Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-625/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(036)- ***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən götürülən ona məxsus qızılların qaytarılmasına, cavabdeh şəxsdə qaldığı müddətdə makyaj vasitələrinin başqası tərəfindən istifadə şübhəsi olduğundan və gigiyenik səbəbdən pul kompensasiyası verilməsinə və mediasiya, məhkəmə xərclərinin cavabdeh şəxsin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh ilə ##.##.2022-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından ##.##.2023cü il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Tərəflər Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024- cü il tarixli qətnaməsi ilə nikahlarına məhkəmə tərəfindən xitam verilmişdir. İddiaçı İddiaçı təqdim edilmiş şəkil və videolarda əks olunduğu kimi xına və nişan mərasimində 2 nişan üzüyü, 1 brilliant sırğa və üzük dəsti, qolbaq, boyunbağı toy mərasimində isə komplekt ağ qızıl dəst formasında üzük, qolbaq, boyunbağı və sırğalar şəklində təxmini dəyəri 12000 manat olan qızıl hədiyyə almışdır. Lakin boşanma sonrası qeyd olunan qızıllarla birlikdə, nikah dövründə və nikah dövründən kənar əldə edilmiş şəxsi istifadədə olan Nyx markalı fırça dəsti, 3-lü allıq, dodaq rəngləndirici, tonal krem, Versage markalı ətir, Mac markalı layner, tuj, qaş karandaşı, The Ordinary markalı üz lasyonu, c vitamin serum, Bioderma makyaj təmizləyici losyon, Huda beauty markalı makyaj bazası, Victorias secret sprey, Consiler toofaced markalı gözaltı geri qaytarılmamış və bunun üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq imkan yaradılmamışdır. (Yuxarıda qeyd olunan yalnız 1 brilliant sırğa və qolbaq məhkəməyə təqdim edilən şəkil və videolarda dini səbəblərdən seçilən geyim tərzinə əsasən aydın olaraq öz əksini tapmayıb). Sonradan iddiaçı İddiaçı oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, cavabdeh Cavabdeh ##.##.2022-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından ##.##.2023-cü il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Tərəflər Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsi ilə nikahları məhkəmə tərəfindən xitam edilmişdi. İddiaçı İddiaçı təqdim edilmiş şəkil və videolarda əks olunduğu kimi xına və nişan mərasimində 2 nişan üzüyü, 1 brilliant sırğa və üzük dəsti, qolbaq, boyunbağı toy mərasimində isə komplekt ağ qızıl dəst formasında üzük, qolbaq, boyunbağı və sırğalar şəklində təxmini dəyəri 12000 manat olan qızıl hədiyyə almışdır. Lakin boşanma sonrası qeyd olunan qızıllarla birlikdə, nikah dövründə və nikah dövründən kənar əldə edilmiş şəxsi istifadədə olan Nyx markalı fırça dəsti, 3-lü allıq, dodaq rəngləndirici, tonal krem, Versage markalı ətir, Mac markalı layner, tuj, qaş karandaşı, The Ordinary markalı üz lasyonu, c vitamin serum, Bioderma makyaj təmizləyici losyon, Huda beauty markalı makyaj bazası, Victorias secret sprey, Consiler toofaced markalı gözaltı geri qaytarılmamış və bunun üçün dəfələrlə müraciət edilməsinə baxmayaraq imkan yaradılmamışdır. (Yuxarıda qeyd olunan yalnız 1 brilliant sırğa və qolbaq məhkəməyə təqdim edilən şəkil və videolarda dini səbəblərdən seçilən geyim tərzinə əsasən aydın olaraq öz əksini tapmayıb). Cavabdeh Cavabdeh tərəfindən götürülmüş və ümumi bazar dəyəri 12.670 (on iki min altı yüz yetmiş) AZN təşkil edən ona məxsus 1.200 AZN dəyərində 2 ədəd 750 əyar brilliant qaşlı nişan üzüyü, 2.800 AZN dəyərində 750 əyar brilliant qaşlı ulduzlu sırğa-üzük dəsti, 1.920 AZN dəyərində qolbaq, 800 AZN dəyərində boyunbağı, 5.950 AZN dəyərində 750 əyar ağ qızıldan ibarət komplekt (üzük, qolbaq, boyunbağı və sırğa dəsti) qızıl-zinət əşyalarının geri qaytarılmasına, bu mümkün olmadığı təqdirdə isə həmin əmlakın bazar dəyərinin pul ekvivalenti şəklində cavabdehdən tutulmasına və Nyx markalı fırça dəsti - 95 AZN, Nyx markalı 3-lü allıq - 40 AZN, Nyx markalı dodaq rəngləndirici - 30 AZN, Nyx markalı tonal krem - 45 AZN, Versace markalı ətir - 300 AZN, Mac markalı layner - 65 AZN, Mac markalı tuş - 65 AZN, Mac markalı qaş karandaşı - 65 AZN, The Ordinary markalı üz losyonu - 35 AZN, The Ordinary markalı C vitamini serumu - 35 AZN, Bioderma təmizləyici losyon - 60 AZN, Huda Beauty markalı makiyaj bazası - 75 AZN, Victoria's Secret markalı sprey - 75 AZN, Too Faced markalı gözaltı konsileri - 75 AZN olmaqla makiyaj ləvazimatlarının ümumi bazar dəyəri olan 1.060 (min altmış) pulun cavabdehden tutulması, yuxarıda göstərilən tələblərlə əlaqədar olaraq mediasiya və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İmişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(036)- ***/**** saylı qətnaməsi ilə (hakim: Orxan Mahmud) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı məxsus olan Nyx markalı fırça dəsti (30 manat), 3- lü allıq (20 manat), dodaq rəngləndirici (10 manat), tonal krem (15 manat), Versage markalı ətir (180 manat), Mac markalı layner (25 manat), tuş (15 manat), qaş karandaşı (20 manat), The Ordinary markalı üz lasyonu (15 manat), c vitamin serum (15 manat), Bioderma makyaj təmizləyici losyon (25 manat), Huda beauty markalı makyaj bazası (30 manat), Victorias secret sprey (35 manat), Consiler toofaced markalı gözaltının (35 manat) ümumi dəyəri olan 470 manat məbləğində pul vəsaiti ödənilsin. 2 ədəd 750 əyarlı brilliant qaşlı nişan üzüyü (1200 AZN dəyərində), 750 əyarlı brilliant qaşlı ulduzlu sırğa-üzük dəsti (2670 AZN dəyərində), qolbaq (1780 AZN dəyərində), boyunbağı (800 AZN dəyərində), 750 əyar ağ qızıldan ibarət komplekt (üzük, qolbaq, boyunbağı və sırğa dəsti) (5950 AZN dəyərində) avabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilsin, həmin əmlaklar olmadığı halda isə onların dəyəri olan 12400 (on iki min dörd yüz) manat pul vəsaiti cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul və 50 (əlli) manat məbləğində mediyasiya xərci cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin, qalan 28.61 (iyirmi səkkiz manat altmış bir qəpik) məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- ****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında * saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən ##.##.2022-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1578 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. ## ###### 2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə İmişli Rayon Məhkəməsinin hesabına 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərardadının surətindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlak” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı ilə cavabdeh arasında olan xına mərasiminin diskinə baxış zamanı video yazıdan və toy mərasiminin fotoşəkillərindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia edilən qızıl-zinət əşyaları və kosmetik vasitələr hədiyyə edilmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli UNI/A **-***/**** saylı ekspert rəyindən görünür ki, aparılan araşdırmalar, təhlil və hesablamalara əsasən, mülki iş *(***)-***/**** saylı üzrə mülki iş materialları üzrə təqdim edilən Nyx markalı fırça dəsti 30 manat, 3-lü allıq 20 manat, dodaq rəngləndirici 10 manat, tonal krem 15 manat, Versage markalı ətir 180 manat, Mac markalı layner 25 manat, tuş 15 manat, qaş karandaşı 20 manat, The Ordinary markalı üz lasyonu 15 manat, c vitamin serum 15 manat, Bioderma makyaj təmizləyici losyon 25 manat, Huda beauty markalı makyaj bazası 30 manat, Victorias secret sprey 35 manat, Consiler toofaced markalı gözaltı 35 manat olmaqla ümumilikdə 470 manat və fotoşəkillərdə əks olunmuş və iddianın predmeti olan qızıl-zinət əşyalarının bazar dəyəri ##.##.2025-ci il tarixə 15,600 (on beş min altı yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2-ci maddələrinə, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 14.2, 77.1, 88, 217.4, 113.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı İddiaçı məxsus olan Nyx markalı fırça dəsti (30 manat), 3-lü allıq (20 manat), dodaq rəngləndirici (10 manat), tonal krem (15 manat), Versage markalı ətir (180 manat), Mac markalı layner (25 manat), tuş (15 manat), qaş karandaşı (20 manat), The Ordinary markalı üz lasyonu (15 manat), c vitamin serum (15 manat), Bioderma makyaj təmizləyici losyon (25 manat), Huda beauty markalı makyaj bazası (30 manat), Victorias secret sprey (35 manat), Consiler toofaced markalı gözaltının (35 manat) ümumi dəyəri olan 470 manat məbləğində pul vəsaiti ödənilməldir, 2 ədəd 750 əyarlı brilliant qaşlı nişan üzüyü (1200 AZN dəyərində), 750 əyarlı brilliant qaşlı ulduzlu sırğa-üzük dəsti (2670 AZN dəyərində), qolbaq (1780 AZN dəyərində), boyunbağı (800 AZN dəyərində), 750 əyar ağ qızıldan ibarət komplekt (üzük, qolbaq, boyunbağı və sırğa dəsti) (5950 AZN dəyərində) avabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməlidir, həmin əmlaklar olmadığı halda isə onların dəyəri olan 12400 (on iki min dörd yüz) manat pul vəsaiti cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti vermiş, şikayətində göstərmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İlk öncə diqqətə çatdırmaq istəyir ki, cavabdeh Cavabdeh məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Belə ki, cavabdeh Cavabdeh məhkəmə iclarında olan müzakirələrdən, iddia tələbinin hansı hüquqi əsaslarla təmin edilməsindən xəbərsiz olmuşdur. Belə ki, iddiaçı və cavabdehin nikah olduqları müddətdə maddi imkanları yüksək olmamışdır. Cavabdeh hal-hazırda da hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. İddia tələbində qeyd olunan şəxsi istifadə üçün nəzərdə tutulan məhsullar hamısı yüksək məbləğə malik markalara məxsusdur. Həm iddiaçının, həm də cavabdehin həmin məhsulları ala biləcək qədər maddi imkanları olmamışdır. Buna görə də şəxsi istifadə üçün lazımi məhsullar daha aşağı məbləğli markalara məxsus məhsullardan seçilirdir. Bundan başqa işin materiallarında Nyx markalı fırça dəsti (30 manat), 3- lü allıq (20 manat), dodaq rəngləndirici (10 manat), tonal krem (15 manat), Versage markalı ətir (180 manat), Mac markalı layner (25 manat), tuş (15 manat), qaş karandaşı(20 manat), The Ordinary markalı üz lasyonu (15 manat), c vitamin serum (15 manat), Bioderma makyaj təmizləyici losyon (25 manat), Huda beauty markalı makyaj bazası (30 manat), Victorias secret sprey (35 manat), Consiler toofaced markalı gözaltının (35 manat) həqiqətən iddiaçıya məxsusluğu, o cümlədən həqiqətən mövcudluğu sübuta yetirilməmişdir. İddiaçı evi tərk edən özünə aid əşyaları ilə özü ilə aparmışdır. Adıçəkilən markalara məxsus məhsullar isə ümumiyyətlə mövcud olmamışdır. İddiaçı və cavabdeh nikahda olduğu müddətdə ərzində kirayə mənzildə yaşamışdırlar. Əldə etdikləri gəlirləri uşağın xərclərinə, o cümlədən kirayə haqqının ödənilməsinə xərcləmişdirlər. Belə olan halda adıçəkilən markalara məxsus məhsullarının əldə edilməsi qənəatinə gəlmək tamamilə əsassızdır. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən və ya əşyaları götürmək üçün gələrkən mübahisəli əşyaları özü ilə aparmaq imkanına malik olmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının əşyalarını götürmək imkanına malik olmadığını nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əşyaları özü ilə aparmaq imkanı olmadığını sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. İmişli Rayon Məhkəməsi tərəfindən isə Ali Məhkəmənin oxşar işlər üzrə göstərdikləri bu mövqe nəzərə alınmamışdır. Belə ki, ilk növbədə sübutetmə yükü iddiaçının üzərində düşdüyündən birgə yaşadıqları evdən gedərkən və ya əşyaları götürmək üçün gələrkən mübahisəli əşyaları özü ilə aparmaq imkanına malik olmadığını, və əşyaların cavabdehdə qaldığını, o cümlədən həmin əşyaların mövcud olduğunu sübut etməlidir. Bu halı təsdiq edən sübutlara isə işin materiallarında, o cümlədən məhkəmə qətnaməsində rast gəlinmir. Bu baxımdan hesab edir ki, iddia ərizəsində göstərilən arqumentlər sübut yetirilmədiyindən və məhkəmə qətnaməsi mötəbər sübutlarla əsaslandırılmadığından ləğv edilməli və iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməlidir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Məhkəmə qətnaməsi ilə təmin edilən 2 ədəd 750 əyarlı brilliant qaşlı nişan üzüyü (1200 AZN dəyərində), 750 əyarlı brilliant qaşlı ulduzlu sırğaüzük dəsti (2670 AZN dəyərində), qolbaq (1780 AZN dəyərində), boyunbağı(800 AZN dəyərində), 750 əyar ağ qızıldan ibarətkomplekt (üzük, qolbaq, boyunbağı və sırğa dəsti) (5950 AZN dəyərində) cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsinə münasibətdə qeyd etmək istəyir ki, iddiaçı tərəfindən brilliant sırğa və qolbağa dair ümumiyyətlə heç bir təsdiqedici sübut təqdim edilməmişdir. Həmin qızıl-zinət əşyaları ilə bağlı heç bir fotoşəkil məhkəməyə təqdim edilməmişdir. Bundan başqa diqqətə çatdırmaq istəyir ki, iddiaçı evdən gedən zaman bütün dəyərli əşyalarını da özü ilə aparmışdır. Evdən gedən zaman atasını çağırmış və atası ilə birlikdə evdən çıxıb getmişdir. Özünə məxsus əşyalarını da özü ilə götürmüşdür. Hal-hazırda qeyd olunan əşyalardan heç biri cavabdehdə mövcud deyildir. Həmçinin adıçəkilən qızıl-zinət əşyaları ümumiyyətlə mövcud olmamışdır. Belə ki, iddia ərizəsində tələb olunan və qətnamə ilə təmin edilən qızıl-zinət əşyalarını iki dəfə təkrarlanmışdır. Hakim isə bu hala diqqət yetirməmişdir. Belə ki, qızıl-zinət əşyaları həm ayrılıqda, həm də komplekt şəklində tələb edilmişdir. Halbuki komplektin mövcudluğunu təsdiq edən, o cümlədən 750 əyarlı brilliant qaşlı ulduzlu sırğaüzük dəstinin, qolbağın, 750 əyar ağ qızıldan ibarət komplektin mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa nəzərə çatdırmaq istəyir ki, cavabdeh tərəfin maddi imkanı yaxşı olmadığından toy mərasimində gəlinə verilməsi qızıl-zinət əşyaları ala bilməmişdir. İctimai qınağa məruz qalmamaq üçün tərəflər arasında razılıq olmuş, cavabdehin qohumunun qızıllarını qaytarmaq şərti ilə götürmüşdür ki, toyda iştirak edənlərə göstərmək məqsədilə gəlinə verilsin. Toydan sonra həmin qızılzinət əşyaları cavabdehin qohumuna qaytarılmışdır. Bunu təsdiq edən sübutlarımız da mövcuddur. Belə ki, qoşmada əlavə etdiyimiz foto şəkildəki şəxs iddia ərizəsində göstərilən kompektin sahibidir. Fotoşəkil 2018-ci ildə çəkilmişdir. Göründüyü kimi iddia ərizəsində təmin edilən boyunbağı kompektə daxildir və həmin zinət əşyası cavabdehin qohumuna məxsusdur. İddiaçının özünün birbaşa razılığı ilə həyata keçirilmiş bu prosesdən sonra qızıl-zinət əşyaları həmin şəxsə qaytarılmışdır. Bu halı təsdiq edən şahidləri də məhkəmə iclasına dəvət edə bilər. Belə olan halda iddiaçının başqasına məxsus olan qızıl-zinət əşyalarını, həm də şişirdilmiş şəkildə tələb etməsi tamamilə əsassızdır. Məhkəmə qətnaməsi ilə də adıçəkilən qızıl-zinət əşyalarının, o cümlədən kosmetika məhsullarının cavabdehdə olması təsdiq olunmur. Belə olan halda həmin qızılzinət əşyalarının, o cümlədən məhsullarının özünün qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tamamilə əsassızdır. Bundan başqa cavabdehdə olmayan və iddiaçıya məxsus olmamış qızıl-zinət əşyalarının, o cümlədən məhsulların dəyərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdehin ağır maliyyə yükü altına qoyulması məhkəmə tərəfindən işin hallarının ətraflı araşdırılmamasının nəticəsidir.Bu baxımdan hesab edir ki, İmişli Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməlidir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı, iddiaçı tərəfindən etiraz daxil olmuş, etirazını aşağıdakı kimi əsaslandırmışdır: cavabdeh məhkəmə iclaslarında iştirakının təmin edilməməsini bildirir. Uzun müddətdir ki, məhkəmə prosesləri barədə cavabdeh, hətta cavabdehin ailə üzvlərinin də məlumatları həmişə olub. İddia tələbində qeyd etdiyi ona məxsus olan Nyx markalı fırça dəsti (30 manat), 3- lü allıq (20 manat), dodaq rəngləndirici (10 manat), tonal krem (15 manat), Versage markalı ətir (180 manat), Mac markalı layner (25 manat), tuş (15 manat), qaş karandaşı(20 manat), The Ordinary markalı üz lasyonu (15 manat), c vitamin serum (15 manat), Bioderma makyaj təmizləyici losyon (25 manat), Huda beauty markalı makyaj bazası (30 manat), Victorias secret sprey (35 manat), Consiler toofaced markalı gözaltının (35 manat) ümumi dəyəri olan 470 manat məbləğində pul vəsaitinin, o cümlədən 2 ədəd 750 əyarlı brilliant qaşlı nişan üzüyü (1200 AZN dəyərində), 750 əyarlı brilliant qaşlı ulduzlu sırğa-üzük dəsti (2670 AZN dəyərində), qolbaq (1780 AZN dəyərində), boyunbağı(800 AZN dəyərində), 750 əyar ağ qızıldan ibarət komplekt (üzük, qolbaq, boyunbağı və sırğa dəsti) (5950 AZN dəyərində) cavabdeh Cavabdeh alınaraq ona verilməsi, həmin əmlaklar olmadığı halda isə onların dəyəri olan 12400 (on iki min dörd yüz) manat pul şəklində ona ödənilməsi İmişli rayon Məhkəməsinin qətnaməsi ilə də öz təsdiqini tapır. Apellyasiya şikayətinin “6-cı maddəsinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi dair xanada” cavabdeh qeyd edir ki, o, evdən gedərkən əşyaların özü ilə apara bilməməyini sübut etməlidir. Cavab olaraq qeyd edir ki, o evdən getməmiş cavabdeh onu və qızını evdən qovmuş və onun evə girməyi mümkün olmadığından, o yuxarıda sadaladığı əşyaların götürmək, hətta özünə və qızının paltarlarını da götürə bilməmişdir. Hadisələr cavabdehin onu evdən qovarkən əraziya gəlmiş sahə müvəkkilinin yanında baş vermişdir. Lakin cavabdeh tərəfindən apellyasiya şikayətində əşyalarını gedərkən aparıldığını qeyd etsə də bunu sübut edə bilmir. Əşyaları sübut etməyə gəlincə qeyd edir ki, toyun videosunda tam aydın hədiyyələrin verildiyi görünür. İş materiallarında sübutlar təqdim edilib. (AR Ailə Məcəlləsinin 34.1-ci maddəsi) Digər vacib məqam cavabdehin apellyasiya şikayətində qızıllarla bağlı fərqli-fərqli qeydlərinin edilməsidir. Belə ki, ilkin olaraq toy günü hər hansı bir qızıl-zinət əşyalarının ona verilmədiyini, şikayətin digər vərəqində isə qızılların guya verildiyini və qızılların cavabdehin hansısa qohumuna məxsus olmasını bildirir. Lakin bununla bağlı da məhkəməyə sübut təqdim edilməmişdir. Tərəfindən isə tələbinə dair sübutlara işin materiallarında, o cümlədən məhkəmə qətnaməsi ilə tam sübut olunur. Cavabdehin özünün və yaşadığı ailəsinin maddi imkanlarının çətin olmasına gəlincə isə bildirir ki, cavabdeh ailəsinə məxsus aptekdə işləyirdi. Qazancı da yaxşı idi. Hal-hazırda isə kürəkəninə (bacısının ərinə məxsus olan) aid bazada işləyir. Alimentin məbləğindən artıq tutulmaması üçün qeyri rəsmi işləyir. Qeyri-rəsmi işlədiyi işdə əmək haqqısı və qazancı da yetərincə yaxşıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı izahatında apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən və şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən, qətnamə apellyasiya şikayətinin dəlilləri həddində, iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikahı girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. 225.3-cü maddəsində göstərilir ki, daş-qaş və digər zinət şeylər istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.3.-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutları, apellyasiya şikayətinin dəlillərini, həmin şikayətə qarşı verilmiş etirazı, tərəflərin izahatlarını və iş üzrə toplanmış digər materialları onların qarşılıqlı əlaqəsi və məcmusu halında təhlil edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, mülki məhkəmə icraatının əsas məqsədi yalnız tərəflər arasında yaranmış hüquq mübahisəsinin həll edilməsi deyil, həm də həmin mübahisənin obyektiv həqiqətə mümkün qədər yaxın faktiki hallar əsasında və qanunun düzgün tətbiqi yolu ilə həll edilməsidir. Bu məqsədə nail olunması isə yalnız sübutetmə institutunun düzgün tətbiqi, sübutetmə yükünün qanuna uyğun bölüşdürülməsi və iş üzrə təqdim olunmuş sübutların hərtərəfli, tam və obyektiv qiymətləndirilməsi ilə mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən hər hansı birinin əvəzinə sübut toplamaq və ya onun sübutetmə vəzifəsini öz üzərinə götürmək səlahiyyətinə malik deyildir. Çəkişmə prinsipinin mahiyyəti də məhz bundan ibarətdir ki, tərəflər öz maddi-hüquqi mövqelərini əsaslandıran faktları təqdim etməli, həmin faktları təsdiq edən sübutları məhkəməyə verməli, məhkəmə isə yalnız təqdim edilmiş sübutlar çərçivəsində hüquqi qiymətləndirmə aparmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin norma sübutetmə yükünün ümumi qaydasını müəyyən edir və mülki prosesdə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə xidmət edir. Sübutetmə yükü dedikdə tərəfin öz tələbinin və ya etirazının əsasını təşkil edən hüquqi əhəmiyyətli halların mövcudluğunu sübut etmək vəzifəsi başa düşülür. Başqa sözlə, tərəf hüquqi nəticə əldə etmək üçün istinad etdiyi faktı sübut etməli, həmin faktın mövcudluğuna dair məhkəmədə kifayət qədər inam formalaşdırmalıdır. Əks halda həmin fakt sübuta yetirilməmiş hesab olunur və tərəf onun hüquqi nəticələrindən istifadə edə bilmir. Hazırkı iş üzrə iddia predmeti müxtəlif növ əmlaklardan ibarətdir. İddiaçı bir tərəfdən qızıl-zinət əşyalarının naturada qaytarılmasını, bu mümkün olmadıqda isə onların dəyərinin tutulmasını, digər tərəfdən isə şəxsi istifadə üçün nəzərdə tutulmuş kosmetik vasitələrin qaytarılmasını mümkün hesab etmədiyindən onların dəyərinin cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə tərkibi hesab edir ki, belə xarakterli mübahisələrdə iddianın təmin olunması üçün aşağıdakı hüquqi əhəmiyyətli hallar sübuta yetirilməlidir: tələb edilən əşyanın həqiqətən mövcud olması, həmin əşyanın iddiaçının mülkiyyətində olması, əşyanın cavabdehin faktiki sahibliyində qalması və ya onun tərəfindən qaytarılmaması, əşyanın naturada qaytarılmasının mümkün olmaması halında onun dəyərinin müəyyən edilməsi. Sadalanan hallardan hər hansı birinin sübuta yetirilməməsi həmin hissədə iddianın təmin edilməsini istisna edir. Çünki mülki prosesdə məhkəmə yalnız sübuta yetirilmiş faktlara hüquqi nəticə bağlaya bilər. Hazırkı işin digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, mübahisə tərəflərin nikah münasibətlərindən irəli gəlmişdir. Buna görə də mübahisənin həlli zamanı ailə qanunvericiliyinin ər-arvadın əmlakının hüquqi rejimini müəyyən edən normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvadın hər birinə məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya digər əvəzsiz əqdlər üzrə əldə edilmiş əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab olunur. Bu normanın hüquqi mahiyyəti ondan ibarətdir ki, nikah münasibətləri ər-arvadın bütün əmlakını avtomatik olaraq ümumi birgə mülkiyyətə çevirmir. Əgər konkret əmlak hədiyyə kimi yalnız ər və ya arvada təqdim edilmişdirsə, həmin əmlak birgə əmlak deyil, hədiyyəni qəbul edən şəxsin ayrıca mülkiyyətidir və sonradan mübahisə yarandıqda həmin şəxs öz mülkiyyət hüququnun müdafiəsini tələb edə bilər. Lakin mülkiyyət hüququnun müdafiəsi haqqında tələbin irəli sürülməsi həmin hüququn mövcudluğunu sübut etmək vəzifəsini aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində mülkiyyət hüququnun məzmunu, 157.2-ci maddəsində isə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyində olan əmlakı geri tələb etmək hüququ təsbit edilmişdir. Bununla belə, həmin normaların tətbiqi üçün ilk növbədə tələb edilən əmlakın iddiaçıya məxsus olması, həmin əmlakın mövcudluğu və cavabdehin qanunsuz sahibliyində qalması müəyyən edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, hazırkı işdə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etsə də, təmin edilmiş bütün tələblər üzrə eyni səviyyədə və kifayət qədər sübut bazasının mövcud olub-olmaması ayrıca qiymətləndirilməmiş, iddia predmetini təşkil edən bütün əmlaklara münasibətdə eyni hüquqi nəticəyə gəlinmişdir. Halbuki, iş materiallarından görünür ki, ayrı-ayrı əmlaklar üzrə təqdim olunmuş sübutların xarakteri, həcmi və sübutetmə qüvvəsi bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu səbəbdən hər bir əmlak qrupu üzrə sübutlar ayrıca hüquqi qiymətləndirilməli, yalnız həmin əmlakla bağlı təqdim olunmuş sübutların kifayətliliyi əsasında nəticəyə gəlinməlidir. Məhkəmə tərkibi ilk növbədə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü, iddiaçı tərəfindən tələb olunan kosmetik vasitələrin, habelə qızıl-zinət əşyalarının bir hissəsinin mövcudluğunun və cavabdehdə qalmasının sübuta yetirilməməsinə dair dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər qismən əsaslıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən müxtəlif adda və markada kosmetik vasitələrin, habelə bir sıra qızıl-zinət əşyalarının naturada qaytarılmasını, bu mümkün olmadıqda isə onların dəyərinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi həmin tələbləri qismən təmin etsə də, məhkəmə tərkibi hesab edir ki, həmin nəticə bütün təmin olunmuş tələblər üzrə təqdim edilmiş sübutların həcmi və sübutedici qüvvəsi ilə uzlaşmır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, tərəf istinad etdiyi halları sübut etməyə borcludur. Həmin norma yalnız iddia hüququnun həyata keçirilməsi üçün formal prosessual vəzifə müəyyən etmir, həm də iddiaçının tələb etdiyi hüquqi nəticənin əldə olunmasının əsas şərtini müəyyən edir. Başqa sözlə, iddiaçı yalnız tələbin irəli sürülməsi ilə kifayətlənməməli, həmin tələbin əsasını təşkil edən faktların mövcudluğunu qanunla nəzərdə tutulmuş sübutetmə vasitələri ilə təsdiq etməlidir. Hazırkı iş üzrə iddiaçı kosmetik vasitələrin özünə məxsus olduğunu, nikah münasibətləri dövründə istifadə etdiyini və cavabdehin yanında qaldığını bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Belə ki, iddiaçı tərəfindən Nyx markalı fırça dəsti, 3-lü allıq, dodaq rəngləndiricisi, tonal krem, Versace markalı ətir, Mac markalı layner, tuş, qaş karandaşı, The Ordinary markalı üz losyonu və C vitamini serumu, Bioderma markalı makiyaj təmizləyici vasitə, Huda Beauty markalı makiyaj bazası, Victoria's Secret markalı sprey və Too Faced markalı konsilerin həqiqətən mövcud olmasını, həmin məhsulların məhz onun tərəfindən əldə edilməsini və istifadəsini, habelə boşanmadan sonra cavabdehin faktiki sahibliyində qalmasını təsdiq edən hər hansı qəbz, elektron alış sənədi, bank əməliyyatı, fotoşəkil, videogörüntü və ya digər obyektiv sübut təqdim edilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, şəxsi istifadə üçün nəzərdə tutulmuş əşyaların mövcudluğu da ümumi qaydada sübut edilməlidir. Belə əşyaların məişət xarakterli olması onları sübutetmə predmetindən kənarlaşdırmır. Əksinə, həmin əşyaların naturada qaytarılması və ya onların dəyərinin tutulması barədə iddia irəli sürüldüyü halda, iddiaçı həmin əşyaların konkret olaraq mövcud olduğunu, özünə məxsus olduğunu və cavabdehdə qaldığını sübut etməlidir. İddiaçı apellyasiya şikayətinə qarşı etirazında cavabdehin onu azyaşlı uşağı ilə birlikdə yaşayış yerindən çıxardığını, nəticədə şəxsi əşyalarını götürmək imkanının olmadığını bildirmişdir. Lakin məhkəmə tərkibi hesab edir ki, həmin halın mövcudluğu fərz edilsə belə, bu, özlüyündə iddia predmeti olan hər bir əşyanın mövcudluğunu və cavabdehin sahibliyində qalmasını avtomatik surətdə sübuta yetirilmiş hesab etməyə əsas vermir. Çünki iddiaçının yaşayış yerini hansı şəraitdə tərk etməsi ilə tələb olunan konkret əşyaların mövcudluğu və onların cavabdehdə qalması ayrı-ayrı hüquqi əhəmiyyətli hallardır. Birinci halın müəyyən edilməsi ikinci halın da sübut olunmuş hesab edilməsinə səbəb olmur. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi kosmetik vasitələr üzrə yalnız iddiaçının izahatına əsaslanmaqla nəticəyə gəlmiş, həmin izahatı təsdiq edən kifayət qədər obyektiv sübutların olub-olmamasını lazımi səviyyədə araşdırmamışdır. Məhkəmə tərkibi eyni hüquqi yanaşmanı iddiaçı tərəfindən tələb edilən 2 ədəd 750 əyarlı brilliant qaşlı nişan üzüyü, 750 əyarlı brilliant qaşlı ulduzlu sırğa-üzük dəsti, qolbaq və boyunbağı ilə bağlı hissəyə də tətbiq edir. İş materiallarının araşdırılması göstərir ki, həmin qızıl-zinət əşyalarının ayrıca mövcudluğunu, onların iddiaçıya fərdi qaydada hədiyyə edilməsini və hazırda cavabdehin sahibliyində qalmasını təsdiq edən sübutlar kifayət qədər deyildir. İddiaçı təqdim etdiyi foto və videogörüntülərə istinad etsə də, həmin görüntülərdən tələb olunan bütün qızıl-zinət əşyalarının ayrıca-ayrılıqda mövcudluğu, onların məhz iddia ərizəsində göstərilən xüsusiyyətlərə və dəyərə malik olması, eləcə də hazırda cavabdehin qanunsuz sahibliyində qalması birmənalı şəkildə müəyyən edilmir. Bundan əlavə, məhkəmə tərkibi nəzərə alır ki, cavabdeh apellyasiya şikayətində iddiaçının evi tərk edərkən özünə məxsus qiymətli əşyaları özü ilə apardığını bildirmiş, iddiaçı isə bunun əksini iddia etmişdir. Tərəflərin bu məsələdə ziddiyyətli izahatları mövcud olduğu halda, həmin izahatlardan hansının həqiqətə uyğun olduğunu təsdiq edən əlavə mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Belə olan halda, yalnız iddiaçının izahatına əsasən qeyd olunan qızıl-zinət əşyalarının cavabdehdə qaldığı qənaətinə gəlmək MPM-in 88-ci maddəsinin tələbləri ilə uzlaşmır. Sübutların kifayət etmədiyi şəraitdə məhkəmə ehtimallara deyil, sübuta yetirilmiş hallara əsaslanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı prosessual normaları tam nəzərə almamış, iddiaçının təqdim etdiyi sübutların kifayətliliyini lazımi səviyyədə qiymətləndirməmişdir. Nəticədə həmin hissədə gəlinmiş nəticə iş üzrə müəyyən edilmiş faktiki hallarla tam təsdiq olunmur. Bu səbəbdən məhkəmə tərkibi belə qənaətə gəlir ki, 470 manat məbləğində kosmetik vasitələrin dəyərinin tutulmasına, habelə 2 ədəd 750 əyarlı brilliant qaşlı nişan üzüyü, 750 əyarlı brilliant qaşlı ulduzlu sırğa-üzük dəsti, qolbaq və boyunbağının naturada qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz. Həmin hissədə iddiaçı sübutetmə yükünü yerinə yetirmədiyindən qətnamə ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Lakin məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətində 750 əyar ağ qızıldan ibarət komplektə (üzük, qolbaq, boyunbağı və sırğa dəsti) münasibətdə irəli sürdüyü dəlillərlə razılaşmır və həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh həmin komplektin ümumiyyətlə mövcud olmadığını deyil, maddi imkanlarının zəif olması səbəbindən qızıl-zinət əşyalarının özünə məxsus olmadığını, toy mərasimində ictimai qınağa məruz qalmamaq məqsədilə qohumuna məxsus qızıl-zinət əşyalarının müvəqqəti olaraq götürüldüyünü, toy mərasimində gəlinə təqdim edildiyini və sonradan yenidən həmin şəxsə qaytarıldığını bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin bu izahatı mübahisəli komplektin mövcudluğunu və toy mərasimində iddiaçıya təqdim edilməsini dolayısı ilə təsdiq edir. Başqa sözlə, cavabdehin izahatı həmin qızıl-zinət əşyalarının mövcud olmadığını deyil, əksinə, onların toy mərasimində istifadə edildiyini təsdiq edir. Belə olan halda cavabdehin eyni apellyasiya şikayətində bir tərəfdən həmin əşyaların ümumiyyətlə mövcud olmadığını, digər tərəfdən isə həmin əşyaların qohumundan götürülərək toy mərasimində gəlinə təqdim edildiyini bildirməsi onun hüquqi mövqeyinin daxili ziddiyyət təşkil etdiyini göstərir. Mülki prosesdə tərəfin verdiyi izahat digər sübutlarla birlikdə qiymətləndirilməli olsa da, həmin izahatın öz daxilində ziddiyyətli olması onun inandırıcılığına təsir göstərən mühüm amillərdən biridir. Hazırkı işdə cavabdehin irəli sürdüyü arqumentlərin müqayisəli təhlili göstərir ki, o, əvvəlcə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olmadığını bildirmiş, sonradan isə həmin əşyaların qohuma məxsus olduğunu, toy günü nümayiş etdirildiyini və daha sonra geri qaytarıldığını göstərmişdir. Belə izahatlar eyni vaxtda həqiqətə uyğun hesab edilə bilməz. Belə ki, əgər qızıl-zinət əşyaları ümumiyyətlə mövcud olmamışdırsa, onların qohumdan götürülməsi və sonradan geri qaytarılması barədə izahatın verilməsi məntiqi cəhətdən mümkün deyildir. Əksinə, cavabdehin izahatı təsdiq edir ki, sözügedən komplekt toy mərasimində mövcud olmuş, iddiaçı tərəfindən istifadə edilmiş və gəlinə təqdim edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin istinad etdiyi "qızıllar yalnız nümayiş etdirilməsi məqsədilə verilmişdi" arqumenti də qətnamənin həmin hissədə ləğvi üçün əsas yaratmır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. İş materiallarında həmin qızıl-zinət əşyalarının yalnız müvəqqəti istifadə üçün verilməsi, onların iddiaçıya bağışlanmaması və ya tərəflər arasında belə məzmunda ayrıca razılığın mövcud olması barədə hər hansı yazılı və ya digər mötəbər sübut yoxdur. Eyni zamanda, cavabdehin "şahidlər təqdim edə bilərik" şəklində göstərdiyi arqument də hüquqi baxımdan sübut hesab edilə bilməz. Sübut kimi qiymətləndirilən hal şahidin gələcəkdə mümkün ifadəsi deyil, prosessual qaydada alınmış və məhkəmə tərəfindən tədqiq edilmiş ifadəsidir. Məhkəmə tərkibi həmçinin nəzərə alır ki, iddiaçı apellyasiya şikayətinə qarşı etirazında da cavabdehin mövqeyindəki ziddiyyətlərə diqqət çəkmiş, cavabdehin əvvəlcə qızılların ümumiyyətlə verilmədiyini, sonra isə onların qohuma məxsus olduğunu bildirdiyini göstərmişdir. İddiaçının bu arqumenti iş materialları ilə də təkzib olunmur. Məhkəmə tərkibi hesab edir ki, tərəfin öz izahatında etiraf etdiyi fakt sonradan irəli sürdüyü ziddiyyətli mülahizələrlə aradan qaldırıla bilməz. Əks yanaşma qəbul edildiyi halda, tərəflər öz izahatlarını müxtəlif mərhələlərdə dəyişdirməklə məhkəməni sübutetmə yükündən yayınmağa sövq etmiş olardılar ki, bu da mülki məhkəmə icraatının hüquqi müəyyənlik və vicdanlı davranış prinsipləri ilə uzlaşmır. Digər tərəfdən, cavabdeh həmin komplektin guya qohumuna məxsus olmasını bildirsə də, həmin şəxsin mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd, qızıl məmulatlarının alınmasına dair qəbz, ekspert rəyi və ya digər obyektiv sübut təqdim etməmişdir. Belə olan halda, yalnız cavabdehin subyektiv izahatı həmin komplektin iddiaçıya toy mərasimində hədiyyə edilmədiyi və sonradan qanuni əsaslarla geri alındığı nəticəsinə gəlmək üçün kifayət etmir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi məhz bu hissədə iş üzrə təqdim edilmiş sübutları düzgün qiymətləndirmiş, tərəflərin izahatlarını qarşılıqlı müqayisə etmiş və 5950 manat dəyərində olan 750 əyar ağ qızıldan ibarət komplektin iddiaçıya aid olması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin həmin hissədə dəlilləri qətnamənin ləğvi üçün əsas vermədiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi 5950 manat dəyərində olan komplektə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən 750 əyar ağ qızıldan ibarət komplektə (üzük, qolbaq, boyunbağı və sırğa dəsti) münasibətdə iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət vermiş, cavabdehin apellyasiya şikayətində həmin hissə üzrə irəli sürdüyü dəlillər isə qətnamənin ləğvi üçün əsas yaratmamışdır. Lakin iddia tələbinin qalan təmin edilmiş hissəsi üzrə iddiaçı mübahisəli əmlakın mövcudluğunu, ona məxsus olmasını və cavabdehin faktiki sahibliyində qalmasını MPM-in 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq kifayət edən və mötəbər sübutlarla təsdiq etmədiyindən, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və sübutların məcmusuna uyğun hesab edilə bilməz. Bu səbəbdən məhkəmə tərkibi belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi iddiaçı İddiaçı məxsus Nyx markalı fırça dəsti, 3-lü allıq, dodaq rəngləndirici, tonal krem, Versace markalı ətir, Mac markalı layner, tuş, qaş karandaşı, The Ordinary markalı üz losyonu, C vitamini serumu, Bioderma makiyaj təmizləyici losyon, Huda Beauty markalı makiyaj bazası, Victoria's Secret markalı sprey və Too Faced markalı gözaltı konsilerinin ümumi dəyəri olan 470 manat pul vəsaitinin, habelə 2 ədəd 750 əyarlı brilliant qaşlı nişan üzüyünün, 750 əyarlı brilliant qaşlı ulduzlu sırğa-üzük dəstinin, qolbağın və boyunbağının cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əmlaklar olmadıqda isə onların dəyərinin cavabdehdən tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə 5950 manat dəyərində olan 750 əyar ağ qızıldan ibarət komplektin cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əmlak mövcud olmadıqda isə onun dəyərinin cavabdehdən tutulması hissəsində isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən-iddiaçı İddiaçı məxsus Nyx markalı fırça dəsti (30 manat), 3-lü allıq (20 manat), dodaq rəngləndirici (10 manat), tonal krem (15 manat), Versace markalı ətir (180 manat), Mac markalı layner (25 manat), tuş (15 manat), qaş karandaşı (20 manat), The Ordinary markalı üz losyonu (15 manat), C vitamini serumu (15 manat), Bioderma markalı makiyaj təmizləyici losyon (25 manat), Huda Beauty markalı makiyaj bazası (30 manat), Victoria's Secret markalı sprey (35 manat), Too Faced markalı konsiler (35 manat) üzrə ümumilikdə 470 (dörd yüz yetmiş) manat pul vəsaitinin, 2 ədəd 750 əyarlı brilliant qaşlı nişan üzüyünün (1200 manat), 750 əyarlı brilliant qaşlı ulduzlu sırğa-üzük dəstinin (2670 manat), qolbağın (1780 manat) və boyunbağının (800 manat) cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əmlaklar olmadıqda isə onların dəyərinin cavabdehdən tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə rədd edilsin. Qətnamə 750 əyar ağ qızıldan ibarət komplektin (üzük, qolbaq, boyunbağı və sırğa dəsti) cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin əmlak mövcud olmadıqda isə onun 5950 (beş min doqquz yüz əlli) manat dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-625/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-625/2026
23.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver