Məhkəmə qərarları › İş №2(3-9)-516/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-516/2026

21.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-516/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli Rayon Məhkəməsinin *(***)-**/**** saylı qətnaməsinə əsasən övladı ##.##.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 (iki yüz) manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla 0,57 misillə indeksasiya olunmuş aliment məbləğinin azaldılaraq aylıq 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini, həmin aliment məbləğinin Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1411/2024 cü il tarixli qətnaməsi ilə digər övladı ##.##.2023-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment məbləği ilə eyni (bərabər) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ## ###### 2021-ci il tarixində rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan ##.##.2022-ci il təvəllüdlü X2 və ##.##.2023cü il təvəllüdlü X1 anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün cavabdehlə aralarında olan rəsmi nikah İmişli Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Ümumi olaraq qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1411/2024-cü il tarixli qətnaməsinə əsasən, övladı ##.##.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat aliment məbləği və digər övladı ##.##.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün isə İmişli Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsinə əsasən isə hər ay 200 (iki yüz) manat aliment müəyyən edilmiş, sonradan İmişli Rayon Məhkəməsinin *(***)-**/**** saylı qərardadına əsasən sonrakı artımlar nəzərə alınmaqla 0,57 misildə artım olması barədə qərar verilmişdir. Qeyd edir ki, hazırda aylıq rəsmi gəliri 400 (dörd yüz) manat təşkil edir. Bu məbləğ mövcud aliment öhdəliklərini tam şəkildə ödəməyinə imkan vermir. Əmək haqqının 90 (doxsan) manatı onun yol xərcinə gedir və bundan əlavə digər xərcləri də vardır. Ümumi iki uşaq üçün cəmi 300 (üç yüz) manat pul məbləğində aliment məbləğini ödəməyə imkanı çatır. Bu səbəbdəndə alimentin azaldılması üçün məhkəmə orqanlarına müraciət etməli olmuşdur. Həmçinin bildirir ki, bu məsələ ilə əlaqədar ilkin mediasiya sessiyasında da iştirak etmiş və mediator tərəfindən arayışı da verilmişdir. Birinci instansiya məhkəməsində icraat İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ilə (hakim Orxan Mahmud) iddia tələbi qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, İddiaçı tərəflərin birgə nikahından doğulmuş ##.##.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,375 misli həddində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: AA ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ##.##.1997-ci il tarixdə İmişli rayonunda doğulmuşdur. ## ###### 2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin ##.##.2026-cı il tarixli, ** nömrəli arayışdan görünür ki, İddiaçı ##.##.2022-ci il tarixdən müəssisədə Logistika və planlama departamentində yükləmə işçisi işləyir və aylıq əmək 400 (dörd yüz) manat təşkil edir. İmişli RİHB-nın Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026cı il tarixli, ** nömrəli arayışından görünür ki, İddiaçı Nizami adına kolxozda islahat gedən zaman torpaq payı düşməmişdir. İmişli Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh doğulmuş ##.##.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü onun xeyrinə cavabdeh İddiaçı hər ay 200 (iki yüz) manat sabit məbləğdə aliment tutulması, alimentin tutulmasının əvvəlinin ## ######## 2023cü il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən görünür ki, İmişli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ##.##.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin məbləği hissədə dəyişdirilməsi və İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(106)-1411 /**** nömrəli qətnaməsi ilə ##.##.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində indeksasiya olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, məhkəmə tərəfindən alimentin miqdarı hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının indeksasiya edildikdən sonra ailə və maddi vəziyyətində dəyişikliyin baş verdiyinə istinadən cavabdehin xeyrinə ondan tutulacaq alimentin miqdarının azaldılaraq hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh isə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin baş vermədiyini göstərərək iddianın rədd edilməsini istəyir. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara uyğun gələn iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin miqdarının dəyişdirilməsi (artırılarkən və ya azaldılarkən) barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Belə ki, ailə qanunvericiliyinin müddəaları təyin olunmuş aliment miqdarının tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilmə imkanını təsbit edir. Mövcud iş üzrə qiymətləndirmə apararkən diqqət yetirilməli olan əsas faktor iddiaçının və uşağın maddi vəziyyyətidir. Odur ki, iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2, 75.4, 73.1, 73.2, 76.1, 78.1, 99, 101.2, 107.2, 112.1-ci maddələri, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ## #### 2016-cı il tarixli Qərar, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8.13, 8.14cü bəndləri, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarının 8.4-1, 8.4-2-ci bəndləri, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarı, "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 82.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Uşağın minumum dolancaq məbləğindən az olmayan maddi təminat hüququnun olmasına baxmayaraq məhkəmə qanunsuz olaraq təyin olunmuş aliment alimentin məbləğini azaltmışdır. Maddi hüquq normalarının tələblərini birinci instansiya məhkəməsi pozaraq tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə almamış, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutmamışdır. Birinci instansiya məhkəməsi göstərilən maddi hüquq normasını tətbiq etsə də normanın tələblərini pozaraq valideynlərin və uşaqın ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə almamışdır. Qeyd edir ki, onun uşaqlarının hər ikisi əməliyyat olunmalıdır və buna görə həkimin rəyinə əsasən əməliyata qədər hər iki uşağa daimi müalicə lazımdır. Hazırda birinci instansiya məhkəməsi sözügedən iş üzrə hərtərəfli araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdir. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Konvensiyanın: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə tərkibi İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilmiş İmişli Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, İddiaçı tərəflərin birgə nikahından doğulmuş ##.##.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,375 misli həddində alimentin tutularaq Cavabdeh ödənilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli Rayon Məhkəməsinin *(***)-**/**** saylı qətnaməsinə əsasən övladı ##.##.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 (iki yüz) manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla 0,57 misillə indeksasiya olunmuş aliment məbləğinin azaldılaraq aylıq 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini, həmin aliment məbləğinin Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1411/2024 cü il tarixli qətnaməsi ilə digər övladı ##.##.2023-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment məbləği ilə eyni (bərabər) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsaslanır və alimentin dəyişdirilməsi yalnız tərəflərin maddi və ailə vəziyyətində real dəyişiklik olduqda mümkündür. Ali Məhkəmə Plenumunun mövqeyinə uyğun olaraq, alimentin dəyişdirilməsi barədə qərarlar qanuni qüvvəyə mindikdən sonra icra edilir. İş üzrə əsas meyar iddiaçının və uşağın maddi vəziyyəti olduğundan məhkəmə iddianın qismən təmin edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, tərəflərin birinci övladı olan ##.##.2022-ci il təvəllüdlü X2 üçün İmişli Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay 200 manat sabit məbləğdə aliment tutulması və bu öhdəliyin ##.##.2023-cü ildən hesablanması müəyyən edilmiş, həmin qətnamə apellyasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Digər övlad ##.##.2023-cü il təvəllüdlü X1 üçün isə sonradan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə hər ay 150 manat aliment müəyyən edilmiş, daha sonra bu məbləğ indeksasiya edilərək minimum əmək haqqının 0,43 misli həddində hesablanmışdır. Beləliklə, hazırkı vəziyyətdə tərəflərin hər iki övladı üzrə fərqli məbləğlərdə və müxtəlif qaydada müəyyən edilmiş aliment öhdəlikləri mövcuddur. Beləliklə iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından ibarətdir. Alimentin miqdarının dəyişdirilməsi növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin 112.1-ci mаddəsinə əsаsən аliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə bilər və yа аliment ödəməli оlаn şəxsi tərəflərin diqqətə lаyiq bаşqа mаrаqlаrını dа nəzərə аlmаqlа аliment ödəməkdən аzаd edə bilər. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, alimentin miqdarının azaldılması üçün qanuni əsas yoxdur. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iddiaçının gəlirinin az olması, onun qanunla müəyyən edilmiş uşaqlarının lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Yuxarıda şərh olunan qanunlara görə uşaqlar minimum səviyyədə deyil, lazımi səviyyədə saxlanılmalıdırlar. Bundan başqa məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarını azaldarkən maddi hüquq normalarını formal tətbiq etsə də, onların mahiyyətini və məqsədini düzgün qiymətləndirməmişdir. Belə ki, alimentin indeksasiyası digər uşağın mənafeyinin qorunması, onun yaşayış səviyyəsinin inflyasiya və iqtisadi dəyişikliklər fonunda pisləşməsinin qarşısının alınması məqsədilə həyata keçirilmişdir. Bu isə hüquqi baxımdan valideynin maddi vəziyyətinin pisləşməsi kimi qiymətləndirilə bilməz. Əks yanaşma, yəni bir uşağın mənafeyinin təmin edilməsi üçün həyata keçirilmiş indeksasiyanı digər uşağın təminatının azaldılmasına əsas kimi qəbul etmək, uşaqlar arasında əsassız fərqləndirməyə və onların bərabər müdafiə prinsipinin pozulmasına gətirib çıxarar. Bu baxımdan məhkəmə tərkibi belə qənaətə gəlir ki, alimentin azaldılması uşaqlarınhazırda X2 mənafeyinə zidd olmaqla, onun layiqli həyat səviyyəsinin təmin olunması prinsipini pozur. Yaranmış vəziyyətdə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin alimentin miqdarının dəyişdirilərək azaldılmasını qət edərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili kimi halları nəzərə almadan alimentin məbləğini azaltmaqda haqlı olmamışdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi qismən-iddianın təmin edilmiş İddiaçı tərəflərin birgə nikahından doğulmuş ##.##.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,375 misli həddində alimentin tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilməli, Həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi qisməniddianın təmin edilmiş İddiaçı tərəflərin birgə nikahından doğulmuş ##.##.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,375 misli həddində alimentin tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar