Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-72/2026 16.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2375/2025 saylı, 05 dekabr 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru X1 12.302 manat pul vəsaitinin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia tələbinə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-2375/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən İddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-2375/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə “müddətin bərpasına dair ərizə” ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-2375/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2375/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi məqsədilə ötürülmüş müddətin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Qərardaddan İddiaçı xx.xx.2025-ci il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2375/2025 saylı, 05 dekabr 2025-ci il tarixli qərardadı ilə, Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-2375/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2375/2025 saylı, 18 dekabr 2025-ci il tarixli qərardadı ilə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-2375/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət e-2(073)-2375/2025 saylı mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2375/2025 saylı, 05 dekabr 2025-ci il tarixli qərardadını ləğv edib, apellyasiya şikayətinin verilməsi məqsədilə ötürülmüş müddəti bərpa edib apellyasiya şikayətinin aidiyatı üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2375/2025 saylı, 05 dekabr 2025-ci il tarixli qərardadında göstərilənləri qanuni hesab edərək qeyd edir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(073)-2375/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Qətnamədən şikayət xx.xx.2025-ci il tarixdə verilmişdir. Apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət keçməklə verildiyi üçün geri qaytarılmışdır. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə “müddətin bərpasına dair ərizə” ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin e-2(073)-2375/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi məqsədilə ötürülmüş müddətin bərpa edilməsi barədə iddiaçı ərizə təmin edilməmişdir. Qərardaddan İddiaçı xx.xx.2025-ci il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayət qanunvericiliklə nəzərdə tutulmuş qaydada verilmədiyi üçün geri qaytarılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixli şikayətində Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025 ci il tarixli e-2(073)-2375/2025 saylı qərardadını əsassız hesab edərək ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi məqsədilə ötürülmüş müddəti bərpa edib apellyasiya şikayətinin aidiyatı üzrə göndərilməsini xahiş edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”- də isə apellyasiya şikayətinin forması müəyyən edilmiş və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavəyə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən isə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Eləcə də şikayət Mülki Prosessual Məcəllədə təsbit edilmiş “Əlavə 2”-də müəyyən edilmiş apellyasiya şikayətinin formasında və orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalarda qeydər aparılmaqla verilməlidir. Göründüyü kimi xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradımış elektron kabinet vasitəsilə verilmiş olsa da elektron qaydada, yəni mövcud olan forma və məzmun tələbinə riayət edilmədən verilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq MPM-in tələblərinə uyğun verilməyən şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin geri qaytarılması barədə qənaətə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2375/2025 saylı, 05 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-72/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-72/2026
16.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver