Məhkəmə qərarları › İş №2(3-9)-712/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-712/2026

07.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-712/2026 07.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, tərəflərin iştirakı ilə, Beyləqan Rayon Мəhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ilə Cavabdeh ##.##.2010-cu il tarixdən nikahda olmuşlar. Bu nikahdan 1 uşaq- ##.##.2011-ci il təvəllüdlü Nəzrin doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş ##.##.2011-ci il təvəllüdlü X1 anasının himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Abşeron Rayonı Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəniləcək alimentin miqdarı ölkə üzrə minimum əmək haqqının 1,2 misli həddində müəyyən edilməklə indeksasiya olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,20 misli məbləğində təyin edilmiş alimentin azaldılaraq, hər ay ölkə üzrə minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan doğulmuş ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəyəcəyi alimentin miqdarının ölkə üzrə minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə razı deyil. Belə ki, sözügedən qərardadda reallıq nəzərə alınmamış və bir uşağa həddən çox məbləğdə aliment təyin edilmişdir. Onun tərəfindən həmin məbləğdə alimentin ödənilməsi mümkün deyil. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş (minimum əmək haqqının 1,20 misli məbləğində) aliment azaldılmalı, hər ay ölkə üzrə minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. İddiaçı tələbində bildirmişdir ki, o, yeni işə qəbul olunmuş və 450 manat məbləğində əmək haqqı alır. Onun uşağın saxlanması üçün hər ay 260 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı 400 manat deyil, daha çox əmək haqqı alır. Eyni zamanda iddiaçı indeksasiya olunan 480 manat alimenti hər ay vaxtında ödəyir. Həmçinin övladı hazırlıqlara gedir və iddia tələbində qeyd edilən həmin məbləğ kifayət etmir. Beyləqan Rayon Мəhkəməsinin (hakim X.Kamilzadə) ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə tutulan və Abşeron Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə indeksasiya olunan alimentin miqdarı azaldılmış, ## ####### 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, iddiaçının faktiki qazancının daha yüksək olduğu ehtimalı mövcud olsa da, bu hal məhkəmə tərəfindən ətraflı araşdırılmamış, əlavə gəlir mənbələrinin olub-olmaması yoxlanılmamış və sübutların qiymətləndirilməsi zamanı bu mühüm hal nəzərə alınmamışdır. Məhkəmə yalnız formal təqdim olunmuş arayışla kifayətlənmiş, iş üzrə həqiqi maddi vəziyyətin müəyyən edilməsi üçün zəruri olan tədbirləri həyata keçirməmişdir. Digər tərəfdən, azyaşlı uşağın faktiki ehtiyacları məhkəmə tərəfindən yetərincə araşdırılmamışdır. Belə ki, uşaq mütəmadi olaraq hazırlıq kurslarına gedir, onun təhsil xərcləri, dərs vəsaitləri, geyim, qida, tibbi xidmət və digər gündəlik zəruri tələbatları mövcuddur və bu xərclər ümumilikdə əvvəl müəyyən edilmiş 480 manat məbləğindən də artıqdır. Buna baxmayaraq, məhkəmə uşağın real yaşayış səviyyəsini və inkişaf ehtiyaclarını nəzərə almadan alimentin əhəmiyyətli dərəcədə azaldılması barədə nəticəyə gəlmişdir. Belə olan halda alimentin 260 manatadək azaldılması uşağın maddi təminatına ciddi mənfi təsir göstərməklə onun əvvəlki təminat səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır. Halbuki qüvvədə olan qanunvericiliyə əsasən uşağın maraqları üstün tutulmalı və onun minimum deyil, mümkün olan adekvat yaşayış səviyyəsi təmin edilməlidir. Birinci instansiya məhkəməsi alimentin miqdarını minimum əmək haqqının 1,20 mislidən 0,65 mislinə endirməklə uşağın faktiki ehtiyaclarını - dərs vəsaiti, hazırlıq, geyim, qida və tibbi xidmət xərclərini nəzərə almadan həyata keçirilmişdir. Nəticədə uşağın əvvəlki təminat səviyyəsi qorunmamış, onun maddi təminatına ciddi mənfi təsir göstərilmişdir. İzahatlar Apellyasiya baxışında cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və izahatında bildirmişdirdi ki, uşağı saxlamaqda çox çətinlik çəkir. Uşaq hazırda 9-cu sinifdədir, 5 hazırlıq kursuna gedir. Özü 600 manat maaş alır. Xəstədir, əməliyyat olunmalıdır, maddi imkanı çatmır. 9 ildir iddiaçının uşaqdan xəbəri yoxdur. İddiaçı heç vaxt uşaqla maraqlanmayıb. Cavabdehin dediyinə görə iki yerdə işləyir. Onun alimenti ödəmək imkanı var. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, alimentin artırlmasına etiraz edir. Hazırda “xxxx” QSC-də fəhlə işləyir. 450 manat əmək haqqı alır. Təyin olunmuş 260 manat alimenti ödəməyə imkanı çatır. Əlavə ödəməyə imkanı yoxdur. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materiallarla araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdehin nikahından 1 uşaq- ##.##.2011-ci il təvəllüdlü Nəzrin doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş ##.##.2011-ci il təvəllüdlü X1 anasının himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136,60 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə övladı ##.##.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəyəcəyi alimentin miqdarı ölkə üzrə minimum əmək haqqının 1,2 misli həddində indeksasiya olunmuşdur. Hazırki tələbində iddiaçı alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia keçərlidir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). ... Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qərarda qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir (8.2 və 8.3-cü bəndlər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair ## #### 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı yeni işə daxil olduğunu və 450 manat məbləğində əmək haqqı aldığını, onun uşağın saxlanması üçün hər ay 260 manat məbləğində aliment ödəməyə maddi imkanı olacağını bildirmişdir. Müəyyən olunmuş alimentin məbləği indeksasiya olunduqdan sonra əmələ gələn məbləği iddiaçı ödəməkdə çətinlik çəkir. Kollegiyanın qənaətinə görə, borclunun ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunu nəzərə alaraq təyin edilmiş alimentin miqdarının azaldılması hazırki vəziyyətdə mümkündür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfin maddi vəziyyətini, uşaq üçün müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə almışdır. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki vəkommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (azaldılması tələb edilən məbləğin illik məcmusu) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Məhkəmə xərcləri iddiaçıya aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.3, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Мəhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar