Məhkəmə qərarları › İş №2(3-9)-660/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-660/2026

23.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-660/2026 23.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X10 və X13 ibarət tərkibdə, məhkəmə katibi X6, iddiaçının və onun nümayəndəsi X3 iştirakı ilə, Saatlı Rayon Мəhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ilə Cavabdeh nikahından 1 uşaq- ## ### 2018-ci il təvəllüdlü Nihat doğulmuşdur. Saatlı Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin faktiki nikahından doğulmuş uşağın saxlanılması üçün sabit pul məbləğində- 80 manat məbləğində aliment müəyyən edilmişdir. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin ## ####### 2018-ci il tarixli qətnaməsinə əsasən tutulan 80 manat sabit pul məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin ## ####### 2018-ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş və Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləğinin azaldılaraq minimum əmək haqqının 0.25 misli həddində təyin edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin ## ####### 2018ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə bir uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 80 manat aliment məbləği Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunduqdan sonra o hər ay 244 manat alimenti cavabdehin xeyrinə ödəməlidir. Hazırda onun ödəməli olduğu aliment məbləği əvvəl ödəməli olduğu aliment məbləğindən 164 manat çoxdur. İddiaçının rəsmi iş yeri yoxdur, anadangəlmə qıcolma sindromu xəstəliyindən əziyyət çəkir. Bununla bağlı 2021-ci ilə qədər pensiya alırdı, lakin həmin il pensiya verilməsi dayandırılmışdır. Təyin olunmuş 80 manat məbləğində alimenti atası ödəyib, çünki borclu xəstəliyi səbəbindən işləyə bilmir. Bunlardan əlavə, iddiaçı başqa qadınla- X4 adlı şəxslə yenidən ailə qurmuşdur. Bu nikahdan X1 adlı bir uşağı da vardır. İddiaçı valideynləri ilə birlikdə yaşayır. Yeganə gəlir mənbəyi iddiaçının atasının təqaüdüdür. Aliment məbləği indeksasiya olunduqdan sonra müəyyən edilmiş məbləği ödəməkdə çətinlik çəkir. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh izahatında göstərmişdir ki, maddi tələbatlarını ödəməkdə çətinlik çəkir və övladının tez-tez xəstələnməsi vəziyyətini daha da çətinləşdirir. Alimentin məbləğinin minimum əmək haqqının 0,25 həddində azaldılması ilə razı deyil, lakin qarşı tərəfin maddi vəziyyətini nəzərə alaraq ödəniləcək alimentə 20 manat məbləğində güzəşt oluna biləcəyini bildirərək, iddianın qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Мəhkəməsinin (hakim İ.Abuşov) ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin ## ####### 2018-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə tutulan və Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərardadına əsasən indeksasiya olunan alimentin məbləğinin azaldılması, ## ### 2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla alimentin tutularaq cavabdeh Cavabdeh xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, azaldılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması, 25 (iyirmi beş) manat mediasiya xərci və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, fəaliyyət qabiliyyəti məsələsinin araşdırılması üçün məhkəmə psixiatrik ekspertizasının təyin edilməsi, aliment öhdəliyinin şəxsin sağlamlıq vəziyyəti və fəaliyyət qabiliyyətsizliyi nəzərə alınmaqla yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, alimenti həmişə humanistlik xatirinə onun atası ödəmişdir. İşin faktiki hallarından biri də budur ki, o, ümumiyyətlə aliment ödəyə bilmir. Onun fəaliyyət qabiliyyəti yoxdur. Azərbaycan Respublikası ərazisində heç bir dövlət və özəl idarə və ya müəsissələrdə onu adi gözətçi və ya fəhlə işi ilə təmin etmirlər. Əmək qabiliyyəti yoxdur. O anadangəlmə «Baş-beyin sol yarımkürəsinin bazal qanqlionlar nahiyəsində Putamen, daxili kapsulanın arxa budu və quyruqlu nüvənin cismini əhatə edən arxanoidal kistalar, sol alın və gicgah nahiyəsində serebral kortıtkal atrofiya, Ensefalopatiya, qıcolma tutmaları ilə, Hipertenziv ensefalopatiya Kəllə daxili hepertenziya, Generalizdə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar tez-tez baş verən qıgolma tutmaları ilə (ayda 8-10 dəfə), Miopiya OU, Üzvi mənşəli şəxsiyyət pozğunluğu Epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi, Konqitiv funksiya pozulmaları, psixo orqanik baxmaq» diaqnozla xəstəlikdən əziyyət çəkir. Dəfələrlə psixinevroloji xəstəxanalarda stasionar və ambulator müalicələr almışdır. İbtidai təhsil belə almamışdır. Xəstəliyinin ağırlığı səbəbindən tez-tez qıcolma halları baş vermiş, yerə yıxılan zaman dəfələrlə kəllə-beyin travması almışdır. Müddətli həqiqi hərbi xidmətdə olmamışdır. Konkret olaraq onun fəaliyyət qabiliyyəti yoxdur. Bu kimi xəstəlikdən əziyyət çəkən əlil və xəstə hansı qaydada və necə aliment ödəyə bilər? Əlil kimi pensiya almışdır, lakin hazırda pensiyanı kəsiblər. Heç bir idarə və təşkilat onu işə qəbul etmir. Məhkəmə prosesi zamanı o rəsmi qaydada müraciət edərək fəaliyyət qabiliyyətinin müəyyən edilməsi məqsədilə stansionar məhkəmə psixiatriya ekspertizasının təyin edilməsini şəxsin (onun) sağlamlıq vəziyyətini müəyyən edilməsini xahiş etsə də həmin tələbi təmin edilməmişdir. Hazırda bu ekspertizanın təyin edilməsi zəruri və vacibdir. Məhkəmə iclası zamanı atası Ərəstun Ağayev humanistlik nümayiş etdirərək hər ay 100 manat aliment ödəyə biləcəyini bildirsə də, məhkəmə yuxarıda qeyd olunan hüquqi əhəmiyyət kəsb edən fakt və sübutları nəzərə almadan alimentin miqdarını 0,45 misli miqdarında (180 AZN) qətnamə çıxarmışdır. O, ümumiyyətlə aliment ödəyə bilmir. Stasionar psixiatrik ekspertizanın təyin edilməsi zəruridir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olması ilə yanaşı eyni zamanda ədalətsizdir. Həmin qətnamə ləğv edilməlidir. İzahatlar Apellyasiya baxışında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən dəyişdirilməsini, aliment məbləğinin azaldılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, oğlu İddiaçı anadangəlmə qıcolma sindiromu xəstəliyindən əziyyət çəkir. 2021-ci ilə qədər pensiya alırdı, onu da dayandırıblar. Müəyyən olunmuş alimenti də o, aldığı 220 manat təqaüdündən ödəyirdi. Hər ay 100 manat ödəyə bilər. Maddi imkanı çox zəifdir. Oğlu da xəstəliyi ilə əlaqədar heç-bir yerdə işləyə bilmir. Təyin olunmuş alimenti ödəyə bilmirlər. İddiaçı İddiaçı nümayəndəsinin izahatı ilə razı olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materiallarla araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdehin nikahından 1 uşaq- ## ### 2018-ci il təvəllüdlü Nihat doğulmuşdur. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Saatlı Rayon Məhkəməsinin ## ####### 2018-ci il tarixli qətnaməsinə əsasən tutulan 80 manat sabit pul məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunmuşdur. Hazırki tələbində iddiaçı alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). ... Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qərarda qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir (8.2 və 8.3-cübəndlər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı xəstəlikdən əziyyət çəkdiyini, uzun müddət ambulator və stasionar müalicə aldığını, hazırda işsiz olduğunu, aylıq qazancının olmadığını, ailəli olduğunu bildirmişdir. İddiaçı işləmir, adında hər-hansı əmlak yoxdur. İzahatlardan və təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı qıcolma sindromu xəstəliyindən əziyyət çəkir. 2021-ci ilə qədər pensiya almış, sonra pensiya ödənişi dayandırılmışdır. Nümayəndə qismində iddiaçının atası göstərmişdir ki, iddiaçı anadangəlmə «Baş-beyin sol yarımkürəsinin bazal qanqlionlar nahiyəsində Putamen, daxili kapsulanın arxa budu və quyruqlu nüvənin cismini əhatə edən arxanoidal kistalar, sol alın və gicgah nahiyəsində serebral kortıtkal atrofiya, Ensefalopatiya, qıcolma tutmaları ilə, Hipertenziv ensefalopatiya Kəllə daxili hepertenziya, Generalizdə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar tez-tez baş verən qıgolma tutmaları ilə (ayda 8-10 dəfə), Miopiya OU, Üzvi mənşəli şəxsiyyət pozğunluğu Epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi, Konqitiv funksiya pozulmaları, psixo orqanik baxmaq» diaqnozla xəstəlikdən əziyyət çəkir. İddiaçının atasının verdiyi məlumata görə əvvəldən təyin olunmuş 80 manat alimenti, o (iddiaçının atası) ödəyib. İddiaçı hazırda xəstəliyi səbəbindən işləyə bilmir. İddiaçı xəstəliyi səbəbindən hərbi xidmətə yararsız kimi hərbi xidmətdən azad olmuşdur. Bunlardan əlavə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı X4 adlı şəxslə yenidən ailə qurmuş, sonrakı nikahdan X1 adlı bir uşaq vardır. İddiaçı valideynləri ilə birlikdə yaşayır. Yeganə gəlir mənbəyi iddiaçının atasının təqaüdüdür. Kollegiyanın qənaətinə görə, borclunun ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunu nəzərə alaraq təyin edilmiş alimentin miqdarının azaldılması hazırki vəziyyətdə mümkündür. Kollegiya hesab edir ki, təyin edilmiş alimentin miqdarı azaldılmalı, tərəflərin birgə nikahından doğulan uşağın saxlanılması üçün İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulmalı olan aliment sonrakı müvafiq artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində müəyyən edilməlidir. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə İddiaçı tutulmalı olan minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğin illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Məhkəmə xərcləri iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.3, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Мəhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin ## ####### 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təyin edilmiş və Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərardadına əsasən indeksasiya olunan alimentin məbləği dəyişdirilərək azaldılsın və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar