Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № 2(3-9)-634/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmәdov Pәrviz Tәrlan oğlunun sәdrliyi, hakimlәr Əsәdov İlham Qoşunәli oğlu vә Heydәrov Tofiq Xudayar oğlundan ibarәt tәrkibdә, İmişli Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadından X2 tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia әrizәsi ilә İmişli Rayon Mәhkәmәsinә müraciәt edәrәk, ##.##.2025-ci il tәvәllüdlü X1 yetkinlik yaşına çatanadәk saxlanılması üçün sonrakı artımlar nәzәrә alınmaqla hәr ay ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqı mәblәğinin 0,65 misli hәddindә alimentin, ##.##.2025-ci il tәvәllüdlü X1 üç yaşına çatana qәdәr hәr ay 200 manat mәblәğdә alimentin vә 320 manat mәblәğdә hüquqi yardım xәrcinin, 50 manat mәblәğdә mediasiya xәrcinin Cavabdeh tutularaq ona ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrardadı ilә iddia әrizәsinin mәhkәmә icraatına qәbul edilmәsindәn imtina edilmişdir. Birinci instansiya mәhkәmәsi mövqeyini onunla әsaslandırmışdır ki, MPM-in 443.0.4cü maddәsinә әsasәn Azәrbaycan Respublikasının mәhkәmәlәri xarici şәxslәrin iştirakı ilә olan aliment alınması vә atalığın müәyyәn edilmәsi işlәrindә iddiaçı Azәrbaycan Respublikasının әrazisindә yaşayış yerinә malik olduqda işә baxmağa haqlıdır. Mәhkәmә hesab edir ki, aliment tәlәb edәn iddiaçı Rusiya Federasiyasının vәtәndaşı olmaqla, orada daimi yaşayış yerinә malik olduğundan vә tәrәflәrin birgә nikahından doğulmuş uşaq Rusiya Federasiyasının vәtәndaşı olmaqla orada daimi yaşadığından, iddiaçı aliment tәlәbi barәdә әrizә ilә uşağın vәtәndaşı olduğun dövlәtin qanunvericiliyә uyğun olaraq hәmin dövlәtin mәhkәmәsinә müraciәt edә bilәr. Qәrardaddan İddiaçı şikayәt verәrәk onun lәğv edilmәsini vә işin icraata qәbul edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, mәhkәmә qәrardadda “Mülki, ailә vә cinayәt işlәri üzrә hüquqi yardım vә hüquqi münasibәtlәr haqqında” ## ###### 2004-cü il tarixli Konvensiyanın 35-ci maddәsinә istinad edәrәk vәtәndaşı olduğu ölkәnin qanunvericliyinin tәtbiq edilmәli olması sәbәbindәn iddia әrizәsinin icraata qәbul edilmәli olmaması qәrarına gәlmişdir. Halbuki, Rusiya Federasiyası Mülki Prosessual Mәcәllәsinin 28-ci maddәsinә әsasәn iddia cavabdehin yaşadığı yerin mәhkәmәsinә verilir. Hazırkı halda cavabdehin İmişli şәhәri Hәzi Aslanov küçәsi ev 27 ünvanında qeydiyyatda olması vә yaşamasını nәzәrә alınaraq mәhkәmә özü istinad etdiyi maddәnin tәlәbәrini pozmuşdur. İmişli Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (MPM) 397.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә tәrkibi şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, İmişli Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrardadı lәğv edilәrәk, iddia әrizәsinin icraata qәbul edilmәsinin mümkünlüyü mәsәlәsinә yenidәn baxılması üçün mülki işin materialları İmişli Rayon Mәhkәmәsinә qaytarılmalıdır. MPM-in 372.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi tam hüquqlu mәhkәmә kimi işә işdә olan vә әlavә tәqdim olunmuş sübutlar әsasında mahiyyәti üzrә baxır. Qeyd edilmәlidir ki, Azәrbaycan Respublikasının Konstitusiyası insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi kimi tәsbit etmәklә yanaşı, mәhkәmәlәr tәrәfindәn onların müdafiәsinә dә tәminat verilmişdir. Belә ki, Azәrbaycan Respublikasının Konstitusiyasının 60-cı maddәsinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. Hәr kәsin hüququ var ki, onun işinә qәrәzsiz yanaşılsın, habelә inzibati icraat vә mәhkәmә prosesindә ağlabatan müddәtdә baxılsın. MPM-in 4.1-ci maddәsinә görә bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmçinin hәmin mәcәllәnin 5.1-ci maddәsinә әsasәn hәr hansı fiziki vә yaxud hüquqi şәxs öz hüququnun vә ya qanunla qorunan mәnafeyinin müdafiәsi vә yaxud tәsdiqi üçün mәhkәmәyә müraciәt etdiyi hallarda mәhkәmәdә iş başlanılır. Mәhkәmә tәrkibi qeyd edir ki, MPM-in 399-cu maddәsinin tәlәbinә görә birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. “Mülki, ailә vә cinayәt işlәri üzrә hüquqi yardım vә hüquqi münasibәtlәr haqqında” Konvensiyanın 1-ci maddәsinin 2-ci bәndinә әsasәn razılığa gәlәn hәr bir Tәrәfin vәtәndaşları, habelә onun әrazisindә yaşayan digәr şәxslәr Razılığa gәlәn bütün digәr Tәrәflәrin sәlahiyyәtinә mülki, ailә vә cinayәt işlәrinin aid olduğu mәhkәmәlәrinә, prokurorluq, daxili işlәr vә tәhlükәsizlik orqanlarına azad vә maneәsiz müraciәt etmәk hüququna malikdirlәr, onlar hәmin orqanlarda çıxış edә, vәsatәtlәr verә bilәr, iddialar qaldıra bilәr vә Razılığa gәlәn hәmin Tәrәfin vәtәndaşlarının hәyata keçirdiyi şәrtlәrlә digәr prosessual hәrәkәtlәri hәyata keçirә bilәrlәr. Nәzәrә alınmalıdır ki, MPM-in 440.1-ci 440.2-ci maddәlәrinә әsasәn Azәrbaycan Respublikasının mәhkәmәlәri mülki vә kommersiya mübahisәlәri üzrә beynәlxalq sәlahiyyәtә bu şәrtlә malikdirlәr ki, işdә iştirak edәn şәxslәrdәn hәr hansı biri xarici şәxs olsun, onun Azәrbaycan Respublikasında yaşayış yeri, olduğu yer vә adәtәn gәldiyi yer olsun. Mәhkәmәlәrdә xarici şәxslәrin iştirak etdiklәri işlәr üzrә icraat bu Mәcәllәyә vә digәr qanunlara uyğun olaraq hәyata keçirilir. MPM-in 398.0.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Mәhkәmә tәrkibi şәrh olunanlara әsasәn vә MPM-in 263, 264, 397.2, 398, 400 vә 402-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutub QƏRAR VERDİ: Şikayәt qismәn tәmin edilsin. İmişli Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadı lәğv edilsin vә iddia әrizәsinin icraata qәbul edilmәsinin mümkünlüyü mәsәlәsinә yenidәn baxılması üçün mülki işin materialları İmişli Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir vә ondan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-9)-634/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-634/2026
04.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver