Məhkəmə qərarları › İş №2(3-9)-527/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-527/2026

01.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-527/2026 01.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cəlilova (Salahova) Xəyalə Əjdər qızının cavabdeh Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cəlilova (Salahova) Xəyalə Əjdər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahlarından doğulmuş ##.##.2022-ci il təvəllüdlü X2 üçün, yetkinlik yaşma çatanadək, cavabdeh Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aiiment tutulması, 50 manat mediasiya xərci və 320 manat vəkilə ödənilmiş məbləğin cavabdeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əiiyev Asif Eİbəy oğlu ilə ## #### 2021 - ci il tarixdə el adətinə uyğun toy etməklə evlənmişdir. O, cavabdehin yaşadığı Şirvan şəhəri, Naxçıvani küçəsi *** saylı ünvanda yerləşən evə gəlin köçmüş, həmin vaxt onun 18 yaşı olmadığından nikahlarını rəsmiləşdirməmişlər. 2021-ci ilin oktyabr ayında cavabdeh, sonuncunun anası və bacısı ilə aralarında söz-söhbət yaranmış və gəlin köçdüyü evi tərk etmək məcburiyyətində qalmışdır. O, atalığın müəyyən edilməsinə dair iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət edərək, ## ##### 2022-ci il təvəllüdlü oğlu Hüseyinin atasının Şirvan şəhəri, ünvan 3 ünvanda yaşayan və qeydiyyatda olan Cavabdeh olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Kürdəmir rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlə faktiki nikahlarından ## ##### 2022-ci il tarixdə doğulmuş X3 atasının Şirvan şəhəri, ünvan 1 ünvanda yaşayan və qeydiyyatda oian Cavabdeh olması müəyyən edilmişdir. Qətnamədən cavabdeh X1 apeliyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Kürdəmir rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, cavabdeh Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 300 manat sabit pul məbləğində alımentin tutulmasını xahiş etmişdir. Kürdəmir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş ## #### 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsində cavabdeh Salyan Regional Təhsil İdarəsində fiziki tərbiyə müəllimi vəzifəsində işləməklə 418,83 manat əmək haqqı aldığı istinad edilmiş və bu səbəbdən hər ay əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmuşdur. O, həmin qətnamədən apellyasiya şikayəti versədə, müddət keçdiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan başqa cavabdehin avtomobili vardır, cavabdeh rəsmi iş yeri olsa da, başqa gəlirləri olmaqla qazanc əldə edir. Məhkəmə qətnaməsi üzrə cavabdehin əmək haqqısından hər ay tutulma 91 manatdır. 2026-cı il üzrə yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsə də, 91 manat alimentlə uşağın saxlanması çətindir. Hesab edir ki, ##.##.2022-ci il təvəllüdlü X2 üçün, yetkinlik yaşına çatanadək, cavabdeh Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağ üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. O, Ağsu * saylı Mediasıya Təşkilatına müraciət edərək, "aliment tələbinə dair" mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmiş, o, mediasya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasıya sessiyasında iştirak etməmiş ona ilkin mediasıya sessiyasında iştirak edilməməsi bərədə arayış verilmiş, 50 manat mediasıya xərci onun tərəfindən ödənilmişdir. Hazırkı halda cavabdeh tərəfindən ona məxsus cehiz və qızıl zinyət əşyaları qəsdən hüququn pozulması və yaranan hüquqi mübahisə nəticəsində vəkil tutmaq və buna görə vəsait ödəmək zərurəti yaranmışdır. Bu səbəbdən hesab edir ki, hazırkı iddia ərizənin tərtibi və mülki iş üzrə məhkəmədə təmsil edilməsi məqsədilə onun tərəfindən vəkilə ödənilmiş 320 manat, mediasiya üçün ödənilmiş 50 manat cavabdeh Cavabdeh tutularaq ona ödənilməlidir. Ona görə də cavabdehdən aliment tələb etməyi qərara almışdır. Məhkəmə iclasında iddiaçı Cəlilova (Salahova) Xəyalə Əjdər qızının etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh yazılı etiraz təqdim edib, iddia tələbini qəbul etməyərək göstərdi ki, onun mülkiyyətində 1991-ci ilin istehsalı olan “VAZ 2106” markalı avtomobili vardır və həmin avtomobili 2013-cü iləd əldə etmişdir. Avtomobildən yalnız rəsmi iş yeri olan Salyan rayon Qaraqaşlı kənd orta məktəbinə gedib-gəlir. Aylıq əmək haqqı müqavilə üzrə 418,33 manat,aldığı əmək haqqı isə 360,97 manatdır.O, özü İ dərəcə şəkər xəstəliyindən əziyyət çəkir. Hər gün gündəlik 3 dəfə insulindən istifadə edir. Xəstəliyi ilə əlaqədar əlavə işlə məşğul olması qeyrimümkündür. İddiaçı iddia ərizəsində guya əlavə gəlir yerinin olması ilə bağlı dedikləri tamamilə əsassızdır. Bunda əlavə o, Hər ay təxminən 120 manat civarında yol pulu verir. Onun iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanı yoxdur. Ümumiyyətlə Kürdəmir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi qəbul edildikdə sonra onun maddi vəziyyətində müsbətə doğru heç bir dəyişiklik olmamışdır. İddiaçı uşağın xəstə olmasını da iddia edir. Əgər belədirsə xəstəlik kağızlarını da təqdim etməsini xahiş edir. Bundan başqa əgər iddiaçı uşaqları saxlaya bilmirsə o, özü də uşaqları saxlaya bilər. Yuxarıda göstərdiklərini nəzərə alıb iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (Hakim: Muxtar Muxtarov), iddianın qismən təmin edilməsi, Kürdəmir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında Cəlilova (Salahova) Xəyalə Əjdər qızının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, iddia ərizəsinin məhkəməyə daxil olunduğu ##.##.2026-cı il tarixdən başlayaraq, ##.##.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh Cəlilova (Salahova) Xəyalə Əjdər qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli (180 manat) həddində sabit pul məbləğində aliment tutulub iddiaçı Cəlilova (Salahova) Xəyalə Əjdər qızına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat vəkil xidməti üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat tutularaq iddiaçı Cəlilova (Salahova) Xəyalə Əjdər qızına və ödənilməli olan dövlət rüsumu illik alimentin həcminə görə 41,6 (qırx bir manat altmış qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin IV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (##.##.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İşdə olan Kürdəmir Regional “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin AZ-V ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2022-ci il tarixdə anadan olub, atası Cavabdeh, anası Cəlilova (Salahova) Xəyalə Əjdər qızıdır. İşdə olan Kürdəmir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli,*(***)-***/**** saylı qətnaməsindən görünür ki, ## #### 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan ##.##.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq Cəlilova (Salahova) Xəyalə Əjdər qızına ödənilməsi qət edilmişdir. İşdə olan aliment tələbi üzrə Ağsu * saylı Mediasiya təşkilatının ##.##.2026-cı il tarixli ***** nömrəli arayışdan görünür ki, ilkin Mediasiya sessiyasında Cəlilova (Salahova) Xəyalə Əjdər qızı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İşdə olan ##.##.2026-cı il tarixli, ***** nömrəli mediasiya arayışından görünü rki, X5 50 manat mediasiya xərci ödəmişdir. İşdə olan BPMCO************ nömrəli mədaxil qəbzindən görünür ki, X5 321 manat vəkil xidmət haqqı ödəmişdir. İşdə olan cavabdehin məhkəməyə təqdim etdiyi əmək əmək müqaviləsinin surətindən görünür ki, hazırki iş üzrə cavabdehin əmək haqqı 418,83 manat təşkil edir. İşdə olan cavabdehin məhkəməyə təqdim etdiyi “xxxx” Publik Hüquqi şəxsi X11 tərəfindən verilmiş *** nömrəli ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən Şirvan ŞMPnin endokrinoloji kabinetində qeydiyyatda var, insulindən asılı olan şəkərli diabet. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə alimentin təyin edilməsi məsələsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. İddiaçı tələbində Kürdəmir rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında Cəlilova (Salahova) Xəyalə Əjdər qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsini və minimum əmək haqqının 0,70 misli həddində sabit pul məbləğində aiiment tutulmasını xahiş etmişdir. İş materiallarından da görünür ki, cavabdehin əmək haqqı 418,83 manat təşkil edir. Belə olan halda təyin edilmiş alimentin cavabdehin qazancının müəyyən hissə kimi tutulması deyil, sabit pul məbləğində tutulması daha düzgündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Kollegiya qeyd edir ki, hazırki vəziyyətdə aylıq əmək haqqı 418,83 manat olan cavabdehin daimi iş yeri var. Tərəflərin birgə nikahlarından anadan olmuş uşaq hazırda iddiaçının himayəsində olduğundan ona qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların uşağın mənafeyini, onun əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, Azərbaycan Respublikasında 2026-cı il üzrə minimum əmək haqqının 400 manat olduğunu, habelə uşağın maddi ehtiyacının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin olunmalı, ##.##.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh Cəlilova (Salahova) Xəyalə Əjdər qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli (180 manat) həddində sabit pul məbləğində aliment tutulub iddiaçı Cəlilova (Salahova) Xəyalə Əjdər qızına ödənilməlidir. Kollegiya minimum əmək haqqının 0,45 misli həddində təyin edilmiş sabit pul məbləğində alimentlə bağlı qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli (180 manat) həddində sabit pul məbləğində aliment tutulsun” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 1068 (89x12) manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az təşkil etdiyindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar