Məhkəmə qərarları › İş №2(3-9)-688/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-688/2026

14.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-688/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Masallı Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 arasında ## ### 2019-cu il tarixdə Masallı Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış nikah 319 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə (arvada) Məmmədov (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, ## ###### 2019-cu il təvəllüdlü X2 və ## #### 2021-ci il təvəllüdlü X3 atası İddiaçı, anası X4r. Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə Cavabdeh alimentin indeksasiyası barədə ərizəsinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə İddiaçı tutulan ##.##.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay uşaq üçün 100 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində indeksasiya olunması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli *(*-*)-**/**** saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Dövlət Su X16 Su Meliorasiya Xidməti publik hüquqi şəxsin X6 Sistemlərinin İstismarı idarəsinin ## ###### 2026-cı il tarixli *-**-*-**/*-**/**** saylı arayışından görünür ki, İddiaçı X6 Sistemlərinin İstismarı idarəsində elektrik qaz qaynaqçısı, elektrik mantyoru vəzifəsində işləyir. O, 2025-2026-cı illər ərzində cəmi 8627.36 manat əmək haqqı almışdır. “AZEMİS” EİS-dən əldə olunmuş “əmək müqaviləsi” məlumatlarına dair Çıxarışdan görünür ki, İddiaçı “X6 Sistemlərinin İstismarı İdarəsində nasos qurğularının maşinisti vəzifəsində çalışmaqla 550 manat məbləğində əmək haqqı alır. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə ona təyin olunmuş bir uşaq üçün 380 manat alimentin miqdarının azaldılaraq bir uşaq üçün 150 manat miqdarında olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi nikahlarından bir övladları olmuşdur. Övladı ##.##.2015-ci il təvəllüdlü X5r. Ailə daxili narazılıqlar səbəbindən nikahları məhkəmə qaydasında pozulmuş, uşağı yetkinlik yaşına çatana kimi anasının himayəsində saxlanılmışdır. Uşağının saxlanılması üçün ondan 100 manat sabit pul məbləğində aliment kəsilmiş və kəsilmş aliment pulunu ödəməkdə çətinlik çəkmişdir. Qardaşları və atasının köməkliyi ilə aliment pulunu gecikmələrlə ödəmişdir. Bir neçə dəfə aliment pulunu ödəyə bilmədiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Cavabdeh yenidən Masallı Rayon Məhkəməsinə müraciət edərək alimentin indeksasiya olunmasını xahiş etmiş, məhkəmənin # ###### 2026cı il tarixli qərardadı ilə aliment məbləği 2026-cı ilə indeksasiya olunmuşdur. Qərara əsasən ondan minimum əmək haqqının 0.95 misli yəni bir uşaq üçün 380 manat alimentin tutulması qərara alınmışdır. X6 Sistemlərinin İstismarı idarəsində elektrik mantyoru vəzifəsində işləyərək 550 manat əmək haqqı alır. İşdən əlavə başqa gəliri yoxdur. İkinci dəfə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İkinci evliliyindən iki övladı olmuşdur. Övladları ##.##.2019-cu il təvəllüdlü X2 və ##.##.2021-ci il təvəllüdlü X3r. Aynurə Məmmədova göz xəstəliyindən əziyyət çəkir və gözləri olduqca zəif görür. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Masallı Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddianın qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə ##.##.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının indeksasiya edilərək müəyyən edilmiş 0.95 misli həddində alimentin məbləğinin azaldılması, ##.##.2015-ci il təvəllüdlü X5 üçün İddiaçı Cavabdeh xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı aylıq əmək haqqının az olmasını, onun başqa iki övladının olmasını, təyin edilmiş aliment məbləğinin onu çətin vəziyyətə saldığını əsas götürərək alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbi barədə etirazını məhkəməyə bildirməmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği ##.##.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Belə olan halda, 2025-ci il üçün müəyyən edilmiş minumum əmək haqqı kimi müəyyən edilmiş 400 manat pulun 0.95 misli 380 manata bərabərdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq İddiaçı ##.##.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində sabit pul məbləğində, yəni 380 manat məbləğində aliment həddən artıq yüksək məbləğdir və həmin məbləğin ödənilməsi üçün iddiaçı müvafiq maddi imkanlara malik deyildir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının ## ###### 2025-ci il tarixli qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə qərardadı ilə bir uşağın saxlanması üçün indeksasiya edilmiş aliment məbləği qanunla müəyyən edilmiş yaşayış minumumundan çoxdur. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, həmçinin iddiaçı tərəfindən ona təyin edilmiş aliment məbləğinin ödəyə bilmə qabiliyyətində olub-olmamasını kimi halları nəzərə alaraq ödənilməli olan alimentin miqdarının azaldılaraq 200 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Ona görə də, məhkəmə tərəfindən hazırda müəyyən edilən alimentin miqdarı 2026-cı il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2026cı ildə minumum əmək haqqının 400 manat olduğu nəzərə alınsa, məhkəmənin hazırda bir uşaq üçün müəyyən etdiyi 200 manat sabit pul məbləği minumum əmək haqqının 0.50 faizini təşkil edir (200:400=0.50 %). Qeyd edilənlərə əsasən indekasiya edilmiş alimentin məbləği azaldılaraq, uşaq yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulmalı və azaldılmış aliment məbləğinin tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli sərəncamına, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının ## ###### 2025-ci il tarixli qanununa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” ## ###### 2024-cü il ** nömrəli Ali Məhkəməsi Plenum qərarının “8.4-1-ci bəndində istinadla əsaslandırmışdır. APELYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehlə rəsmi nikahlarından bir övladları olmuşdur və ayrıldıqdan sonra kəsilmiş alimenti güclə ödəyirdi. Araşdırılma aparılmadan alimentin məbləğini məhkəmə 380 manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsi isə məbləği azaldaraq 200 manatda saxlamış, lakin 200 manat aliment verməyə maddi imkanı çatmır. Maaşı 550 manatdır, maşına yönəlsə 137 manat aliment ödəməlidir. Lakin iddia tələbində 150 manat ödəyə biləcəyini bildirmişdir. Cavabdehlə boşandıqdan sonra ikinci dəfə ailə qurmuş, ikinci evliliyindən iki uşağı var, arvadı xəstə olduğundan işləyə bilmir. Ailədə dörd nəfərdirlər və 550 manat maaş ilə dolanırlar. 550 manatdan 200 manat aliment verəndə yerdə 350 manat qalır. Hazırkı vəziyyətdə dolanışığı yox vəziyyətindədir. Məhkəmə ailə vəziyyətini nəzərə almadan alimentin miqdarını azaltmışdır. Ailəsinin başqa yerdən gəliri yoxdur, məhkəmə birinci evliliyindən olan uşağı nəzərə alır, lakin yanında qalan uşaqlarını nəzərə almır. Məhkəmə başqa yerdən gəlirinin olmadığını, bütün günü işdə olduğunu və aldığı maaşını 5 nəfərin arasında normal şəkildə bölməli olduğunu araşdırmamışdır. Məhkəmə aylıq maaşını və həmçinin iddiaçıya verdiyi alimentin miqdarını, iddiaçının fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə etməsini qarşılıqlı əlaqələndirə bilməmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirə bilmədiyindən ədalətsiz bir qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində alimentin məbləğinin 200 manatda saxlamasını əsaslandıra bilməmişdir. Alimentin məbləği 100 manatdan 200 manatadək qaldırılmışdır. Bu qalxmaya mütənasib olaraq maddi həyatında heç bir dəyişiklik olmamışdır. T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ: İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda rəsmi olaraq aylıq 550 manat əmək haqqı alsa da, əlinə 458 manat məbləğində gəlir daxil olur. Yeni ailəsindən 2 övladı vardır, həmçinin arvadı göz xəstəliyindən əziyyət çəkir. Öz maddi vəziyyətini düşünmür. Əmək haqqı 3 övladı arasında bərabər bölüşdürülsə, aliment öhdəliyini mütəmadi şəkildə yerinə yetirə bilər. Məhkəmə iclaslarında iştirak etmək üçün hər dəfə iş yerindən icazə alaraq məhkəməyə gəlir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. P R O S E S S U A L M Ə S Ə L ƏL Ə R : MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ## ###### 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (## ######## 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” # #### 2026-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən uşağın üstün mənafeləri – bu Qanuna və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına uyğun olaraq uşağın rifahı, təhlükəsizliyi, sağlamlığı, təhsili və inkişafı ilə bağlı mənafeləridir. Qanunun 11-ci maddəsinə əsasən hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir. Qanunun 24.1-24.2-ci bəndlərinə əsasən hər bir uşaq sosial təminat hüququna malikdir. Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ vardır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, valideynlər övladlarının saxlanılması, onların fiziki, mənəvi və intellektual inkişafı üçün zəruri şəraitin yaradılması üzrə bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan, alimentin məbləği müəyyən edilərkən uşaqların yaşı, gündəlik tələbatları, təhsil, qidalanma, geyim və digər zəruri ehtiyacları, habelə valideynlərin maddi vəziyyəti və gəlir imkanları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər və hərtərəfli şəkildə araşdırmış, təyin edilmiş alimentin miqdarının hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində müəyyən edilməsi işi müəyyən edilmiş faktiki hallarına uyğundur. Həmçinin “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən uşağın faktiki himayəsində olduğu Cavabdeh hər hansı rəsmi gəlirinin mövcud olmadığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, azyaşlının saxlanılması və gündəlik tələbatlarının ödənilməsi yükü də məhz iddiaçının üzərindədir. Belə olan halda, uşağın üstün mənafeyi prinsipi, onun normal yaşayış səviyyəsinin təmin edilməsi zərurəti, yaşı ilə bağlı artan ehtiyacları, habelə aliment ödəyicisinin övladının saxlanılmasında iştirak etmək vəzifəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləği ağlabatan və ədalətli hesab edilməli, məhkəmə tərkibi bu səbəbdən təyin edilmiş aliment məbləğinin azaldılması üçün əsasların olmadığı qənaətindədir. Odur ki, alimentin minimum əmək haqqının 0,50 misli kimi təyin olunması həm uşağın təminat mənafeyinə, həm də tərəflərin real maddi imkanlarına uyğun olmaqla ədalət prinsipinə cavab verir. Bununla yanaşı, onu da nəzərə almaq yerinə düşər ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 2026-cı il üçün 260 manat məbləğində müəyyən edilmişdir. Diqqətə çatdırılır ki, hazırkı qərarın mövcudluğu onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, İddiaçı verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar