Məhkəmə qərarları › İş №2(3-9)-570/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-570/2026

22.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-570/2026 22.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X4 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İlkin iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddiaçı İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh Zalı oğluna qarşı “aliment” tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddiaçı İddiaçı qarşı “nikahın pozulması” barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh Zalı oğlunun nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zalı oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Zalı oğlundan birgə nikahdan doğulmuş ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə) hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Zalı oğlu el-adət ilə ona elçi göndərmiş və ##.##.2019-cü il tarixdə nişan və toy etmişlər. Aralarında olan nikahı ## ### 2019-cü il tarixdə ** nömrəli akt ilə Astara rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Ər-arvad olaraq ## ### 2025- ci il tarixə kimi bir təsərrüfatda yaşamışlar. Bu münasibətdən ##.##.2019-cü il tarixdə X1 və ##.##.2023-c il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Uşaqlar sağ və salamt olmaqla yanında yaşayırlar. Cavabdeh Cavabdeh ilə evləndiyi ilk günlərdə ər-arvad münasibətləri normal olmuş və mehriban ailə münasibətləri ilə birgə yaşamışlar. Lakin, son vaxtlar səbəbsiz olaraq ailəyə qarşı münasibətləri dəyişmişdir. Bundan əlavə səbəbsiz olaraq ##.##.2025-ci il tarixdən ayrılmışlar və uşaqlarının saxlanılması üçün heç bir maddi yardım etməmişdir və uşaqları ilə maraqlanmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkil) vəkil2 əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçi İddiaçı cavabdeh Cavabdeh Zalı oğluna qarşı sabit pul məbləğində aliment tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsində qeyd olunur ki, "cavabdeh Cavabdeh Zalı oğlundan birgə nikahdan doğulmuş ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa 250 manat, cami 500 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq xeyrinə verilməsi barədə" qətnamə çıxarılmasını xahiş etmişdir. Nəzərə çatdırır ki, cavabdeh Cavabdeh Zalı oğlu Türkiyə Respublikasında gəmidə işləyir onun aylıq gəliri 2500 Amerika dollarıdır. Ona görə də, iddia predmetini artırmaq istəyir. Bu barədə onlarda olan diski sübut kimi məhkəməyə təqdim edir və iddia predmetinin aşağıdakı kimi qəbul edilməsini istəyir. "Cavabdeh Cavabdeh Zalı oğlundan birgə nikahdan doğulmuş ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alımmaqla hər ay hər uşağa 500 manat, cami 1000 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq xeyrinə verilməsi barədə" qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zalı oğlu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında olan ## ### 2019-cu il tarixdə qeydə alınmış nikahın bağlanması haqqında ** nömrəli akt qeydinin pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zalı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki iş icraatdadır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qanuna zidd hərəkətləri nəticəsində iddiaçı ilə ər-arvad münasibəti pozulmuş, qanunla qorunan konstitutsion hüquq və azadlıqlarımın məhkəmə qaydasında müdafiə və təmin edilməsinə zəruriyyət yarandığından, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edərək, hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək bildirir ki, İddiaçı ilə arasındakı nikahı ##.##.2019-cu il tarixdə müvafiq icra hakimiyyəti orqanında qeyd etdirməklə ərarvad kimi birlikdə yaşamış, birgə nikahdan iki uşağı doğulmuşdur. Qeyd etmək istəyir ki, cavabdeh İddiaçı ilə ər-arvad münasibəti pozulmuşdur. İddiaçı ona qarşı hörməksizlik etmiş, ailədə tez-tez dava-dalaş salmış, onu ailənin üzvü kimi qəbul etməmişdir. Bundan sonra cavadeh İddiaçı ilə barışıb yenidən ər-arvad kimi yaşamağı, ailənin saxlanması qeyrimümkün olduğundan aralarındakı nikah formal xarakter daşıyır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) vəkil2 ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etdiyini bildirərək, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında olan ## ### 2019-cu il tarixdə qeydə alınmış nikahın pozulması, cavabdeh Cavabdeh Zalı oğlundan birgə nikahdan doğulmuş ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə) hər ay hər uşağa 500 manat, cəmi 1000 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etdiyini bildirərək, cavabdeh Cavabdeh ilə aralarında olan ## ### 2019-cu il tarixdə qeydə alınmış nikahın pozulması, cavabdeh Cavabdeh Zalı oğlundan birgə nikahdan doğulmuş ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə) hər ay hər uşağa 500 manat, cəmi 1000 manat sabit pul məbləğində alimentin və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zalı oğlunun nümayəndəsi (vəkil) vəkil1 ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianı müdafiə etdiyini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iştirakı olmadan işə baxılıb qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Şəfiqə Meybullayeva), iddiaçı İddiaçı cavabdeh Cavabdeh Zalı oğluna qarşı “aliment” tələbi barədə ilkin iddiasının qismən təmin edilməsi, ## ####### 2025-ci il tarixindən başlayaraq ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddiaçı İddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 60 manatın 30 manat hissəsinin cavabdeh Cavabdeh Zalı oğlundan iddiaçı İddiaçı xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin olunmaması, cavabdeh Cavabdeh Zalı oğlunun iddiaçı İddiaçı qarşı “nikahın pozulması” tələbi barədə qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Astara rayon Qeydiyyat şöbəsində ##.##.2019-cu il tarixdə ** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, iddiaçı İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə 80 (səksən) manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, alimentin tutulması hesablanarkən Astara rayon Məhkəməsinin **(***)-**/**** saylı ## ###### 2025-ci il tarixli müvəqqəti təminat tədbiri barədə qərardadının nəzərə alınması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Cavabdeh Zalı oğlunun nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin alimentlə bağlı hissədə təmin edilməməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İlkin iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada qarşılıqlı iddiaçı Cavabdeh Zalı oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, qarşılıqlı iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə qarşılıqlı iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin IV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (##.##.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, yaşayış yeri barədə Astara rayon İHB-nin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ####### 2025-ci il tarixli **** saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ## #### 2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh Zalı oğlu ilə X3 arasında Astara rayon Qeydiyyat şöbəsində ## ### 2019-cu il tarixdə ** saylı nikah aktı qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əlizadə soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışdan görünür ki, ## ###### 2019-cu il təvəllüdlü X1 anası X3, atası Cavabdeh Zalı oğludur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışdan görünür ki, ## ### 2023-cü il təvəllüdlü X2 anası İddiaçı, atası Cavabdeh Zalı oğludur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak etdilməməsi barədə” Arayışdan görünür ki, ## ####### 2025-ci il tarixində, saat 10:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh Zalı oğlu iştirak etməmişdir. İddiaçı 60 manat İMS xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, yaşayış yeri barədə Astara rayon İHB-nin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ###### 2025-ci il tarixli **** saylı arayışdan görünür ki, Cavabdeh Zalı oğlu Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, “İlkin mediasiya sessiyasında iştirak etdilməməsi barədə” Arayışdan görünür ki, ## ###### 2025-ci il tarixində, saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh Zalı oğlu iştirak etmiş, İddiaçı iştirak etməmişdir. İddiaçı 60 manat İMS xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh Zalı oğlu tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında əlavə və məhkəmə iclasında tədqiq edilmiş yaddaş kartında olan şəkillərdən görünür ki,sözügedən şəkillərdə Cavabdeh Zalı oğlu gəmidə təsvir olunmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə nikahın pozulması və aliment təyin edilməsi təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi ilkin iddiaya münasibətdə alimentlə bağlı qismən təmin edilmiş, nikahın pozulmasına münasibətdə isə qarşılıqlı iddia təmin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.

1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.

2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində aliment tutulmasını qət etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlillərində yalnız təyin olunmuş aliment məbləğini mübahisələndirmiş, alimentlə bağlı hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və həm də qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aliment məhkəmə tərəfindən tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün təyin edilir. Hazırki vəziyyətdə qarşılıqlı iddiaçı təyin edilmiş alimentin ləğv edilməsini tələb etməsi, Azərbaycan Respublikasının Konstitusiya əsasən (Maddə 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.) qarşılıqlı iddiaçının valideyn kimi uşaqlarından saxlanılması vəzifəsindən kənarda qalmasına gətirib çıxarar ki, bu hal da uşaqların üstün mənafeyinin pozulmasına, maddi ehtiyaclarının ödənilməsində çətinliklər yaranmasına gətirib çıxarar. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “#.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun.” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Cavabdeh Zalı oğlunun nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar