Məhkəmə qərarları › İş №2(3-9)-578/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-578/2026

14.05.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-578/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2019cu il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş və həmin məhkəmənin ##.##.2025-cı il tarixli 8(017)- **/**** nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin azaldılması, ##.##.2010-cu il təvəllüdlü X3 və ##.##.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı tutulan aliment məbləğinin hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hər ay bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,55 mislində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə əməl edilməklə tərtib edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən isə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Qanunun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Habelə MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən göründüyü kimi, apellyasiya şikayəti verilərkən Cavabdeh tərəfindən dövlət rüsumu ödənilməmiş və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə istinad edilmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin hüquqi norma cavabdehlərə deyil, yalnız iddiaçılara şamil olunur. Belə olan halda, cavabdehin apellyasiya şikayəti üzrə dövlət rüsumunu ödəmək öhdəliyi mövcud olmuş və onun ödənilməməsi qanunvericiliyin tələblərinə uyğun sayıla bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar