rayon Məhkəməsi tərəfindən vəkil qismində elektron kabinetə ##.##.2026-cı il tarixində əlavə edilib. Şikayətin qaytarılmasından da həmin gün xəbəri olmuşdur. Məlum olmuşdur ki,tərəflərindən texniki səhvə yol verilmişdir. Tərəfindən yol verilən qüsur dərhal aradan qaldırılmış, apellyasiya şikayəti təzədən təqdim edilmişdir. Lakin ##.##.2026-cı iltarixində apellyasiya şikayəti yenidən geri qaytarılmış və qeyd olunmuşdur ki, qanunvericiliklə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddət ötürülmüşdür. Bildirmək istəyir ki, ilk dəfə apellyasiya şikayəti ##.##.2026-cı il tarixində verilmişdir ki, həmin vaxt da müddət ötürülməmişdir. Tərəfinizdən qeyd olunan qüsurlar da tərəflərindən aradan qaldırılmış və apellyasiya şikayəti təzədən təqdim edilmişdir. Vəkil olaraq ##.##.2026-cı il tarixində elektron kabinetə əlavə edildiyindən, ##.##.2026-cı il tarixli Qərardadın qəbul edildiyindən də həmin vaxt xəbəri olmuş, 1 saat içərisində qüsur aradan qaldırılaraq apellyasiya şikayəti təzədən yüklənmişdir. Bildirmək istəyirlər ki, vəkil olaraq ## ###### 2026-cı il tarixində elektron kabinetə əlavə edildiyindən və apellyasiya şikayətindən həmin vaxt xəbərdar olduğundan təzədən ( 1 saat içərisində) apellyasiya şikayətin təqdim edilməsi zamanı prosessual müddətin ötürülmədiyi qənanətində olublar. Halbuki qərardad # ###### 2026-cı il tarixində qəbul edilmişdir. Hesab edir ki, daha tez ( müddət ötürülmədən) sistemə əlavə olunma halında prosessual müddətin ötürülməsi baş tutmayacaqdı. Bu halda apellyasiya şikayətinin verilməsi zamanı müddətin ötürülməməsi qənaətində olduqlarından, həm də qüsurun tez bir zamanda aradan qaldırılmasına istiqamətləndiklərindən müddətin bərpası ərizəsi verilməsi nəzərdən qaçırılmışdır. Imişli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə Imişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin rədd edilməsi, Imişli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 398.0.3-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası iş materiallarını, xüsusi şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini və əsaslılığını, habelə mülki prosessual qanunvericiliyin tələblərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il ## ###### və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli Qərarları). Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il ## ###### tarixli Qərarı). Iş materiallarından müəyyən olunur ki, Imişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən qanunla müəyyən olunmuş müddət ərzində – ##.##.2026-cı il tarixində apellyasiya şikayəti verilmişdir. Beləliklə, işin mübahisə doğurmayan halı ondan ibarətdir ki, cavabdeh tərəf qətnamədən şikayət vermək hüququndan qanunvericilikdə nəzərdə tutulmuş müddət daxilində istifadə etmiş, apellyasiya instansiyasına müraciət etmək iradəsini açıq və birmənalı şəkildə ifadə etmişdir. Lakin ##.##.2026-cı il tarixli qərardadla apellyasiya şikayəti geri qaytarılmış, geri qaytarılmanın əsası kimi apellyasiya şikayətinin mətnində ünvanlandığı məhkəmənin adının texniki olaraq “Bakı Apellyasiya Məhkəməsi” kimi göstərilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosessual qanunvericiliyin məqsədi prosessual formalizmin mütləqləşdirilməsi deyil, şəxslərin pozulmuş və ya mübahisələndirilən hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsidir. Prosessual normalar şəxsin məhkəməyə çıxış hüququnun həyata keçirilməsinə xidmət etməli, həmin hüququn həyata keçirilməsini əsassız olaraq çətinləşdirən vasitəyə çevrilməməlidir. Iş materiallarından görünür ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad elektron kabinetdə yerləşdirilmiş, vəkilin elektron kabinetə əlavə olunması isə ##.##.2026-cı il tarixində baş vermişdir. Bu hal “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən mövcud olan «Texniki əməliyyatlar» bölməsindən aydın görünür. Şikayətin dəlillərindən o da aydın olur ki, vəkil həmin tarixdə qərardaddan məlumat əldə etmiş və bundan dərhal sonra texniki nöqsanı aradan qaldıraraq apellyasiya şikayətini yenidən təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, ##.##.2026-cı il tarixindən ##.##.2026-cı il tarixinədək tərəfin kifayət qədər vaxtı olmuş, lakin həmin müddətdə nöqsanı aradan qaldırmaq üçün müraciət edilməmişdir. Kollegiya hesab edir ki, bu nəticə işin konkret hallarının tam və obyektiv qiymətləndirilməsinə əsaslanmır. Belə ki, prosessual müddətin bərpası məsələsi həll edilərkən yalnız formal təqvim hesablaması ilə kifayətlənməməli, məhkəmə tərəfin prosessual davranışını bütövlükdə qiymətləndirməli, müddətin ötürülməsinin səbəblərini, yol verilmiş nöqsanın xarakterini, tərəfin hüquqdan istifadə niyyətini, onun vicdanlı davranıb-davranmadığını, nöqsanın aradan qaldırılması istiqamətində operativ hərəkət edibetmədiyini və prosessual nəticənin şəxsin məhkəməyə çıxış hüququna təsirini nəzərə almalıdır. Hazırkı işdə cavabdeh tərəf ilkin apellyasiya şikayətini vaxtında təqdim etmiş, yəni prosessual hüquqdan istifadə etmək niyyətini lazımi qaydada ortaya qoymuşdur. Sonradan müəyyən edilmiş qüsur isə ağlabatan müddət daxilində aradan qaldırıldığından tərəfin şikayət vermək hüququndan imtina etməsi və ya prosessual hüquqlarından səhlənkar şəkildə istifadə etməsi kimi qiymətləndirilə bilməz. Əksinə, iş materialları göstərir ki, tərəf qüsur barədə məlumat əldə etdikdən sonra onu aradan qaldırmaq üçün hərəkətsiz qalmamış, dərhal yenidən apellyasiya şikayəti təqdim etmişdir. Qeyd olunan hal isə tərəfin prosessual hüquqlarından istifadə etməkdə maraqlı olduğunu, hüquqdan suiistifadə etmədiyini və prosessual davranışının vicdanlı xarakter daşıdığını göstərir. Kollegiya hesab edir ki, məhkəməyə çıxış hüququ yalnız formal şəkildə məhkəməyə müraciət imkanının mövcudluğu ilə məhdudlaşmır. Həmin hüquq real və effektiv xarakter daşımalıdır. Hazırkı vəziyyətdə prosessual müddətin ötürülməsi ağır və uzunmüddətli passiv davranış nəticəsində deyil, ilkin vaxtında verilmiş şikayətin texniki səbəbdən geri qaytarılması və sonradan həmin nöqsanın aradan qaldırılması prosesi ilə əlaqədar yaranmışdır. Bu baxımdan, müddətin bərpası institutunun tətbiqi üçün hüquqi əsasların mövcud olduğu qənaətinə gəlinir. Birinci instansiya məhkəməsi isə tərəfin ilkin müraciətinin vaxtında edilməsini, nöqsanın sonradan aradan qaldırılmasını və tərəfin operativ davranışını lazımi qaydada qiymətləndirməmiş, nəticədə prosessual müddətin bərpasından imtina etməklə tərəfin apellyasiya baxışına çıxış imkanını məhdudlaşdırmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, Imişli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ləğv edilməli, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməli və apellyasiya şikayətinə baxılması ilə bağlı sonrakı prosessual hərəkətlərin yerinə yetirilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X4rşı iş üzrə 1975-ci il ## ###### tarixli Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (§36). Məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (X8rşı iş üzrə 1985-ci il ## ### tarixli Qərar §57). Lakin qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X2rşı iş üzrə 1994-cü il ## ######## §65; Bellet Fransaya qarşı iş üzrə 1995-ci il # ###### tarixli §31 Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 2023-cü il # ####### tarixli Qərarında göstərmişdir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, iş üzrə Imişli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilməli, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməli, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən Imişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin MPM-in 398.0.3-sü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır.
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263-264, və 397-400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI: Şikayət təmin edilsin. Imişli Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Cavabdeh Abbaslı Yusif Habil oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən Imişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət təmin edilsin. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən Imişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.