Məhkəmə qərarları › İş №2(3-9)-821/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-821/2026

09.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-821/2026 09.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «aliment» tələbi barədə iddia ərizəsi ilə müraciət edərək bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı məhkəməyə uşaq tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etdi. Bundan başqa cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinə Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia həcminin artırılması barədə ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmasını xahiş etdi. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı (hakim Anar Pənahov) ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «aliment» tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayət verərək, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı (hakim Anar Pənahov) ilə, şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını belə əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsində göstərilmiş tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmiş, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmasını nəzərdə tutmamış, həmçinin qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən qarşılıqlı iddiaçının nümayəndəsi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının səhv tətbiq və təfsir edərək, gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də, şikayət təmin edilməklə, gəlinən nəticə ləğv edilməlidir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin yuxarıda qeyd edilən əsasla qaytarılmasına dair gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, ilkin tələb aliment olduğu halda qarşılıqlı tələb də nikahın pozulması və uşaq tələbidir. Halbuki qarşılıqlı iddianın ilkin iddia ilə bağlılığı müəyyən edilməsi üçün mühüm olan şərtlər yəni, qarşılıqlı tələb ilkin tələbin ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ay qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə vardırsa və onların birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnirsə, qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada o, da nəzərə alınmalıdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterə görə oxşar olsunlar. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılqlı iddia bilavasitə ilkin iddianın mahiyyəti üzrə təsib etməsə də, onun təmin edilməsini imkansız edir. Ilkin iddia təmin olunduğu halda qarşılıqlı iddia təmin oluna bilməz. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üzrə qəbul olunmuş qətnamə üzrə baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır. (MPM-in 82-ci maddəsi) L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, ilkin və ya qarşılıqlı iddia tələbləri işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddı-hüquq tələbləri isə mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Qarşılıqlı iddia ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil. Məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilməsi mümkündür. Yuxarıda qeyd olunduğu kimi prosessual qanunvericilik həm ilkin həm də, qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün müəyyən etdiyi prosessual tələblər, mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Nikahın pozulması haqqında tələblərdə də baxılarkən məhkəmə Ailə Məcəlləsinin 22-ci maddəsinin tələbi baxımından uşaqların kimin yanında qalmasını, alimentlə bağlı məsələləri və digər məsələləri həll edir. Hazırki işdə də qarşılıqlı iddia nikahın pozulması olduğundan məhkəmə həmin tərəflərin birgə nikahlarında doğan uşaqların kimin yanında qalması məsələsini, eyni zamanda da alimentlə bağlı məsələni həll etməsi üçün qarşılıqlı iddia icraata qəbul edilib baxılmalıdır. Ona görə də kollegiya hesab edir ki, hazırkı iş üzrə qarşılıqlı tələb ilkin tələblə bağlıdır və icraata qəbul edilib birlikdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddənin tələbinə görə cavabdeh ilk iddia ilə birlikdə baxmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia verməyə haqlıdır. Həmin Məcəllənin 156.1.1-ci və 156.1.3-cü maddələrinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddia ərizəsini qəbul edir. Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, şikayət təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadları ləğv edilməli, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş hesab olunmalı və mülki iş baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş hesab olunsun. Mülki iş baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar