Məhkəmə qərarları › İş №2(3-9)-602/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-602/2026

25.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-602/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar və X2 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İbrahim oğluna qarşı “uşağın 3 yaşına çatanadək saxlanması üçün aliment” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh İbrahim oğlundan ##.##.2023-cü il tarixdə doğulmuş Həsənov Aslan Elçin oğlunun 3 yaşa çatana qədər saxlanması üçün təyin edilmiş aliment miqdarından əlavə hər ay 100 manat sabit pul məbləğinin tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İbrahim oğlu ilə İddiaçı ##.##.2023-cü ildə Lənkəran Rayon Qeydiyyat şöbəsində *** №-li akt ilə birgə nikaha daxil olmuşlar. Bu nikahdan ##.##.2023-cü il təvəllüdlü Həsənov Aslan Elçin oğlu doğulmuşdur. Tərəflər arasında münasibətlər pozulmuşdur və iddiaçı İddiaçı Cavabdeh İbrahim oğlu ilə ##.##.2023-cü ildə Lənkəran Rayon Qeydiyyat şöbəsində *** №-li akt ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş ##.##.2023-cü il təvəllüdlü Həsənov Aslan Elçin oğlu anası İddiaçı yanında saxlanılması, həmçinin övladları ##.##.2023-cü il təvəllüdlü Həsənov Aslan Elçin oğlu yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdeh Cavabdeh İbrahim oğlunun əmək haqqı və digər gəlirlərinin 1\4 hissəsi qədərində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi ilə əlaqədar olaraq Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Nikahın ləğv olunması, uşağın ananın himayəsinə verilməsi, aliment tələbi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və cehiz əşyalarının, qızıl-zinət əşyalarının tələbinə dair iş Lənkəran Rayon Məhkəməsinin icraatında olmuşdur və *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnamə qət edilərək iddia qismən təmin edilmiş və iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh İbrahim oğlu arasında ##.##.2023-cü il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 398 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, nikah pozulduqdan sonra nikahından ##.##.2023-cü il tarixdə doğulmuş Həsənov Aslan Elçin oğlunun iddiaçı İddiaçı yanında saxlanılması, ##.##.2023-cü il tarixdə doğulmuş Həsənov Aslan Elçin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2025ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh İbrahim oğlundan iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması və iddia ərizəsinin qalan hissədə rədd olunmasına dair qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnamə üzrə apellyasiya şikayəti verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İbrahim oğlundan ##.##.2023-cü il tarixdə doğulmuş Həsənov Aslan Elçin oğlunun 3 yaşa çatana qədər saxlanması üçün təyin edilmiş aliment miqdarından əlavə hər ay 100 manat sabit pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Elmir Murquzov) iddia rədd edilmiş, ##.##.2026-cı il tarixli, ************ nömrəli qəbzə əsasən ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçı İddiaçı qaytarılması və məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: AZ-T 281379 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2023-cü il tarixdə Həsənov Aslan Elçin oğlu Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh İbrahim oğlu, anası İddiaçıdır. Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş və iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh İbrahim oğlu arasında ##.##.2023-cü il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 398 nömrə ilə qeydə alınmış nikah akt qeydi pozulmuşdur. Nikah pozulduqdan sonra ##.##.2023-cü il tarixdə doğulmuş Həsənov Aslan Elçin oğlunun iddiaçı İddiaçı yanında saxlanılması, yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh İbrahim oğlundan iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması və iddia ərizəsinin qalan hissədə rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh İbrahim oğlundan məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı halda cavabdehdən tutulacaq aliment məbləğindən əlavə ##.##.2023-cü il təvəllüdlü Həsənov Aslan Elçin oğlunun 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin tutulmasını məhkəmə ədalətli hesab etməmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçı özünə alimentin tutulması üzrə tələbini, yəni özünün maddi yardıma ehtiyacı olduğunu, uşağa qulluq etməsi səbəbindən işləmək imkanının olmamasını və eyni zamanda cavabdehin zəruri vəsaitə malik olduğunu əsaslandırmamışdır. Bundan əlavə onun tərəfindən bu halların mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Şərh olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, qanunverici uşağın 3 yaşına çatanadək saxlanması üçün keçmiş ərdən alimentin tutulması zamanı bu tələbin yönəldiyi şəxsin zəruri maddi vəsaitə malik olmasına dair kifayət qədər əsasların olmasını şərtləndirdiyindən, hazırkı iş materiallarındakı sənədlərlə bu cür hallar sübuta yetirilmədiyindən iddia tələbinin təmin edilməsini məhkəmə məqsədəuyğun hesab etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2, 84.2.2, 85.1.1-ci maddələri, “Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X1rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 88, 217.4, 114.1.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin İddiaçı cavabdeh Cavabdeh İbrahim oğluna qarşı “uşağın 3 yaşına çatanadək saxlanması üçün aliment” tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qət edərkən ##.##.2023-cü il tarixdə doğulmuş Həsənov Aslan Elçin oğlunun hazırda 2 yaş 6 aylıq olması faktına diqqət yetirməmişdir. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Ailə Məcələsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir” maddəsinin tələblərini ciddi şəkildə pozmuşdur. Məhkəmə zəruri vəsaiti olan keçmiş ərdən cavabdeh Cavabdeh İbrahim oğlundan aliment ödəməyi tələb etmək hüququnu əsas göstərmişdir. Hansı ki, hazırda cavabdeh Cavabdeh İbrahim oğlunun adına rəsmiləşdirilmiş hər hansı əmək müqaviləsi olmasa belə gəlir qaynağı mövcuddur. Eyni zamanda, Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hansı ki, hazırda ##.##.2023-cü il tarixdə doğulmuş Həsənov Aslan Elçin oğlunun ehtiyaclarını tam qarşılamamaqdadır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 84.2 və 84.2.2-ci maddələrinə əsasən ər və arvad bir-birlərinə kömək etmədikdə, köməyin göstərilməsindən imtina edildikdə və ər arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin İddiaçı cavabdeh Cavabdeh İbrahim oğluna qarşı “uşağın 3 yaşına çatanadək saxlanması üçün aliment” tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hazırkı iş üzrə mübahisələndirilən qətnamə ilə iddia rədd edilmiş, iddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün təfsir edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının iddia tələbi ilə apellyasiya şikayətinin qarşılıqlı təhlilindən görünür ki, iddiaçı birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya şikayətində də əsas etibarilə cavabdehdən ##.##.2023-cü il təvəllüdlü Həsənov Aslan Elçin oğlunun 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar öz xeyrinə hər ay 100 manat məbləğində aliment tutulmasını tələb etmiş, şikayətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə istinad etməklə, uşağın hələ 3 yaşına çatmaması və cavabdehin gəlir əldə etmək imkanına malik olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, ümumi uşağın doğulduğu gündən 3 il ərzində keçmiş arvadın keçmiş ərdən aliment tələb etmək hüququ yalnız keçmiş ərin zəruri maddi vəsaitə malik olması və aliment tələb edən şəxsin maddi yardıma ehtiyacının mövcudluğu hallarında yaranır. Hazırkı iş üzrə isə iddiaçı özünün maddi yardıma ehtiyaclı olmasını, azyaşlı uşağa qulluq etməsi səbəbindən əmək fəaliyyəti ilə məşğul olmaq imkanının olmamasını, habelə cavabdehin zəruri maddi vəsaitə malik olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, həmin halların sübuta yetirilməməsi iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yaratmadığından, iddia təmin edilə bilməz. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə tərkibi ilk olaraq bildirir ki, iddiaçı azyaşlı uşağının 3 yaşına çatanadək özü üçün aliment tələb etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1–ci maddəsinə əsasən ər və arvad bir–birinə maddi cəhətdən kömək etməlidirlər. 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Göründüyü kimi qanun norması zəruri vəsaitə malik olan ərdən aliment tutulmasını nəzərdə tutmuşdur. Hazırkı vəziyyətdə isə iddiaçı cavabdeh Cavabdeh İbrahim oğlunun daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini, yəni zəruri vəsaitə malik olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, eləcə də, belə bir halın mövcud olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, məhkəmə tərkibi Ailə Məcəlləsinin 85ci maddəsinin zəruri şərtlərinə əsaslanaraq tərəflərin birgə nikahından doğulmuş uşağın 3 yaşına çatanadək cavabdehdən ana üçün sabit pul məbləğində vəsaitin alınıb iddiaçıya verilməsini əsaslı saymır. Apellyasiya şikayətində irəli sürülən, azyaşlı uşağın ehtiyaclarının mövcud aliment məbləği ilə tam ödənilməməsi barədə dəlillərə münasibətdə isə məhkəmə tərkibi qeyd edir ki, həmin dəlillər hazırkı mübahisənin predmetinə aid deyildir. Belə ki, uşağın saxlanılması üçün alimentin müəyyən edilməsi və ya onun artırılması məsələləri Ailə Məcəlləsinin uşaqların saxlanılması ilə bağlı müddəaları ilə tənzimlənən ayrıca hüquq institutuna aiddir. Hazırkı işin predmeti isə uşağın saxlanılması üçün aliment deyil, keçmiş arvadın özünün saxlanılması üçün Ailə Məcəlləsinin 85-ci maddəsi əsasında aliment tələbidir. Buna görə də uşağın saxlanılması xərclərinin artması barədə dəlillər iddiaçının öz xeyrinə aliment tutulması tələbinin təmin edilməsi üçün əsas kimi çıxış etmir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə tərkibinin gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar