Məhkəmə qərarları › İş №2(3-9)-704/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-704/2026

10.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-704/2026 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh sədrlik edən hakim Etibar Quliyevə və bütün məhkəmə tərkibinə etdiyi etiraza Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qarşı böhtan xarakterli böhtan xarakterli yalan məlumatlarla müxtəlif dövlət orqanlarına şikayət etməklə onun işgüzar nüfuzunu zədələməsinə görə 7000 (yeddi min) manat konpensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi və cavabdehin yazdığı ərizələrin həqiqətə uyğun olmayan şər və böhtan xarakterli məlumatlar olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Cavabdeh etiraz ərizəsi təqdim edərək sədrlik edən hakim Etibar Quliyevə və bütün məhkəmə tərkibinə etiraz etdiyini bildirmişdir. Etirazın əsası ondan ibarətdir ki, iddiaçı ilə hakim Etibar Quliyev arasında yaxın dostluq münasibətləri vardır və bu hal hakimin qərəzsizliyinə təsir edəcəkdir. Ağcabədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə, etirazın baxılması üçün *(*-***)-***/**** nömrəli mülki işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 19.1.7-ci maddəsinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa işə baxılmasına yol verilmir. İş materiallarından görünür ki, əvvəlki iclaslarda cavabdeh Cavabdeh etiraz göndərərək, mülki işə Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev tərəfindən baxılmasına etiraz etmişdir. Əvvəlki etirazın da əsası hazırkı etirazla eynilik təşkil etməklə, hakim Etibar Quliyevin iddiaçı ilə yaxın dostluq münasibətlərinin olması ilə bağlıdır. Həmin etiraz Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə, təmin edilməmişdir. MPM-in 21.2-ci maddəsinə əsasən Etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. 21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. 21.6. Eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. Göründüyü kimi işə baxan hakim Etibar Quliyevə edilmiş etiraz cavabdeh tərəfindən eyni əsasla edilmiş, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılaraq məhkəmə iclası davam etdirilmək əvəzinə baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Qeyd etmək lazımdır ki, MPM-in 23.2-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Qeyd edilən normanın mənasından görünür ki, birinci instansiya məhkəməsinin bütün hakimlərinə edilmiş etiraz ayrı-ayrılıqda olmalı, işə birinci instansiya baxılması üçün 19-cu maddənin tələbi baxımından səlahiyyətli hakim qalmadıqda və sədrə etiraz edildikdə həmin etiraza Apellyasiya instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Hazırki vəziyyətdə kollegiya hesab edir ki, hakim Etibar Quliyevə edilmiş etiraz apellyasiya instansiya məhkəməsinin baxmaq səlahiyyəti yoxdur və etiraz eyni əsasla eyni şəxs tərəfindən edildiyindən, iş apellyasiya baxışından çıxarılmalı və baxılmasına davam etdirilməsi üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: *(*-*)-***/**** saylı iş materialları edilmiş etiraza baxılmadan apellyasiya baxışından çıxarılmaqla Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar